2.3.2. Təsərrüfat əhəmiyyətli bərk buğda (T.durum Desf.)
sortlarının stresə davamlılığının toxumların
cücərmə qabiliyyətinə görə dəyərləndirilməsi
Bərk buğdanın (T.durum Desf.) 41 sort nümunəsinə aid
toxumlar 10 atm. təzyiqli saxaroza və 0.2 M NaCl məhlullunda 7
gün ərzində cücərdilib və cücərtilər 3, 5 və 7-ci günlər sayılaraq nə-
zarətə görə faizlə hesablanmışdır. Alınan nəticələrə görə nümunələr
davamlı, orta davamlı və həssas sortlar kimi qiymətləndirilmişdir
(Cədvəl 2.4). Alınan nəticələr göstərmişdir ki, toxumların saxaroza
məhlulunda cücərmə qabiliyyətinə görə Qırmızı buğda, Leukurum
79, Aysberq odesskaya, Odesskaya 49.81, Vezio, Elan, Cəfəri,
Xoranka, Kalvin, Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya,
Muğan, Mürəkkəb hibrid, Ray 91, Giorgio 302, Bərəkətli 95 sortları
quraqlığa daha davamlıdır. Nəzarətə görə bu sortların cücərmə qa-
87
biliyyəti 80.0-100% arasında dəyişmişdir. Cücərmə qabiliyyətinə
görə Ağ buğda, Jaxino, Leukomelan, Xarkovskaya 46, Arandəni,
Bəxt, Mirvari, Şirvan, Qarabağ, Bərəkət, Karol, Şərq, Zaparoji 803
və Kəhrəba sortları quraqlığa orta davamlı olmuşlar. Onların
nəzarətə görə cücərmə faizi 61-74% arasında dəyişmişdir. Şirvan 3,
Orzini, Yerli 549, Romeo, Yaqut, Moldoviya hibridi, Zedan 3d 56,
Xoranka 46, Persion və Nəsimi sortlarında isə cücərmə faizi
nisbətən aşağı, 10.0-47.0% arasında olduğundan, bu sortlar saxa-
roza məhlulunda cücərmə qabiliyyətinə görə həssas sortlar kimi
qeydə alınmışlar. 0.2 M NaCl məhlulunda cücərmə qabiliyyətinə
görə isə Aysberq Odesskaya, Vezio, Cəfəri, Kalvin, Şirvan, Elan,
Mürəkkəb hibrid, Ağ buğda, Timiryazevskiy karlik, Jaxino, Orzini,
Odesskaya 49.81, Bərəkət, Febo, Giorgio 302, Qırmızı buğda,
Muğan, Xarkovskaya 46, Mirvari, Şərq və Kəhrəba sortları davamlı
(cücərmə qabiliyyəti = 90-100%), Zaparoji 803, Jemçuk odesskaya,
Qarabağ, Karol, Bərəkətli 95, Bəxt, Şirvan 3, Leukurum 79, Yaqut,
Yerli 549, Moldoviya hibridi, Zedan 3d 56, Xoranka, Romeo
sortları isə orta davamlı olub, onların cücərmə fazi 70.0-89.0 %
arasında dəyişmişdir. Yerdə qalan 6 sort - Leukomelan, Ray 91,
Xoranka 46, Nəsimi, Arandəni və Persion isə fizioloji analizlərin
nəticələrinə görə həssas sortlar hesab olunur. Belə ki, qeyd olunan
sortların NaCl məhlulunda cücərmə fazi 34.0-65.5% arasında də-
yişmişdir.
Nümunələrin müvafiq olaraq, saxaroza və NaCl məhlulunda
cücərmə faizləri əsasında klasterlər tərtib edilmiş və genotiplər
fizioloji göstəricilərinə görə qruplaşdırılmışlar (Şəkil 2.1 və 2.2).
Şəkil 1.1-dən göründüyü kimi öyrənilən bərk buğda nümunələri 3
əsas sinifdə qruplaşmışlar. Alt qrupda Şirvan 3, Orzini, Yerli 549,
Romeo, Yaqut, Moldaviya hibridi, Zedan 3d 56, Xoranka 46,
Persion və Nəsimi sortları birləşmişlər. Bu nümunələrin saxaroza
məhlulunda nəzarətə görə cücərmə faizi 10.0-47.0 % arasında ol-
88
muşdur. Cücərmə faizini nəzərə alaraq bu qrup quraqlığa həssas
qrup hesab edilir. Ortada yerləşən qrupda Qırmızı buğda, Leukurum
79, Aysberq odesskaya, Odesskaya 49.81, Vezio, Elan, Cəfəri,
Xoranka, Kalvin, Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya,
Mürəkkəb hibrid və Muğan birləşmişdir. Bu nümunələrin isə saxa-
roza məhlulunda nəzarətə görə cücərmə qabiliyyəti 87.0-100.0 %
arasında olmuşdur. 3-cü qrupda isə Ray 91, Giorgio 302, Bərəkətli
95, Ağ buğda, Jaxino, Leukomelan, Xarkovskaya 46, Arandəni,
Bəxt, Mirvari, Şirvan, Qarabağ, Bərəkət, Karol, Şərq və Zaparoji
803 nümunələri birləşmişdir. Onların isə saxaroza məhlulunda nə-
zarətə görə cücərmə qabiliyyəti 60.0-84.0% arasında olmuşdur.
Odur ki, bu nümunələr cücərmə qabiliyyətinə görə orta davamlı
nümunələr kimi qiymətləndirilmişdir.
Cədvəl 2.4.
Bərk buğda (T.durum Desf.) sortlarının 10 atm. təzyiqli
saxaroza və 0.2 M NaCl məhlulunda cücərmə qabiliyyəti
№
Nümunənin adı
Toxumların cücərmə qabiliyyəti %-lə
Nəza
rət
Saxa-
roza
Nəz.
görə
%-lə
NaCl
Nəz.
görə
%-lə
1
Qırmızı buğda
50
50
100
45.5
91
2
Leukurum 79
100
99
99
83
83
3
Aysberq
Odesskaya
50
49.5
99
50
100
4
Odesskaya 49.81
100
98.5
98.5
95
95
5
Vezio
50
49
98
49.5
99
6
Elan
50
48.5
97
49
98
7
Cəfəri
100
96.6
96.6
99
99
8
Xoranka
100
95
95
71
71
9
Kalvin
100
94.5
94.5
99
99
89
Cədvəl 2.4-ün davamı
10
Febo
100
94
94
93.5
93.5
11
Timiryazevskiy
karlik
100
91.5
91.5
97
97
12
Jemçuk
Odesskaya
100
95.5
95.5
88.5
88.5
13
Muğan
50
44
88
45.5
91
14
Mürəkkəb hibrid
100
87
87
97
97
15
Ray 91
100
84
84
64
64
16
Giorgio 302
100
80
80
93.5
93.5
17
Bərəkətli 95
100
80.5
80.5
86
86
18
Ağ buğda
100
74
74
97
97
19
Jaxino
100
74
74
96
96
20
Leukomelan
100
74
74
65.5
65.5
21
Xarkovskaya 46
100
73
73
91
91.5
22
Arandəni
100
71
71
45
45
23
Bəxt
97
68.5
70.6
85.5
85.5
24
Mirvari
100
67
67
91.5
91.5
25
Şirvan
100
66
66
99
99
26
Qarabağ
100
64
64
88
88
27
Bərəkət
100
62.5
62.5
94
94
28
Karol
100
61
61
86.5
86.5
29
Şərq
100
60.5
60.5
90
90
30
Zaparoji 803
100
60
60
89
89
31
Kəhrəba
100
61
61
90
90
32
Şirvan 3
100
47
47
85
85
33
Orzini
100
40
40
96
96
34
Yerli 549
100
39.6
39.6
81
81
35
Romeo
100
37
37
70
70
36
Yaqut
100
36
36
83
83
37
Moldoviya hibridi
100
31.6
31.6
77.3
77.3
38
Zedan 3d 56
96
28
29.1
74
77
39
Xoranka 46
90
21.6
24
53.6
59
40
Persion
50
10
20
17
34
41
Nəsimi
100
17.3
17.3
50.8
50.8
90
Şəkil 2.1. Müxtəlif mənşəli bərk buğda (T.durum Desf.)
sortlarının 10 atm. təzyiqli saxaroza məhlulunda
cücərmə qabiliyyətinə görə qruplaşması
91
Şəkil 2.2. Müxtəlif mənşəli bərk buğda (T.durum Desf.)
sortlarının 0.2 M NaCl məhlulunda cücərmə qa-
biliyyətinə görə qruplaşması
92
Şəkil 2.2-dən göründüyü kimi, öyrənilən nümunələr 3 əsas
sinifdə birləşmişlər. Alt qrupda Arandəni, Persion və Nəsimi sort-
ları birləşmişlər. Bu nümunələrin nəzarətə görə cücərmə qabiliy-
yəti 60.0%-dən aşağı olmuş, odur ki, onlar duzluluğa həssas sort-
lar kimi qiymətləndirilmişlər. Orta qrupda Xoranka, Ray 91, Leu-
komelan, Romeo, Moldoviya hibridi, Zedan 3d 56, Xoranka 46
sortları qruplaşmışdır. Bunların NaCl məhlulunda cücərmə qabi-
liyyəti 59.0-71.0 % arasında olmuş və beləliklə, yuxarıda qeyd
edildiyi kimi, bu sortlar orta davamlı hesab olunurlar.
3-cü qrupda Qırmızı buğda, Leukurum 79, Aysberq
Odesskaya, Odesskaya 49.81, Vezio, Elan, Cəfəri, Kalvin,
Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya, Muğan, Mü-
rəkkəb hibrid, Giorgio 302, Bərəkətli 95, Ağ buğda, Jaxino,
Xarkovskaya 46, Bəxt, Mirvari, Şirvan, Qarabağ, Bərəkət,
Karol, Şərq, Zaparoji 803, Şirvan 3, Orzini, Yerli 549 və
Yaqut sortları birləşib ki, onların da cücərmə qabiliyyəti 77.0-
100.0% arasında olmuşdur. Bu nümunələr isə duzluluğa da-
vamlı sortlar hesab edilmişlər.
2.4. Quraqlıq stresinin arpa bitkisi yarpaqlarında
xlorofilin sintezinin depressiya dərəcəsinə təsiri
Bitki yarpaqlarında fotosintetik piqmentlərin miqdarı fo-
tosintetik aparatın fəaliyyətində və onun məhsuldarlığında
əsas rol oynayan amildir və fotosintetik məhsuldarlıqla xloro-
fil piqmentlərinin miqdarı arasında mürəkkəb əlaqə mövcud-
dur. Quraqlıq stresi isə xlorofilin miqdarının dəyişməsi, onun
strukturunun pozulması və işıq udma qabiliyyətinin azalma-
sına səbəb olur [28]. Tropik bitkilərlə aparılan tədqiqatların
nəticəsində xlorofilin toplanma dinamikası ilə yarpaqlarda
93
suyun miqdarı arasında müsbət korrelyasiyanın olduğu müşa-
hidə edilmişdir. Müəyyən edilmişdir ki, yarpaqların böyüməsi
ilə xlorofilin və suyun miqdarı artır. Yarapaqların qocalması
zamanı isə su və xlorofilin miqdarı azalır [72]. Petinova görə
quraqlıq zamanı xloroplastlarda suyun miqdarının sabitliyi
bitkilərin qurumağa qarşı müqavimətini göstərir [89].
Xlorofilin miqdarı və bitki toxumalarının su saxlama qa-
biliyyəti arasındakı asılılıq, su və protoplazmanın yüksək poli-
merli komponentləri arasında dialektik birliyi göstərir. Digər
tərəfdən, funksional mübadilə (fotosintez) su saxlama qabiliy-
yətinin göstəriciləri ilə sıx əlaqəlidir. Ona görə də canlı toxu-
maların, hüceyrələrin su saxlama qüvvəsinin və onların key-
fiyyət xarakteristikalarının dəyişilməsi mübadilənin əsas tərəf-
ləri – funksional və plastik mübadilə arasındakı qarşılıqlı əla-
qəni əks etdirir [72].
Quraqlığın daha ğüclü təsiri zamanı yaşıl plastidlərin
dağılması baş verir ki, bu, təbii olaraq xlorofilin miqdarının
azalmasına səbəb olur. Zəif quruma və ya bitkilərin quraqlığa
adaptasiyası zamanı xlorofilin miqdarının artması isə uyğun-
laşmasının nəticəsi ola bilər. N.N.Qortikova və D.J.Sapoj-
nikov müəyyən etmişlər ki, buğda yarpaqlarında ğüclü qu-
ruma nəticəsində xlorofillogendən xlorofilin əmələ gəlməsi
zəifləyir.
A.S.Veçer və A.İ.Tarçevskaya görə də torpaq quraqlı-
ğının təsiri nəticəsində yarpaqlarda xlorofil “a” və xlorofil
“b”-nin miqdarı azalır. Lakin bir sıra müəlliflər yaşıl piqment-
lərin miqdarının torpaq rütubətliliyinin müəyyən həddə qədər
azalması zamanı artdığını müəyyən etmişlər [79].
Zelepuxinə görə xlorofilin miqdarı yarpaqlarda möhkəm
birləşmiş suyun miqdarı ilə müsbət korrelyasiya olunur. Mü-
əllifə görə ekstremal faktorların təsiri nəticəsində yarpaq
94
toxumalarında xlorofilin miqdarının artmasına “tormozlan-
manın müdafiə fazası” kimi baxmaq lazımdır ki, bu müddətdə
hüceyrə strukturunun, o cümlədən, xlorofilıin intensiuv bər-
pası baş verir [72].
Alma və armud bitkiləri ilə aparılmış təcrübələrdə müəy-
yən olunmuşdur ki, piqment sistemində dəyişikliklər lipopro-
teidlərlə labil birləşmiş xlorofilin, ilk növbədə xlorofil “a”-nın
miqdartının azalmasına səbəb olur, əksinə xlorofil “b” və ka-
rotinoidlərin miqdarı quruma zamanı daha yüksək stabilliyi ilə
fərqlənir. Bu bir daha göstərir ki, quraqlığın təsirinə məruz qa-
lan bitkilərdə adaptasiya əlamətləri əmələ gəlir ki, onlar bitki
toxumalarının qurumaya qarşı davamlılığını şərtləndirir. Bu
davamlılıq bilavasitə plastid aparatı ilə əlaqədardır [79].
30% rütubətlilik fonunda təcrübələrdə müəyyən olun-
muşdur ki, quraqlığa davamlı bitkilərdə zəif davamlı bitkilərlə
müqayisədə daha çox birləşmiş xlorofil vardır. Müəlliflərə gö-
rə ümumi xlorofilin miqdarının artması və möhkəm birləşmiş
formanın bitki yarpaqlarındakı xüsusiyyətləri bitkilərin su qıt-
lığına qarşı uyğunlaşdırıcı reaksiyalarıdır. Təcrübələrdən alı-
nan nəticələrə görə həssas sortlarla müqayisədə bəzi bitkilərin
quraqlığa davamlılığı piqment sisteminin az dəyişilməsi ilə
xarakterizə olunur. Piqment sistemində dəyişikliklər, əsassən,
labil əlaqəli xlorofil “a”-nın hesabına baş verir, xlorofil “b”
daha davamlıdır, az dəyişir və bu, xlorofil “a” ilə müqayisədə
xlorofil “b”-də su molekullarının rabitə enerjisinin daha möh-
kəm olması ilə əlaqədardır [79].
