Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   2   3   4   5   6   7   8   9   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

2.
 
İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir. 
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat 
fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi 
təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi 
anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III 
əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq 
doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış 
əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında baxışlar ilk 
iqtisadi fikirlərə aid edilə bilər.
İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların 
Ksenefont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, 
qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin görkəmli 
filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri xüsusilə qeyd edilməlidir. Həm Avropada, 
həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda mövcud olan iqtisadi deyimlərdə iqtisadi 
fikirlərin inkişafında mühüm rol oynamışdır.
XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər o 
zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs 
göstərən merkantilist və fizokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasi 



iqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına 
səbəb oldu.
3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri

İqtisadi nəzəriyyənin bir elm kimi formalaşması, XVI-XVII əsrlərdən başlamışdır. 
Kapitalizmin yaranması ilə əmtəə-pul münasibətlərinin inkişafı, manufaktura sənayesinin 
qərarlaşması, xarici və daxili ticarətin intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb 
edirdi. İlk iqtisadi məktəbin merkantelizmin nümayəndələri empirik yanaşma əsasında ən çox 
təsadüf ediləni, mübadiləni tədqiqatın əsas obyekti seçdilər. Onlar sərvəti pulla eyniləşdirir və 
mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi 
kimi əkinçiliyi göstərməklə ilk dəfə tədqiqatı mübadilədən istehsala keçirdilər. Lakin onlar 
sənayeni, sənətkarlığı və başqa istehsal sahələrini qeyri-məhsuldar sahələr kimi görürdülər. 
Fiziokratların elmə gətirdiyi yeniliklərdən biri də təkrar istehsal prosesini öyrənmək təşəbbüsü 
idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur.
Elmin sonrakı inkişafı və müstəqil iqtisadi elm kimi formalaşması ingilis klassik siyasi 
iqtisadının nümayəndələrinin əsərlərində əks olunmuşdur. A.Smit iqtisad elminin banisi kimi 
iqtisadi kateqoriyaları və elmi qanunları sistemləşdirilməklə iqtisad elminin müstəsna rol 
oynamışdır. İqtisad elminin sonrakı inkişafı XIX marksizim, majinalizm, neoklassik məktəblərin 
nümayəndələrinin əsərlərində öz əksini tapır. XX əsrdə müxtəlif cərəyanlarda iqtisad elminin 
inkişafı baş vermişdir. Bunlardan keynsçilik, neoliberalizm, monetarizm, institusionalizm və 
başqalarını göstərmək olar.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin