27
-zəhərin bilavasitə təsiri zamanı aydın kliniki təzahürlərin və ya
nisbi, çox olmayan adətən bir neçə saat davam edən gizli latent
dövrün olması;
Kəskin zəhərlənmənin inkişafı, bir qayda olaraq iki
fazada olur:birinci qeyri-spesifik təzahürlər(baş ağrısı, zəiflik,
öyümə və s.), ikinci spesifik təzahürlər(məsələn, azot oksidləri ilə
zəhərlənmə zamanı ağciyər ödeminin baş verməsi) aiddir.
Qəza-təhlükəli kimyəvi maddələrə aid olan toksikantların
siyahısını bilmək lazımdır (QTKM).
QTKM-insiyahısına
aiddir:xlor, ammonyak, sulfat turşusu, hidroflör turşusu, xlorid
turşusu, azot turşusu, karbondörd xlorid, dixloretan, fosgen,
fosfor oksixlorid, fosfor üzvi birləşmələr(FÜB), karbon oksidi,
hidrogen sulfid, karbon sulfid, sinil turşusu, kükürd anhidridi,
metil xlorid, metil bromid, formaldehid, hidrazin və onun
törəmələri, dimetilamin, fosforüçxlorid, etilen oksidi,
xlorpikrin, xlorsian, metilakril, trimetilamin, etilendiamin,
aset-onsianhidrin, asetnitril, metil spirti.
Xroniki zəhərlənmə
zəhərlərin uzun müddət ərzində işçi
orqanizminə tədricən təsiri zamanı baş verir. Bu, zəhərin özünün
orqanizmdə
toplanması
nəticəsində
yaranan
-
material
kumulyasiya
və yaxud onun törətdiyi
funksional kumulyasiya
nəticəsində dəyişikliklər inkişaf edir.Orqanizmdə bu və ya digər
zəhərlə xroniki və kəskin zəhərlənmə zamanı zədələnmiş orqan
və sistemlər biri-birindən fərqlənə bilər.Məsələn, benzolla kəskin
zəhərlənmə zamanı əsasən sinir sistemi zədələndiyi halda,
xroniki zəhərlənmədə qan-damar sistemi zədələnir.
Dostları ilə paylaş: