ÖVLƏt qt sad un vers tet mag stratura məRKƏZ Əlyazmas ı



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix05.05.2017
ölçüsü0,59 Mb.
#16599
1   2   3   4   5   6

 

 

48

2.3. Dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar 

 

Müstəqillik  əldə  edildikdən  sonra  Azərbaycanın  sosial-iqtisadi  quruluşunda    və 



iqtisadiyyatın  idarə  edilməsi  metodlarında  baş  verən  köklü  dəyişikliklər  maliyyə-

təsərrüfat fəaliyyətinin  idarə edilməsinin mühüm  aləti olan maliyyə nəzarətinin əsaslı 

olaraq  yeniləşməsini  zəruri  etmişdi.  Bunun  da  nəticəsi  olaraq  bir  tərəfdən  mövcud 

nəzarət orqanları ləğv edilmiş, digər tərəfdən isə bazar iqtisadiyyatı tələblərini özündə 

ehtiva edən yeni qurumlar yaradılmışdır.  

Bu  orqanlara  misal  olaraq  parlament  yanında  Hesablama  Palatasını,  Auditorlar 

Palatasını, müstəqil auditor şirkətlərini və sairəni göstərmək olar. 

Azərbaycan  Respublikasının  Hesablama  Palatası,  respublika  üçün  əvvəllər 

analoqu  olmayan,  prinsipial  olaraq  yeni  orqandır.  Bu  orqanın  hüquqi  statusu 

Azərbaycan Respublikasının  Konstitutsiyasından  irəli gəlir (92-ci maddə) və 1999-cu 

ildə  qəbul  edilmiş  «Hesablama  Palatası  haqqında»  Azərbaycan  Respublikası  

Qanununda  öz  əksini  tapmışdır.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Ə

liyevin  qanunvercilik  təşəbbüsü  ilə  2001-ci  ildə  «Hesablama  Palatası  haqqında» 



Azərbaycan  Respublikası  Qanununa  beynəlxalq  standartlara  uyğunlaşdırılma 

istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmişdir. 

Azərbaycan  Respublikasının  Hesablama  Palatası  qanunvericiliklə  müəyyən 

edilmiş  hüquqi  səlahiyyətlərinə  görə  Milli  Məclisə  hesabat  verən,  daimi  fəaliyyət 

göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.  

Palata  təşkilati  və  funksional  müstəqilliyə  malikdir.  Mahiyyət  etibarı  ilə 

Azərbaycan  Respublikasının  Hesablama  Palatası  demokratik  orqan  olmaqla,  öz 

fəaliyyətini  qanunçuluq,  sərbəstlik,  obyektivlik,  kollegiallıq,  aşkarlıq  və  ədalətlilik 

prinsipləri  əsasında  qurur,  fəaliyyəti  barədə  Azərbaycan  Respublikasının  Milli 

Məclisinə  hesabat  təqdim  edir  və  qanunvericiliklə  müəyyən  edilmiş  vəzifə  və 

funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 

Azərbaycan  Respublikasının  Hesablama  Palatası  dövlət  büdcəsinin  təsdiq 

edilməsinə  və  icrasına,  dövlət  əmlakının  idarə  edilməsinə,  onun  barəsində  sərəncam 

verilməsinə,  dövlət  əmlakının  özəlləşdirilməsindən  əldə  edilən  vəsaitlərin  dövlət 

büdcəsinə  daxil  olmasına,  hüquqi  şəxslərə  və  bələdiyyələrə  dövlət  büdcəsindən 


 

49

vəsaitlər  ayrıldıqda  həmin  vəsaitlərin  təyinatı  üzrə  istifadə  edilməsinə  nəzarəti  həyata 



keçirir.  

Azərbaycan Respublikasının dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına 

nəzarət  üzrə  Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətlərinin  həyata 

keçirilməsinə kömək etmək Hesablama Palatasınının fəaliyyətinin əsasını təşkil edir.  

Bu  məqsədlə  hər  il  Hesablama  Palatası  dövlət  büdcəsinə,  dövlət  büdcəsinin 

icrasına dair hesabat və müvafiq qanun layihəsinə rəy verir, qanunla müəyyən edilmiş 

dövlət  büdcəsindən  maliyyələşmələrin  aparılmasını  təhlil  edir.  O,  həmçinin  dövlət 

büdcə  vəsaitlərinin  xəzinə  hesabına  daxil  olmasının  və  istifadəsinin  təsdiq  olunmuş 

göstəricilərə uyğunluğunu təhlil edir. 

Hesablama  Palatası  dövlət  mülkiyyəti  və  pul  vəsaitləri  üzərində  nəzarət  aparır. 

Nəzarət  bütün  hüquqi  şəxsləri,  o  cümlədən  dövlət  büdcədənkənar  fondlarını, 

Azərbaycan  Respublikası  Milli  Bankını,  yerli  idarəetmə  orqanlarını,  kommersiya 

banklarını, sığorta firmalarını və başqa kommersiya və qeyri-kommersiya təşkilatlarını 

ə

hatə edir. 



Hesablama 

Palatasının 

fəaliyyətinin 

hüquqi 


ə

saslarını 

Azərbaycan 

Respublikasının    Konstitutsiyası,  «Hesablama  Palatası  haqqında»  Azərbaycan 

Respublikası  Qanunu, Azərbaycan Respublikasının digər qanunları və Palatanın daxili 

nizamnaməsi təşkil edir. 

Hesablama  Palatasının  həyata  keçirdiyi  dövlət  maliyyə-büdcə  nəzarətinin  əsas 

istiqamətləri aşağıdakılardan ibarətdir: 

-  dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət    fondların  (təşkilatlarının) 

büdcələrinin layihələrinə dair rəy verilməsi; 

-  dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət    fondların  (təşkilatlarının) 

büdcələrinin  gəlir  və  xərc  maddələrinin  həcmi,  strukturu  və  təyinatı  üzrə  vaxtında 

icrasına nəzarətin həyata keçirilməsi; 

-  dövlət  büdcəsindən  maliyyələşdirmələrin  təsdiq  olunmuş  dövlət  büdcəsində 

müəyyən  edildiyi  kimi  aparılmasının  təhlil  edilməsi,  aşkar  edilmiş  kənarlaşmaların 

aradan  qaldırılması,  habelə  bütövlükdə  büdcə  prosesinin  təkmilləşdirilməsi  haqqında 

təkliflər hazırlanması; 


 

50

-  dövlət  büdcəsinin  icrası  barədə  illik  hesabata  və  müvafiq  qanun  layihələrinə 



dair rəy verilməsi; 

-  dövlət  əmlakının  idarə  edilməsindən,  onun  barəsində  sərəncam  verilməsindən 

və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil 

olmasına nəzarət; 

- ekspert-analitik fəaliyyət; 

-  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  onun  daimi  komissiyalarının 

tapşırığı  ilə  dövlət  büdcəsi  və  büdcədənkənar  dövlət  fondları  (təşkilatları)  ilə  bağlı 

qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası; 

- maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi; 

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə 

aidiyyatı orqanlara məlumatların verilməsi; 

- digər nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitndə fəaliyyət göstərilməsi. 

Hesablama  Palatası  maliyyə-büdcə  nəzarətini  audit  vasitəsilə,  milli  audit 

standartları əsasında həyata keçirir. 

Palatanın  apardığı  nəzarət  tədbirlərində  əsas  diqqət,  dövlət  büdcəsi  və 

büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində, 

həmçinin,  iri  dövlət  vergi  ödəyicilərində  gəlirlərin  qanunvericiliyin  tələblərinə  uyğun 

formalaşdırılması  və  icrası  vəziyyətinin  araşdırılmasına,  gəlirlərin  toplanılması  ilə 

məşğul  olan  orqanlarda  vergi  qanunvericiliyinə  əməl  olunmasına  daxili  nəzarətin 

təşkilinin  qiymətləndirilməsinə,    xərcləri  üzrə  isə  dövlət  büdcəsi  və  büdcədənkənar 

dövlət  fondlarının  xərclərinin  planlaşdırılması,  maliyyələşdirilməsi  və  təyinatı  üzrə 

səmərəli  istifadəsi,  investisiya,  sosial  infrastruktur,  o  cümlədən,  elm,  təhsil,  səhiyyə, 

mədəniyyət  xərcləri  üzrə  Dövlət  proqramlarının  icra  vəziyyəti  və  s.  kimi  məsələlərin 

təhlilinə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim edilən layihələrə 

daha  dolğun  rəy  və  təkliflərin  hazırlanmasına,  müvafiq  orqanların  tərtib  etdikləri 

məqsədli proqramların əsaslılığının qiymətləndirilməsinə, Palatanın məlumat bazasının 

daha da zənginləşdirilməsinə və s. məqsədlərə istiqamətləndirilmişdir. 

Qeyd  etdiyimiz  kimi  dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondlarının 

(təşkilatlarının)  layihələrinə  dair  rəy  verilməsi,  dövlət  büdcəsinin  və  büdcədənkənar 



 

51

dövlət fondlarının (təşkilatlarının) büdcələrinin icrasına nəzarət Hesablama Palatasının 



fəaliyyətinin əsasını təşkil edir.  

Cari  ilin  dövlət  büdcəsi  haqqında  Hesablama  Palatasının  rəyində  dövlət 

büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şəraitin öyrənilməsinə, büdcə 

layihəsində nəzərdə tutulan gəlir və xərclərin həcminin mövcud iqtisadi potensiala və 

prioritet  vəzifələrin  icrasına  uyğunluğunun  təhlilinə,  ayrı-ayrı  dövlət  proqramları, 

habelə  iqtisadi  və  sosial  inkişaf  konsepsiyası  ilə  müəyyən  olunmuş  məqsədlər  və 

vəzifələr  nəzərə  alınmaqla  dövlət  büdcəsi  xərclərinin  və  gəlirlərinin  strukturunun, 

eləcədə  büdcə  kəsirinin  maliyyələşdirmə  mənbələrinin  təhlilinə  böyük  diqqət 

yetirilmiş,  həyata  keçirilən  maliyyə-büdcə  nəzarəti  tədbirlərinin  nəticələri  nəzərə 

alınmaqla müəyyən təklif və tövsiyyələr verilmişdir. 

Palatanın  rəyində  2014-cü  il  üzrə  dövlət  büdcəsinin  gəlirlərinin  daha  çox 

ehtiyatlı  yanaşma  əsasında  proqnozlaşdırılması  mövcud  iqtisadi  reallıqlar  şəraitində 

düzgün yanaşma kimi qiymətləndirilmişdir. 

Həmçinin rəydə ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun 

olaraq  maliyyə  siyasətinin  həyata  keçirilməsi  üçün  2014-cü  ildə  büdcə-vergi 

siyasətində  gəlirlər  üzrə  büdcə  daxilolmalarında  qeyri-neft  sektoru  üzrə  vergi 

daxilolmalarının  xüsusi  çəkisinin  artımına  nail  olunması,  qeyri-neft  kəsirinin  tədricən 

azaldılması,  vergi  daxilolmalarının  yığım  əmsalının  artırılması,  vergi  inzibatçılığının 

təkmilləşdirilməsi,  müxtəlif  vergi  növləri  üzrə  vergi  bazasının  genişləndirilməsi 

istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə 

olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması 

üzrə  zəruri  tədbirlərin  görülməsi,  dövlət  rüsumu  haqqında  qanunvericiliyin 

təkmilləşdirilməsi və sair istiqamətlər müsbət dəyərləndirilmişdir. 

Rəydə həmçinin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi inkişafın ortamüddətli 

(2011-2014-cü  illər)  prioritetləri  üzrə  büdcə  siyasətinin  əsas  məqsədlərinə 

yönəldilməsi,  o  cümlədən  qeyri-neft  sektorunun  inkişafı  üçün  maliyyə  təminatının 

artırılması,  xərclərin  investisiya  və  sosial  yönümlülüyünə  üstünlük  verilməklə,  sosial 

siyasətin  ardıcıl  həyata  keçirilməsinin  davam  etdirilməsi  və  sosial  öhdəliklərin  yerinə 

yetirilməsi,  büdcə  xərclərinin  son  nəticəyə  əsaslanan  məqsədli  proqramlar  əsasında 

tərtibi  işinin  davam  etdirilməsi,  xərclərin  strukturunun  təkmilləşdirilməsi  və 



 

52

şə



ffaflığının  artırılmasını  təmin  edən  qanunvericilik  bazasının  gücləndirilməsi 

məqsədəmüvafiq hesab edilmişdir. 

Hesablama  Palatasının  büdcələrin  icrası  haqqında  rəyi  hazırlanarkən  daha  çox 

xərcləmələr  bölməsinə  münasibətini  bildirməsi  və  yoxlamalar  zamanı  ortaya  çıxan 

pozuntuların  səbəblərini  geniş  şəkildə  izah  etməsi,  bununla  yanaşı  pozuntulara  şərait 

yaradan  şərtlərin  aradan  qaldırılması  məqsədi  ilə  zəif  bəndləri  müəyyənləşdirməsi  və 

təkliflərlə çıxış etməsi də zəruridir.  

Hesablama  Palatasının  dövlət  maliyyəsinin  idarə  edilməsindəki  rolu  sadəcə 

xərcləmələrin  yeri  və  həcminin  müəyyən  edilməsi  ilə  məhdudlaşmamalı,  həmçinin 

xərcləmələrin  ehtiyaclılıq  dərəcəsini  və  onun  səmərəliliyinin    də  aydınlaşdırmasını 

ə

hatə etməlidir.  



Dövlət  büdcəsinin  layihəsinə  dair  rəy  verilməsi  qaydaları  Hesablama  Palatası 

tərəfindən  Azərbaycan  Respublikası  Milli  Məclisinə  təsdiq  olunmaq  üçün  təqdim 

edilmiş  büdcədənkənar  dövlət  fondlarının  büdcələrinin  layihələrinə  rəy  verilməsi 

qaydalarına da şamil olunur. 

Dövlət  büdcəsinin  icrası  barədə  illik  hesabatlar  və  müvafiq  qanun  layihələri  

Azərbaycan  Respublikası  Milli  Məclisi  tərəfindən  baxılmaq  və  rəy  verilmək  üçün 

Hesablama Palatasına göndərilir. 

Dövlət  büdcəsi  və  büdcədənkənar  dövlət  fondları  ilə  bağlı  qanun  layihələrinin, 

Milli  Məclis  tərəfindən  təsdiq  edilən  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrin  layihələrinin  maliyyə  ekspertizasının  keçirilməsi  də  ali 

nəzarət orqanı olan Hesablama Palatasına tapşırıla bilər. 

Hesablama  Palatasının  həyata  keçirdiyi  dövlət  maliyyə-büdcə  nəzarəti  ilə 

ə

laqədar  məlumatları,  hesabatları  və  sənədləri  dövlət  orqanlarından,  Azərbaycan 



Respublikası Milli Bankından, müvəkkil banklardan və digər kredit təşkilatlarından və 

bütün  hüquqi  şəxslərdən  almaq  hüququ    vardır.  Həmin  təşkilatlar  və  onların  vəzifəli 

şə

xsləri  Hesablama  Palatasının  üzvlərinin  sorğusuna  əsasən  zəruri  olan  məlumatları 



təqdim etməlidirlər. 

Hesablama  Palatası  tərəfindən  maliyyə-büdcə  ekspertizası  təsdiq  edilmiş 

proqram əsasında həyata keçirilir. 


 

53

Maliyyə-büdcə  ekspertizasının  proqramı  Hesablama  Palatasının  auditorları 



tərəfindən  tərtib  edilir  və  Hesablama  Palatasının  iclasında  baxılaraq  təsdiq           

olunur. 


Hesablama  Palatası  tərəfindən  aparılan  nəzarət  tədbirlərinin  proqramı 

aşağıdakıları əhatə edir: 

1.

  Nəzarət tədbirinin keçirilməsinin əsası; 



2.

  Keçirilən tədbirin məqsədi və predmeti; 

3.

  Yoxlanılan qurumların siyahısı; 



4.

  Yoxlama qrupunun tərkibi; 

5.

  Nəzarət tədbirinin başlanması və başa çatdırılması müddətləri; 



6.

  Nəzarət tədbiri ilə əhatə olunan dövr; 

7.

  Rəylərin  və  hesabatların  Hesablama  Palatasının  iclasına  təqdim 



edilməsinin müddətləri. 

Dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondlarının  gəlirlərinin  və 

xərclərinin  maliyyə-büdcə  ekspertizası  çərçivəsində  təhlili  müvafiq  maliyyə  və 

mühasibat sənədləri, habelə digər məlumatlar əsasında keçirilir. 

Maliyyə-büdcə  ekspertizasının  keçirilməsi  barədə  sorğuda  göstərildikdə,  habelə 

dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondlarının  gəlirlərini  və  xərclərini  təhlil 

edərkən,  maliyyə-büdcə  qanunvericiliyinin  pozulması  hallarının  və  digər  hüquq 

pozuntularının  mövcudluğu  barədə  qənaətə  gəldikdə  Hesablama  Palatası  müəssisə  və 

təşkilatlarda audit (nəzarət tədbirləri) apara bilər.  

Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası çərçivəsində keçirilən 

nəzarət  tədbirlərinin  keçirilməsinə  dövlət  hakimiyyəti  orqanlarının  nümayəndələri, 

habelə  müqavilələr  əsasında  müstəqil  auditorlar  və  ayrı-ayrı  mütəxəssislər  cəlb  oluna 

bilərlər. 

Maliyyə-büdcə  ekspertizası  ilə  bağlı  nəzarət  tədbirlərinin  keçirilməsi  nəzarət 

obyekti  olan    qurumlarda  mühasibat  uçotu  hesabatlarının,  ödəniş-hesablaşma  və  ilkin 

uçot sənədlərinin Hesablama Palatasının funksiyalarına və fəaliyyət dairəsinə aid edilən 

məsələlər baxımından yoxlanılmasını nəzərdə tutur. 


 

54

Maliyyə-büdcə  ekspertizası  ilə  bağlı  nəzarət  tədbirləri  keçirilən  qurumların 



rəhbərləri Hesablama Palatasının nümayəndələrinə zəruri olan sənədləri təqdim etməli, 

yoxlamaların keçirilməsi üçün şərait yaratmalıdırlar. 

Maliyyə-büdcə  ekspertizası  ilə  bağlı  keçirilən  nəzarət  tədbirlərinin  nəticələri 

aktlar, hesabatlar və rəylər formasında rəsmiləşdirilir. 

Keçirilən  nəzarət  tədbirlərinin  nəticələrinə  aid  sənədlərdə  əsasən  aşağıdakılar 

göstərilməlidir: 

-

  Nəzarət  tədbirlərinin  keçirilməsinin  əsası,  məqsədi,  predmeti  və 



yoxlanılan qurumun adı; 

-

  Öyrənilmiş sənədlərin siyahısı; 



-

  Tərtib edilmiş aktların siyahısı; 

-

  Alınması  barədə  müraciət  edilmiş  və  təqdim  edilməsindən  imtina 



edilmiş  sənədlərin  siyahısı,  yoxlamanın  keçirilməsinə  maneçilik 

törədilməsi  halları  və  onların  baş  verməsində  təqsirkar  olan  vəzifəli 

şə

xslər; 


-

  Yoxlanılan  qurumun  fəaliyyətində  aşkar  edilmiş  maliyyə-büdcə 

qanunvericiliyinin  pozulması  halları,  dövlət  büdcəsinə  və  ya 

büdcədənkənar dövlət fondlarının büdcələrinə, habelə dövlət əmlakına 

dəymiş zərərin məbləği; 

-

  Müvafiq qanunvericiliyin pozulmasına yol vermiş vəzifəli şəxslər. 



Nəzarət tədbirlərinin nəticələri üzrə rəy həmin tədbirlərin keçirilməsində iştirak 

edən auditorlar tərəfindən imzalanır və Hesablama Palatasına təqdim edilir. 

Hesablama  Palatasının  keçirdiyi  nəzarət  tədbirlərinin  nəticələrinə  Hesablama 

Palatasının  iclasında  rəyin  və  hesabatın  təqdim  edilməsindən  sonra  10  iş  günü 

müddətində  baxılır  və  müvafiq  qərarlar  qəbul  edilir.  Maliyyə-büdcə  ekspertizası  ilə 

bağlı  nəzarət  tədbirlərinin  nəticələri  aidiyyatı  üzrə  nəzarət  tədbiri  keçirilmiş  müvafiq 

qurumların rəhbərliyinə də çatdırılır. 

Hesablama  Palatası  dövlət  əmlakının  idarə  edilməsindən,  onun  barəsində 

sərəncam  verilməsindən  və  dövlət  əmlakının  özəlləşdirilməsindən  əldə  edilən 

vəsaitlərin  (ödənişlərin)  dövlət  büdcəsinə  qanunvericiliklə,  müqavilələrdə  müəyyən 

edilmiş müddətlərdə daxil olmasının təmin edilməsinə nəzarəti də həyata keçirir. 


 

55

Respublikada  dövlət  maliyyə  nəzarətinin  həyata  keçirilməsində  Azərbaycan 



Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin 

fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında”  09  fevral  2009-cu  il  tarixli  48 

nömrəli  Fərmanı  ilə  Maliyyə  Nazirliyinin  tərkibində  yaradılmış  Dövlət  Xəzinədarlığı 

Agentliyinin,  Dövlət  Maliyyə  Nəzarəti  Xidmətinin,  Dövlət  Borcunun  darə  Edilməsi 

Agentliyinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin də böyük rolu vardır.  

Qeyd  olunan  nəzarət  strukturlarının  yaradılmasında  əsas  məqsəd  ildən-ilə  artan 

dövlət  büdcəsi  vəsaitlərinin  və  dövlət  borcunun  idarə  edilməsi,  dövlət  xəzinədarlığı, 

dövlət  maliyyə,  əyar,  sığorta  fəaliyyəti,  mühasibat  uçotunun  təşkili  və  aparılması 

sahələrində  dövlət  nəzarətinin  və  tənzimlənməsinin  müasir  tələblərə  uyğun  təşkilinin 

təmin edilməsidir. 

Dövlət  Xəzinədarlığı  Agentliyi  dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  

və  həmin  maliyyə  əməliyyatlarının  uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin 

adından  büdcə  təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən,  Azərbaycan 

Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, 

bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata 

keçirən icra hakimiyyəti orqanıdır.   

Agentliyin  fəaliyyət  istiqamətləri  aşağıdakılardır:  büdcə  təşkilatlarının  satın 

aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri 

götürür  və  bu  öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor  borclarının 

ödənilməsini  həyata  keçirir;  dövlət  büdcəsinin  icrasını  yerinə  yetirməklə  büdcə 

gəlirlərinin büdcəyə daxil olmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq 

ünvanlı  istifadəsini  təmin  edir;  dövlət  xəzinədarlığının  inkişafını,  vahid  xəzinə 

hesabının  idarə  edilməsini  və  bu  hesabdan  vəsaitin  silinməsinə  sərəncam  verilməsini 

təmin  edir  və  qanunvericiliklə  müəyyən  olunmuş  digər  istiqamətlərdə  fəaliyyət  

göstərir. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 

dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının  və  büdcə  təşkilatlarının 

büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və 

səmərəli  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirən  bir    

qurumdur. 



 

56

Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 



dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının  vəsaitlərinin  xərclənməsi, 

habelə  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin  əldə 

edilməsi  və  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirir;  dövlət 

zəmanəti  ilə  alınmış  və  dövlət  büdcəsinin  vəsaiti  hesabına  verilmiş  kreditlərin 

xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirir;  Azərbaycan 

Respublikasında  dövlət  maliyyə  nəzarətininin  həyata  keçirilməsi  işinə  metodiki 

rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin 

aradan  qaldırılması  məqsədilə  mütəmadi  tədbirlər  həyata  keçirir;  qanunvericiliklə 

müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət  göstərir. 

Dövlət  Maliyyə  Nəzarəti  Xidməti  müəyyən  edilmiş  fəaliyyət  istiqamətlərinə 

uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 

-Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi 

və  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  təmin  etmək  məqsədilə  nəzarət 

tədbirləri yerinə yetirmək; 

-  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin  əldə  edilməsi və 

xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  təmin  etmək  məqsədilə  nəzarət 

tədbirləri yerinə yetirmək; 

-dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə 

rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin 

ə

razilərində  fəaliyyət  göstərən büdcə təşkilatlarının  büdcə  və büdcədənkənar vəsaitlər 



üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək; 

-qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmə  qərarlarına  və  hüquq-mühafizə 

orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq; 

-həyata  keçirilən  nəzarət  tədbirləri  nəticəsində  tərkibində  cinayət  əlamətləri  olan 

maliyyə  pozuntuları  aşkar  olunduğu  hallarda  yoxlama  materiallarını  hüquq-mühafizə 

orqanlarına  göndərilməsi  üçün  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə 

təqdim etmək. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun  darə Edilməsi 

Agentliyi isə qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini 

təmin  edən,  vahid  xəzinə  hesabında  olan  vəsaitin  qalığını  (sərbəst  qalığı)  və  dövlət 



 

57

büdcəsinin Təminat Fondunun vəsaitlərini idarəetməyə verən  və ya idarə edən, dövlət 



qiymətli  kağızlarının  emissiyasını  həyata  keçirən,  dövlət  borcunun,  dövlət 

zəmanətlərinin  və  xarici  dövlətlərin  Azərbaycan  Respublikasına  olan  borcunun 

reyestrini aparmaq üçün yaradılmışdır.

 

Dövlət Borcunun  darə Edilməsi Agentliyinin əsas vəzifələri kimi   aşağıdakılar 



müəyyən olunmuşdur: 

- hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və 

sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəriciləri  hazırlanarkən  Azərbaycan 

Respublikasının  daxili  və  xarici  borclanmasının  (il  ərzində  götürülə  biləcək  dövlət 

borcunun,  o  cümlədən  dövlət  istiqrazlarının  emissiyası  hesabına  cəlb  ediləcək 

vəsaitlərin  məbləği)  və  büdcə  ili  ərzində  veriləcək  dövlət  zəmanətləri  üzrə  məbləğin 

yuxarı  həddinə  dair  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinə təqdim etmək; 

- dövlət borcu üzrə əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclərin müvafiq 

ilin dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması üçün təkliflər vermək; 

- borc öhdəliklərinin şərtlərini və maliyyə bazarından maliyyə vəsaitlərinin cəlb 

edilməsi imkanlarını qiymətləndirmək; 

-  müəyyən  olunmuş  qaydada  Azərbaycan  Respublikasında  dövlət  qiymətli 

kağızlarının emissiyası, tədavülü və ödənilməsi şərtləri və onların çapı ilə bağlı xərclər 

barədə təkliflər vermək və onun həyata keçirilməsini təmin etmək; 

- dövlət borcunun  idarə olunması məqsədilə qanunvericilikdə müəyyən edilmiş 

tədbirləri görmək; 

- dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış  borca xidmət göstərilməsini 

və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirləri görmək; 

-  dövlət  borcunun    və  ya    dövlət  zəmanəti  üzrə  alınmış  borcun  təyinatı  üzrə 

məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək; 

-  borc  öhdəliyi  ilə  əlaqədar  yaranmış  problemlərin  aradan  qaldırılması  barədə 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təkliflər vermək; 

-  müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün  

təkliflərin hazırlanmasında iştirak etmək; 


 

58

- dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığını (sərbəst qalığı) və 



Təminat  Fondunun  vəsaitini  müəyyən  edilmiş  qaydada  idarə  etmək  və  ya  valyuta 

vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan yüksək reytinqli qurumlara 

idarəyə vermək; 

-  dövlət  qiymətli  kağızlar  bazarının  inkişaf  etdirilməsi,  pul  və  fiskal  siyasətin 

koordinasiyasının  gücləndirilməsi  istiqamətində  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinə  təkliflər  vermək  və  bu  siyasətin  həyata  keçirilməsində  iştirak  etmək  və        

s.

 

Maliyyə  Nazirliyinin  Dövlət  Sığorta  Xidməti  Azərbaycan  Respublikasında 



sığorta  fəaliyyəti  sahəsində  dövlət  tənzimləməsini  və  nəzarətini,  sığortalıların, 

sığortaçıların  və  sığorta  bazarının  digər  peşəkar  iştirakçılarının,  habelə  bu  sahədə 

dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən  bir strukturdur. 

Dövlət  Sığorta  Xidməti  öz  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  müəyyən 

vəzifələri həyata keçirir ki, onlar da aşağıdakılardan ibarətdir: 

-  respublika  ərazisində  fəaliyyət  göstərən  sığorta  bazarının  bütün  peşəkar 

iştirakçılarının  fəaliyyəti  üzərində  qanunvericiliyə  uyğun  olaraq  nəzarəti  həyata  

keçirmək; 

-sığorta,  təkrarsığorta,  sığorta  brokeri  və  sığorta  agenti  fəaliyyətinə  lisenziya 

verilməsi  barədə  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  qarşısında  vəsatət 

qaldırmaq; 

-  sığorta  növlərinin  aparılmasına  icazə  və  könüllü  sığortaların  aparılması  üzrə 

sığortaçılar 

tərəfindən 

hazırlanmış 

sığorta 


qaydalarının 

tətbiqinə 

razılıq              

vermək; 


-  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  ilə  razılaşdırılmış  iş               

planına  əsasən və qanunvericiliklə nəzərdə tutlmuş hallarda və qaydada sığortaçılarda, 

təkrarsığortaçılarda 

və 


sığorta 

vasitəçilərində 

səyyar 

yoxlamalar                          



aparmaq; 

-  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  və  hüquq-mühafizə  orqanlarının 

müraciətlərinə  əsasən  sığortaçıların,  təkrarsığortaçıların  və  sığorta  vasitəçilərinin 

fəaliyyətini yoxlamaq; 



 

59

-  xidmətin  işçiləri  tərəfindən  aparılan  yoxlamalar  zamanı  cinayət  xarakterli 



faktlar  aşkar  edildikdə  sənədlərin  hüquq-mühafizə  orqanlarına  göndərilməsini  təmin 

etmək; 


-  yoxlamaların  nəticələrinin  müzakirə  edilməsini  və  rəsmiləşdirilməsini 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  olunmuş  qaydada 

həyata keçirmək; 

-  sığortaçılar  və  sığorta  vasitəçiləri  tərəfindən  təqdim  olunan  müvafiq 

hesabatların 

siyahısını, 

formalarını 

və 


təqdim 

olunması 

müddətlərini 

müəyyənləşdirmək, belə hesabatları almaq və təhlil etmək; 

- sığortaçıların və təkrarsığortaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə, 

o  cümlədən  onların  qanunvericiliklə  müəyyən  edilmiş  normativlərə  əməl  etmələrinə 

nəzarət etmək; 

-  sığortaçıların  və  müvafiq    sığorta  vasitəçilərinin  rəhbər  işçilərinin 

qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət etmək və sair. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

60


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin