R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix04.05.2017
ölçüsü65,28 Kb.
#16553
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Şəkil 3.6. Tam suvarılan (a) və quraqlıq şəraitdə (b) dən məh-
suldarlığı  ilə əlaqədar olan əlamətlərin path ana-
lizi diaqraması  
 
D.M.-dən  məhsuldarlığı;  D.D.S.-  dənin  dolma  sürəti;  D.D.D.M.-  dənin 
dolma  dövrünün  müddəti;  Q.S.G.S.-  qıçanın  saçaqlarının  aşkar  olmasına 
lazım  olan  günlərin  sayı;  Q.S.D.S.-  qıça  sırasında  dənin  sayı;  ASI-  toz-
lanma ilə saçaqlama arasındakı günlərin sayı; D.Q.- dənin qalınlığı;  B.B.- 
bitkinin  boyu;  Q.D.S.S.-  qıça  dəninin  sıra  sayı;  X.M.-  xlorofilin  miqdarı 
(a+b) ; İ.B.-İlkin boy; D.H.- dənin hektolitri 
 
Nəhayət  belə  nəticəyə  gəlmək  olur  ki,  dən  dolma  pro-
sesinin  sürətini  artırmaqla  dən  məhsuldarlığının  potensialını 
qaldırmaq olar. Bu səbəbdən seleksiya proqramlarında bu mə-
sələyə diqqət yetirilməlidir.
 
(a) 
(b) 

 
177 
IV  F Ə S İ L 
 
STRES AMİLLƏRİN BİTKİ GENETİK 
SİSTEMLƏRİNİN QURULUŞ VƏZİYYƏTİNƏ  
VƏ FUNKSİONAL FƏALLIĞINA TƏSİRİ 
 
Stres amillərin təsirinə qarşı bitkilər müxtəlif cavab reak-
siyaları verir ki, onların da içərisində ən önəmlisi genetik apa-
ratın  reaksiyasıdır.  Bu  reaksiya,  DNT-nin  quruluş  vəziy-
yətinin  dəyişilməsində  və  funksional  fəallığın,  yəni  tarans-
kripsiya intensivliyinin yüksəlməsində özünü göstərir.        
Bitkilərin  qeyri-əlverişli  mühit  şəraitinə  uyğunlaşması 
zülal  sintezinin  gedişindən,  ilk  növbədə  DNT-nin  quruluş  və 
funksiyasından  aslıdır.  Quruluş  vəziyyətinə  və  funksional  fə-
allığına  görə  hüceyrə  nüvəsindəki  DNT  eynicinsli  deyildir. 
Onun bir hissəsi labil vəziyyətdə olub, daha fəaldır və ən çox 
euxromatin  hissəsində  yerləşir.  DNT-nin  digər  fraksiyası  isə 
histonlarla birləşmiş şəkildə olub, daha az fəal olan heteroxro-
matinin tərkibini təşkil edir. DNT-nin bu vəziyyətdən digərinə 
keçməsi  genetik  tənzimləmə  və  hüceyrədəki  morfogenetik 
proseslərlə  əlaqədar  baş  verir.  Bütün  əlamətlərə  görə  labil 
DNT reduplikasiya formasında olan DNT-dir və onun miqdarı 
genomun  fəallığını  xarakterizə  edir  [46].  Bununla  əlaqədar 
olaraq, stres amillərin  və fitohormonların təsirindən genomda 
labil  və  stabil  DNT  fraksiyalarının  miqdarında  baş  verən 
dəyişmələrin  öyrənilməsi  böyük  maraq  doğurur  və  bu  kimi 
tədqiqatlar  stresə  davamlılığın  və  fitohormon  təsirinin  mole-
kulyar-genetik  xüsusiyyətlərinin  aydınlaşdırılmasına  kömək 
edə bilər. 
Bu  tədqiqatda  məqsəd,  quraqlıq  və  duzluluq  streslərinə 
davamlı  və  həssas  olan  bitki  genotiplərinin  hüceyrə  nüvə-

 178 
sində, stres təsirindən DNT fraksiyalarında və RNT sintezində 
baş  verən  dəyişmələrin  aşkar  edilməsi  və  bu  dəyişmələrə 
fitohormon kompleksinin təsirinin öyrənilməsidir. 
Quraqlıq və duzluluq streslərinin təsirindən genomda baş 
verən dəyişmələrin öyrənilməsi, davamlılıq dərəcələrinə  görə 
bir-birindən  fərqlənən  bitki  sortnümunələri  üzərində  aparıl-
mışdır. Davamlılığın diaqnostikası metodlarında olduğu kimi, 
bitki  toxumları  sterilizə  olunmuş  petri  qablarında  əkilmiş  və 
cücərmənin 6-cı günündən etibarən aşağıdakı sxem üzrə labo-
ratoriya təcrübələri qoyulmuşdur. 
1.
 
Nəzarət 1: su, 24 saat 
2.
 
PEQ (0,5 atm), 24 saat 
3.
 
Nəzarət 2: PEG-dən sonra su, 48 saat 
4.
 
 PEQ-dən  sonra  Hib+Kin(50mq/lt)  fitohormon  kom-
pleksi, 48 saat 
5.
 
Duz-0,2M NaCl, 24 saat 
6.
 
Nəzarət 3: Duzdan sonra su, 48 saat 
7.
 
Duzdan  sonra  Hib+Kin(50mq/lt)  fitohormon  kom-
pleksi, 48 saat 
Altı  günlük  arpa  cücərtilərinin  bir  hissəsi  suda  saxlanıl-
mış,  bir  hissəsi  isə  ayrılaraq  0,5  atm  təziqli  polietilenqlikol 
(PEQ 3000) və 0,2M NaCl  məhlullarına  keçirilmişdir. 24  sa-
atdan sonra hər üç  variantdan analiz üçün  yarpaq nümunələri 
götürülmüş  və  yerdə  qalan  bitkilərin  kökləri  yuyularaq  stres 
məhlullardan  təmizlənmiş  və  fitohormon  (Hib+Kin)  məhlu-
luna  keçirilmişdir.  48  saatdan  sonra  nəzarət  və  təcrübə  vari-
antlarından  yenidən  yarpaq  nümunələri  götürülmüş  və  bütün 
nümunələrdə  DNT  fraksiyaları  və  RNT-nin  miqdarı  təyin 
edilmişdir. 
 
 
 

 
179 
4.1. DNT fraksiyaları, RNT-nin ayrılması  
və miqdarlarının təyini 
 
Bitki  hüceyrələri  tərkibindən  DNT  fraksiyalarının  ayrılması 
Alekseyev  tərəfindən  işlənib hazırlanmış mərhələli  fraksiyalaşdı-
rılma  metodu  ilə  həyata  keçirilmişdir.  Bu  metodun  əsasını 
fərqli ion gücündəki məhlulların mərhələli təsir prinsipi təşkil 
edir.  Bu  metod  xromatinin  quruluşundan  labil-zülalsız  və  ya 
zülallarla  zəif  əlaqəli  və  funksional  aktiv,  stabil-histonlarla 
tam bağlanmış, qalıq və ya möhkəm əlaqəli DNT-ni ayırmağa 
imkan verir [46].  
 
 
4.1.1. Labil DNT-nin ayrılması 
 
Yarpaqlar (3 təkrarda 3qr hesabı  ilə) 70%-li etanol, daha 
sonra  3%-li  hidrogen  peroksidlə  (H
2
O
2
)  sterilizə  olunduqdan 
sonra, soyuq sterilizə olunmuş H
2
O ilə yaxalanaraq filtr kağızı 
ilə qurudulduqdan sonra həvəngdə  şüşə tozu  ilə soyuq  kame-
rada  5  həcmdə  bufer  məhlulu  ilə  əzilir.  Bufer:  0.15M  NaCl-
0.03M  natri  sulfat,  0.05M  tris-HCl  pH  8.0-0.1M  EDTA  (eti-
lendiamintetrauksus turşusu). Alınmış homogenat soyuqda 15 
dəqiqə əzilir,  sınaq  şüşələrinə  keçirilir, 500g dövrədə 15 dəq. 
müddətində  sentrafuqada  fırladılır.  Sentrafuqada  sınaq  şüşə-
ciklərində ayrılmış duru ekstrakt (I) kolbalara keçirilir, çökün-
tü  isə  yuxarıda  göstərilən  şəraitdə  həmin  həcmdə  bufer  məh-
lulu ilə təkrar qarışdırılır, yenidən sentrafuqada 500g dövrə ilə 
15 dəqiqə müddətində fırladılır. I və II ekstraklar birləşdirilir, 
ayrılmış  müəyyən  həcmli  (20-30  ml)  ekstraktın  üzərinə  2 
həcm  soyuq  96%-li  etanol  əlavə  edilərək  çökdürülür.  Labil 
DNT-nin  ayrılması  başa  çatdırılır,  çöküntü  isə  formalaşma 
getsin deyə spirtdə saxlanılır. 

 180 
4.1.2. Stabil DNT-nin ayrılması 
 
Labil DNT-ni ayırdıqdan sonra çöküntü yenidən həvəngə 
keçirilir, 6 həcm bufer məhlulu ilə soyuq kamerada 15 dəqiqə 
müddətində  əzilir.  Bufer:  0.6M  NaCl-0.001M  EDTA-0.05M 
tris-HCl  pH  8.0-0.5%  DDS  (dodetilsulfat  natri).  Çöküntü 
əzilərək qarışdırdıqdan sonra sentrafuqada 2500g 15 dəq. Fır-
ladılır.  Çöküntünün  üzərinə  yenidən  6  həcm  bufer  məhlulu 
əlavə  edilərək, təkrar  soyuq  şəraitdə  əzilərək qarışdırılır, sen-
trafuqada  təkrar  fırladılır,  üst  hisssəsi  süzülür.  I  və  II  eks-
traklar birləşdirilir, 2 həcm 96%-li spirtlə çökdürülür. 
 
4.1.3. Qalıq DNT-nin ayrılması 
 
Stabil DNT ayırıldıqdan  sonra  çöküntünün üzərinə 6 həcm 
fosfat buferi əlavə etməklə otaq temperaturunda yaxşıca əzilərək 
qarışdırılır.  Bufer:  0.18M  NaCl-0.001M  EDTA-0.02M  fosfat 
buferi pH-8.0-5%-PASK-1% DDS. Bufer qarışığı ilə çöküntü su 
hamamında 60
0
  temperaturda 5  dəq.  müddətində  saxlanılır. So-
yuduqdan  sonra 2500g dövrə  ilə  sentrafuqada  15  dəq.  fırladılır, 
süzülür, 2  həcm 96%-li  spirtlə  çökdürülür. Spirtlə  çökdürülmüş 
labil,  stabil,  qalıq  DNT-lər  2  dəfə  sentrafuqada  fırladılır.  DNT 
fraksiyalarını (labil,  stabil, qalıq) digər  qarışıqlardan tam təmiz-
ləmək  məqsədilə  aşağıdakı  ardıcıllıqla  yuyulma  aparılır.  Hər 
yuyulma sentrafuqada 5 dəqiqə fırladılaraq başa çatdırılır. 
1.
 
96% - li spirtlə - 1 dəfə (otaq temperaturunda) 
2.
 
80% - li spirtlə - 3 dəfə su hamamında 80
0
 temperaturda 
saxladıqdan sonra soyuq şəraitdə 
3.
 
5%-li ÜXS (üçxlorsirkə turşusu)-da 2 dəfə soyuq şəraitdə 
4.
 
80% - li spirtlə - 1 dəfə otaq temperaturunda 
5.
 
96% - li spirtlə - 1 dəfə otaq temperaturunda 

 
181 
6.
 
3:1  spirt  efir qarışığında  çöküntülər  qarışdırılaraq  2 dəfə 
su  hamamında  65-70  dərəcə  temperaturda  saxlanılır  və 
sentrafuqada həmin dövrədə fırladılaraq üst hissəyə atılır. 
7.
 
Çöküntülər təmiz efirlə qarışdırılır, sentrafuqada fırladılır 
üst hissəsi süzülərək təmiz DNT əldə edilir. 
Alınmış  ağ toz şəklində DNT üzərinə 0.5n NaOH  məhlulu 
əlavə edilərək, 18 saat müddətində 37
0
C temperaturda termostata 
hidroliz olunmağa qoyulur. Vaxt başa çatdıqdan sonra hidrolizat 
sentrafuqada  12000g  dövrə  10  dəq.  fırladılır,  süzülür,  çöküntü 
atılır. Çöküntünün üst hissəsi 0.5n NaON-la 10 ml-ə çatdırılır və 
57%-li  HClO
4
-la  pH=1  olana  qədər  neytrallaşdırılır.  DNT-ni 
RNT-dən  ayırmaq  üçün  süzüntü  (formalaşma  getsin  deyə)  40 
dəq. müddətində soyuducuda saxlanılır. 
Sonra sentrafuqada fırladılır, sentrafuqat RNT olub, çökün-
tü  DNT-dən  ayrılır.  Çöküntü  2  dəfə  0.5n  HClO
4
-la  yuyulur, 
sentrafuqada  fırladılır,  ümumi  həcm  40  ml-ə  çatdırılır.  RNT  su 
hamamında  30  dəq.  80
0
C  temperaturda  hidrolizə  qoyulur.  Hid-
roliz  prosesindən  sonra  RNT  200  dəfə  durulaşdırılır,  miqdarı 
spektrofotometrdə  270  və  290  nm  dalğa  uzunluğunda  ölçülür. 
Çöküntünün (DNT-nin) üzərinə 10 ml 0.5n HClO

tökülür, 60
0

temperaturda  20  dəqiqə  müddətində  hidrolizə  qoyulur,  soyu-
dulur, müvafiq durulaşma  aparılır,  miqdarına  spektrofotometrdə 
270 və 290 nm dalğa uzunluğunda baxılır. 
RNT və DNT-nin miqdarı aşağıdakı düsturlarla hesablanır: 
RNT (mq/100qr)=Fərq x 55.2 x durulaşma x 100 
yaş yarpaq (qr) 
DNT (mq/100qr)=Fərq x 53.5 x durulaşma x 100 
yaş yarpaq (qr) 

 182 
4.2. Quraqlıq stresinin iki cərgəli və çox cərgəli arpa  
    genomunda əmələ gətirdiyi dəyişikliklər və onlara 
fitohormonların təsiri 
   
Quraqlığa davamlı,  iki cərgəli  Hüseyn 1 arpa  sortunun  yar-
paqlarında quraqlıq stresi və fitohormonların təsirindən DNT frak-
siyaları  və  RNT  miqdarında  baş  verən  dəyişmələri  göstərən  nə-
ticələr cədvəl  4.1  və  şəkil  4.1-də  verilmişdir. Cədvəl  və  şəkildən 
göründüyü  kimi  quraqlıq  stresi  zamanı,  davamlı  arpa  sortunda 
DNT fraksiyalarının,  xüsusilə də  labil  xromatin DNT-sinin miq-
darı  artır  və  buna  müvafiq  təsirindən  labil  DNT-nin  miqdarı 
21,9%, RNT-nin miqdarı isə 16,5% çoxalmışdır. Bu fakt, yəni da-
vamlı bitki genotiplərində euxromatin DNT-sinin artması, genetik 
sistemin fizioloji labilliyinin yüksəlməsini, başqa sözlə xromosom 
aparatının fəallaşmasını göstərir.  
Stresdən  48  saat  sonra  Hib+Kin  fitohormon  kompleksinin 
təsiri nəticəsində RNT-nin miqdarı 30,1% labil DNT-nin miqdarı 
38,5%  artmış,  DNT-nin  digər  fraksiyalarında  da  müvafiq  artım 
müşahidə  edilmişdir. Bu rəqəmlər,  fitohormon  kompleksinin  ge-
nomun  aktivliyinin  yüksəltdiyini,  onun  quruluş  və  funksiyasında 
pozitiv dəyişmələrə səbəb olduğunu göstərir.     
 Cədvəl 4.1 
Hüseyn 1 arpa sortunda quraqlıq stresi və Hib + Kin hormon  
kompleksinin təsirindən RNT miqdarı və DNT fraksiyalarında  
baş verən dəyişmələr (100q yaş çəkidə mq-la) 
                           
 
Təcrübə  
variantı 
 
RNT 
DNT fraksiyaları 
 
 
Ümumi 
DNT 
Labil 
Stabil 
Qalıq 
Stresdən 24 saat sonra 
Kontrol 
22,26±0,22 
5,97±0,18 
3,98±0,03 
0,31±0,01 
10,26 
PEQ 
26,35±0,47 
7,28±0,12 
4,53±0,10 
0,40±0,02 
12,21 

 
183 
Cədvəl 4.1-in davamı 
Stresdən 48 saat sonra 
PEQ + Su 
25,02±0,17  5,76±0,21  3,62±0,14  0,53±0,03 
9,91 
PEQ + (Hib + Kin) 
32,56±0,47  7,98±0,28  5,32±0,13  0,80±0,03  14,10 
 
16,5
21,9
13,8
29
19,9
0
10
20
30
40
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
30,1
38,5
46,9
50,9
42,3
0
10
20
30
40
50
60
N
əz
arə
tə 


 %
-lə
b) Stresdən 48 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyişmələr
 
Şəkil 4.1. Hüseyn-1 arpa sortunda quraqlıq stresi təsirindən  
RNT miqdarı və DNT fraksiyalarında baş verən dəyişmələr  
və bu dəyişmələrə Gib + Kin fitohormonların təsiri 

 184 
Quraqlıq  stresinə  həssas  6№-li  Seçmə  arpa  nümu-
nəsində  isə  quraqlığın  təsirindən  labil  xromatin  DNT-sinin 
miqdarı  23,81%  azalmış,  RNT  sintezinin  intensivliyi  də 
aşağı  düşmüşdür  (-8,13%).  DNT-nin  digər  fraksiyaları  və 
ümumi DNT miqdarında da önəmli azalmalar baş vermişdir 
(şəkil 4.2). 
Maraqlıdır  ki,  stresdən  sonra  Hib+Kin  fitohormon 
kompleksi  verdikdə, davamlı  sortlarda olduğu  kimi,  həssas 
arpa  sortunun  genomunda da,  kəskin  fəallaşma  prosesi  baş 
vermiş, RNT miqdarı və DNT fraksiyaları, xüsusilə də labil 
xromatin  DNT-si  artmışdır.  Oxşar  qanunauyğunluq  digər 
müəlliflər  tərəfindən  buğda  bitkisi  ilə  aparılmış  təcrübə-
lərdən də əldə edilmişdir [3, 31].  
Alınan nəticələrdən göründüyü kimi, bəzi hallarda eux-
romatin  DNT-si  miqdarı  ilə  RNT  sintezi  arasında  birbaşa 
korelyasiya  müşahidə  edilmir. Bir  çox  hallarda euxromatin 
DNT-sinin  potensial  imkanı  RNT  sintezi  üçün  tam  realizə 
olunmur, buradan da fəal xromatinlə genomun realizə olun-
ma dərəcəsi arasında mütənasiblik əmələ gələ bilmir. 
Bizim  fikrimizcə,  genomun  quruluş  və  funksiyasında 
baş  verən  bu  dəyişmələr  bitkilərin  stresə  davamlılığını  xa-
rakterizə  edən  göstəricilər  kimi  qəbul  edilə  bilər  və  bu on-
lardan bitki davamlılığı və fitohormon təsirinin molekulyar-
genetik mexanizminin açıqlanmasında istifadə oluna bilər. 
 

 
185 
 
-8,13
-23,81
-36,4
-34
-30,45
-40
-30
-20
-10
0
10
20
30
N
əz
arə

 gö

 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyişmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
37,9
21,1
20,9
34,8
22,1
0
10
20
30
40

za
rət
ə görə
 %
-lə
b) Stresdən 48 saat  sonra Hib + Kin 
təsirindən baş verən  dəyişmələr
 
 
Şəkil  4.2.  6  №-li  Seçmə  arpa  nümunəsində  quraqlıq  stresi 
təsirindən RNT miqdarı  və DNT fraksiyalarında 
baş  verən  dəyişmələr  və  bu  dəyişmələrə  Hib  + 
Kin fitohormonların təsiri 
 
Çoxcərgəli  arpa  sortnümunələrindən  quraqlıq  stresinə 
davamlı  Arpa 75  və həssas Arpa 40 sortları  ilə aparılmış  təc-
rübələrdən də, oxşar nəticələr əldə edilmişdir (Şəkil 4.3, 4.4). 
Şəkildən  göründüyü  kimi,  quraqlıq  stresinin  təsirindən 
Arpa  75  sortunun  yarpaqlarında  həm  RNT  və  həm  də  DNT 
fraksiyalarının miqdarında önəmli  artım baş vermişdir. Nəza-
rət  variantında 100q  yaş çəkiyə  görə RNT-nin miqdarı 17,48 
mq olmuşdursa, PEQ  variantında bu rəqəm 21,64 mq olmuş, 

 186 
başqa sözlə, quraqlıq stresi təsirindən RNT-nin miqdarı 23,8% 
artmışdır.  Müvafiq  olaraq  labil  DNT-nin  miqdarında  da 
15,4% artım baş vermişdir.  
Maraqlıdır  ki,  quraqlıq  stresi  bu  sortun  yarpaqlarında, 
qalıq DNT-nin miqdarını ən  çox  iki dəfəyə qədər artırmışdır. 
Qalıq  DNT-nin  genomunda  ümumi  miqdarının  az  olmasına 
baxmayaraq,  onun  metobolik  fəal  fraksiyası  olduğu  və  hü-
ceyrə  bölünməsinin  sürətlənməsində  önəmli  rol  oynadığı  gü-
man edilir. 
Fikrimizcə, quraqlıq  stresi təsirindən  labil  və qalıq DNT 
fraksiyalarında və RNT sintezində baş verən pozitiv dəyişmə-
lər,  genomun  funksional  fəallığının  artmasını  göstərməklə  öz 
növbəsində sintetik proseslərin, xüsusilə zülal sintezinin sürət-
lənməsini təmin edir və orqanizmin stres amillərə qarşı müqa-
vimətini artırır.  
Quraqlıq  stresindən  48  saat  sonra  Hib+Kin  fitohormon 
kompleksi tətbiq edildikdə RNT miqdarında və DNT fraksiya-
larında  kəskin  artım  müşahidə  edilmişdir.  RNT-nin  miqdarı 
26,6%, ümumi DNT-nin miqdarı isə 53,6% artmışdır. Ümumi 
DNT-nin miqdarındakı artım bütün DNT fraksiyalarının hesa-
bına  baş  vermişdir.  Bu  zaman  labil  DNT-nin  miqdarı  45,4, 
stabil  DNT-nin  miqdarı  63,6,  qalıq  DNT-nin  miqdarı  isə 
61,9% çoxalmışdır. Bu faktlar tətbiq edilən fitohormom kom-
pleksinin  genomun  quruluş  vəziyyətinə  önəmli  təsir  etdiyini 
və hüceyrə bölünməsinin sürətləndirdiyini göstərir. 
Bəzi müəlliflərin mülahizəsinə  görə hüceyrədəki nuklein 
turşuları və zülalların miqdarı sintetik və hidrolitik proseslərin 
səviyyəsi  ilə  əlaqədardır.  Ona  görə  ki,  metabolik  proseslərin 
aktivliyi  DNT-nin  replikasiyası  və  transkripsiyasının  aktiv-
liyindən aslıdır [77]. 
 

