7
Nemət – özündə müəyyən müsbət məna daşıyan, insanın bu və ya digər tələbatını ödəyən və
onların maraqları, məqsədləri və səylərinə cavab verən hər bir şey: əşya, hadisə, əmək
məhsuludur.
İqtisadi ədəbiyyatda nemətin başqa tarifləri də var. Məsələn, nemət deyəndə, A.Marşall
bizim istədiyimiz hər bir şeyi və ya insanın təlabatlarını ödəyən əşyaları başa düşürdü. Bu tərifdə
nemətlər yalnız əşyalar, predmetlərlə məhdudlaşır.
Bəzən nemətlər faydalılığın təzaşürü kimi nəzərdən keçirilir ki, bu da yalnız əməyin
məhsulu deyil, həm də təbiətin barı ola bilər.
İnsanlara lazım olan və rolu get-gedə artan nemətlər arasında xüsusi yeri xidmətlər tutur.
Xidmətlər – nəticəsi faydalı effekt olan, insanın hər hansı tələbatlarını ödəyən
məqsədəuyğun insan fəaliyyətidir.
Nemətlərin başa düşülməsində onların təsnifatının böyük əhəmiyyəti var.
Nemətlərin müxtəlif qruplara (növlərə) bölünməsi üçün çoxlu meyarlar var.
Nemətlərin maddi və qeyri-maddilərə bölünməsi daha geniş yayılmışdır.
Maddi nemətlər – təbiətin təbii bəxşişləri(torpaq, hava, iqlim), istehsal məhsullarıdır (ərzaq
məhsulları, tikililər, maşınlar, alətlər və s.). Maddi nemətlərə hərdən maddi nemətlərin
mənimsənilməsilə əlaqədar olan münasibətlər də (patentlər, müəllif hüququ, girov kağızı) aid
edilir (məsələn A.Marşall). Bununla da bir qrupda müxtəlif səciyyəli nemətlər – bir qismi
faydalılığına görə – birləşdirilir.
Qeyri-maddi nemətlər – insanın qabiliyyətlərinin inkişafına təsir edən nemətlərdir, onlar
qeyri-istehsal sahələrində: səhiyyə, təhsil, incəsənət, kino, teatr, muzeylər və b.k. yaradılırlar.
Qeyri-maddi nemətlər iki yarımqrupa bölünür:
Daxili – insana təbiət tərəfindən verilmiş və insanın öz iradəsiylə özündə inkişaf etdirdiyi
(səs – oxuma, deklamasiya; musiqi duyumu – musiqiçi; elmə qabiliyyət və b.k.);
Zahiri -
Dostları ilə paylaş: