Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair
287
XÜLASƏ
1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə
edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan
ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ
KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir.
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan
istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların
Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında» qərar çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti
deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ
iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış
məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki
Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş,
sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında
yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də
Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm
halları qeydə alınmışdır.
Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq
Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə «Böyük Ermənistan» ideyasının həyata
keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı
surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan
132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.
Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı
288
RESUME
Deportation of 1948-1953. During Soviet rule Armenians continued their
traditional policy of expatriation of Azerbaijanis from the territory of the Armenian
SSR and expansion of its territory at the expense of its neighbors. For
implementation of such a policy Armenians lived in Armenia and abroad it
coordinated their actions that testifies the existence of global strategy for
achievement of “Great Armenia” idea.
Armenian diaspora made use of holding of Tehran conference (1943) appealed
to USSR Foreign Minister V. Molotov to allow Armenians lived in Iran to
transmigrate into USSR. Consent of Joseph Stalin in this question laid basis for mass
deportation of Azerbaijanis from Armenia in 1948-1953.
In 1947 Armenian CC CP Secretary G. Arutyunov appealed to Moscow with
complaint about difficulties in settlement of Armenian migrants and proposed the
cynical idea to transmigrate Azerbaijanis lived in Armenia to cotton-growing regions
of Azerbaijan allegedly with aim to provide labor productivity.
This idea supported by J. Stalin was realized by two Decrees of USSR
Ministers’ Council. First of them “On transmigration of collective farmers and other
Azerbaijanis from the Armenian SSR to Kura-Araks lowland of the Azerbaijani
SSR” of December, 1947 decrees about free-well transmigration of 100.000
Azerbaijanis into lower districts of Azerbaijan in 1948-1950 without any mention of
reasons, mechanism and real circumstances of transmigration.
According to this Decree 10.000 people were to be transmigrated to Azerbaijan
in 1948, 40.000 people – in 1949, 50.000 – in 1950.
Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair
289
РЕЗЮМЕ
Депортация 1948-1953 .В годы советской власти армяне продолжили уже
ставший традиционным методику постоянного выживания азербайджанцев с
территории ССР и расширения своей территории за счет соседей Армении .
Для реализации этой политики армяне жившие в Армении и за рубежом
проявляли общую согласованность действий, что свидетельствует о
существовании глобальной стратегии для достижения идеи «Великой
Армении».
Армянская диаспора, воспользовавшись случаем проведения Тегеранской
конференции (1943) обратилась к министру иностранных дел СССР В.
Молотову, чтобы армян, живших в Иране переселили в СССР. Согласие
Иосифа Сталина по этому вопросу фактически заложило основу массовой
депортации азербайджанцев из Армении в 1948-1953 годах.
В 1947 году секретарь ЦК КП Армении Г. Арутюнов обратился к Москве с
жалобой на трудности размещения переселяемых армян и предложил
циничную идею переселения азербайджанцев, проживающих в Армении в
хлопкосеющие
регионы
Азербайджана
якобы
для
обеспечения
производительности труда.
Эта идея, поддерживаемая И. Сталином, была реализована в двух
постановлениях Совета Министров СССР. Первое из них «О переселении
колхозников и другого азербайджанского населения из Армянской ССР в Кура-
Араксинскую низменность Азербайджанской ССР "принятое в декабре 1947
года создало условие для переселения 100.000 азербайджанцев в нижние
районы Азербайджана в 1948-1950 годах без каких-либо причин, механизмов и
реальных обстоятельств переселения.
Çapa tövsiyə etdi: Dosent Cavanşir Şükür oğlu Sadıqov
Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi
291
MƏDƏNİYYƏTLƏRARASI DİALOQ
ÜMUMBƏŞƏRİ DƏYƏRLƏR SİSTEMİ KİMİ
Gündüz Süleymanov
AMEA-nın FSHİ-nun “Dinşünaslıq və
mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Açar sözlər: cəmiyyət, mədəniyyət, sivilizasiya, qloballaşma, dialoq, ümumbə-
şəri dəyərlər.
Ключевые слова: общество, культура, цивилизация, глобализация, диалог,
общечеловеческие ценности.
Keywords: society, culture, civilization, globalization, dialogue, universal
values.
XX əsrin sonlarında qlobal miqyasda baş vermiş bir sıra hadisələr dünyanın
siyasi-iqtisadi və mədəni mənzərəsini sürətlə dəyişməkdədir. Dünya mənzərəsini
dəyişmək gücündə olan belə hadisələrə misal olaraq: sovet imperiyasının dağılması
və “soyuq müharibənin” başa çatması; informasiya-kommunikasiya texnologiya-
larının sürətli inkişafı və sosial şəbəkələrin yaranması; mahiyyətcə obyektiv-tarixi
proses olan qloballaşmanın daha da sürətlənərək keyfiyyətcə yeni mərhələyə daxil
olması və s. göstərə bilərik.
Tarixi təcrübə göstərir ki, dünya mənzərəsinin dəyişməsi heç də sadə proses
olmayıb, müəyyən və qeyri-müəyyən kataklizmlərlə müşayiət olunur. Bu həm siyasi,
həm iqtisadi sahələri əhatə etsə də, daha çox problemlər mədəni sahədə yaşanır. Belə
ki, yuxarıda əksini tapmış hər üç hadisə milli sərhədlərin şəffaflaşmasına (ən azı
mədəni anlamda), ayrı-ayrı hallarda millətlər, daha ümumi hallarda isə sivilizasi-
yalararası münasibətlərin mürəkkəbləşməsini şərtləndirir. Hələ 1992-ci ildə yazılan
“Sivilizasiyaların toqquşması” adlı məqaləsində S.Hantinqton qeyd edirdi ki, əgər
indiyə qədər dünya düzəni müəyyən ideologiyalar (1945-ci ilə qədər liberalizm,
kommunizm və faşizm, sonra isə liberalizm və kommunizm) arasındakı balans
üzərində qurulurdusa, indi dünya düzəni sivilizasiyalararası münasibətlər
çərçivəsində bərqərar olur.
Gündüz Süleymanov
292
Ümumbəşəri dəyərlər dedikdə insan cəmiyyətinin həyati maraqlarını əks etdirən
və planetin hər bir insanı üçün ümumqiymətli kimi qavranılan varlığın norma və
prinsipləri, həmçinin təbiət obyektləri, insanın maddi və mənəvi fəaliyyətinin
nəticələri başa düşülür (4, s. 1138). İlk dəfə belə dəyərlər Bibilistanda Hammurapinin
qanunlarında öldürməməyə, oğurlamamağa dair məcəllələrdə öz əksini tapmışdır.
Sonrakı dövrlərdə ümumbəşəri dəyərlər sisteminin qurulmasında insan meyarı önə
çəkilir. Bu xüsusilə, insanlar, dövlətlər və xalqlar arasındakı münasibətlərdə “qızıl
qaydanın” zəruriliyini vurğulayan T.Hobbs, F.Volter, J.-J.Russo, İ.Kantın etik
təlimlərində aşkar təzahür edir. Məsələn, C.Lokk hər bir insanın yaşamaq hüququ,
azadlıq, mülkiyyət hüququ kimi dəyərlərin müqəddəsliyi və toxunulmazlığını bəyan
etmişdir. ABŞ-ın Müstəqillik Bəyannaməsində və Avropanın burjua inqilablarının
başlıca ideyaları: “azadlıq”, “bərabərlik”, və “qardaşlıq” kimi ümumbəşəri dəyərlər
götürülmüşdür. Bütün bu dəyərlər sonralar BMT-nin müvafiq sənədlərində öz əksini
tapmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbin bir sıra görkəmli alimləri
sivilizasiyaların yaranması və toqquşmasından tez-tez danışmağa başlamışlar. XX
əsrdə böyük ingilis tarixçisi, filosofu və sosioloqu A.Toynbi özünün
“Sivilizasiyaların toqquşması” və digər əsərlərində sivilizasiya haqqında aşağıdakı
ideyaları təbliğ edirdi: “Sivilizasiyalar yaranırlar, inkişaf edirlər, sınırlar, süquta varıb
dağılırlar. Bəşəriyyətin vəzifəsi – yeni sivilizasiya yaratmaqdan ibarətdir” (2).
Doğrudan da, sivilizasiyaların yaranması, inkişafı, süqutu və dağılması ayrı-ayrı
zamanlarda müxtəlif ziddiyyətlər və qarşıdurmalar sayəsində baş vermişdir. Reallıq
olan budur ki, Qərb-Şərq ziddiyyətləri və qarşıdurmalarının minilliklərlə davam edən
tarixi danılmazdır. Lakin xristianlıq və islam dinləri yaranıb, dünya dininə
çevrildikdən sonra isə bu qarşıdurmalar, həmin dinlərə etiqad edən xalqlar və
dövlətlər tərəfindən dinlər əsasında yaradılan və onların adları ilə bağlı maddi-
mənəvi dəyərlərinin əsasını təşkil edən sivilizasiyalar – bütpərəst, yəhudi, xristian və
islam sivilizasiyaları arasında davam etdirilmişdir. Bəşəriyyət artıq bu reallığı dərk
etməyə başlamışdır ki, dünyada mövcud olan sivilizasiyalar yanaşı yaşayıb
əməkdaşlıq edə bilərlər və etməlidirlər. Onlar müəyyən dərəcədə bir-birini daha da
təkmilləşdirə bilərlər. Qeyd olunanı və elmi-texniki inkişafın müasir səviyyəsi ilə
bağlı olan dünyadakı quruluşun real vəziyyətini nəzərə alaraq, müxtəlif
mədəniyyətlər arasındakı əlaqələrin gücləndirilməsi zərurətini anlamaq olar.(1, s. 62)
Müasir dövrdə mədəniyyətlər arasında dialoq prosesində ümumbəşəri dəyərlər
sisteminin yeri və rolu elmi-nəzəri maraq doğurmaya bilməz. Çünki dialoq
prosesinin bütövlükdə baş tutması tərəflər arasında ilkin razılaşdırılma prinsipləri
Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi
293
olmadan mümkün deyil. Fikrimizcə, ümumbəşəri dəyərlər məhz belə prinsiplərdən
təşkil olunur. Qeyd etmək lazımdır ki, mədəniyyətlərarası dialoqun dövrün ziddiyyəti
və əsas təmayüllərini ehtiva edən əsas problemə çevrilməsi, həm də qloballaşma
prosesləri ilə sıx bağlıdır. İnformasiya inqilabının baş verməsi və qlobal informasiya
şəbəkəsinin formalaşması ilə keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş
qloballaşma prosesi mədəniyyətlərarası dialoqu günün tələbinə çevirmişdir. Təsadüfi
deyildir ki, qloballaşma problemləri və sivilizasiyaların qarşılıqlı təsirləri, onların
bütün bəşəriyyət üçün faciəyə çevrilə biləcək toqquşmasının qarşısının alınması və
sivilizasiyalararası lokal münaqişələrin tənzimlənməsi geniş ictimaiyyət nümayən-
dələri və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Bəşəriyyətin inkişafının
müasir mərhələsində mədəni universallaşma təmayülləri xüsusi aktuallıq kəsb edir və
yeni strategiyaların və praktiki həllərin axtarışını zərurətə çevirir. Lakin bununla
yanaşı, sivilizasion fərqlərin mütləqləşdirilməsi və mədəniyyətlərarası münaqişələrin
sülh yolu ilə tənzimlənməsini istisna edən yanaşmalar da az deyil. Məsələn,
S.Hantinqtona görə, yaxın gələcəkdə münaqişə və toqquşmalar daha da artacaq, eyni
zamanda vahid bəşəriyyətdən söhbət belə açmaq mümkün olmayacaq (3, s. 537).
İndi isə sivilizasiyaların yaranıb inkişaf etməsində və bir-biri ilə qarşılıqlı əlaqə
və münasibətlərində maddi və mənəvi dəyərlərin yerini müəyyənləşdirək. İlk
növbədə onu qeyd edək ki, iqtisadi inkişaf, elm və texnikanın tərəqqisinin ictimai
inkişafda həlledici amil olmasına baxmayaraq, onlar sivilizasiyaların müxtəlifliyini,
orijinallığını fərqləndirən amilə çevrilmirlər. Belə ki, müxtəlif ölkələrin iqtisadi və
texnoloji inkişaf səviyyələrinin dinamikası onu deməyə əsas verir ki, bu ölkələr yenə
də məxsus olduğu sivilizasiyalı identikliyi qoruyub saxlayırlar. Bu vəziyyət ölkələrin
hətta öz iqtisadi suverenliyini itirdikdə belə yenə özünü doğruldur. Məsələn,
Hindistan və Çin, öz iqtisadi inkişaflarının müəyyən dövrlərində Qərbdən asılı
vəziyyətə düşsələr belə, yenə də orijinal, özünəməxsus sivilizasiya olaraq qalmışlar.
Bir çox tədqiqatçıların, o cümlədən rus tədqiqatçısı Y.B.Yakovetsin fikrinə görə,
sosial-siyasi quruluşlardakı fərqlilik də sivilizasion identikliyə təsir etmir. Bunu
müxtəlif sosial-siyasi rejim və sistemlərin bir-birini əvəzlədiyi Qərb, Rusiya və Çin
sivilizasiyalarının inkişaf tarixi də təsdiqləyir.
Ümumilikdə belə nəticəyə gəlmək mümkündür ki, sivilizasiyalar arasında
fərqlilik əsasən sosiomədəni sahəyə aiddir. Sivilizasiyaların oxşarlığı və ya
fərqliliyini müəyyənləşdirən əsas əlamətlər məcmusu məhz bu sferada axtarılmalıdır.
Sosiomədəni sahənin nüvəsini isə əsas elementləri elm, təhsil, etika, mədəniyyət və
din olan mənəvi istehsal sahəsi təşkil edir. Burada əsas problem sadalanan
elementlərdən hansının həlledici əhəmiyyət kəsb etməsini müəyyənləşdirməkdir. İlk
Gündüz Süleymanov
294
növbədə qeyd edək ki, burada elm və təhsil həlledici əhəmiyyətə malik deyil. Çünki
onların hər biri ümumbəşəri mahiyyət daşıyır.
Məlumdur ki, “mədəniyyət” termini mənaca “sivilizasiya” termininə yaxındır.
Lakin bütün yaxınlıq və oxşarlıqları ilə birlikdə onlar arasında ciddi fərqlər də
mövcuddur. Mədəniyyətdə sivilizasiyadan fərqli xüsusiyyətlər dedikdə ilk növbədə,
onda sivilizasiyanın ali nailiyyətlərinin ifadə olunduğu mənəviyyatın forma və
dərəcəsi başa düşülür. Mədəniyyət mənəvi dəyərlərin gerçəkləşmə prosesi, insanın
əsas qüvvəsinin təzahür meydanı olaraq, mədəniyyətin subyekti – insanın
özünütəsdiqini, qərarlaşmasını inikas edir. Mənəvi dəyərlər sistemi olan mədəniyyət
insanın “insaniləşməsini”, humanistləşməsini ifadə edir.
İnsanın ailədə, cəmiyyətdə, ölkə və dünyada davranışını müəyyənləşdirən məhz
dəyərlər sistemi, onun mentalitet və davranış tipi sosiomədəni sistemin nüvəsini
təşkil edir. Mentalitet və motivasiyanın əsasında dayanan dəyərlər sistemi, bu və ya
digər sivilizasiyaya məxsusluğu müəyyənləşdirir.
Məlumdur ki, kulturoloqlar dəyərlər sisteminə görə Şərq və Qərb sivilizasi-
yalarını, həmçinin Avrasiya, Şərqi Avropa, Latın Amerikası kimi qarışıq sivilizasi-
yaları ayırırlar. “Dəyərlər sistemi mövcud etnosda etik, ideoloji, dini prioritet və
amillərlə müəyyənləşir; o, ailə tərbiyəsi və məktəb təhsili, ədəbiyyat və incəsənət,
kütləvi informasiya vasitələrinin köməyi ilə nəsildən-nəslə ötürülür. Dəyərlər sistemi
insanların ailədə, məişətdə, istehsalda, sosial-siyasi fəaliyyət sahəsində, elmi-texniki
yaradıcılıq sahəsində münasibətlərini, eyni zamanda etnoslar, millətlər, dövlətlər,
sivilizasiyalar arasındakı qarşılıqlı təsiri müəyyənləşdirir” (5, s. 330-331).
Qeyd etmək lazımdır ki, sosiomədəni sahənin özəyi olan dəyərlər sistemi
sivilizasiyalar və uyğun olaraq mədəniyyətlər arasında fərqləri müəyyənləşdirdiyi
kimi, həm də onlar arasında dialoq, ünsiyyət və qarşılıqlı təsirin əsasıdır. Ümum-
bəşəri dəyərlər sistemi mədəniyyətlərin özülünü təşkil edərək bəşəriyyətin vəhdətini
təmin edərək əsas amilə çevrilir.
Rus tədqiqatçısı Y.B.Yakovetsə görə, ümumbəşəri dəyərlər sistemi, bəşəriyyətin
irsi genotipini əmələ gətirərək, tsiklik dinamikaya məruz qalır, onda dövri olaraq
böhran və çevriliş mərhələləri müşahidə olunur. Bütün bunlar, xüsusilə dünya
sivilizasiyalarının əvəzlənməsi zamanı qabarıq təzahür edir. Məsələn, xüsusi
mülkiyyətin olmadığı dövrlərdə “oğurlama” ehkamı yox idi. İnsan həyatının ali dəyər
olmasını nümayiş etdirən əsas əxlaqi prinsip “öldürmə” (qətl) qullara, düşmən dövlət
və inanc nümayəndələrinə şamil edilirdi. Bəşəriyyətin müasir inkişaf mərhələsində,
postindustrial (və yaxud, informasiya) cəmiyyətinin formalaşması mərhələsində,
ümumbəşəri dəyərlər sisteminin bəşəriyyət tarixində ən dərin böhran müşahidə
Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi
295
olunur. Bunun həm mənfi, həm də müsbət cəhətləri mövcuddur. “Qlobal müharibə
təhlükəsi, sivilizasiyaların toqquşması, ekoloji fəlakət nəinki bəşəriyyətin möv-
cudluğunu sual altına qoymuş, həm də müharibə və zorakılığa pərəstişdən sülh və
tolerantlıq mədəniyyətinə bütün bəşəriyyət və hər bir insan tərəfindən ümumbəşəri
dəyərlərin qavranılmasına, mədəniyyətlərin və mədəni irsin rolunun üstünlüyünün
anlaşılmasına, cəmiyyət və təbiətin noosfer koevolyusiyası ideyasının yayılmasına
doğru hərəkəti gücləndirir” (5, s. 331).
Bütün bunlar, müasir industrial-informasiya cəmiyyətlərinin hüdudsuz imkanları
nəzərə alınmaqla ölkələri yaxınlaşdırır, informasiya şəbəkələrinin dayanıqlı fəaliy-
yətini təmin edəcək zəruri zəminləri yaradır.
Lakin digər tərəfdən əxlaqi dəyərlərin duyulmasına və sivilizasion dəyərlərin
itkisinə səbəb olacaq təhlükəli təmayülləri qeyd etməmək olmaz. Gedonizmə ifrat
aludəçilik, hissi həzlərin üstünlüyü, nəslin davam etdirilməsinə cavabdehliyin
azalması yüksək sivilizasiyalarda depopulyasiya təmayüllərinin əsas amillərindəndir.
Bir çox ölkələrin gənclərinin istehlakçı psixologiyaya yoluxmasını xüsusi qeyd
etməliyik: mənəvi, vətəndaşlıq və bu kimi ali dəyərlər arxa plana keçirilir.
Bizim yaşadığımız, texnika və texnologiyaların tarixdə görünməmiş yeniliklərin
dövrü sosial-iqtisadi, elmi-texniki problemləri həll etməlidir. Bunsuz bəşəriyyət
mövcud ola bilməz. Lakin bu dövr həm də “anlamada boşluqla” səciyyələnir. Ona
görə də “bəşəriyyət yalnız mənəvi cəhətdən dirçəlməklə sağ qala bilər” deyimi
həqiqətdir. Məhz mənəvi, ümumbəşəri dəyərlər sistemi sosiomədəni sistemin
nüvəsini təşkil etməklə sivilizasiyaların, deməli, həm də, mədəniyyətlərin simasını
müəyyənləşdirir və beləliklə, onlar arasında dialoqun əsasını təşkil edir.
Dəbdə olan “sivilizasiyaların toqquşması” kimi konsepsiyaların əksinə olaraq,
ümumbəşəri, sivilizasiyalı, və etno-milli dəyərlər nəzəriyyəsi işlənib hazırlanmalı və
bunun əsasında sivilizasiyaların və mədəniyyətlərin dialoqu və bərabərtərəfli
əməkdaşlığına doğru hərəkət konsepsiyası işlənilməlidir.
Bir sözlə, sosiomədəni sistemin etikasının qlobal böhranının tənzimlənməsi
işinin tədqiqatı mədəniyyət nümayəndələrinin və din xadimlərinin diqqətini ümum-
bəşəri dəyərlər sisteminin aşkarlanmasına yönəltməlidir. İnformasiya cəmiyyətinin
internet, elektron media və s. kimi imkanları isə məhz buna xidmət etməlidirlər.
Gündüz Süleymanov
296
ƏDƏBİYYAT
1. Mehdi S. Sivilizasiyalararası dialoq və islam amili // Hikmət jurnalı, №7.
Bakı: Nafta-Press, 2005, s. 62-74.
2. Тойнби А.Дж. Цивилизация перед судом истории. Москва: Айрис-Пресс,
2002, 588 с.
3. Хантингтон С. Столкновение цивилизаций и преобразование мирового
порядка / Новая постиндустриальная волна на Западе. Москва: “Academia”,
1999, 631 с.
4. Чумаков А.Н. Ценности общечеловеческие / Глобалистика:
энциклопедия. Москва: Изд.-во «Радуга», 2003, 1328 с.
5. Яковец Ю.В. Глобализация и взаимодействие цивилизаций. Москва:
«Экономика», 2003, 441 с.
6. Мотрошилова Н.В. Рождение и развитие философских идей: Ист.-филос.
Очерки и портреты. Москва: Политиздат, 1991, 464 с.
7. Проблемы мира и социального прогресса в современной философии.
(Под соавт. Григорьян Б.Т. Загладин В.В. Фролов И.Т.) Москва: “Политиздат”,
1983, 320 с.
8. Хантингтон С. Столкновение цивилизаций / Вся политика. Хрестоматия.
Москва: Европа, 2006, с. 371-381
Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi
297
РЕЗЮМЕ
Межкультурный диалог и универсальная система ценностей
Гюндюз Сулейманов
В статье исследуются место и роль общечеловеческих ценностей между
культурного диалога в современных условиях. В первую очередь раскрывается
суть понятий цивилизации и общечеловеческой деятельности, а также
определяющее социально-политическую картину в современности понятия
глобализации и глобальной информационализации. Указывается что, несмотря
на то, что суть каждой цивилизации определяется множеством, его
составляющее ядро образует социально-культурную область. А в этой области
появляется определенная система ценностей обеспечивающие его своеобразие.
С этой точки зрения диалог цивилизаций переходит в плоскость ценностей.
Dostları ilə paylaş: |