 
187 
 
23,8
15,4
29,9
58,9
22,6
10
20
30
40
50
60
70
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
26,6
45,4
63,6
61,9
53,6
10
20
30
40
50
60
70
N
əz
arə

 gör
ə %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyşmələri
 
 
Şəkil  4.3.  Arpa  75  sortunda  quraqlıq  stresinin  təsirindən 
RNT miqdarı  və DNT fraksiyalarında baş  verən 
dəyişmələr  b)  Bu  dəyişmələrə  Hib+Kin  fitohor-
mon kompleksinin təsiri  
Quraqlıq stresinə qarşı həssas olan Arpa 40 sortunun yar-
paqlarında  isə  stres  təsirindən  DNT  fraksiyalarında  və  RNT 
miqdarında  nəzərə  çarpaçaq  azalmalar  müşahidə  edilmişdir 
(Şəkil 4.4).  
4.4-cü şəkildən  göründüyü  kimi, quraqlıq  stresinə həssas 
Arpa  40  sortunun  yarpaqlarında,  stresin  təsirindən  RNT  və 
DNT  fraksiyalarının  miqdarında  kəskin  azalmalar  baş  ver-

 188 
mişdir. Bu azalmalar daha çox DNT fraksiyalarında, xüsusilə 
də stabil DNT-nin miqdarında  müşahidə  edilmişdir. Quraqlıq 
stresi  təsirindən  RNT-nin  miqdarı  cəmi  5,8%  azalmışdırsa, 
stabil DNT-nin miqdarında bu azalma 38,8% olmuşdur. DNT-
nin digər fraksiyalarında da önəmli azalmalar baş vermiş, labil 
DNT 14,34 %, qalıq DNT 24,52 %, ümumi DNT-nin miqdarı 
isə  27,18  %  azalmışdır.  Bütün  bu  nəticələr  stres  amillərin 
birbaşa  bitki  genomunun  quruluş  vəziyyətinə  və  funksional 
fəallığına təsirinin təzahürü kimi qəbul edilə bilər. Həm də bu 
təsir davamlı  genotiplərdə pozitiv olduğu halda, həssas  geno-
tiplərdə  neqativ  olub  və  nuklein  turşularının  deqradasiyasına 
səbəb olur.  
Stresdən  48  saat  sonra  Hib+Kin  fitohormon  kompleksi 
tətbiq  edildikdə  maraqlı  nəticələr  əldə  edilmişdir.  Belə  ki, 
fitohormonların təsirindən stresə həssas Arpa 40 sortunun yar-
paqlarında  RNT  miqdarında  və  DNT  fraksiyalarında  kəskin 
artım baş vermişdir. Bu zaman RNT-nin miqdarı 41,7%, labil 
DNT-nin miqdarı 22,27%, stabil DNT-nin miqdarı isə 23,34% 
azalmışdır.  Ən  çox  artım  isə  metabolik  aktiv  fraksiya  olan 
qalıq DNT-nin miqdarında müşahidə edilmişdir (63,6%). 
Mövcud  ədəbiyyat  məlumatlarında  DNT-nin  miqdarının 
dəyişilməsi  haqqında  müxtəlif  fikirlər  söylənilir  [56].  Bəzi 
tədqiqatçılar  su  qıtlığının  təsiri  nəticəsində  nuklein  turşuları-
nın  azalmasını  göstərmiş  və  müəyyən  etmişlər  ki,  bu  əsasən 
RNT-nin  hesabına  baş  verir  [83].  Digər  tədqiqatçılar  isə  zəif 
su qıtlığı zamanı nuklein turşularının artmasını qeyd etmişlər [86]. 
 

 
189 
 
-5,8
-14,34
-38,8
-24,52
-27,18
-40
-30
-20
-10
0
10
20
30
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
41,7
22,27
23,34
63,6
23,8
10
20
30
40
50
60
70
80
90
N
əz
arə

 gör
ə %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyşmələri
 
 
Şəkil  4.4.  Arpa  40  sortunda  quraqlıq  stresinin  təsiri  ilə  RNT 
miqdarı  və  DNT  fraksiyalarında  baş  verən  dəyiş-
mələr  b)  Bu  dəyişmələrə  Hib+Kin  fitohormon 
kompleksinin təsiri  
 
R.T.  Əliyev  və  həmkarları  (1996,  1997)  qarğıdalı  (Zea 
mays L.) və pambıqda (Gossupium hirsutum L.) Moghaieb və 
başqaları (2004) isə Salicornia europaea və Suaeda maritma-
da quraqlıq stresindən sonra GA
3
 təsirindən DNT və RNT-nin 
miqdarının  artdığını,  GA
3
-ün  quraqlıqdan  zərər  çəkmiş  bit-

 190 
kilərdə  reparasiya  prosesini  gücləndirdiyini  və  DNT  replika-
siyası  və  RNT  sintezinin  artdığını  müəyyən  etmişlər  [32,  168]. 
Buğda  bitkisi  ilə  aparılmış  digər  tədqiqatlarda  da  oxşar  nəticələrə 
rast gəlinir [3, 5]. 
Fitohormonların təsirindən labil və qalıq DNT fraksiyalarında 
baş  verən  artmalar,  toxuma  və  orqanlarda  hüceyrə  bölünməsinin 
sürətlənməsinə  dəlalət  edir.  Bitkilərdə  yeni  və  cavan  hüceyrələrin 
əmələ gəlməsi isə stres amillərə qarşı orqanizmin cavab reaksiyası 
olub, davamlılıq mexanizmlərindən biri kimi qəbul oluna bilər. 
Beləliklə,  alınan  rəqəmlərdən  belə  nəticəyə  gəlmək  olar  ki, 
davamlı  arpa  genotiplərinin  quraqlıq  stresinə  tolerantlığı,  onların 
genomunun quruluş vəziyyəti və funksional fəaliyyətində baş verən 
pozitiv dəyişmələrlə əlaqədar olub, ümumilikdə  genomun aktivlik 
dərəcəsinin  yüksəlməsinin  nəticəsidir.  Həssas  sortlarda  isə  əksinə, 
stres,  genomun quruluş  vəziyyətinin neqativ  yöndə dəyişilməsinə, 
onun funksional fəallığının azalmasına, nuklein turşularının deqra-
dasiyasına  səbəb olur  ki, bu da, bitkinin  zəifləməsinə, müqavimə-
tinin azalmasına və hətta ölümunə gətirib çıxara bilir. 
Eyni  zamanda  müəyyən  edilmişdir  ki,  stres  amillərin  təsi-
rindən  zərər  çəkmiş  bitkilərə  Hib  +  Kin  fitohormon  kompleksi 
tətbiq  etməklə,  genomda  baş  vermiş  neqativ  dəyişmələri  aradan 
qaldırmaq  və  bununla  da,  bitkiləri  stresin  zərərli  təsirindən  xilas 
etmək  mümkündür.  Bu  nəticə  böyük  təcrübi  əhəmiyyət  kəsb  edir 
və  gələcəkdə onun  geniş sahələrdə sınaqdan keçirilməsinə ehtiyac 
vardır.  
 
Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin