R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix04.05.2017
ölçüsü65,28 Kb.
#16553
1   2   3   4   5   6   7   8   9   ...   27

ll  F Ə S İ L  
 
BİTKİLƏRİN STRES AMİLLƏRƏ  
DAVAMLILIĞININ FİZİOLOJİ PARAMETRLƏR 
ƏSASINDA DİAQNOSTİKASI 
 
Bitkilərin stres amillərə davamlılığını təyin etmək üçün 
müxtəlif  fizioloji  metodlar  işlənib  hazırlanmışdır.  Belə 
metodlardan biri toxumların osmotik məhlullarda və yüksək 
temperaturun  təsirindən  sonra  cücərmə  qabiliyyətinin  təyi-
ninə  əsaslanır  [61,82].  Suyu  saxlama  qabiliyyəti  bitkilərin 
mühüm  bioloji  xüsusiyyəti  olub,  onların  tarla  şəraitində 
cücərməsini,  kök  sisteminin  güclü  inkişafını  və  bitkilərin 
bütövlükdə normal böyümə və inkişafını təmin edir.        
Məlumdur  ki,  toxumlar  cücərmə  zamanı  mühitin  yük-
sək osmotik təzyiqinə məruz qaldıqlarından onların bir sıra 
fizioloji  xüsusiyyətləri,  o  cümlədən,  fermentativ  sistemin 
aktivliyi, sitoplazmatik quruluşların yeni üzvi maddə əmələ 
gətirməsi, hüceyrədaxili osmotik təzyiqin artma qabiliyyəti 
və  s.  proseslər  toxumların  sorucu qüvvəsi  ilə  təyin  olunur. 
Şübhəsiz  ki,  cücərən  toxumların  sorucu  qüvvəsi  cavan  or-
qanizmlərin  mürəkkəb  fizioloji-biokimyəvi  xüsusiyyətləri-
nin nəticəsidir.  
Sübut  edilmişdir  ki,  toxumların  osmotik  məhlullarda 
cücərmə  qabiliyyəti  ilə  onların  quraqlıq  və  duzluluq  stres-
lərinə  davamlılıq  dərəcələri  arasında  müsbət  korelyasiya 
mövcuddur [314]. 
Toxumların  stres  şəraitində  cücərmə  qabiliyyəti,  bir 
tərəfdən onların su qıtlığı şəraitində cücərməsi kimi irsi xü-
susiyyətlərini,  digər  tərəfdən,  qısa  müddət  ərzində  lazımı 
miqdarda  su  toplamasını  təmin  edən  yüksək  sorucu  qüv-

 76 
vəyə malik olmasını göstərir. Toxumların yüksək soruculuq 
qabiliyyəti, su qıtlığı zamanı bitkinin  inkişafını təmin edən 
güclü kök sisteminin formalaşmasını da təmin edir. 
 
 
2.1. Toxumların cücərmə qabiliyyətinə görə arpa 
sortnümunələrinin quraqlıq və yüksək hərarət  
streslərinə davamlılığının təyini 
 
Tədqiqat  işi  16  iki  cərgəli  və  18  çox  cərgəli  olmaqla, 
cəmi  34  arpa  sort  nümunələri  üzərində  aparılmışdır.  Təd-
qiqatda  istifadə  olunan  arpa  nümunələrinin  toxumları 
AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun Dənli  taxıl  və  pax-
lalı  bitkilər  laboratoriyasının  aparıcı  elmi  işçisi,  arpa  üzrə 
Avropa  işçi  qrupunun  üzvü,  b.e.n.  N.Gəraybəyova  tərəfin-
dən verilmişdir. Laboratoriya təcrübələri eyni sahədə səpil-
miş  və  eyni  ilin  məhsulu  olan  toxum  materialı  üzərində 
aparılmışdır. 
Öyrənilən arpa genotiplərinin quraqlıq stresinə davam-
lılıq  dərəcələri  laboratoriya  şəraitində  toxumların  14  atm 
təzyiqli  saxaroza  məhlulunda  cücərmə  qabiliyyətinə  görə 
[82,  83],  istiyə  davamlılıq  isə  55
0
C  t-da  su  hamamında 
saxlanıldıqdan (25 dəqiqə) sonra cücərmə qabiliyyətinə gö-
rə  təyin  edilmişdir  [61].  Quraqlıq  stresi  yaratmaq  üçün  14 
atm.  təziqli  15,8%-li  saxaroza  məhlulundan  istifadə  olun-
muşdur. Təcrübənin nəticələri cədvəl 2.1-də verilmişdir. 
Cədvəldən göründüyü kimi iki cərgəli arpa sort və for-
maları quraqlıq stresinə davamlılıq dərəcələrinə görə bir-bi-
rindən kəskin fərqlənirlər. Bu nümunələr içərisində Hüseyn 
1  və  Arpa  47  sortları  quraqlıq  streslərinə  davamlılığa  görə 
digərlərindən  nəzərə  çarpacaq  dərəcədə  üstündür.  Onların 

 
77 
saxaroza məhlulunda cücərmə qabiliyyəti nəzarətə nisbətən 
müvafiq olaraq 97 və 81%, ümumi quraqlığa davamlılıq in-
deksləri  isə  227  və  194-ə  bərabər  olmuşdur.  Bu  nəticələrə 
əsaslanaraq  göstərilən  arpa  sortlarının  quraqlıq  stresinə 
yüksək davamlı genotiplər olduğunu söyləmək olar. Nutans 
67/91,  Nutans  303,  Arpa-77  və  Arpa-43  sortlarının  quraq-
lığa  davamlılıq  indeksləri  173-134  arasında  dəyişmiş  və 
onlar,  quraqlıq  stresinə  davamlı  sortlar  kimi  qiymətləndi-
rilmişdir. Cəlilabad 19 və Nutans 86-35/18 arpa sort nümu-
nələrinə aid toxumların saxaroza məhlulunda cücərmə qabi-
liyyəti nisbətən yüksək (45-50%), istilik faktorundan sonra 
cücərmə  qabiliyyətləri  isə  aşağı  (4-13%)  olmuşdur.  Bu 
nümunələrin  ümumi  quraqlığa  davamlılıq  indeksləri  100-
dən yüksək olduqlarına görə onları orta davamlı genotiplər 
kimi  qəbul  etmək  olar. Nutans  118/21  və  Nutans 80/32-21 
nümunələrində  isə  əksinə,  quraqlığa  davamlılıq  aşağı,  isti-
liyə  davamlılıq  isə  orta  səviyyədə  olmuşdur.  Bu  nümunə-
lərdə  ümumi  quraqlığa  davamlılıq  in deksi  müvafiq  olaraq 
81 və 64-ə bərabər olmuşdur. Bunlardan fərqli olaraq Arpa 
59, 6№-li Seçmə və Nutans 80-34/14 arpa nümunələrinə aid 
toxumların  saxaroza  məhlulunda  cücərmə  qabiliyyəti  2-
11%,  istilik  faktorundan  sonra  cücərmə  qabiliyyəti  4-8%, 
ümumi  quraqlığa  davamlılıq  indeksləri  isə  8-30  arasında 
dəyişmişdir.  Alınan  nəticələr,  bu  arpa  sortlarının  quraqlıq 
stresinə ən həssas nümunələr olduğunu göstərir. 

 78 
Cədvəl 2.1. 
 
Toxumların saxaroza məhlulunda və istilik faktorundan  
sonra cücərmə qabiliyyətinə görə arpa genotiplərinin  
quraqlıq stresinə davamlılıq dərəcələri  
           
               
  
 

ra
 №
-si
 
K
at
al
oq №
-si
 
N
üm
un
əni
n a
dl
ar
ı 
Toxumların cücərmə  
qabiliyyəti, %-lə 
Ü
m
um
i qur
aq

ğa
 
da
va
m
lıl
ıq 
inde
ks

Q
rupd
a i
nde
ks
in 
d
əyi
şm
əsi
 
D
ava
m
lıl
ıq qr
upu
 
Suda 
Saxaroza 
məhlu- 
lunda 
İstilik 
faktorundan 
sonra 
İki cərgəli 

2308 
Hüseyn 1 
100 
97 
33 
227 
227-194 


2448 
Arpa 47 
96 
81 
32 
194 
227-194 


2311 
Nutans 67/91 
99 
66 
41 
173 
173-134 


2323 
Nutans 303 
100 
72 
13 
157 
173-134 


2482 
Arpa-77 
96 
57 
36 
150 
173-134 


2270 
Nutans 
118/21 
96 
42 
57 
141 
173-134 


2443 
Arpa-43 
71 
62 
10 
134 
173-134 


2262 
Cəlilabad-19 
89 
59 

122 
122-64 
II 

2315 
Nutans  
86-35/18 
97 
45 
13 
103 
122-64 
II 
10 
2286 
Nutans  
80-32/21 
88 
10 
44 
64 
122-64 
II 
11 
2288 
Nutans 28/92 
99 
22 

49 
49-8 
III 
12 
2301 
Nutans 57/9 
78 
14 
16 
44 
49-8 
III 
13 
2325 
Nutans 
124/32 
97 
17 

42 
49-8 
III 
14 
2461 
Arpa-59 
96 
11 

30 
49-8 
III 
15 
2296   6№-li seçmə 
87 


21 
49-8 
III 
16 
2302 
Nutans  
80-34/14 
98 



49-8 
III 
 
 
 

 
79 
Cədvəl 2.1-in davamı 
 

ra
 №
-si
 
K
at
al
oq №
-si
 
N
üm
un
əni
n a
dl
ar
ı 
Toxumların cücərmə  
qabiliyyəti, %-lə 
Ü
m
um
i qur
aq

ğa
 
da
va
m
lıl
ıq 
inde
ks

Q
rupda
 i
nde
ks
in 
d
əyi
şm
əsi
 
D
ava
m
lıl
ıq qr
upu
 
Suda  Saxaroza 
məhlu- 
lunda 
İstilik 
faktorundan 
sonra 
Çox cərgəli 
17 
2321 
84 № Seçmə  100 
86 
16 
188 
188-140 

18 
2271 
Pallidum 
69/91 
93 
75 
10 
160 
188-140 

19 
2480 
Arpa-75 
94 
58 
24 
140 
188-140 

20 
2483 
Arpa-78 
93 
46 
15 
107 
107-56 
II 
21 
2406 
Arpa-32 
96 
51 

105 
107-56 
II 
22 
2277 
№ 78 
Cəbrayıl 
98 
27 
44 
98 
107-56 
II 
23 
2322 
№ 76 Seçmə 
95 
32 
10 
74 
107-56 
II 
24 
2298 
Pallidum  
79/1-2 
95 
16 
26 
58 
107-56 
II 
25 
2368 
Arpa-31 
100 
23 
11 
57 
107-56 
II 
26 
2366 
Arpa-29 
99 
25 

56 
107-56 
II 
27 
2439 
Arpa-39 
100 

32 
44 
44-14 
III 
28 
2367 
Arpa-30 
97 
13 

32 
44-14 
III 
29 
2305 
№ 55 Yerli 
100 

16 
24 
44-14 
III 
30 
2445 
Arpa-44 
92 

18 
20 
44-14 
III 
31 
2486 
Arpa-81 
84 


18 
44-14 
III 
32 
2540 
Arpa-84 
99 

11 
17 
44-14 
III 
33 
2329  Naxçıvan dəni  96 


16 
44-14 
III 
34 
2440 
Arpa-40 
91 

10 
14 
44-14 
III 
 
 
Öyrənilən  çox  cərgəli  arpa  sortnümunələri  də  quraqlıq  və 
istilik  streslərinə  davamlılıq  dərəcələrinə  görə  bir-birindən  kəskin 
fərqlənmişlər. Belə ki, quraqlığa ən yüksək davamlı kimi fərqlənən 
84№-li  Seçmə  arpa  nümunəsində  ümumi  quraqlığa  davamlılıq 

 80 
indeksinin  göstəricisi  188  olmuşdursa,  ən  həssas  nümunə  kimi 
özünü göstərən Arpa-40 sortunda bu rəqəm 14-ə bərabər olmuşdur. 
Öyrənilən  nümunələrin  əksəriyyəti,  göstərilən  stres  amillərin  hər 
ikisinə qarşı demək olar ki, eyni dərəcədə davamlılıq göstərmişlər. 
Lakin  bir  çox  hallarda,  quraqlığa  yüksək  davamlılığı  ilə  seçilən 
sortlar, istiliyə qarşı davamsız olmuş  və əksinə. Məsələn, Arpa-32 
sortu quraqlıq  stresinə qarşı  yetərincə davamlılıq  göstərdiyi halda, 
istilik  stresinə  qarşı  çox  həssas  olmuşdur.  Arpa-39  və  Arpa-44 
sortları isə əksinə, istilik streslərinə qarşı bir qədər davamlı, quraqlıq 
streslərinə qarşı  isə  yüksək dərəcədə həssaslıq  göstərmişlər. Ümu-
miyyətlə isə, öyrənilən arpa nümunələrinin hamısı quraqlıq stresinə 
nisbətən, yüksək hərarət stresinə qarşı çox həssas olmuşlar ki, bu da 
onların  isti  bölgələrdə  əkilməsinin  uyğun  olmadığını  söyləməyə 
əsas verir. 
Beləliklə, tədqiq edilmiş arpa sortnümunələri içərisindən qur-
aqlığa  davamlılıq  indeksləri  ən  yüksək  olan  (188-227)  5  nümunə 
davamlı, quraqlığa davamlılıq indeksləri 14-49 arasında dəyişən 14 
nümunə  həssas,  digərləri  isə  quraqlıq  stresinə  qarşı  orta  davamlı 
genotiplər olaraq dəyərləndirilmişdir. 
 
 
2.2. Toxumların cücərmə qabiliyyətlərinə görə  
 arpa genotiplərinin duzluluq stresinə  
davamlılığının qiymətləndirilməsi 
 
Məlumdur  ki,  arpa  bitkisinin  bir  çox  formaları  duz  stre-
sinə qarşı  yüksək tolerantlıq  göstərir ki, bu da arpa bitkisində 
duza  davamlılıq  genlərinin  daha  fəal  olması  ilə  izah  olunur. 
Odur  ki,  duzluluq  stresinə  davamlı  arpa  nümunələrinin  aşkar 
edilməsi və onlardan seleksiyada istifadə olunması günün ak-
tual problemlərindəndir. 
 

 
81 
Öyrənilən  arpa  sortnümunələrinin  duzluluq  stresinə  davam-
lılığının  ilkin  diaqnostikası  toxumların  0,2M  NaCl  məhlulunda 
cücərmə  qabiliyyətinə  görə  aparılmışdır.  Alınan  nəticələr  2.2-ci 
cədvəldə  verilir.  Cədvəldən  göründüyü  kimi  iki  cərgəli  arpa 
sortnümunələrindən Nutans 80/32-21, Arpa-77 və Nutans 118/21 
toxumların  cücərmə  qabiliyyətlərinə  görə  ən  yüksək  göstəriciyə 
malikdirlər.  Onların  toxumları  duzlu  məhlulda  nəzarətə  nisbətən 
98-100% cücərti vermişdir ki, bu göstəriciyə görə həmin nümunə-
ləri  ən  davamlı  genotiplər  kimi  qəbul  etmək  olar.  Ən  aşağı  gös-
tərici isə Nutans 57/9, Nutans 124/32, Arpa-59, 6 №-li Seçmə və 
Cəlilabad  19,  Arpa  43  və  Arpa  81  sortnümunələrində  müşahidə 
edilmişdir.  Bu  nümunələri  də  ən  həssas  genotiplər  kimi  qiymət-
ləndirmək olar. Öyrənilən digər iki cərgəli arpa sortnümunələrinin 
toxumları  NaCl  məhlulunda  nəzarətə  görə  70-94%  cücərti  ver-
mişdir  ki,  onları  da  duzluluq  stresinə  davamlı  və  orta  davamlı 
genotiplər  qrupuna  aid  etmək  olar.  Cədvəldən  göründüyü  kimi, 
çox cərgəli arpa genotipləri də NaCl məhlulunda cücərmə qabiliy-
yətinə  görə  bir-birindən  əsaslı  surətdə  fərqlənirlər.  Bu  nümu-
nələrin  toxumları  adi  suda  84-100%  cücərmə  verdiyi  halda,  duz 
məhlulunda bu  göstərici 52-99%  arasında olmuşdur.  Tədqiq edi-
lən  arpa nümunələri  içərisində  Arpa 44, Arpa 31,  Arpa 29, Arpa 
32  və  Naxçıvan  dəni  sortları  ən  yüksək  cücərmə  faizi  göstər-
mişdir.  Bu  nümunələrin  toxumları  nəzarətə  görə  92-100%  ara-
sında  cücərmə  vermişdir  ki,  bu  da  onların  duzluluq  stresinə  ən 
davamlı  sortnümunələr olduğunu söyləməyə əsas  verir. Cücərmə 
faizinə görə ən aşağı göstəricilər Arpa 81, Arpa 84, Pallidum 79/1-
2  və  Pallidum  69/91-də  müşahidə  olunmuşdur.  Bu  nümunələrin 
toxumları duz məhlulunda cəmi 62-74% cücərmə vermişdir. Odur 
ki, onları həssas sortnümunələr qrupuna aid etmək olar. Öyrənilən 
digər çox cərgəli arpa nümunələri toxumlarının NaCl məhlulunda 
cücərmə qabiliyyəti nəzarətə nisbətən 77-88% arasında dəyişmiş-
 

 82 
dir.  Toxumların  osmotik  məhlulda  cücərmə  qabiliyyətinə  əsasən 
bu  nümunələri  də  orta  davamlı  genotiplər  kimi  dəyərləndirmək 
olar.  
 
Cədvəl 2.2.  
 
Arpa toxumlarının 0,2M NaCl məhlulunda  
cücərmə qabiliyyəti 
 
 
№ 
Ka
talo
q
 №
-si
 
Nümunənin adları 
Toxumların cücərmə qabiliyyəti 
 %-lə 
 
Suda 
(nəzarət) 
 
0,2M 
NaCl  
məhlu-
lunda 
 
Nəzarətə 
görə  
%-lə 
İki cərgəli 

2308 
Hüseyn 1 
100 
70 
70 

2448 
Arpa 47 
96 
68 
71 

2311 
Nutans 67/91 
99 
90 
91 

2323 
Nutans 303 
100 
93 
93 

2482 
Arpa-77 
96 
94 
98 

2270 
Nutans 118/21 
96 
94 
98 

2443 
Arpa-43 
71 
63 
60 

2262 
Cəlilabad-19 
89 
45 
50 

2315 
Nutans 86-35/18 
97 
89 
91 
10 
2286 
Nutans 80-32/21 
88 
97 
100 
11 
2288 
Nutans 28/92 
99 
82 
83 
12 
2301 
Nutans 57/9 
78 
13 
17 
13 
2325 
Nutans 124/32 
97 
46 
47 
14 
2461 
Arpa-59 
96 
48 
50 
15 
2296 
6№-li seçmə 
87 
44 
50 
16 
2302 
Nutans 80-34/14 
98 
92 
94 
 

 
83 
Cədvəl 2.2-nin davamı 
 
 
2.3. Buğda toxumlarının cücərmə qabiliyyətinə görə 
quraqlıq və duzluluq streslərinə davamlılığının  
müəyyən edilməsi 
 
Bitkilərin  stres  amillərə  davamlılığının  təyini  üçün  müxtəlif 
üsullar  işlənib hazırlanmışdır  ki, bunlardan biri də bitkilərin  ilkin 
№ 
Ka
talo
q
 №
-si
 

m
un
ən
in
 a
dlar
ı 
Toxumların cücərmə qabiliyyəti 
 %-lə 
 
Suda 
(nəzarət) 
 
0,2M 
NaCl  
məhlul-
unda 
 
Nəzarətə 
görə  
%-lə 
Çox cərgəli 
17 
2321 
84 № Seçmə 
88 
78 
88 
18 
2271 
Pallidum 69/91 
93 
69 
74 
19 
2480 
Arpa-75 
94 
78 
83 
20 
2483 
Arpa-78 
93 
82 
88 
21 
2406 
Arpa-32 
97 
90 
93 
22 
2277 
№ 78 Cəbrayıl 
98 
82 
83 
23 
2322 
№ 76 Seçmə 
95 
77 
81 
24 
2298 
Pallidum 79/1-2 
95 
71 
75 
25 
2368 
Arpa-31 
100 
99 
99 
26 
2366 
Arpa-29 
99 
93 
94 
27 
2439 
Arpa-39 
100 
85 
85 
28 
2367 
Arpa-30 
97 
76 
79 
29 
2305 
№ 55 Yerli 
100 
88 
88 
30 
2445 
Arpa-44 
92 
92 
100 
31 
2486 
Arpa-81 
84 
52 
62 
32 
2540 
Arpa-84 
99 
72 
73 
33 
2329 
Naxçıvan dəni 
96 
88 
92 
34 
2440 
Arpa-40 
91 
70 
77 

 84 
inkişafı  zamanı  sudan  effektiv  istifadə  olunmasını  və  su  qıtlığı 
şəraitində və ya duz stresi təsiri altında onların davamlılığının tə-
yin edilməsidir.  
Məlumdur  ki,  toxumlar  cücərən  zaman  mühitin  yüksək  os-
motik  təzyiqinə  məruz  qalır  və bitkinin  bir çox  fizioloji  xüsusiy-
yətləri  toxumların  sorucu  qüvvəsi  ilə  təyin  olunur.  Fermentativ 
sistemlərin  aktivliyi,  sitoplazmatik  quruluşların  yeni  üzvi  maddə 
əmələ gətirməsi, hüceyrədaxili osmotik təzyiqin artma qabiliyyəti 
və  s.  kimi  proseslər bunlara  misal ola  bilər. Müəyyən  edilmişdir 
ki, bitkilərdə nəmliyin 60%-i biokolloidlərin şişməsinə, 40%-i isə 
osmotik  mexanizmin  təsirinə  sərf  olunur.  Şübhəsiz  ki,  cücərən 
toxumların sorucu qüvvəsi cavan orqanizmin çox mürəkkəb, fizi-
oloji-biokimyəvi xüsusiyyətlərinin nəticəsidir. Süni şəraitdə “fizi-
oloji  quraqlıq”  saxarozanın  yüksək  osmotik  təzyiqli  məhlulunda 
cücərmə faizi quraqlığa qarşı  davamlılığın  təyinində etibarlı  gös-
tərici  kimi  istifadə  edilə bilər.  Elecə də 0.2 M NaCl  məhlulunda 
laboratoriya şəraitində bitki toxumlarının cücərmə qabiliyyəti bit-
kilərin duzluluğa davamlılığının ilkin göstəricisi hesab olunur. 
 
2.3.1. Stres amillərin yabanı və mədəni buğda  
növləri toxumlarının cücərmə qabiliyyətinə təsiri 
 
Diploid  və tetraploid buğdaların quraqlığa davamlılığını  ilkin 
qiymətləndirmək  məqsədilə  bu  bitkilərin  toxumları  laboratoriya 
şəraitində 10 atm. təzyiqli saxaroza və 0.2M NaCl məhlulunda 3-7 
gün müddətində  cücərdilmiş, cücərtilər 3, 5, 7-ci  günlər sayılaraq, 
nəzarətə görə faizlə hesablanmışdır. Alınan nəticələr cədvəl 2.3-də 
göstərilmişdir. Cədvəldən göründüyü kimi, T.boeoticum növünə aid 
toxumlar  saxarozanın  məhlulunda  nəzarətdə  olduğu  qədər,  yəni 
100% cücərti  verdiyi halda, 0.2 M NaCl məhlulunda bu  göstərici 
52.0%  olmuşdur.  T.monococcum,  T.dicoccoides,  T.dicoccum  far-

 
85 
rum, T.dicoccum  rufum-a  aid  olan  nümunələrin  toxumları  isə  hər 
iki  şəraitdə  100%  cücərmə  vermişlər.  T.dicoccum  atratum  növ-
müxtəlifliyinin  toxumları  saxaroza  məhlulunda  nəzarətə  görə 
93.0%,  NaCl  məhlulunda  isə  99.0%  cücərmə  qabiliyyətinə  malik 
olmuşdur.  T.turgidum  dreishianum  növmüxtəlifliyinin  toxumları 
saxaroza  məhlulunda  99.0%,  NaCl  məhlulunda  isə  96.0%,  T.tur-
gidum  alboyadurum  saxaroza  məhlulunda  89.7%,  NaCl  məhlu-
lunda 97.9%, T.turgidum salomonis növmüxtəlifliyi saxaroza məh-
lulunda  99.2%,  NaCl  məhlulunda  98.0%,  T.turgidum  lusitanicum 
saxaroza məhlulunda 100%, NaCl məhlulunda 97.6% nəzarətə görə 
cücərmə  qabiliyyətinə  sahib  olmuşdur.  T.polonicum  növü  saxaro-
zada 72.0%, NaCl  məhlulunda 93.0%, T.persicum növü  isə  saxa-
roza məhlulunda 100%, NaCl məhlulunda isə 90.0% nəzarətə görə 
cücərmə qabiliyyətinə malik olmuşdur.  
 
Cədvəl 2.3 
 
Diploid və tetraploid buğda növ və növmüxtəlifliklərinin  
10 atm. saxaroza məhlulunda və 0.2 M NaCl məhlulunda 
cücərmə qabiliyyəti 
 
№ 
Nümunənin adı 
Toxumların cücərmə qabiliyyəti %-lə 
Nəza-
rət 
Saxa-
roza 
Nəza-
rətə 
görə  
%-lə 
Na
Cl 
Nəza-
rətə 
görə  
%-lə 

T.boeoticum Boiss. 
100 
100 
100 
52 
52 

T.monococcum L. 
100 
100 
100 
100 
100 

T.dicoccoides 
Koern.) Schweinf. v. 
arabicum 
100 
100 
100 
100 
100 

T.dicoccum Schuebl. 
v. farrum
100 
100 
100 
100 
100 

 86 
Cədvəl 2.3-ün davamı 
 

T.dicoccum Schuebl. 
v. rufum 
100 
100 
100 
100 
100 

T.dicoccum Schuebl. 
v. atratum 
100 
93 
93 
99 
99 

T.turgidum L. v. 
dreishianum  
50 
49.5 
99 
48 
96 

T.turgidum L. v. 
alboyadurum 
49 
44 
89.7 
48 
97.9 

T.turgidum L. v. 
salomonis 
50 
49.6 
99.2 
49 
98 
10  T.turgidum L. v. 
lusitanicum 
43 
43 
100 
42 
97.6 
11  T.polonicum L. 
50 
36 
72 
46.5 
93 
12  T.persicum Vav. 
50 
50 
100 
45 
90 
 
Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin