Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   26   27   28   29   30   31   32   33   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

10.2.
 
Ev təsərrüfatı, onun modelləri və bazar iqtisadiyyatında onun rolu. 
 
Ailənin bazar münasibətlərində iqtisadi rolu olduqca mürəkkəbdir. Ailə ev 
təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunması, işçi 
qüvvəsinin istehsalı, istehlak tələbatımım lazımi səviyyəsinin təmin edilməs
investisiya potensialının yaradılması və digər məsələlər həll edir. 
Tarixin müxtəlif dövrlərində və ictimai-münasibətlərin xarakterindən asılı 
olaraq ailə onun cəmiyyətdə yeri və rolu, həcmi və sabitliyi, mövqeyi, sosial-
iqtisadi statusu dəyişmişdir. 
Ailənin sosial-iqtisadi statusu ailə münasibətlərində dövlətin sosial-siyasi 
quruluşunun xüsusiyyətlərini, onun hüquqi əsaslarını, iqtisadiyyatın, mədəniyyətin, 
ictimai özünüdərkin inkişaf səviyyəsini əks etdirən inteqral göstəricisidir. 
10.3.
 
Ev təsərrüfatının funksiyaları: sosial və iqtisadi funksiyalar. 
 
Ailənin funksiyaları müxtəlifdir. Onlar cəmiyyətin fəaliyyətinin ən vacib sahə-
lərinə toxunurlar və ümumilikdə onda baş verən sosial-iqtisadi prosesləri müəyyən-
ləşdirirlər. Bazar iqtisadiyyatı şəraitində ailə insan kapitalının formalaşması və top-
lanmasında əsas rol oynayır. “İnsan kapitalının” formalaşmasının və fəaliyyətinin 
müxtəlif mərhələlərində ailənin funksiyaları qarşılıqlı əlaqəlidirlər. Məsələn, do-
ğum funksiyasının aşağı düşməsi, ailənin əmək potensialını azaldır, onun istehsal 
imkanlarını zəiflədir və tərbiyəvi rola mənfi təsir göstərə bilər. 
İctimailəşmə funksiyası insanın dövlətin köməkliyi ilə təhsil, səhiyyə xidmətlə-
ri, uşaqların tərbiyyələndirilməsi, mədəniyyətin və s. vasitəsilə ictimai sistemə qo-
şulması deməkdir. 
Cəmiyyətin müasir inkişaf mərhələsində rekreasiya funksiyasının əhəmiyyəti 
artır, gərgin əməklə işləyən insan iş qabiliyyətini bərpa etmək üçün çox imkanlara 
malik olmalıdır. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin