Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.6.KİMYƏVİ MADDƏLƏRİN GİGİYENİK 
NORMALLAŞDIRILMASI. 
Kimyəvi maddələrin gigiyenik normallaşdırılması 3 
mərhələdə həyata keçirilir: 
1.Təxmini-təhlükəsiz 
təsir 
səviyyəsinin 
(TTTS) 
əsaslandırılması.


28 
TTTS – müvəqqəti təxmini gigiyenik normativ olub, 2 il 
müddətinə “Sənaye toksikologiyası” problem komisiyasının
təklifi əsasında təsdiqlənir. Öyrənilən maddə üzrə YVK 
təsdiqləndiyi andan etibarən, hazırki maddə üçün müəyyən 
olunmuş TTTS sənədi öz qüvvəsini itirmiş olur. TTTS 
istehsalatın lahiyələşdirilməsi dövrü üçün (təcrübə və yarımzavod 
qurğusu şəraiti üçün) müəyyən edilir. 
TTTS-ə təsdiq edildikdən sonra yeniden baxılaraq, 
işçilərin sağlamlığı və əmək şəraiti üzrə toplanmış məlumatlar 
nəzərə alınmaqla YVK ilə əvəz olunur. 
Hal-hazırda zəhərli maddələrin işçi zonası havasında 
hesablama yolu ilə normallaşdırılmasına aid kifayət qədər 
material toplanmışdır.Hesablama metodlarının əksəriyyətinin 
əsasında ümumi prinsip üzrə müəyyən edilmiş gigiyenik 
normativlər və müxtəlif fiziki-kimyəvi və bioloji parametrlər 
arasında korrelyasion asılılığın aşkar edilməsinə əsaslanır.
Yuxarıda ifadə olunanlar zərərli kimyəvi maddələrin işçi 
zonası havasında TTTS-nə aid metodik tövsiyyənin 
hazırlanmasına imkan verdi. 
Təbii ki, hesablama metodları-eksperimental yollarla 
YVK-nin əsaslandırılmasını tam proqramda əvəz edə bilməz
xüsusilə də spesifik və uzaq effektlər törədə bilən(mutagen, 
kanserogen və b.) maddələr üçün. 
 
2.
YVK-nin əsaslandırılması və təsdiqi. 
Toksikoloji eksperiment.
 
Hal-hazırda “işçi zonası 
havasında zərərli maddələr üçün sanitar standartların 
əsaslandırılması üçün tədqiqatların aparılması üzrə metodik 
qaydalar”-dan istifadə edilir.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin