Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

 
bu,
 
tələbatları ödəmək üçün zahiri aləmin verdikləridir (imic, işgüzar əlaqələr, 
himayə və s.)
Qeyd olunan nemətlər qruplarından başqa cari və gələcək, bilavasitə və dolayı, uzunmüddətli 
və qısamüddətli və s. nemətlər də nəzərdən keçirilir. 
Nemətlərin iqtisadi və qeyri-iqtisadiyə bölünməsinin xüsusi əhəmiyyəti var.
İqtisadi nemətlər (bu məfhum iqtisad elminin subyektivçilik məktəbinə, onun nümayəndəsi 
məşhur İtaliya iqtisadçısı A.Rezentiyə məxsusdur) iqtisadi fəaliyyətin obyekti və ya nəticəsidir, 
yəni ödənilməsi tələbatdan məhdud həcmdə alınması mümkün olanlardır. Qeyd edək ki, iqtisadi 
nemətlərin məhdudluğu (nadirliyi) şəraitində insanın müvafiq davranışını (təsərrüfatçılıq, 
istehsal fəaliyyəti) müəyyənləşdirən nemətin nadirliyi problemi ilə bağlıdır. 
Qeyri - iqtisadi (havayı) nemətlər təbiət tərəfindən insan səy göstərmədən verilir. Bu nemətlər 
insanın müəyyən tələbatlarını (hava, su, işıq və.b.k.) tam və daim ödəmək üçün kifayət qədər 
təbiətdə «azad» mövcuddur. 
Beləliklə, məhz nemətə olan təlabat (və ya Avstriya məktəbinin görkəmli nümayəndəsi 
K.Mengerin sözlərilə «gərəklik») və onun əldə oluna biləcək miqdarı arasındakı nisbət onu 
iqtisadi və ya qeyri-iqtisadi edir.

3. İqtisadi resurslar və onların növləri. 
 
Tələbatların artması və dəyişilməsi onların ödənilməsi üçün nəzərdə tutulan nemətlərin 
yaradılması üçün güclü sövqedici motivdir.
Tələbatların daimi ödənilməsi üçün imkanlar ölkə, cəmiyyət, ayrı-ayrı insanlarda məhz 
resursların olması səyəsində yaranır.
Resurslar
 – 
nemətlərin yaradılması və
 
tələbatların ödənilməsi üçün olan imkanlardır.
Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər.
Təbii resurslar,
 
yəni cəmiyyətdə faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı üçün əlverişli 
şərait, sərfəli coğrafi vəziyyət.

İstehsal fəaliyyəti və istehlak üçün əvvəlki nəsillər tərəfindən yaradılmış və toplanmış 
resurslar, (maddi resurslar)
 
yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s. 



Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal 
vasitələri daxildir.
Özünün təcrübə, ixtisas, təhsil səviyyəsi, eləcə də sahibkarlıq qabiliyyətləri olan insan 
resursları.
Yuxarıda göstərilən resurs növləri tarixən daha qısa adlanırdı: torpaq, kapital, əmək və 
sahibkarlıq qabiliyyətləri. 
Maliyyə resursları cəmiyyətin istehsal prosesini həyata keçirmək üçün ayırdığı pul 
vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri, qiymətli kağızlar, pul yığımları, dövlət 
istiqrazları daxildir.
İnformasiya resursları - avtomatlaşdırılmış istehsalın fəaliyyəti və onun kompyuter 
texnikasının köməkliyi ilə idarə edmək üçün zəruri olan məlumatlardır.
Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, 
qarşılıqlı əvəz edilməsi, tükənməzlik və qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s. 
Lakin təsnifat tipindən asılı olmayaraq bütün resurslar ümumi cəhətə malikdir: onlar iqtisadi 
fəaliyyətin çıxış və əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif resursların 
olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün ilkin şərtdir.
Təbii, material və əmək resursları hər bir cəmiyyətə xasdır. Bazar iqtisadiyyatı onlara 
maliyyə resurslarını əlavə edir. Müasir postsənaye bazar iqtisadiyyatı elmi-texniki inqilab 
şəraitində mühüm rol oynayan informasiya resursları mövcud ola bilməz.
İqtisadi nəzəriyyədə resursların mütləq və nisbi məhdudluğu fərqləndirilir. Mütləq
məhdudluq dedikdə, eyni zamanda cəmiyyət üzvlərinin bütün tələbatlarının ödənilməsi üçün 
istehsal resurslarının kifayət olmaması başa düşülür. Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq 
məhdudluq nisbi məhdudluğa çevrilir, çünki məhdud tələbatlar üçün resurslar nisbətən 
tükənməzdir. 
Mütləq məhdudluq əsasən təbii və əmək resursları üçün nisbi isə maddi , maliyyə, 
informasiya resursları üçün səciyyəvidir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin