B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


VIII Ə dəbi dil və onun normaları. Leksik norma



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
VIII
Ə
dəbi dil və onun normaları. Leksik norma 
Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Ədəbi dilin 
normaları mütləq deyil, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə 
uğrayır. Bu hal dilin orfoepik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya 
qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə 
də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları 
bu dəyişikliyə sübutdur.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil 
ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o demədir ki, onun lüğət tərkibi 
ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir,.... tələffüz tərzi və yazılış qaydası müəyyən 
prinsiplərə tabe edilir....” (M.İ.Adilov və b.) 
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: foneyik normalar, leksik normalar, 
qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, 
xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni 
nitqə nail olmaq mümkündür. 
“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun istifadə 
edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, zəngin olacaqdır. Nitq fəaliyyətində dil normalarının və 
məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük
dəqiqlik, aydınlıq, məntiqilik, ifadəlilik, ahəngdarlıq.” (48.167) 
Leksik normalar sölərin incəlik, zəriflik cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk 
olunması və s. baxımından uyğunluğunun müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə 
xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul 
sayılmır: 
a)
sözlərin yerli şivə və dialektlərdə işlənən və az anlaşılan variantları. Məs: cəviz(qoz), qəlbi 
(hündür), sərək( ağılsız) və s. 
b)
köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məs: çuxa, 
xış, badya, suc, kəndxuda və s. Loru sözlər və ifadələr. Məs: zırğı, qağa, lələş və s. 
c)
Söyüş xarakterli sözlər və ifadələrin lüğətə daxil edilməsi dilimizin müasir leksikası 
normaları baxımından məqbul sayılmır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin