Z A U R
134
Həyat yoldaĢından savayı kimsəsi olmayan
Gülayə arvad da bu sözləri eĢidib, Əsəd kiĢiyə
əziyyət olmasın deyə, göz yaĢlarını içində boğaraq,
hıçqıra - hıçqıra, Əsəd kiĢinin – yerdə, baĢının
yanında oturaraq, pambığı nəlbəkidəki suya batırıb,
neçə saatdan bəri susuz qalıb, dili-dodağı qurumuĢ,
canını da sakitcə Əzrayıla vermək istəməyən qırıq
– qırıq nəfəs alaraq hıçqıran, Əsəd kiĢinin
dodaqlarına sürtürdü. Onun yanında əyləĢmiĢ,
Züleyxa da tez - tez Gülayə arvadın ayağına əli ilə
vuraraq: - Bir az yavaĢ, hıçqır, eĢidir, - deyirdi.
Əsəd kiĢinin tavana zillənən solğun, nəmli göz-
ləri bir anlığa Gülayə arvada zillənərək, güclə
eĢidiləcək tərzdə, qırıq - qırıq cümlələrlə: -
«oğ...lum, Əm...rah...ım!» - dedi.
Bu sözləri eĢidən Züleyxa tələsik yerdən qalxdı:
- Yazıq kiĢi, səhərdən sən demə buna görə
canını tapĢıra bilmirmiĢ. Oğlunun yolunu gözləyir.
– o, otağın bir küncündə oturub, sakitcə göz yaĢı
axıdan, müdir Hüseyn müəllimə yanaĢdı:
- Sizdə sənədlərin arasında, Əmrahın nömrəsi
olmaz ki?... Əgər varsa, tez gedək, vəziyyəti deyim.
O, gəlməsə kiĢi canını tapĢıra bilməyəcək.
Balasının yolunu gözləyir.
A L D A D I L M I Ş Ə R
135
Hüseyn: - Hə, deyəsən məndə olmalıdı, -
Tələm-tələsik, Züleyxa ilə birgə qapının ağzında
toplaĢıb, göz yaĢı axıdan qocaların yanından keçib,
yuxarı, otağına getdi.
... Gülayə arvad yaĢlı qadınlarla Əsəd kiĢinin
yanında, yerdə əyləĢib, içindən yenə qovrula -
qovrula göz yaĢı axıdırdı. Əsəd kiĢi can verəsə də
narkor övladı Əmrahın adını çəkmiĢdi. Ürəyi alıĢıb
yanan ananın közərib, qaysaqlayan yarasının
üstünü qoparıb, bir daha qanatmıĢdı. Əlinin Əsəd
kiĢinin əlində olmasına baxmayaraq, ürəyi
Züleyxanın yanındaydı. Görəsən, arvad gəlib nə
deyəcək, Əmrahı evdə tapdım, yoxsa?..
O, bir anlığa xəyala daldı: Qapının qarĢısınıda
oğlu Əmrah və nəvəsi, onların üzü qibləyə uzanıb
Əzrayılla çarpıĢan, xoĢluqla canını vermək istəmə-
yən Əsəd kiĢiyə yaxınlaĢdıqlarını gördü. O, dərhal
ayağa qalxıb qapıya tərəf irəliləmək istəyəndə,
taqətsiz Əsəd kiĢi, zorla baĢını qaldıraraq: -
Əm..ra..hım... - Deyib, baĢı yenidən yana düĢdü.
Sanki bu xırıltılı səs Gülayə arvadı xəyaldan ayırdı.
O, yenidən içini çəkə - çəkə: - Darıxma Əsəd,
qadan alım darıxma, gələcək... - deyib, pambığı
nəlbəkidəki suya batıraraq, susuzluqdan çartlayan,
Əsəd kiĢinin dodaqlarına sürtdü, sonra isə pambığı
Z A U R
136
sıxıb, iki damcı suyu onun boğazına damızdırdı.
Canı ilə əlləĢən Əsəd kiĢiyə Gülayə arvad sanki bu
iki damla suyla yenidən can verdi. O, iki damla
suyu elə acgözlüklə udub, içəriyə ötürdü ki, elə bil
neçə illərdən bəri suyu qurumuĢ bulağa yenidən su
gəlmiĢdi. Neçə illər susuzluqdan mamırlayan bulaq
daĢı kimi iki damla suyu canına çəkdi.
Hüseyn müəllimlə Züleyxa içəri daxil oldu.
Züleyxa sakitcə Gülayə arvada yaxınlaĢıb, pıçıltı ilə:
- Zəng etdim, bir cavan gəlin götürdü, məsələni qısa
danıĢdım. Gəlin qıĢqırdı - Ölür, cəhənnəmə ölsün! -
deyib, telefonu çırpdı. Sonra da nə qədər zəng etdim
cavab verən olmadı. Axı, ay bacı sizdə Əmrahın
oğluyla Ģəkili olmalıdır, daha neynək, indiki, onları
tapa bilmirik, heç olmasa kiĢi əziyyət çəkməsin.
Həmin Ģəkili gətir kiĢinin gözünün qabağına, sonra
isə qoy sinəsinin üstünə, bəlkə onda rahatlaya.
Bu fikir Gülayə arvadın da ağlına batdı. Yadına
nənəsi Güləfruzun ölümü düĢdü. II Dünya Mühari-
bəsi vaxtında nənəsi də can verəndə, oğlunu – Gü-
layənin atası Mirbalanı istəyirdi. KiĢi müharibədə
olduğundan, Gülayənin anası Qızxanım onun
Ģəklini arvadın gözləri önünə gətirib göstərmiĢdi,
sonra da sinəsinə qoymuĢdu. Onunla da arvad
canını rahat tapĢırmıĢdı.
A L D A D I L M I Ş Ə R
137
Gülayə arvad Əsəd kiĢinin canını rahat tapĢır-
masını istəsə də, bir yandan da onun birdəfəlik bu
dünyadan köçəcəyini, lap tək qalacağını düĢünüb
için-için hıçqırdı.
Əsəd kiĢinin çarpayısındakı, yastığını qaldırıb,
altından ağ - qara, rəngsiz, oğlu ilə nəvəsinin birgə
Ģəklini götürüb, bir neçə saniyə Əsəd kiĢinin gözləri
önündə əlləri əsə - əsə saxladı, sonra Ģəkli onun si-
nəsinin üstünə qoyub, özü də kiĢinin sol tərəfində
əyləĢərək, əlindən yapıĢdı və dərdi, qəmi göz yaĢları
içində boğa - boğa o üz – bu üzə çevrilirdi. Birdən
onun gözü Əsəd kiĢinin taqətsiz qalxmaq istəyən
əlinə sataĢdı. O, dərhal onun əlindən yapıĢaraq, han-
sı səmtə əlini aparmaq istədiyini müəyyənləĢdirdi.
Əsəd kiĢi əlini oğlu ilə nəvəsinin Ģəklinin üstünə -
sinəsinə aparmaq istəyirdi. Gülayə arvad onun əlini
Ģəklin üstünə qoydu. Kənardan bu acı mənzərəni
seyr edən, bayaqdan kədərlərini içlərində boğub,
saxlayan qocalar – Züleyxa, Ġbrahim kiĢi, Hüseyn
müəllim, bir sözlə hamı hönkür - hönkür ağlayırdı.
Təkcə Gülayə arvaddan baĢqa. Arvad nə isə qəribə
olmuĢdu. Elə hey, o üz – bu üzə burulub, key
baxıĢlarla ətrafı seyr edirdi. Sanki bu acı mənzərə
Gülayə arvadı özündən ayırmıĢdı.
