Əlilliyin ekspert (peĢəkar) modeli (Expert or professional model of disability) -
əlilliyin tibbi modelindən törəmə model. Bu model çərçivəsində peşəkar
mütəxəssislər tibbi modeldən istifadə edərək əlilliyi olan şəxsin əlilliyini və
məhdudiyyətlərini müəyyənləşdirirlər, daha sonra həmin şəxsin mövcud
vəziyyətini müsbətə doğru dəyişmək məqsədilə zəruri fəaliyyətləri həyata
keçirirlər. Bu modelə əsasən peşəkar və əlilliyi olan şəxs arasında "hökmranlıq-
tabeçilik" münasibəti yaradılır, peşəkar əlilliyi olan şəxsin adından və
mənafeyindən çıxış edir və onun əvəzinə müdaxilələri təyin edir.
Əlilliyin faciə (xeyirxahlıq) modeli (Tragedy and/or charity model of disability) -
əlilliyi olan şəxslərin mərhəmətə ehtiyacı olan hadisələrin şəraitin) qurbanı kimi
qəbul edilməsi ilə bağlı konsepsiya. Əlilliyin tibbi modeli ilə yanaşı, bu model
əlilliyi təsvir etmək məqsədilə əlilliyi olmayan şəxslər tərəfindən ən çox istifadə
edilir.
Əlilliyin günah (qəbahət) modeli (Moral model of disability) - insanların düçar
olduğu əlillik vəziyyətlərinə görə mənəvi məsuliyyətin daşınması ilə bağlı
konsepsiya. Misal üçün, irsi yolla keçən və ya anadangəlmə xəstəliklərə görə
həmin şəxslərin valideynləri və ya əcdadları günahkar sayılır, həyat boyu
qazanılmış əlilliyə görə insanların bəd əməlləri ittiham edilir, Bu model bəzi dini
fundamentalistlər tərəfindən paylaşılır və qədim təriqətlərdə zəif və məhdudiyyətli
körpələrin öldürülməsini normal hal kinıi qəbul edirdi.
Əlilliyin iqtisadi modeli (Economic model of disability) - əlilliyi olan şəxsin əmək
prosesində iştirak etmək qabiliyyətinə malik olmaması ilə bağlı konsepsiya. Bu
model şəxsin məhdudiyyətinin onun məhsuldarlığına təsirinin qiymətləndirilməsini
və əmək qabiliyyətinin itirilməsinin əlilliyi olan şəxs, işəgötürən və dövlət üçün
fəsadlarını təsvir edir. Fəsadlar sırasında gəlirlərin azalması və müvafiq
xidmətlərdən yararlanmaq üçün əlavə ödənişləri (əlilliyi olan şəxs üçün), aşağı
səviyyəli rentabellik göstəricilərini (işəgötürən üçün) və sosial müdafiə
ödənişlərinin azalmasını (dövlət üçün) qeyd etmək olar.
Əlilliyin qanuni modeli (Legitimacy model of disability) - əlilliyin dəyərlərə
əsaslanan anlayış kimi qəbul edilməsi və atipikliklə bağlı izahatların və təriflərin
fərdin müəyyən əlillik kateqoriyasına aid olunmasına zəminin yaradılması.
Əlilliyin modeli (Disability model) - insanların rastlaşdığı məhdudiyyətlərin tərif
olunması və əlilliyi olan şəxslərin ehtiyaclarının qarşılanması ilə əlaqədar qurulan
dövlət və cəmiyyət strategiyaları və yanaşmaları. Hər bir əlillik modeli əlillik
məsələlərinə cəmiyyət tərəfındən münasibətini izhar edir və bu sahədə
müdaxilələrin çərçivələrini müəyyənləşdirir.
Əlilliyin nozoloji strukturu (Nosology stvucture of disability) - əlillik qrupları
üzrə əlilliyin yaranmasına səbəb olan təsnifat olunmuş xəstəliklər və
patologiyaların məcmusu.
Əlilliyin reabilitasiyası (Disability rehabilitation) - əlilliyin aradan qaldırılmasına
yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-
iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin,
fıziki, əqli, məişət, sosial və peşə kabiliyyətinin tamamilə və ya qismən bərpası.
Əlilliyin səlahiyyətlərin verilməsi modeli(Empowering model of disability) - bu
model çərçivəsində əlilliyi olan şəxs və onun yaxinları tibbi müayinə (müalicə) və
istifadə edəcəyi sosial xidmətlərlə bağlı qərarları özləri verir. Bu modeldə peşəkar
mütəxəssislər xidmət göstərən rolunda çıxış edirlə və əlilliyi olan şəxsləri yalnız
istiqamətləndirərək onların verdiyi qərarları icra edirlər. Başqa sözlə, bu modeldə
əlilliyi olan şəxs öz hədəf va ınəqsədlərini özü müəyyənləşdirir.
Əlilliyin sosial adaptasiya modeli (Social adapted model of disability) - bu model
əlilliyi olan şəxslərin məhdudiyyətlərinin əlilliyin özündən yaranıdığını qəbul etsə
də, əksər məhdudiyyətlərin şəxsin sağlamlıq statusundan daha çox ətraf sosial
mühit tərəfindən yarandığını etiraf edir.
Əliliiyin sosial modeli (Social model of disability) - əlilliyin cəmiyyətin yaratdığı
problem kimi müəyyən edilməsi və bu problemin həllinin şəxsin cəmiyyətə tam
inteqrasiyası və inklyuziyasında görülməsi ilə bağlı konsepsiya. Model
çərçivəsində əlillik şəxsin ayrılmaz xüsusiyyəti kimi qəbul olunmur, onun müxtəlif
vəziyyətlərin mürəkkəb məcmusu sayılır. Hesab edilir ki, bu vəziyyətlərin çoxu
sosial mühit tərəfındən yaradılıb.
Əlilliyin spektral modeli (Spectrum model of disability) - insanın müxtəlif görmə,
eşitmə və hissiyyat məhdudiyyətliliyinin nəzərdən keçirilməsi ilə bağlı konsepsiya.
Modelə əsasən, əlillik funskiyaların və əməliyyatların aşağı səviyyədə həyata
keçirilməsini nəzərdə tutmur.
Əlilliyin tibbi modeli (Medical model of disability) - insanın xəstəlik, zədə və
ümumi sağlamlıq vəziyyətinin mənfiyə doğru dəyişməsi səbəbindən yaranan
əlilliyin nəticəsində fərdin rastlaşdığı və peşəkar tibbi mütəxəssislərin
müdaxiləsinin tələb olunması ilə bağlı konsepsiya. Tibbi modeldə əlilliyi
"sağaltmağa" və ya əlilliyi olan şəxslərin davranışlarında və həyat tərzində sağlam
insanların həyat tərzinin tətbiq olunması naminə dəyişiklik yaratmağa çalışırlar.
Tibbi model çərçivəsində əlillik probleminin həlli mövcud səhiyyə siyasətinin
islahatlarında görülür.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
(Temporary incapacitation, Reversible incapacitıition, temporary loss of capacity
to labour) nibətən qısa vaxt müddətində sağlamlıq vəziyyətindəki problemlər
səbəbindən əmək funksiyalarının yerinə yetirilməsi iqtidarında olunmaması. Daimi
və ya uzunmüddətli əmək qabliliyyətinin itirilməsi halında olan şəxsə əlillik
stalusu verilir.
Əmək qabiliyyətli yaĢda olan əmək qabliliyyətli əhali (Able-bodied population
at active working age) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini
həyata keçirmək iqtidarında olanlar.
Əmək reabilitasiyası potensialı (Labour rehabilitation potential) - əlilliyi olan
şəxsin aşkarlanmamış əmək qabiliyyətlərinin, o cümlədən bacarıq və vərdişlərinin
məcmusu.
Əsa (Hanıdstiek) - əlliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların
hərəkətlərini asanlaşdiran yardımçı vasitə.
Əsas həyat fəaliyyətləri (Major life activities) özünüidarəetmə , əl hərəkətlərinin
edilməsi, gəzmə, görmə eşitmə, nəfəs alma, öyrənmə, cəmiyyətin əmək və ictimai
həyatında iştirak etmə kimi əməllərin (hərəkətlərin) məcmusu.
Əzələ hipotonusu (Muscular hypotonia) -əzələlərin boşalması, yumşalması.
Əzələnin hipertonusu (Muscular hypertonia) -əzələnin yüksək dərəcədə sıxılması,
gərginliyi.
F
Fəaliyyət məhdudiyyəti (A
ct
ivity limitations) -gündəlik fəaliyyətləri yerinə
yetirərkən, insanın qarşılaşacağı çətinliklər və maneələrin məcmusu.
Fəaliyyət sahəsi (Activity fıeld, scope) - gündəlik normal həyatın axınını təmin
etmək üçün insanın müxtəlif sahələrdə həyata keçirməli olduğu vəzifə və əməllərin
məcmusu. Fəaliyyət sahələrini dörd əsas qrupda təsnif etmək mümkündür: 1)
bədən təmizliyi; 2) qidalanma; 3) hərəkət edə bilmə; 4) ev administrasiyası.
Fəallıq (Activity) - şəxsin gündəlik normal həyatın axarında həyata keçirilmiş və
icrası vacib olan vəzifələrin yerinə yetirə bilməsi.
Fərdi xidmət planı (Individual service plan) -evdə və ya xidmət mərkəzində
yaşayan və qayğıya möhtac olan insana veriləcək standart sosial qayğı
xidmətlərinin növünü, məzmununu və sıxlığını müfəssəl izah edən, həmin insanın
və ya ailə üzvlərinin istəklərini də nəzərə alan sosial işçi tərəfindən sistemli şəkildə
hazırlanmış tədbirlərin siyahısı.
Fiziki çatıĢmazlıq (Corporal defect, physical affliction, physical handicap) -
insanın fıziki inkişafında və ya bədən üzvünün (üzvlərinin) fəaiyyətində xroniki
somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi
xarakterli pozuntular.
Fiziki sağlamlıq (Physical health) - orqanizmin fizioloji sistemlərinin əsas
göstəricilərinin fizioloji normalar daxilində olması və onların insanın xarici
mühitlə qarşılıqlı fəaliyyət zamanı adekvat dəyişilməsi. Fiziki sağlamlıq insanın
fizioloji orqanların mövcud vəziyyəti ilə ölçülür. Fiziki sağlamlığa təsir edən əsas
amillər: sistemli qidalanma, tənəffüs, fıziki fəaliyyət, gigiyena və s.
Fizioterapevt (Physiatrist, physical therapist) –xəstələrin düzgün hərəkət
etməsinə, gücünün və çevikliyinin artırılmasına kömək edən, xüsusi məşqlər
vasitəsilə yaraları, tarazlıq və hərəkət probiemlərini müalicə edən tibb mütəxəssisi.
Fizioterapiya (Physiotherapy, physical medicine, iatrophysics) - fıziki, təbii
vasitələrlə (ultra səs, işıq, elektrik cərəyanı, lazer və s.) sistemli şəkildə müalicə.
FM səs gücləndiricisi sistemi (FM Sound Amplification System) - üç ünsürdən
(mikrofon və ya ötürücü (transmitter), birqulaqlı FM qəbuledicisi və enerji yığımı
cıhazı) ibarət olan və natiqin dediyini eşitmə məhdudiyyəti olan şəxsə simsiz FM
yayımı vasitəsilə çatdıran elektron qurğu.
Funksional pozğunluq (Functional disorder) -bədən funksiyalarında və
quruluşunda əhəmiyyətli bir itki və ya uyğunsuzluğun olması.
Funksiyaların kompensasiyası (Functional compensation) - tam inkişaf etməmiş,
pozulmuş və ya itirilmiş orqanizm funksiyalarının bədənin qoruyucu
funksiyalarının tam istifadə olunması sayəsində əvəzlənməsi.
G
Görmə qabiliyyəti məhdud olan insan (Visually impaired person, person with
visual impairment)- tək və ya hər iki gözündə tam və ya qismən görmə itkisi və ya
məhdudluğu olan şəxs.
Görmə qabiliyyəti məhdud olan Ģəxslərlə ünsiyyətin etik prinsipləri (Ethical
principles of communication with persons with visual impairment) - görmə
qabiliyyəti məhdud olan insanlarla ünsiyyətin qurulmasının müxtəlif qaydaları.
Buna əsasən, müşahidə olunmasından öncə görmə qabiliyyəti məhdud olan şəxsə
əli uzatmaq lazımdır, bu zaman onun əlini sıxmaq və onu istiqamətləndirmək
qətiyyən məsləhət görülmür ; həmin insanlarla danışanda özünü adla təqim
elmək lazımdır; görmə qabiliyyəti məhdud olan insanlarla bir məkanda olduqda,
həmin məkanı sözlərlə ona təqdim edib, məkanda olan əşyalar və maneələr və
onların yerləşməsi haqqında məlumat vemək lazımdır; nəyisə təsvir edəndə səsləri,
ətirləri, məkanı əks etdirən sözlərdən istifadə etmək zəruridir; görmə qabiliyyətli
məhdud olan insan üçün mətn oxunduqdan əvvəl mətn haqqında qısa məlumat
vermək lazımdır və s.
Görmə qabiliyyətinin məhdudiyyəti (Visual impairment) - anadangəlmə faktoru
daxil olmaqla, müxtəlif səbəblərdən, o cümlədən, zədələr və ya xəstəliklər fonunda
yaranan tam və ya qismən görmə qabiliyyətinin itirilməsi.
Gözdən əlillər günü (Day of the Blind) - 13 noyibr 1745-ci ildə məhşur Fransız
pedoqoqu, gözdən əliliyi olan şəxslər üçün məktəb və müəssilərin əsasını
qoymuş Valentin Haüynun anadan olan günü. Ümumdünya Səhiyyə
Təşkilatının qərarına əsasən 13 noyabr Beynəlxalq gözdən əlillər günü kimi qeyd
olunur.
Gözə görünməyən əlillik (Invisible disability) -əliliyi olmayan şəxslər tərəfındən
birbaşa zahiri baxış vasitəsilə aşkar oluna bilməyən əlillik. Gözə görünməyən
əlillik misalları autizmi, hiperaktivlik səbəbindən diqqət çatışmasızlığını, bəzi
xroniki ürək-damar xəstəliklərini və s. ehtiva edir.
H
Hemiparez (Hemiparesis) - bədənin yarı hissəsinin əzələlərində olan qüvvətsizlik,
iradi hərəkətlərin tamamilə itirilməsi vəziyyəti.
Hemofiliya (Hemophilia, haemophilia, angiostaxis, bleeding sickness) - qanın
laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi qan xəstəliyi.
Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya
cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Adətən xəstəlikdən kişilər əziyyət
çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə
tutulmurlar.
Həkim-psixiatr
(Psychiatrist,
mental
physician,
mental
specialist)
-
qanunvericiliklə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul olan
mütəxəssis.
Həndikəp (Handicap) - digər şəxslərlə bərabər cəmiyyətin həyatında iştirak etmək
imkanın itirilməsi və ya məhdudlaşmasnı ifadə edir, əlilliyi olan şəxslərlə ətraf
mühit arasında ziddiyyəti təsvir edir.
Hərəkət məhdudiyyəti olan Ģəxs (Mobility impalred, person with mobility
impairment) –yerimə kimi ümumi vərdişlərdən tutmuş əl hərəkətlərinə kimi
hərəkətləri məhdudlaşmış insan. Bu şəxslərin məhdudiyyətləri ya anadangəlmə, ya
da yaş xəstəliklər və zədələr nəticəsində inkişaf edə bilər.
Hərəkət məhdudiyyəti olan Ģəxslərlə ünsiyyətin etik prinsipləri (Ethical
principles of communication with persons with mobility impairment) - hərəkət
məhdudiyyəti olan insanlarla ünsiyyətin qurulması qaydaları. Burada əsasən,təkərli
oturacaq hərəkət məhdudiyyətli insanların şəxsi məkanının bir hissəsi kimi qəbul
olur, odur ki, ona söykənmək, onu itələmək və yaxud üzərinə nəyisə qoymaq
qətiyyən olmaz;yardımın göstərilməsindən öncə hər zaman təkərli oturacaq
istifadəçisindən həmin yardıma ehtiyacı olub- olmamasını soruşmaq lazımdır; əgər
təkərli oturucağı idarə edirsinizsə, o zaman bunu ehtiyatla və yavaş etmək
lazımdır; təkərli oturacaq istifadəçisinin getdiyi məkanın müyəssər olub-
olmamasını soruşmaq lazımdır; mümkün olduğu halda təkərli oturacaq
istifadəçisinin sifəti həmsöhbəti ilə bir səviyyədə olmalıdır və s.
Hipodinamiya (Hypodinamia, physical inactivity, sedentary lifestyle) - bu
və ya digər səbəbdən fiziki fəaliyyətin məhdudlaşması ilə müşayiət olunan
vəziyyət. Oturaq həyat tərzi və oturaq peşə fəaliyyəti uzun sürən, kosmik uçuşlar
zamanı çəkisizlik vəziyyəti nəticəsində inkişaf edə bilər.
Hipoksiya (Hypoxia, oxigen deficiency, oxyden deprivation, anoxia) - toxumalarda
oksigen miqdarının aşağı olması, çatışmazlığı, tənəffüs orqanlarının xəstəliyi, ürək
çatışmazlığı və s.
Hippoterapiya (Therapeutic horse riding, adaptive riding, hippotherapy, equine
assisted activity) - atların istifadəsini ehtiva edən müalicə üsullarının məcmusu.
Hippoterapiya tədbirləri sayəsində xəstələrin tonusu qalxır, müvazinət və
hərəkətlərin əlaqələndirilməsində yaxşılaşma müşahidə olunur, xüsusilə də
pasiyentin psixi inkişafında irəliləyiş görünür.
Hospitalizasiya (Hospital admission, stationary admission, hospital confınement,
hospitalization) -şəxsin sağlamlıq vəziyyətində ciddi problemlərinin yaranması
səbəbindən stasionar tibbi müalicə müəssisəsində yerləşdirilməsi.
X
Xəstələnmə səviyyəsi (Morbidity rate, incidence rate, disease burden) - ümumi
əhali və ya onun müxtəlif qrupları arasında xəstəliklərin yayılma dərəcəsi. Bu
göstərici əhalinin sağlamlıq vəziyyətini əks etdirir və bir il ərzində müvafiq ərazidə
100, 1000 və 10000 nəfərə düşən qeydə alınmış xəstəliklərin sayı ilə ölçülür. Tibb
müəssisələrində ümumi xəstələnmə səviyyəsi, müvəqqəti iş qabiliyyətinin
itirilməsi ilə nəticələnən xəstələnmə səviyyəsi, infeksion, peşə xəstəliklərinin
yayılması kimi göstəricilər qeydə alınır.
Xəsləliklərin Beynəlxalq Təsnifatı (intcrnational Classification of
Diseases) - bütün elmə məlum olan xəstəliklərin təsnifat sistemi. Təsnifat
diaqnozun qoyulması üçün zəruri olan açar məlumata malikdir (xəstəliklərin
siyahısı və hər bir xəstəliyə verilən dördrəqəmli şifrələri ehtiva edir). Təsnifatda
təsnifatlaşmanın üçrəqəmli və dördrəqəmli vahidləri təsvir edən qlossari (siyahı) də
daxildir. Təsnifatın nomenklaturasına görə bütün xəstəliklər 17 sinfə bölünür.
Xidmət keyflyyəti (Service quality) - sosial xidmətlər sahəsində istər evdə, istərsə
də xidmət mərkəzində olan və xüsusi qayğıya ehtiyacı olan insanlara qarşı tətbiq
olunan sosial qayğı və xidmətlərin təşkilati quruluşundan, təşkilat
sistemindən və idarəetmə funksiyasıyalarından məmuniyyətin, razılığın ifadəsi.
Xidmət ınərkəzi (Service centers) - hər yaşda qayğıya ehtiyacı olan insanlara
müddətli və ya daimi olaraq təşkilati sosial təminat xidməti göstərmək üçün
yaradılan müstəqil qurum.
Xidmət mütəxəssisi (sosial xidmət iĢçisi) (Social service specialist) - xüsusi
qayğıya ehtiyacı olan insana evdə və ya xidmət mərkəzində qulluq göstərən, bu
sahədə professional səviyyədə təhsil almış mütəxəssis.
Xidmət sənədi (Service document) - müraciət edən şəxsin qayğıya ehtiyacı olub-
olmadığını, qayğıya ehtiyac dərəcəsini, xidmət və təminat növlərini özündə əks
etdirən, xidmət heyəti tərəfindən hazırlanmış hesabat.
Xidmət strukturları (Service institutions, service agencies, service entities) - evdə
və ya xidmət mərkəzində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial təminat
xidmətləri təqdim etmək funksiyasını daşıyan hökumət və qeyri-hökumət
qurumları.
Xroniki xəstə (Chronic patient, long-term care patient) - tibbi müalicə və
reabilitasiya xidməti almasına baxmayaraq öz fiziki və ya psixi vəziyyətində
narahatlığından xilas olmayan şəxs.
Xroniki xəstəlik (Chronic ailment, chronic disease) - tibbi müalicə və
reabilitasiyaya baxmayaraq, xəstəliyin, əlilliyin aradan götürülməməsi. Şəxsin
əmək fəaliyyətinə maneə olan, mütəmadi nəzarət və müalicə tələb edən xəstəliklər
(qan xəstəlikləri, ürək-damar xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik yolları və
çoxalma orqanı xəstəlikləri, dəri xəstəlikləri, xərçənglər, endokrin xəstəliklər, ruhi
davranış pozğunluqları, sinir sistemi xəstəlikləri).
Xüsusi Ģərait (Special conditions) - sağlamlıq imkanları məhdud şəxslərin
pedaqoji-psixoloji, tibii, sosiai və digər xidmətlərdən yararlanması məqsədilə təşkil
olunmuş xarici mühitin əlamətlərinin məcmusu.
Xüsusi təhsil (Special education) - xüsusi şərait yaratmaqla sağlamlıq imkanları
məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsilinin alınması prosesi.
Xüsusi təhsil bölməsi (Special educational branch - sağlamlıq imkanları məhdud
şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil müəssisəsində yaradılmış
struktur hissə.
Xüsusi təhsil müəssisəsi (Special educational institution) - sağlamlıq imkanları
məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil qurumu.
X
ÜSUS
i
t
ƏHSILƏ
ehtiyacı olan Ģəxs (Person in need special education) - zehni
qavrama səviyyəsi
müxtəlif səbəblərə görə, şəxsi xüsussiyyətləri və təhsil
attestasiyaları baxımından yaşıdlarından gözlənilən orta göstəricidən aşağı olan
insan.
Xüsusi təhsilə ehtiyacı olan uĢaqlar (Children in need for special education)
- fərqli zehni xüsusiyyətləri və bacarıqları səbəbindən xüsusi təhsilə ehtiyacı olan
uşaqlar.
Ġ
ĠCF - "International Classification of Functioning, Disability and Health"
operativliyin, çatışmazlığın və sağlamlığın beynəlxalq təsnifatı. Dünya Səhiyyə
Təşkilatı tərəfindən 2000-ci ildə əlilliyin təsnif edilməsi, reabilitasiya
xidmətlərinin fəallığının artırılması istiqamətində inkişaf etdirilən, ictimai
baxımdan çox ölçülü bir təyin etmə və kodlama sistemi. İCF beş əsas elementdən
və bunların təzahürlərindən ibarətdir: 1) bədən quruluşu və bundan doğan əlillik; 2)
bədən funksiyası və bundan doğan funksional pozğunluqlar (disorder); 3) fəallıq
(hərəkət) vəziyyəti və bundan doğan narahatlıqlar; 4) sosial fəaliyyətin vəziyyəti
və bundan doğan əlillik; 5) mürəkkəb amillər (ətraf mühit, ailə, insan və bundan
doğan şəxsi, ailəvi və ekoloji problemlər). İCF və ICIDH-10 arasında üç mühüm
fərq var: 1) əlillik (impairment.) əvəzinə bədən quruluşu və funksiyası; 2)
çatışmazlıq (disability) əvəzinə fəallıq; 3) sosial və ekoloji əlillik yerinə ictimai
işlirak anlayışları istifadə edilir. Beləliklə, İCT modelində əlilliyinin əsas
istiqamətlərini müəyyənləşdirməkdən daha çox mövcud potensialları (güc
mənbələri) və bu potensialların sosial və ekoloji aspektləri vurğulanır.
Dostları ilə paylaş: |