Bitkilərin quraqlıq stresinə davamlılığın diaqnostik üsul-
lardan biri də, stres təsirindən yarpaqlarda xlorofil (a+b)-nin
miqdarında baş verən dəyişmələrin öyrənilməsinə əsaslanır.
Tədqiq etdiyimiz iki cərgəli və çox cərgəli arpa sortnümunə-
lərinin yarpaqlarında, quraqlıq stresi təsirindən xlorofil (a+b)-
95
nin miqdarında baş verən dəyişmələri əks etdirən nəticələr
cədvəl 2.5-də verilmişdir. Cədvəldən göründüyü kimi, qu-
raqlıq stresi təsirindən arpa sortnümunələrinin yarpaqlarında
müəyyən dəyişmələr baş vermişdir. İki cərgəli arpalardan Nu-
tans 80-34/14 sortnümunənin vahid yarpaq sahəsində xloro-
filin miqdarı 5,42 mkq olmuşdursa, stres təsirindən sonra bu
göstərici 3,55 mkq-a qədər azalmışdır. Oxşar nəticələr Nutans
32/21 və 6 №-li Seçmə nümunələrində də müşahidə edil-
mişdir. Çox cərgəli arpa sortnümunələrindən isə stresə ən çox
məruz qalan 55№-li Yerli və Arpa 40 sortnümunələri olmuş-
dur. Bu arpa nümunələrinin yarpaqlarında quraqlıq stresi
təsirindən xlorofil (a+b)-nin miqdarı nəzarətə görə 29% və
27% azalmışdır. Lakin elə arpa nümunələri də vardır ki,
onların yarpaqlarında stres şəraitində xlorofil (a+b)-nin miq-
darı nəinki azalmamış, hətta bir qədər artmışdır. Bunlara, iki
cərgəli arpalardan Hüseyn 1, Arpa 47, Cəlilabad 19, Nutans
67/91 və Arpa 77-ni misal göstərmək olar. Bu arpa nümunə-
lərinin yarpaqlarında quraqlıq stresi şəraitində xlorofil (a+b)-
nin miqdarı 2-12% artmışdır. Oxşar nəticələr çox cərgəli arpa
nümunələrində də müşahidə edilmişdir. 84 №-li Seçmə, Pal-
lidum 69/91, Arpa-75 və Arpa 78 sortnümunələrinin yarpaqla-
rında quraqlıq stresi təsirindən xlorofilin miqdarı 3-18%
artmışdır.
Bəzi arpa nümunələrinin yarpaqlarında stres təsirindən
xlorofilin miqdarında nəzərə çarpacaq dəyişmələr baş vermə-
mişdir. Bunlara misal olaraq, iki cərgəli arpalardan Nutans
303 və Nutans 124/32-ni, çox cərgəli arpalardan isə Arpa 44
və Arpa 32-ni göstərmək olar. Quraqlıq stresi təsirindən yar-
paqlarda xlorofil (a+b)-nin miqdarında baş verən dəyişmələrə
görə arpa sortnümunələri bir-birindən müəyyən qədər fərq-
lənsə də, bu fərqlilik, toxumların cücərmə qabiliyyətində
96
olduğu qədər kəskin deyildir. Bu da, xlorofilin bitki həyatın-
dakı böyük rolu ilə əlaqədar ola bilər. Əgər xlorofilin sinte-
zində böyük depressiya və sürətli parçalanma prosesi baş ver-
miş olsaydı, o zaman bitki öz həyatını davam etdirə bilməzdi.
Bu hal stres amillərin çox güclü olduğu zamanlarda baş verə
bilir və nəticədə bitkilər məhv olurlar.
Cədvəl 2.5.
Quraqlıq stresinin təsirindən arpa sortnümunələrinin
yarpaqlarında xlorofilin miqdarlında baş verən dəyişmələr
(vahid yarpaq sahəsində, mkq-la)
Sı-
ra
№-
si
Ka-
taloq
№-si
Nümunənin
adları
Xlorofil (a+b)-nin miqdarı
Nəzarət
Quraqlıq
Nəza-
rətə
görə
%-lə
İki cərgəli
1
2308
Hüseyn 1
6,35±0,13
7,15±0,23
112,5
2
2448
Arpa 47
6,67±0,24
7,44±0,34
111
3
2311
Nutans 67/91
5,75±0,2
5,9±0,3
102,6
4
2323
Nutans 303
7,47±0,41
7,5±0,7
100,4
5
2482
Arpa-77
5,21±0,56
5,32±0,48
102,1
6
2270
Nutans 118/21
5,92±0,64
5,41±0,19
91,3
7
2443
Arpa-43
8,28±0,4
7,85±0,5
94,8
8
2262
Cəlilabad-19
7,1±0,7
7,7±0,2
108,4
9
2315
Nutans 86-
35/18
7,87±1,24
7,44±0,48
94,5
10
2286
Nutans 80-
32/21
5,32±0,16
4,08±0,3
76,6
97
Cədvəl 2.5-in davamı
11
2288
Nutans 28/92
5,14±0,31
4,52±0,84
87,9
12
2301
Nutans 57/9
6,0±0,29
5,27±0,4
87,8
13
2325
Nutans 124/32
5,96±0,14
5,75±0,11
96,4
14
2461
Arpa-59
7,42±0,29
5,9±0,31
79,5
15
2296
6№-li seçmə
9,36±0,3
7,3±0,2
78,4
16
2302
Nutans 80-
34/14
5,42±0,4
3,55±0,4
65,4
Çox cərgəli
17
2321
84 № Seçmə
6,41±0,81
7,58±1,11
118,2
18
2271
Pallidum
69/91
7,25±0,41
8,16±0,26
112,5
19
2480
Arpa-75
5,62±0,2
6,0±0,3
106
20
2483
Arpa-78
5,71±0,22
5,89±0,54
103,1
21
2406
Arpa-32
7,43±0,03
7,24±0,37
97,4
22
2277
№ 78
Cəbrayıl
7,25±0,19
6,63±0,23
91,4
23
2322
№ 76 Seçmə
6,53±0,46
6,17±0,38
94,4
24
2298
Pallidum
79/1-2
7,07±0,3
6,5±0,5
91,9
25
2368
Arpa-31
7,44±0,5
6,68±0,5
89,7
26
2366
Arpa-29
7,0±0,3
5,85±0,7
83,5
27
2439
Arpa-39
7,8±0,37
6,8±0,15
87,1
28
2367
Arpa-30
8,01±0,2
7,53±0,48
94,0
29
2305
№ 55 Yerli
5,95±0,5
4,25±0,3
71,4
30
2445
Arpa-44
7,5±0,2
7,4±0,7
98,6
31
2486
Arpa-81
7,33±0,3
6,3±0,5
86,3
32
2540
Arpa-84
6,21±0,38
5,47±0,04
88,0
33
2329
Naxçıvan
dəni
5,96±0,42
5,38±0,55
90,2
34
2440
Arpa-40
5,96±0,5
4,36±0,3
73,1
98
Alınan nəticələrin müqaisəli analizi göstərir ki, öyrənilən
arpa sortnümunələri, həm toxumların cücərmə qabiliyyətinə,
həm də yarpaqlarda xlorofilin miqdarında baş verən dəyiş-
mələrə görə, əksər hallarda bir-birini tamamlayırlar. Yəni
cücərmə qabiliyyəti yüksək olan arpa nümunələrinin yarpaq-
larında xlorofil sintezində ciddi depressiya müşahidə edilmə-
mişdir. Misal olaraq, iki cərgəli arpalardan Hüseyn 1 sortunu
göstərmək olar. Bu sortun toxumlarının cücərmə qabiliyyətinə
görə, ümumi quraqlığa davamlılıq indeksi 227% olmuşdursa,
yarpaqlarda xlorofil (a+b)-nin miqdarı nəzarətə görə 112 %
təşkil etmişdir. Çox cərgəli arpalardan Pallidum 69/91-də to-
xumların cücərmə qabiliyyəti 160% yarpaqlarda xlorofilin miq-
darı isə 112% -ə bərabər olmuşdur.
Cücərmə qabiliyyəti aşağı olan nümunələrin yarpaqla-
rında isə stres təsirindən xlorofilin miqdarında da kəskin
azalmalar müşahidə edilmişdir. Məsələn, Nutans 80-34/14 ar-
pa nümunəsi toxumlarının cücərmə qabiliyyəti cəmi 8% ol-
muşsa, xlorofilin miqdarının göstəricisi də ən aşağı, yəni
64%-ə bərabər olmuşdur. Çox cərgəli arpalardan Arpa 40 və
55 №-li Seçmədə bu göstəricilər müvafiq olaraq 14 və 24-ə
qarşı 73, 71-ə bərabər olmuşdur.
Öyrənilən həm iki cərgəli və həm də çox cərgəli arpa
nümunələrinin böyük əksəriyyətində bu göstəricilər, yəni to-
xumların cücərmə qabiliyyəti və yarpaqlarda xlorofilin miq-
darında baş verən dəyişmələr korelyasiya təşkil edir. Lakin,
bir neçə nümunədə bu iki göstərici arasında az da olsa fərqlər
müşahidə edilmişdir. Məsələn, Nutans 124/32-də toxumların
cücərmə qabiliyyəti cəmi 42% olduğu halda, yarpaqlarda xlo-
rofilin miqdarı demək olar ki, dəyişməmiş və 96%-ə bərabər
olmuşdur. Belə vəziyyət çox cərgəli arpalardan Arpa 30 və
Arpa 44-də müşahidə edilmişdir.Bu nümunələrin toxum-
99
larının saxaroza məhlulunda cücərmə qabiliyyəti cəmi 32 və
20% təşkil etdiyi halda, stres təsirindən sonra yarpaqlarda xlo-
rofilin miqdarı əsaslı surətdə dəyişməmiş, nəzarət variantına
nisbətən, müvafiq olaraq 94 və 98%-ə bərabər olmuşdur. Gü-
man etmək olar ki, toxumlarının soruculuq qabiliyyəti o qədər
də yüksək olmayan bu kimi nümunələr, vegetasiyaları döv-
ründə öz genetik potensiallarından daha səmərəli istifadə et-
məklə güclü kök sistemi yarada bilmişlər ki, bu da quraqlıq
zamanı yarpaqlarda xlorofil sintezində depressiyanın qarşısını
ala bilmışdır.
Beləliklə, toxumların cücərmə qabiliyyəti və həm də yar-
paqlarda xlorofilin miqdarında baş verən dəyişmələrə görə
fərqlənmiş iki cərgəli arpa nümunələrindən Hüseyn 1, Arpa 47
və Nutans 67/91, çox cərgəli arpa nümunələrindən isə 84 №-li
Seçmə, Pallidum 69/91 və Arpa 75-in quraqlıq stresinə ən
davanmlı genotiplər olduğu aşkar edilmişdir və onların quraq
və yarı quraq ərazilərdə becərilməsi tövsiyyə edilir. Quraqlığa
davamlılığı ilə seçilən bu arpa nümunələrindən seleksiya pro-
seslərində donor kimi və ya biotexnoloji tədqiqatlarda təbii
gen mənbəyi kimi də istifadə oluna bilərlər.
Dostları ilə paylaş: |