Z A U R
138
Birdən arvad özünə gələrək, yanıqlı səslə: -
Ġndi rahat canını ver Əzrayıla, ay Əsəd! Səhərdən
Əmrah deyirdin, bu da Əmrah, ürəyinin baĢında!
Ver canını!..» - deyərək, hönkürtü ilə: «Bu dünyada
gün görməyən Əsəd, ver canını. Get, o dünyada
rahatlan!
Gülayə arvadın bu ağıları ətrafda olan qocaların
hönkürtü səslərini daha da ucaltdı. Elə bu ərəfədə
Əsəd kiĢinin sinəsi üç dəfə qalxıb – endi, elə bil
kimsə qarnının üstündən əli ilə basıb, buraxırdı.
Bunu görən Gülayə arvad yenə də özünü saxlaya
bilməyib, onun üstünə atıldı:
- Əsəd, sən necə insansan?! Sən indi doğurdan
da məni qoyub getmək istəyirsən? Allah məni tək
qoyma , Allah! Yalvarıram sənə Allah! – deyə,
baĢını Əsəd kiĢinin sinəsinin üstünə qoyub,
hönkürdü. Bunu görən yaĢlı qadınlar dərhal onu
Əsəd kiĢinin sinəsindən qaldırıb, kənara çəkdilər.
Gülayə arvad yenə də yalvarıĢına davam edirdi: -
Ay Allah, məni tək qoyma, Allah ! Qurban olum
sənə ey gözə görünməz. Sən niyə səsəmi
eĢitmirsən?! Yalvarıram sənə...
Əsəd kiĢinin sinəsi qalxıb, enəndən sonra ardın-
ca çənəsi də eyni sürətlə üç dəfə yerindən laxladı.
Sonda göz bəbəkləri ağararaq, gözlərinin nuru axdı.
A L D A D I L M I Ş Ə R
139
Bununla da neçə saatdan bəri oğul həsrətindən ca-
nını tapĢıra bilməyən ata dünyasını dəyiĢdi. Ġbra-
him kiĢi balaca ayna götürərək, Əsəd kiĢinin burnu-
na yaxınlaĢdırıb, çəkib baxdı. Ayna buxarlanma-
mıĢdı. Ġbrahim kiĢi qadınları yaxına buraxmayaraq,
sağ əli ilə: - Bismillah! - deyib, mərhumun gözləri-
ni bağladı. Amma Ġbrahim kiĢinin birinci cəhdi bo-
Ģa çıxdı. Deyirlər ki; - Ölünün gözləri bağlanmırsa,
demək kimdənsə nigaran gedib, həyatdan doyma-
yıb. - Əsəd kiĢi də nankor oğlundan, qarısı Gülayə-
dən nigaran getdi. Bu vəfasız, ölüyə hay, diriyə pay
verməyən dünyadan doymadı getdi. Bu həyatın ona
verdiyi əzablara, acılara, dərdlərə baxmayaraq...
Ġbrahim kiĢi göz yaĢı axıdaraq, onun ayaq - baĢ
barmaqlarını bir-birinə, çənəsini baĢından bağlayıb,
üzünü örtüb, kənara çəkildi, meyiti vidalaĢmaq
üçün qadınların ixtiyarına verib, özü də bu qarın nə
vaxtsa onun da qapısına yağacağını düĢünürdü.
Gülayə arvad yaĢlı qadınlarla meyitin yanında
oturub, dizlərinə vura - vura dərdlərini ortaya
töküb, fəryad qoparırdı. Onun səsinə səs verənlər,
özü kimi yetim yuvaya sığınanlar idi...
Noyabr 2001,
Bakı şəhəri
Z A U R
140
YETİMLƏR
Fikrətin həyat yoldaĢı təzəcə rəhmətə getmiĢdi.
