Patologiya (Pathology, abnormity, abnormality) -xəstəliklərin ortaya çıxmasında
effektiv və ehtimal olunan faktorları araşdıran elm sahəsi.
PeĢə xəstəliyi (Occupational disease, workrelated disease, industrial malaise) -
uzun müddətdə zərərli əmək şəraitində əmək fəaliyyətinin və ya istehsal mühitinin
zərərli amillərinin təsiri nəticəsində sağlamlığın itirilməsi, orqanizmin normal
fəaliyyətinin pozulması. Hər hansı bir xəstəliyin peşə xəstəliyi olub-olmamasının
müəyyənləşdirilməsi zamanı həmin xəstəliyin kliniki forması və xəstənin konkret
əmək şəraiti nəzərə alınmalıdır. Peşə xəstəliyi səbəbindən əziyyət çəkən işçilər bir
sıra imtiyazlara, o cümlədən müavinət almaq hüququna malikdir. Peşə xəstəliyinin
fəsadları ilə üzləşən insanlar onlara dəymiş zərərin müqabilində təzminat
alınmasını tələb edə bilərlər.
PeĢə-əmək reabilitasiyası (Occupational and labour rehabilitation) - əliliiyi olan
şəxsin peşə seçməsinə, işə düzəldilməsinə, əvvəlki, yaxud yeni peşə üzrə əmək
qabiliyyətinin bərpası məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabili-
tasiyasına və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər
sistemi.
Postravmatik stress zədəsi (Post-traumatic Stress Disorder, PTSD) - xroniki və
ya kəskin ola bilən və şəxsin ətraflarının izafi ifrat dərəcədə işlədilməsi sayəsində
yaranan ağrıla xarakterizə olunan patoloji vəziyyət.
Postvaksinal fəsadlar (Postvaccinal complication, vaccinal lesion) - profilaktik
peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması.
Pozitiv ayrı-seçkilik (Positive discrimination) -bərabər imkanları təmin etmək və
sosial həyatda tam iştirak etmək üçün xüsusilə əlillik kimi özəl vəziyyətlərə görə
sosial yöndən qorunması lazım olan dezavantajlı qruplara məqbul səviyyədə
verilən imtiyazların məcmusu.
Prenatal diaqnostika (Prenatal diagnostics, prenatal diagnosis) - hamiləlik
dövründə həyata keçirilən tibbi müayinə üsulların məcmusu (döldən götürülmüş
müvafıq toxumaların genetik üsullarla analizi).
Protez (Denture)- amputasiya olunmuş ətrafın anatomik və funksional cəhətdən
bərpa olunması üçün istifadə olunan nexniki vasitə.
Psixi ləngimə (Mental retardation) - insanın psixi inkişafında gecikmə, o
cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm halları.
Psixi pozuntu (xəstəlik) (Psychiatric disorder, abalienation, mental disorder,
thought disorder) -sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət
olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması.
Psixiatriya (Psychiatry, mental medicine, mental science) - davranış
pozuntularının, əqli və ruhi xəstəliklər səbəbindən davranış və uyğunlaşma
pozuntularının üzərində araşdırmaların aparılması, belə xəstəliklərin və əlamətlərin
diaqnozun və müalicəsinin öyrənilməsi ilə bağlı məşğul olan tibb sahəsi. Ruhi və
sinir xəstəliklərindən qaynaqlanan narahatlıqları və uyğunsuzluqların tibbi və ruhi
sağlamlıq proqramları çərçivəsində qarşısını alma, ortaya çıxan əqli-ruhi və psixo-
sosial vəziyyətləri və xəstəlikləri təyin edən və bunların müalicəsi ilə məşğul olan
elm sahəsidir.
Psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) (Psychiatric facility
(psychoneuro-logical establishment, psychoneurological institution)) - psixiatriya
yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən
tibb müəssisəsi və ya onun bölməsi.
Psixiatriya yardımı (Psychiatric care, mental health services) - pasiyentin psixi
vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və
profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış
tibbi yardım növü.
Psixo-analiz (Depth psychology, psychoanalysis, psychoanalytic therapy) -
psixologiyada şüur altını açmaq, əqli və ruhi xəstəliklərin səbəblərini ortaya
çıxarmaq və bu cür xəstəlikləri müalicə etmək üçün istifadə olunan metod. Bu
metodun əsasında zehinlə bağlı bəzi əsəb pozuntularını, xəstəliyə səbəb ola biləcək
şüuraltı narahatlıqları, arzuları və ya keçmişdə yaşananları şüur üstünə çıxararaq
müalicə etmək mümkündür.
Psixo-fiziolojĠ pozuntular (Psychophysio-logical disorders) - psixoloji stresə bir
reaksiya olaraq ortaya çıxan və bədənin müxtəlif üzvlərinə mənfi istiqamətdə təsir
edən dəyişikliklər.
Psixoloji adaptasiya (Psychologic adaptation) -insanın cəmiyyətin tələblərinə,
özünün tələbatlarına, motivlərinə və maraqlarına uyğun olaraq cəmiyyətdə bir
şəxsiyyət kimi mövcud olmasına uyğunlaşma. Psixoloji adaptasiya insan tərəfindən
yaşadığı cəmiyyətin normalarının və dəyərlərinin mənimsənilməsi vasitəsilə həyata
keçirilir. Psixoloji adaptasiyanın əsas təzahürləri şəxsiyyətin ətrafdakı insanlarla
ünsiyyət qurması və onun aktiv fəaliyyətləridir.
Psixoloji sərbəstlik (Psychological freedom) -xarici təzyiqlərə baxmayaraq, öz
fıkrini saxlamaq, öz hərəkətini və emosional reaksiyalarını tənzimləmək,
özünüidarəetmə, özünütəsdiqetmə bacarığı,
məsuliyyəti üzərinə götürməyə meylliliyi. Bu cür sərbəstük psixo-emosional
vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir
gərginüyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və pasiyent
arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.
Psixoloji-pedaqoji reabilitasiya (Psychological and pedagogical rehabilitation) -
əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından
istifadə olunmaqla inklyuziv təhsil almasına, ünsiyyət, özünə xidmət və öz
davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi.
Psixoloji-tibbi-pedaqoji komissiya (Psychomedical andpedagogic comission) -
uşaqlarda fiziki çatışmazlıqların, əqli və psixi ləngimələrin diaqnostikasının
aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar
qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq
məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını həyata keçirən müvafıq
icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən mütəxəs-
sislərdən ibarət qurum.
Psixoloq (Psychologist) - psixologiyanın hər hansı bir sahəsində təhsil alan və
öyrəndiyi bilik və bacarıqları müəyyən ölçüdə tətbiq edən mütəxəssis.
Psixososial məsləhətləĢmə (Psychosocial counselling, psychosocial consultation)
- psixo-emosional stresin aradan götürülməsi və İİV-lə əlaqədar düzgün davranış
qaydalarının müəyyən edilməsi məqsədilə müayinə olunan (müayinə olunmuş)
şəxslə tibb işçisi və ya sosial işçi arasında testdən əvvəl və sonra aparılan
konfıdensial dialoq.
R
Reabilitasiya (Rehabilitation) - şəxsin müəyyən mühitdə həyat fəaliyyətinin
bərpasına yönəlmiş tədbirlər məcmusu.
Reabilitasiya mərkəzi (Rehabilitation center) -əlilliyi olan şəxslərə və xəstələrə
kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan,
əlilliyi olan şəxslərin əməyə və sosial həyata qatıla bilmələrinə kömək olan
müxtəlif sahələrdə ixtisaslaşmış dövlət və ya özəl müəssisə.
Reabilitasiya standartları (Rehabilitation standards) - əlilliyi olan şəxslərin
reabilitasiyasını keyfiyyət və effektivlik baxımından qiymətləndirən normativ
sənədlər.
Reabilitasiya vasitələri (Rehabilitation tools) -əlilliyi olan şəxslərin və xəstələrin
itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələr (əsalar, qoltuqaltı
ağaclar, dirsəkaltı ağaclar və s.).
Reamputasiya (Consecutive amputation, reamputation) - amputasiyadan sonra
güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar
əməliyyat.
Revmatoloq (Rheumatologist) - artrit və digər oynaq, əzələ və sümük
xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində ixtisaslaşmış həkim.
Ruhi xəstə (Mental patient, mentally unsound, mentally affected, bedlamite) -
müxtəlif səbəblərlə ruhi və əqli xüsusiyyətlərində, həyatın tələbinə uyğun
gəlməyəcək səviyyədə davamlı olaraq bacarıq və funksiya itkisi göstərən,
normadan kənar əməllər edən, bir-birinə zidd fıkirlər söyləyən, ağrı və məntiqə
uyğun gəlməyən danışıq halları ilə seçilən və qayğıya ehtiyacı olan şəxs.
S
Sağlamlıq imkanları məhdud 18 yaĢınadək uĢaq (tibbi modelə əsasən) (Under-
18 child with health limitations (according to the medical model)) - orqanizmin
ümumi inkişafının pozulmasına səbəb olan müxtəüf əqli, ruhi, fıziki qüsurlar və
xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafıəyə
ehtiyacı olan uşaq. Həyat fəaliyyətinin məhdudlaşması sağlamlıq imkanları
məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına
nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya
imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
Sağlamlıq imkanları məhdud Ģəxs (tibbi modelə əsasən) (Person with health
limitations (according to the medical model)) - xüsusi şərait yaradılmadan həyatda
müxtəlif sosial fünksiyaların icra olunmasında çətinlik çəkən fiziki çatışmazlığı,
əqli və (və ya) psixi ləngimələri olan insan.
Seqreqasiya (Segregation) - əhalinin bir qrupunun cəmiyyətdən müəyyən
əlamətlərə görə zorla aynlması siyasəti.
Sensor inteqrasiyasının disfunksiyası (SID) (Sensory processing disorder) -
hissiyat orqanlarının çatdırdığı məlumatın baş beyin tərəfindən tam və ya qismən
qavranmaması. Sensor inteqrasiyasında disfunksiyası olan şəxslər ətraf mühitin
qıcıqlandırıcı faktorlarına, o cümlədən parlaq işıq və ya güclü səsə qarşı həddən
ziyadə həssaslıq nümayiş etdirirlər.
Səsgücləndirici telefon aparatı (Amplifying telephone receiver) - dəstəyində səsin
ucalığına nəzarət etmək funksiyası olan, səsgücləndirici cihaz quraşdırılmış və
eşitmə qabiliyyəti məhdud şəxslər üçün nəzərdə tutulmuş rabitə vasitəsi. Aparat
daxil olan səsi gücləndirir.
Skolioz (Lateral curvature, scoliosis, curvature of spine) - onurğa ətrafında
müşahidə olunan patologiya. Skolioz əsasən 3 formada olur: sadə, qismən əyri,
mürəkkəb. Onurğa əyriliyi döş qəfəsinin assimetriyasına səbəb olur və bu da,
getdikcə daxili orqanları sıxır.
Sosial adaptasiya (Social adaptation) - insanın sosial funskiyalarını həyata
keçirmək imkanlarını əks etdirən inteqrativ proses. Sosial funksiyalar dedikdə,
ətraf mühitin və öz orqanizminin adekvat qavranılması, adekvat münasibətlər
sistemi və ətrafdakı insanlarla ünsiyyət, əmək, öyrənmə, asudə vaxtın və istirahətin
təşkili qabiliyyəti, ailədə və kollektivdə özünəxidmət, qarşılıqlı xidmət və s. başa
düşülür. Sosial adaptasiyanın bir istiqaməti kimi sosial-məişət adaptasiyasını, yəni
fərdin konkret sosial-məişət şəraitinə, ictimai və ailə-məişət rejiminə
uyğunlaşmasını fərqləndirirlər.
Sosial ayrı-seçkilik (Social discrimination) -cəmiyyət həyında ayrı-seçkilik
etməmə prinsipinin pozulması, fərdlərin və ya sosial qrupların sosial sinif, irq, din,
dil, siyasi-fəlsəfı görüş, etnik azlıq, əlillik və s. fərqlər səbəbindən cəmiyyətdə
bərabər olmayan bir halla üzləşməsi.
Sosial xidmət qurumu (Social service institution) - hər hansı bir sosial xidmət
müəssisəsinin öz tərkibində peşəkar olaraq sosial təminat xidmətləri göstərən
bölmə.
Sosial xidmət müraciəti (Social service application) - sosial-iqtisadi cəhətdən
məhdudiyyətli insanın sosial kontekstdə dəstək xidmətlərinə ehtiyac duyub-
duymadığına dair müşahidənin aparılması istiqamətində müvafıq yerli idarələrinə
ünvanlanan istəklər.
Sosial xidmət ödəniĢləri (Social service payment) - sosial təminat sistemləri olan
ölkələrdə evdə və ya müəssisədə sosial təminat xidmətləri çərçivəsində meydana
gələn müvafıq xərclərinin qismən və ya tamamilə bərpasına yönəldilən qayğıya
ehtiyacı olan şəxsə və ya onun admdan baxıcıya, mütəxəssis baxıcıya və ya nəzarət
orqanına verilən aylıq pul vəsaiti.
Sosial xidmət sahələri (Social service areas) -səhiyyə, təhsil və digər sosial
xidmətlərin tətbiq olunan sahələrinin məcmusu. Burada sosial işçi və ya sosial
xidmətçilər tərəfindən peşəkar səviyyədə müxtəlif sosial qruplara (məsələn, ailə,
uşaqlar, gənclər, ahıl insanlar, xüsusi qayğıya ehtiyacı olanlar, əlilliyi olan şəxslər,
qaçqın və məcburi köçkünlər və s.) göstərilən xidmətlərin göstərilməsi nəzərdə
tutulur.
Sosial inteqrasiya (Social integration) - sosial təcrid olunmaya məruz qalan fərd
və ya qrupların (əlilliyi olan şəxs və ya qrupların) iqtisadi və sosial fəaliyyətlərinə
maneə olan faktorların aradan qaldırılması, onların həyat səviyyələrinin
yaxşılaşdırılması və cəmiyyətdə digər insanlarla bərabər səviyyədə iştraknın təmin
edilməsi istiqamətdə həyata keçirilən tədbirlər sistemi.
Sosial iĢçi (Social worker, case worker, outreach worker, development worker) -
əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərin ehtiyaclarını müəyyən edən,
ehtiyaclarla resurslar arasında əlaqəni təmin edən, bu resurslar haqqında insanları
məlumatlandıran və onların bu resurslardan istifadə etməsini əlaqələndirən şəxs.
Sosial iĢtirak (Social participation) - əlilliyi olan və xüsusi qayğıya ehtiyac duyan
şəxslərin cəmiyyətdə tamyararlı üzv kimi yaşaması və sosial fəaliyyətlərdə
mümkün qədər aktiv olaraq iştirak edə bilməsi.
Sosial qulluq (Social care) - sosial xidmət işçiləri tərəfmdən qayğıya ehtiyacı olan
şəxsə sistemli, planlı və mütəşəkkil bir şəkildə təqdim olunan tibb qulluğu, psixo-
sosial (mənəvi) dəstək və evin idarə olunmasına yönələn xidmətlərin məcmusu.
Sosial məsafə (Social distancing) - sosial qrupların və ya şəxslərin bir-birinə
yaxınlıq və ya özgəninkiləşdirmə dərəcəsini əks etdirən anlayış. İnsanla ictimai
qurum arasında sosial məsafənin artması sosial qurumların qruplara və digər
təbəqələrə ayrılmasının meyarını təşkil edir.
Sosial müavinətlər (Social benefıts) - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı
kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik
ödənilən pul vəsaiti.
Sosial reabilitasiya (Social rehabilitation) -sosial vərdişlərin mənimsənilməsini,
əlilliyi olan şəxsin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin
həyatında müstəqil iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar
yaradılmasını təmin edən tədbirlər sistemi.
Sosial sığorta (Social insurance) - peşə, fizioloji və ya sosial-iqtisadi risklərə görə
gəlirinin və ya qazancının davamlı və ya müvəqqəti olaraq itirilməsi halında
insanların yaşamaq və dolamşıq ehtiyaclarını qarşılayan sistem.
Stiqma (Stigma, label) - sosial stereotipin ünsürü kimi çıxış edən və fərdi və ya
qrupu nüfuzdan salan sosial atribut.
Subtitr (Caption, subtitle) - eşitmə qabiliyyəti məhdud insanlara video çəkiliş
materialında səsləndirilən nitqin çatdırılması məqsədilə kadrlarda yerləşdirilən
mətn.
Subtitrli film/video çarx (Captioned film/video) - eşitmə məhdudiyyəti olan
şəxslərin filmin və ya video çarxın səs yazmasının mənasını dərk etməsi məqsədilə
yazılmış mətnin nümayiş olunduğu video material.
Surdo tərcüməçi (Sign language interpreter) -eşitmə məhdudiyyəti olan şəxslərin
digər insanlarla surdodil vasitəsilə ünsiyyətin təşkil olunmasına yardım göstərən
mütəxəssis.
Surdotexniki vasitəiər (Deaf aid, equipment for persons with hearing
impairment) - eşitmə məhdudiyyəti olan şəxslərdə həmin məhdudiyyətlərin
korreksiyası və ya kompensasiyası, habelə eşitmə qabiliyyəti olan şəxslərin ətraf
mühitə adaptasiyası üçün nəzərdə tutulan və məxsusi olaraq işlənib hazırlanan
cihazlar.
ġ
ġəxsin həyat fəaliyyətinin məhdudlaĢmasi (Limitations of life activities of the
person) - əlilliyi olan şəxsin özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz
davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya
imkanlarının tamamilə, yaxud qismən itirilməsinin təzahür forması.
ġəxslərarası ünsiyyət vasitələri (Interpersonal communication means) - görmə
məhdudiyyəti olan şəxslərin brayl sistemi üzrə təlimlə, audio-vasitələr və iri şriftlə
təmin edilməsi, əqli məhdudiyyəti olan şəxslərə dilin asan başa düşülməsinin
öyrədilməsi sisteminin təşkil edilməsi, nitq məhdudiyyəti olan şəxslərə müasir
texniki ünsiyyət vasitələrinin tədqim olunması.
ġizofreniya (Schizophrenia, adolescent insanity, parergasia, dementia praecox) -
insanın düşüncə, duyğu və davranışında, özünə və ətrafındakılara əhəmiyyətli
dərəcədə təsir edən və bəzi dəyişikliklərə səbəb olan psixi xəstəlik.
T
Talassemiya
(Thalassemia,
thalassanemia)
-genetik
defekt
nəticəsində
hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi
qan xəstəliyi Formalarına görə homoziqot talassemiyanı (pasiyentə hər iki
valideyndən iki qüsurlu, mutasiyaya məruz qalmış gen irsən keçir) və heteriziqot
talassemiyanı (pasiyent mutasiya məruz qalmış qüsurlu geni yalnız bir valideyndən
irsən alır) fərqləndirirlər.
Tam dövlət təminatı (Full public assistance, complete public provision) -
sağlamlıq imkanları məhdud şəxslərin dövlət tərəfındən təlim, səhiyyə və məişət
xidmətləri, yemək, geyim, ayaqqabı, zərari avadanlıq və fərdi texniki vasitələrlə
təmin edilməsi.
Tetraplegiya (Tetraplegia, pamplegia, quadriplegia, quadriparesia) - yuxarı
ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici.
Təxirə salınmaz psixiatriya yardımı (Emergency psychiatric care, primary
medical health services, emergency psychiatric help) -həkim-psixiatrın (həkim-
psixiatr komissiyasının) qərarı əsasında göstərilən tibb prosedurların məcmusu.
Təkrar əlillik (Secondary disability) - tibbi-sosial ekspert komissiyasında təkrar
müayinədən keçərək əlillik statusunun təsdiqlənməsi.
Təlimin Ġnteqrasiyasi (Training integration)-sağlamlıq imkanları məhdud şəxslər
üçün xüsusi şərait yaratmaqla, onların digər insanlarla birgə təlimin həyata
keçirilməsi prosesi.
Tibbi reabilitasiya (Medical rehabilitation, aftercare) - orqanizmdə anadangəlmə,
yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional
qabiliyyətlərin tibbi və digər metodlarla bərpasına və kompensasiyasına
yönəldilmiş tədbirlər sistemi.
Tibbi-sosial ekspert komissiyası (Medical and social expert comission, medical
and social expert board, disability evaluation board) - tibbi-sosial ekspertiza
keçirərək əlilliyi olan şəsxslərin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının
məhdudluğunu qiymətləndirən, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq
imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən
edən mütəxəssislərdən ibarət qurum.
Tibbi-sosial ekspert komissiyasının çıxarıĢı(Statement (report) of medical and
social expert comission) - tibbi-sosial ekspert komissiyaları tərəfindən verilən,
əlilliyin səbəbini, dərəcəsini və müddətini müəyyən edən sənəd.
Tibbi-sosial ekspert komissiyasının rəyi(Opinion of medical and social expert
comission) -tibbi-sosial ekspert komissiyalarının əlilliyi olan şəxsin kliniki-
funksional və sosial statusu, fəaliyyətlərinin təbiəti və məhdudiyyətləri,
reabilitasiya potensialı, reabilitasiya tədbirlərinin proqnozunu formalaşdıran fıkrin
bildirilməsi.
Tibbi-sosial ekspertiza (Medical and social expert examination, medical and
social expert evaluation) - əlilliyin qiymətləndirilməsi əsasında şəxsin sosial
müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi.
Tiflotexniki vasitələr (Blind aid, equipment for the persons with visual
impairment) - görmə qabiliyyəti məhdud olan şəxslərin tədrisi, politexnik və
istehsalat hazırlığı və xidmətlərdən yararlanması, habelə həmin şəxslərin görmə
qabiliyyətinin korreksiyası, inkişafı və bərpası üçün məxsusi olaraq işlənib
hazırlanmış cihazlar.
Dostları ilə paylaş: |