O, yeganə oğlu Muradla tək qalmıĢdı. Tək qalmıĢdı
deyəndə, Səmanın yeddisinə kimi bütün qonum –
qonĢu onlarda idi. Fikrətin dərdini az da olsa
unutdururdular. Yeddindən sonra hər kəsən öz
evinə çəkilmiĢ, bu iki yetimləri dərdləri ilə baĢ –
baĢa qoymuĢdular. Heç olmasa bir nəfər qohum –
qardaĢ da yox idi ki, Səmanın qırxına kimi onlarla
qalıb, dərdlərinə Ģərik olsun. Fikrət, kiçik Muradı
anasızlığa öyrədə bilmir, əziyyət çəkirdi. Səma
rəhmətə gedən gündən Murad hər gecə ağlaya –
ağlaya yuxudan oyanıb: - Ata, indi anamı görür-
düm. Əynində ağ paltar vardı. O paltarla ona soyuq
olduğundan, mənə yalvarıb, üstünə örtməyə bir Ģey
istəyir. Nə olar ata, qalx gedək anama yorğan apa-
raq, – deyərək onsuz da qəlbi yaralı atanın dərdinin
üstünə bir dərd də gətirirdi. Fikrət gözlərini yumsa
da göz yaĢları onu boğmağa baĢlayanda həyatda
tək sirdaĢı olan oğlunun boynunu qucaqlayıb, onun
göz yaĢlarını silib,sakitləĢdirib, yatırır, ondan sonra
özü səhərə qədər yata bilmirdi. Yorğanı üzünə
A L D A D I L M I Ş Ə R
141
çəkib, övladının sözlərindən təsirlənib, hıçqıra –
hıçqıra ağlayırdı.
Fikrətin bu həyatda Səmadan sonra Muraddan
savayı heç kimi qalmamıĢdı. O, uĢaq evində
böyümüĢdü. Nə ata - anası, nə də ki, bir nəfər tanı-
dığı qohum - əqrəbası yox idi. Səma ilə də elə uĢaq
evində tanıĢ olmuĢ, bir – birlərini sevmiĢ, daha
sonra isə müəllimlərinin köməkliyi ilə ailə həyatı
qurmuĢ, elə uĢaq evinin yaxınlığındakı yataqxana-
dan onlara yaĢamaq üçün bir gözlü və mətbəxli ev
vermiĢdilər. Onların sevgisi o qədər saf sevgi idi ki,
onlar bir – birlərinə həyat yoldaĢı olmaqla yanaĢı,
həm də ata – ana, bacı – qardaĢ idilər. Onlar bu
həyatda kasıb, imkansız olsalar da, sevərək
yaĢayırdılar, ən böyük var – dövlətləri də bu idi.
Murad bu iki insanı həyata daha da bağlayaraq,
onların yaĢama, yaratma ruhunu yüksəltmiĢdi.
Amma nə yazıq ki, bu xoĢbəxtlik uzun sürmədi.
Düz iyirmi yeddi gün bundan öncə, elə iyirmi yeddi
yaĢında bir gəlin öz yuvasını tərk etdi.
Səma bir ilə yaxın idi ki, qadınlığındakı xər-
çəng xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun
xəstəliyinin əməliyyatdan keçdiyini, ömrünə az
vaxt qaldığını özünə deməsələr də, Fikrətə bildir-
miĢdilər. Fikrət son anlara qədər buna inanmır,
bütün günü orda – burda fəhləlik edib, qazan-
Z A U R
142
dıqlarının demək olar ki, hamısını Səmanın dəva -
dərmanına verirdi ki, bəlkə sağalar. Zavallı hər gün
səhər Səmanın dəva - dərmanını özü verir, onu
qonĢuya tapĢırıb, iĢə gedir, axĢam evə tez dönüb,
yenə də onun qulluğunda dayanır, birinci sinfə
yenicə baĢlamıĢ Muradla məĢğul olurdu. UĢağın
dərslərinə, üst – baĢının təmizliyinə nəzarət edirdi.
BaĢqa nə edə bilərdi ki, kimi – kimsəsi də yox idi,
gedib yardım istəyə. Onun bu həyatda yeganə
yaxınları bu iki nəfər idi: Səma və Murad. Fikrət
Səmanın quru nəfəsi gəlib – getdikcə, özünü bu
həyatda yetim sanmırdı, Səmanın ölümü Fikrəti
ikinci dəfə də yetim qoydu. Bu dəfə yanında Murad
da vardı. Bu Fikrət üçün dağdan ağır dərd idi. Axı
o, bu vəfasız, həyatda tək baĢına nə edəcəkdi, altı
yaĢlı körpəsini necə böyüdəcəkdi? - Bir yandan da
Muradın gecələr yuxudan oyanıb, anasına soyuq
olduğunu deməsi, ata ürəyini daha da kövrəldirdi.
Yenədə eyni hal baĢ vermiĢdi. Murad gecə yarı
yuxudan oyanıb, anasına soyuq olduğunu deyib,
atasını məcbur etmiĢdi ki, qalxıb, anasının qəbri
üstünə gedib, ona yorğan aparsınlar. Fikrət uĢağı
sakitləĢdirib, fikrindən daĢındıra bilmiĢdisə də,
yatıra bilməmiĢdi. Səhərə qədər ata bala qucaq-
laĢıb, göz yaĢlarını içlərində boğmuĢdular.
A L D A D I L M I Ş Ə R
143
* * *
Fikrət iĢdən gəldikdə Muradı evdə görmədi.
Ətrafa nəzər salıb, çantasının evdə olmadığını gö-
rüb, saata baxdı. Bu vaxt gərək evdə olaydı. O, ya-
taqxananın dəhlizinə çıxaraq, Muradı qonĢulardan
soraqladı.
QonĢular
Muradı
görmədiklərini
deyəndən sonra zavallının ürəyi təĢviĢə düĢdü. Bu
uĢaq hara gedə bilərdi ki, yol – filan da tanımırdı.
Fikrət: - Yəqin sinf yoldaĢlarının hansınınsa
evinə gedib, indilərdə gələr, düĢünsə də artıq Ģər
qarıĢır, axĢam düĢürdü. Səmada qara buludlar
görünür, havanın qaralması ilə Fikrətin də ürəyini
qara düĢüncələr alırdı.
Artıq Ay çıxmıĢdı. Gecənin qaranlığını Ay öz
bəyaz iĢığı ilə iĢıqlandırırdı. Fikrət gödəkçəsini
geyib, çölə çıxdı. Yolda adamlar az – az görünürdü.
Onun ilk gətdiyi yer, Muradın sinif yoldaĢlarının
evi oldu. Hamısının evini bircə - bircə gəzib,
Muradı soraqlasa da dərsdən sonra görən oldu
deyən olmadı. Fikrətin getdikcə həyacanı artır,
qorxu hissi onu bürüyürdü. O, özünə təsəlli
verərək: - Heç hara gedə bilməz. Harda olsa, indi
qarĢıma çıxacaq, - deyərək, qəlbindəki həyacanı
qovmağa çalıĢırdı. Amma faydası yox idi. Fikrət
həyacanı, Muradı itirmək qorxusunu qovmağa
Z A U R
144
çalıĢsa da alınmırdı. Buzlu yolları küçə - küçə,
dalanba – dalan gəzdikcə taqətdən düĢür, soyuqdan
ayaq barmaqları donaraq, hərəkətini itirirdi. Bir
neçə dəfə buzda sürüĢüb, yerə yıxılsa da, ayağa
qalxb, yoluna davam edirdi. Özü də hara getdiyinin
fərqində deyildi. Gecənin bu qaranlığında uĢaq
harda ola bilərdi ki? Bu düĢüncələrlə, Fikrət göz
yaĢlarına hakim kəsilə bilmirdi. Addımlaya –
addımlaya gözlərindən yanaqlarına düĢən yaĢ, ge-
cənin qaranlığında soyuqdan qızarmıĢ yanaqlarında
par – par parıldayırdı. Artıq Fikrət özü də bilmədən
yolun qırağında yerə diz çökərək, əllərini göyə
qaldırıb, Allaha yalvarırdı:
- Allahım, biz yetimlərinə rəhm et. Mən onsuz-
da yetim idim, Səmanı qarĢıma çıxarıb, yetimlik
acısını az da olsa mənə unutdurdun. Daha sonra
onu da əlimdən alıb, məni yenidən yetim qoydun.
Ġndi həyatda Səndən və Muraddan savayı bir
kimsəm yoxdu. Yalvarıram ey Yaradanım, Mura-
dımı mənə çox görmə, məni bu həyatda üçüncü
dəfə də yetim etmə, biz iki yetimlərini bir –
birimizə çox görmə, ey uca Rəbbim!..
Elə bil Fikrətin yalvarıĢlarını Allah eĢitdi,
ürəyindəki həyacan təlaĢ itdi, onların yerini sakit
bir rahatçılıq, arxayınlıq aldı. Yerdən qalxıb,
cibindəki siqaret qutusundan bir dənə götürərək,
A L D A D I L M I Ş Ə R
145
dodaqlarının arasına alıb, alıĢdırdı. Fikrət çox
siqaret çəkən adam olsa da, bayaqdan siqaret
yadına düĢmürdü. Baxmayaraq ki, siqareti daha çox
əsəbi halda olanda çəkirlər, indi nədənsə o Fikrətin
yadına sakitləĢəndən sonra düĢdü. Əli ilə
gözlərindən yanaqlarına süzülüb, gözlərinin
qıraqlarını yandıran yaĢı silib, siqaretdən bir dərin
qüllab alıb, ciyərlərinə sümürdü.
Fikrət elə bil bayaqkı – narahat, ağlayan,
nigarançılıqdan dayana bilməyən adam deyildi.
Bayaqdan bəri buzlu yollarla tələsə - tələsə, yıxıla –
yıxıla addımlayan Fikrət, indi baĢına aĢağı salıb, nə
sağa, nə də ki, sola burulmadan düz addımlayırdı.
Bayaqkından fərqli olaraq, çox sakit və təmkinlə
addımlayırdı. Yolun həmin yol – buzlu, sürüĢkən
,hər beĢ addımda Fikrəti sürüĢdürürüb yerə yıxan
olmasına baxmayaraq, indi elə bil onun da Fikrətə
rəhmi gəlmiĢdi, artıq onu yıxmırdı.
BaĢını qaldıranda özünü qəbirstanlığın yanında
gördü. Bu vahiməli, qorxulu, həm də bir az da sakit
görünən məkan, əslində həyatın ən gözəl, ən
qorxusuz yeri idi. Sadəcə, hər insan bu gözəlliyi,
xoĢ təsirli səssizlikdəki səsi duya bilməzdi. Səma
rəhmətə gedəndən bir dəfə də olsa bura tək
gəlməmiĢdi. Amma elə bil indi hansısa qüvvə onun
əlindən yapıĢıb, qəbirstanlığın içinə doğru aparırdı.
Z A U R
146
O, qəbirlərin arası ilə ötə - ötə onlara diqqət yetirir,
qəbirlərin baĢ daĢında əks olunan rəhmətliklərin
Ģəkillərinə və doğum – ölüm tarixlərinə nəzər yeti-
rirdi. Hər Ģey Fikrətin yadından çıxmıĢdı. Hətta
Səmanın məzarının da bu qəbirstanlıqda olduğunu
unutmuĢdu. Ona elə gəlirdi ki, qəbirstanlıqda tək
deyil, bura adamla doludur. Ümumiyyətlə burda
heç ölü yoxdu, hamı diridi. Ölən varsa, o da
Fikrətin özüdü. O, nə səsini çıxara bilir, nə də ki,
geri qayıda, elə bil ətrafındakı cansız nəfəslər onu
geri qayıtmağa qoymurdu.
Əvvəl qorxdu. Havada uĢaq gödəkçəsinin
qolları yırğalanırdı. Sonra yaxınlaĢdı. UĢaq
gödəkçəsini çıxarıb, baĢ daĢına bürüyüb, iki əli ilə
də möhkəmcə qucaqlayıb, gözlərini yumub, Ģirin –
Ģirin yatırdı. Fikrət elə bil bu yerdə yuxudan ayıldı
və qəbirstanlıqda olduğunun fərqinə vararaq,
qəlbini qorxu, vahimə bürüdü. Elə bil bayaqdan
ona iĢıqlı, diri insanlarla dolu görünən bu məkan
bir anın içində qaranlıqlaĢdı və o buranın dirilər
yox, ölülər məkanı olduğunu dərk etdi. Bəs bu uĢaq
kim idi, gecə vaxtı onun burda nə iĢi var idi? Mu-
rad! Hə, doğurdan da Murad idi. O, anasının
qəbrini qucaqlayıb, yatmıĢdı. Bəlkə də heç yatma-
mıĢdı, sadəcə qucaqlayıb, gözlərini yummuĢdu. Hə,
yatmamıĢdı, çünki pıçıltı ilə nəsə danıĢırdı. Fikrət
A L D A D I L M I Ş Ə R
147
bu səhnəni gördükdə qorxu – hürküsü itdi. O, Mu-
rada yaxınlaĢdıqda, uĢaq anasının baĢ daĢını burax-
mayaraq: - Ata, indi daha anama soyuq olmayacaq,
– deyib: - Ata, nə olar, məni bağıĢla, səndən
icazəsiz gəldim. Amma neynəyim, anama da çox
soyuq idi axı...
Öz gödəkçəsini çıxarıb, qəbrin üstünə sərdi.
Üzünü torpağa qoyub:
- Ġndi rahat yat yerində ay Səma! Bax, oğlun da,
mən də yanındayıq. Ġkimiz də sənə soyuq olmasın
deyə, üstünü örtmüĢük. Sənin yanındayıq, rahat ol!
* * *
Əl - ələ tutub, yataqxanaya sarı gedirdilər.
Həmin gecədən sonra Murad bir daha yataqdan
qalxıb, ağlamadı. O inanırdı ki, daha anasına soyuq
deyil, çünki atasının da, onun da gödəkçəsi anasını
Ģaxtadan qoruyurdu.
15 Noyabr 2008,
Bakı şəhəri
Z A U R
148
TORPAQ HAQQI
Tanrıverdi kiĢigilin evində yamanca söz-söhbət
düĢmüĢdü. Səbəb isə gözünün ağı - qarası bircəoğlu
Sultanın əsgərlik yaĢının yetməsi və Hərbi Ko-
missarlıqdan ona çağrıĢ vərəqəsinin göndərilməsi
idi. Elə bu səbəbdən də Tanrıverdi kiĢinin arvadı
ġərəfnisə evdə bir yas qurmuĢdu ki, gəl görəsən!
Səhərdən telefonla zəng edib: - «Ay qız evim
yıxılıdı, Sultanımı əsgər çağırıfdılar!» - demədiyi
adam qalmamıĢdı. Ġndi də Tanrıverdi kiĢi ilə birgə
əyləĢib, gözünün yaĢını sel - su kimi axıdırdı:
- Yox, ay Tanrıverdi... Qoymaram balamı apar-
sınlar. Dədəmin goruna and olsun ki, nöyütü töküf,
od vurub, özümü yandıraram.
Tanrıverdi kiĢi, ġərəfnisəni baĢa salmaq üçün,
asta-asta danıĢırdı:
- A, ġərifnisə! NeyĢə nöyütü töküf yandırırsan
özünü?! BaĢın xarab olubmu? Əsgərlikdi dayna...
kiĢilik məhtəvidir. Qoy getsin, bərkə-boĢa düĢsün,
həyatı anlasın!
- Nə danıĢırsan? Sən indi deyirsən ki, getsin bu
qaçqınlardan ötəri ölsün mü? Heç elə də Ģey olarmı
A L D A D I L M I Ş Ə R
149
ay kiĢi... Tək balam var, lazım olsa evimi də satıf,
niqodnu elətdirrəm onu...
- Birincisi, ay arvad, atəĢkəsdi. Müharivə - zad
döyül ki, Allah eləməmiĢ gedif, ölsün. Ġkincisi də
iĢğalda olan torpaqlarımız tək qaçqınların döyül.
Vətən həm də bizimdi də, bir də heylə bir Ģey dilinə
gətirmə!
- A, kiĢi, nə atəĢkəs – bazdıxdı? Televiziya gö-
zünün qabağında demirmi ki, gündə bir əsgər öler?!
Ġndi sən istəyirsən ki, mən də tək balamı özüm - öz
əllimlə ölümə göndərem mi?..
- A, mürtədin qızı, mürtəd! Bu sən dediyin
Allahın yazdığı taleh - qısmatdı. O, kiĢi nə yazıfsa,
o da olajax. Qaldı, Sultanın niqodnu olmasına, sən
kimsən ki, mənim oğlumu niqodnu elətdirersən?
Bu evin böyüyü mənəm. Mən deyirəm ki, Sultan
əsgər gedəjək, vəssalam!
Bir neçə gün evdə belə mübahisələr oldu.
Amma sonra Tanrıverdi kiĢi dediyinə əməl etdi.
Həqiqətən də yeganə oğlunu əgərliyə yola saldı.
Sultan əsgər gedən gündən, ġərəfnisnin gö-
zünün yaĢı qurumurdu. Hər gün evdə yas qururdu.
Tanrıverdi kiĢi onun əlindən iĢdən evə gələndən
sonra da rahatlıq tapmırdı. Zavallı kiĢi çörək yemək
istəyirdi, ġərəfnisə: - Oğlum orda ermənilərnən
Z A U R
150
üzbəyüz dayanıf, amma sən burda çörək yeyirsən.
Heç utanmersənmi? Nə təhər keçir boğazından, -
televizora baxmaq istəyirdi: - Yazıx balam orda
zülüm çəker, amma dədəsi burda kefdədir, -
deyərək, kiĢini əməllicə sinirləndirirdi. Amma
neyləsin, yenədə əsəblərini cilovlayırdı.
Bir gün Tanrıverdi kiĢi evdə olmayanda, Sultan
evə zəng edərək, anasına: «Nənə səninçün də,
dədəmçün də yamanca darıxmıĢam. Qadan alım, ay
nənə, qamander icazə verər, siz də icazə verin, bir
həftəliyə otfuskaya gəlem. Düz, səkkiz ay, on
gündür ki, üzünüzə də, səsinizə də həsrətəm.» -
dedi. ġərəfnisə telefonda oğlunun səsini eĢidcək,
bir sevindi ki, gəl görəsən! Bu boyda arvad az
qalırdı ki, sevincindən atılıb - düĢə. Odur ki,
oğlunun sözünü yarımçıq kəsərək: «Nənən saa
qurvan. Gəl, baĢına dönüm. Nə vaxt gəlersen? Sübh
tezdən mi? Gəl, gəl qadan ürəyimə... Dədən bilsə,
yaman sevinəjək.» - deyərək telefonun dəstəyinin
asdı. Pıçıltı ilə züm - zümə edərək, qol açıb öz -
özünə oynamağa baĢladı. Birdən yadına nə isə
düĢmüĢ kimi tez, telefonun yanına gedib, dəstəyi
götürüb düymələri basaraq bir az gözlədi. Sonra:
- Boy, bajı sənsən? Ay bərəkallah, doğmaja
bajınıdamı tanımadın? Mənəm dayna, ġərəfnisə!
|