1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Əlyazmas
ı h üququnda
Mitəlov Rəvan Əzizxan oğlu
(MAG STRANTIN A.S.A)
“Dövlət maliyyə nəzarəti və onun təkmilləşdirilməsi” mövzusunda
MAG STR D SSERTAS YASI
stiqamətin şifri və ad ı : M 010000 qtisadiyyat
xtisas ın şifri və ad ı :
M 010003 Maliyyə və kredit
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
Dos. Qarayev A. . Prof. Kərimov A.M
BAKI - 2015
2
BAKI 2015
MAG STR D SSERTAS YASININ Ş PLANI
Magistr dissertasiyasının mövzusu: “Dövlə t maliyyə nə zarə ti və onun tə kmiləş dirilmə si”
M Ü N D Ə R C A T
Giriş
FƏS L 1. Мaliyyə nəzarətinin formalaşmasının nəzəri-metodoloji əsasları
1.1. qtisadiyyatın idarə olunmasında maliyyə nə zarə tinin rolu, mə qsə d və və zifə lə ri
1.2. М aliyyə nə zarə tinin formaları, növlə ri və metodları
1.3. Maliyyə nə zarə ti sistemində audit nə zarə tinin yeri və rolu
FƏ S L 2. Azə rbaycan Respublikasında dövlə t maliyyə nə zarə tinin müasir və ziyyə ti
2.1. Respublikada büdcə -vergi nə zarə tinin təş kili xüsusiyyə tlə ri və müasir və ziyyə ti
2.2.
2.3. Dövlə t maliyyə nə zarə tini hə yata keçirə n orqanlar
FƏ S L 3. Respublikada dövlə t maliyyə nə zarə tinin tə kmilləş dirilmə si və effektivliyinin artırılması
3.1. Dövlə t maliyyə nə zarə tinin mövcud problemlə ri və onların aradan qaldırılması mə sə lə lə ri
3.2. А zə rbaycanda dövlə t maliyyə nə zarə tinin müasir tə lə blə r sə viyyə sində qurulması və
effektivliyinin artırılması
Nəticə
stifadə olunmuş ədəbiyyat siyah ıs ı
Rezume
Summary
Magistrant: Mitə lov Rə van Ə zizxan oğ lu
Elmi rə hbə r: dos. Qarayev A. .
3
G R Ş
Mövzunun aktuallığı. qtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə
bilməz. Bu proseslər daim müxtəlif və ciddi təsirlərə məruz qalır, nəticədə sosial-
iqtisadi həyatda dövlətin iqtisadiyyatı tənzimləmə mexanizminin fəaliyyətini
çətinləşdirən çoxlu problem yaranır. Həmin problemləri önləmək, aradan qaldırmaq və
mümkün olan hər hansı yeni neqativ amilin qarşısını almaq üçün hökmən iqtisadi
nəzarət sistemi olmalıdır. qtisadi nəzarət sisteminin vacib komponentlərindən biri
maliyyə nəzarətidir.
Maliyyə nəzarəti –bütün iqtisadi subyektlər: dövlət, müəssisə və təşkilatların
maliyyə fəaliyyəti üzərində qanunverici və icraedici hakimiyyət orqanlarının
nəzarətidir. Onun məqsədi dövlətin iqtisadi siyasətinin uğurla yerinə yetirilməsini
təmin etmək, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarının formalaşması
və onlardan səmərəli istifadə prosesini gerçəkləşdirməkdir. Əslində, bütün bunlar
maliyyənin ümumi vəzifələridir. Bazar iqtisadiyyatı şəraitində maliyyənin rolu son
dərəcə artdığından maliyyə nəzarətinin əhəmiyyəti də hiss ediləcək dərəcədə yüksəlir.
nzibati amirlik sistemindən fərqli olaraq demokratik idarəetmə prinsiplərinə
söykənən bazar iqtisadiyyatı sistemində dövlətin iqtisadi funksiyaları xeyli
məhdudlaşdırılır və bu, iqtisadi azadlığı stimullaşdırır, lakin belə bir azadlığın əldə
edilməsi heç bir vəchlə özbaşınalığa və zərərli nəticələrə gətirib çı xarmamalıdır. Buna
görə də yeni iqtisadi münasibətlər şəraitində iqtisadiyyata dövlət nəzarəti
mexanizminin önəmi artır.
Maliyyə nəzarətinin əsas formalarından olan dövlət maliyyə nəzarəti
konstitusiya və müvafiq qanunvericilik aktları əsasında aparılmaqla, onun məqsədi
bilavasitə dövlətin maliyyə siyasətinin həyata keçirilməsi, ölkədə maliyyə sabitliyinin
təmin edilməsi, dövlət büdcəsinin və büdcədənkənar fondların vəsaitlərinin yaradılması
və istifadə olunması üzərində nəzarətdən ibarətdir.
Hazırda dövlət maliyyə nəzarəti respublikanın qanunverici və icra orqanları,
maliyyə və vergi orqanları, xəzinə sistemi və digər dövlət idarəetmə orqanları
tərəfindən həyata keçirilir. Bu subyektlərdən xəzinə və vergi qurumları çox mühüm rol
oynayırlar.
4
Dövlət maliyyə nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş
idarələri, baş mühasibatlığı və maliyyə idarələri vasitəsilə də həyata keçirilir.
ndiki halda iqtisadi inkişafın müasir mərhələsində köhnə nəzarət sisteminin
yenidən qurulması, təzələnməsi, təkmilləşdirilməsinə də ehtiyac duyulur. Maliyyə
nəzarətinin təkmilləşdirilməsi, hər şeydən əvvəl, nəzarətin ən müasir mexanizmlərinin
təşkilini və fəaliyyət göstərməsini, nəzarət sisteminin əlaqələndirilməsini və təsir
gücünün artırılmasını və s. nəzərdə tutmalıdır.
Tə dqiqat iş inin predmeti və obyekti. Tədqiqat işinin predmetini Azərbaycanda
dövlət maliyyyə nəzarəti sisteminin təkmilləşdirilməsinin nəzəri aspektləri, obyektini
isə maliyyə ehtiyatlarının formalaşdırılması və istifadəsi zamanı meydana çıxan pul-
bölgü prosesi təşkil etmişdir.
Tə dqiqatın ə sas mə qsə di və və zifə lə ri. Dissertasiya işinin məqsədi yeni iqtisadi
şə
raitdə dövlət maliyyə nəzarətinin zəruriliyinin, məqsəd və vəzifələrinin öyrənilməsi,
bu sahə ilə bağlı müxtəlif nəzəri yanaşmaların sistemləşdirilməsi, dövlət maliyyə
nəzarəti sistemində mövcud problemlərin araşdırılması və onun effektivliyinin
artırılması yollarını müəyyənləşdirməkdir.
Dissertasiya işinin məqsədinə uyğun olaraq tədqiqatda aşağıdakı vəzifələrin həlli
nəzərdə tututlmuşdur:
- müasir iqtisadi şəraitdə nəzarət mexanizminin və onun vacib tərkib hissəsi olan
maliyyə nəzarətinin formalaşması prinsipləri, şərtləri və rolunun nəzəri-metodoloji
məsələlərinin elmi araşdırılması və bu istiqamətdə təklif və tövsiyyələr hazırlamaq;
- müasir şəraitdə dövlət maliyyə nəzarəti sisteminin fəaliyyətinin
qiymətləndirilməsini aparmaq və son dövrlərdə baş verən meyllərin analitik təhlilini
vermək;
- maliyyə nəzarətinin əsasən də dövlət maliyyə nəzarəti sisteminin qabaqcıl dünya
təcrübəsi və Azərbaycan reallığı əsasında təkmilləşdirilməsi və effektivliyinin
artırılması istiqamətində elmi təkliflər və tövsiyyələr hazırlamaq.
Tə dqiqat iş inin nə zə ri və metodoloji ə saslarını Azərbaycanın və digər ölkələrin
bu sahə, dövlət maliyyə nəzarəti haqqında elmi əsərləri, Azərbaycan Respublikasının
qanunları, normativ-hüquqi aktları və s. təşkil edir.
5
Tədqiqatın elmi yeniliyi. Maliyyə nəzarətinin gələcək inkişafı, onun
səmərəliliyi xeyli dərəcədə dövlətin qanunvericilik bazasının zamanın tələbinə uyğun
təkmilləşdirilməsindən bilavasitə asılıdır. Maliyyə nəzarətini tənzimləyən normativ-
hüquqi baza bu nəzarəti demokratik dövlətə xas olan keyfiyyətcə yeni səviyyəyə
keçirməyi təmin etməlidir.
Bununla bərabər, maliyyə nəzarəti sistemində aşağıdakı istiqamətlərdə müəyyən
digər tədbirlərin görülməsi də məqsədəuyğun olardı:
- maliyyə nəzarətinin normativ-hüquqi bazasının mövcud reallıqlara uyğun
təkmilləşdirilməsi;
- maliyyə nəzarəti sahəsində informasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi;
- müxtəlif nəzarət orqanları tərəfindən aparılan yoxlamaların təkrarlanmasının
qarşısının alınması;
- yoxlamaların keyfiyyət göstəricilərinin artırılması və yoxlamaların sayının
azaldılması;
- aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi və mənfi
hallara qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi və s.
Tə dqiqatın praktiki ə hə miyyə ti. Tədqiqatın elmi-nəzəri və praktiki nəticələri
dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi və yenidən qurulması prosesində
istifadə oluna bilər.
Dissertasiya işinin həcmi və strukturu. Dissertasiya işi kompüter yazısı
ilə müvafiq standartlara uyğun yazılmış və 76 səhifədən ibarətdir. Dissertasiya işi giriş,
üç fəsil, nəticə və təkliflər hissələrindən ibarətdir. Burada həmçinin çoxlu
sayda
diaqramlardan,
sxemlərdən,
qrafiklər
və
cədvəllərdən
istifadə
olunmuşdur.
Dissertasiya işinin birinci fəsli “Maliyyə nəzarətinin formalaşmasının nəzəri-
metodoloji əsasları” adlanır. Fəslin adından da göründüyü kimi bu fəsildə əsasən
maliyyə nəzarətinin təşkilinin nəzəri əsaslarına toxunulmuşdur.
Dissertasiya işinin ikinci fəsli “Azərbaycan Respublikasında dövlət maliyyə
nəzarətinin müasir vəziyyəti” adlanır. Bu fəsildə respublikada büdcə, vergi, sığorta
6
nəzarətinin müasir vəziyyəti və təşkili xüsusiyyətlərindən, eləcə də onları həyata
keçirən orqanlardan geniş bəhs edilir.
Dissertasiya işinin üçüncü fəsli isə “Respublikada dövlət maliyyə nəzarətinin
təkmilləşdirilməsi və effektivliyinin artırılması yolları” adlanır və burada əsasən
dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi мясяляляриня эениш йер верилир.
7
FƏS L 1. MAL YYƏ NƏZARƏT N N FORMALAŞMASININ NƏZƏR -
METODOLOJ Ə SASLARI.
1.1.
qtisadiyyatın idarə olunmasında maliyyə nə zarə tinin rolu, mə qsə d və
və zifə lə ri
Iqtisadi və sosial proseslərin inkişaf etdiyi bir şəraitdə xalq təsərrüfatının idarə
edilməsində, xüsusilə bazar münasibətləri şəraitində maliyyə nəzarətinin rolu və
ə
həmiyyəti getdikcə artır.
Maliyyə nəzarəti dedikdə, ölkənin sosial-iqtisadi inkişafı məqsədilə istər
müəssisələrin, istərsə də dövlətin və bələdiyyələrin pul fondlarının təşkili,
bölüşdürülməsi və məqsədyönlü istifadə edilməsi üzərində nəzarət başa düşülür.
Başqa sözlə ifadə etsək, maliyyə nəzarəti – bütün iqtisadi subyektlər: dövlət,
müəssisə və təşkilatların maliyyə fəaliyyəti üzərində qanunverici və icraedici
hakimiyyət orqanlarının nəzarətidir.
Maliyyə nəzarəti bir tərəfdən maliyyə idarə edilməsinin həlledici hissəsi, digər
tərəfdən maliyyə sisteminin idarə olunmasının effektliliyinin vacib şərti kimi çıxış edir.
Maliyyə nəzarətinə iki nöqteyi-nəzərdən yanaşmaq doğru olar:
1.
Xüsusi nəzarət orqanlarının bütün iqtisadi subyektlərdə maliyyə
qanunvericiliyi
və
maliyyə
intizamına
riayət
olunması
üzrə
reqlamentləşdirilmiş fəaliyyəti kimi;
2.
Maliyyə əməliyyatlarının effektivliyinin təmin edilməsi üçün maliyyə və pul
axınlarının idarə edilməsinin vacib elementi kimi.
Qeyd olunan aspektlər bir-biri ilə sıx bağlıdır, ancaq nəzarətin məqsədləri,
metodları və subyektlərinə görə fərqlənirlər.
Maliyyə nəzarəti maliyyənin nəzarətedici funksiyasının təzahürü, yaxud
gerçəkləşdirilməsi kimi çıxış edir və burada həmin nəzarətin məqsədləri, mahiyyəti
müəyyənləşir. Onu da qeyd edək ki, cəmiyyətin məhsuldar qüvvələrinin və ictimai
münasibətlərin inkişaf səviyyəsindən asılı olaraq maliyyə nəzarətinin məqsəd və
istiqamətləri dəyişə bilər.
.A. Belobjetskinin fikrincə: «Maliyyə nəzarəti nəzarət funksiyaları verilmiş
dövlət orqanlarının və ictimai orqanların müəssisə, birlik, idarə, təşkilat, maddi istehsal
və qeyri-istehsal sahələri bölmələrinin maliyyə-təsərrüfat fəaliyyətinə, həmin
8
fəaliyyətin iqtisadi səmərəliliyinin obyektiv qiymətləndirilməsi, təsərrüfat və maliyyə
ə
məliyyatlarının
qanuniliyinin,
mötəbərliliyinin
və
məqsədəmüvafiqliyinin,
mülkiyyətin qorunub saxlanılmasının təyin edilməsi, istehsalın səmərəliliyini
yüksəltməyin və dövlət büdcəsi gəlirlərinin artırılmasının təsərrüfatdaxili ehtiyatlarını
aşkara çıxarmaq məqsədilə həyata keçirilən nəzarət kimi başa düşülməlidir» .
V.T. Batıçko “Maliyyə hüququ” kitabında maliyyə nəzarətini aşağıdakı kimi
xarakterizə edir: “Maliyyə nəzarəti hüquqi normalarla tənzimlənən dövlət, bələdiyyə,
ictimai və digər təsərrüfat subyektlərinin maliyyə planlaşdırılması fəaliyyətlərinin,
gəlirlərin əsaslanmış və dolğun formada pul fondlarına daxil olması və onların
istifadəsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyətlərin məcmusudur”.
U.Y.Danilevski isə maliyyə nəzarətinin tərifini belə ifadə edir: « qtisadiyyatın,
istehsalın idarə olunmasının ümumi mexanizminin mühüm funksiyalarından biri və
ayrılmaz tərkib hissəsi olmaq etibarilə, maliyyə nəzarəti maliyyə, kredit və istehsal
göstəricilərini əhatə edir. Nəzarət sferasına istehsal, bölgü, pul, mal-material
dəyərlilərinin pul ifadəsində dövriyyəsi və istehlakı daxil edilir”.
Rus alimi E.Y.Qraçeva isə maliyyə nəzarətini maliyyə sisteminin bütün
həlqələrində maliyyə resurslarının yaradılması, bölüşdürülməsi və istifadəsi üzərində
dövlət nəzarətinin bir növü kimi ifadə edir. Maliyyə nəzarətinin məzmununa eyni
yanaşmanı digər bir iqtisadçı A.L.Apel “Maliyyə hüququnun əsasları” əsərində bölüşür.
Onun fikrincə maliyyə nəzarəti ölkənin effektiv sosial-iqtisadi inkişafı məqsədilə
dövlətin pul fondlarının formalaşdırılması, bölüşdürülməsi və istifadəsinin qanuniliyi
və məqsədəuyğunluğu üzərində nəzarətdir.
Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün
ə
məliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyatlarının formalaşdırılması
və istifadəsi ilə bağlı olan birbaşa və bilavasitə qarşılıqlı əlaqələr və fəaliyyətin bütün
sahələrində pul vəsaitləri fondları üzrə əlaqələr qeyd olunmalıdır.
Konkret olaraq maliyyə nəzarətinə sferasına aşağıdakı istiqamətlər daxil oluna
bilər:
-
Müxtəlif səviyyəli büdcələrin tərtibi və icra olunmasına nəzarət
olunması;
9
-
Büdcə və büdcədənkənar fondların vəsaitlərinin səmərəli və məqsədyönlü
istifadəsi, banklarda və digər kredit təşkilatlarında büdcə vəsaitləri ilə
ə
məliyyatların düzgünlüyünə nəzarət olunması;
-
Mövcud büdcə və vergi qanunvericiliyinə riayət olunmasına nəzarət
olunması;
-
Мəcmu ictimai məhsulun dəyərinin və Milli gəlirin bölgüsü və yenidən
bölgüsünə nəzarət olunması və sair.
Maliyyə nəzarətinin məqsədi maliyyə resurslarının iqtisadiyyatın bütün sahələri
və həlqələrində effektiv və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Bu
məqsədə nail olmaq üçün maliyyə nəzarətinin aşağıdakı vəzifələri müəyyən
olunur:
- maliyyə münasibətlərinin bütün subyektlərinin dövlət büdcəsi və büdcədənkənar
fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin ediməsi;
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının vəsaitlərinin
effektiv və məqsədyönlü istifadəsinə, eləcə də müəssisə, idarə və təşkilatlarda material
dəyərlilərinin səmərəli istifadəsinə kömək etmək;
- mühasibat uçotu və hesabatların düzgün aparılmasının təmin edilməsi;
- müəssisələrdə istehsaldaxili maliyyə resurslarını üzə çıxarmaq, xərclərin
azaldılması, mənfəət və rentabelliyin artırılması imkanlarını müəyyən etmək;
- maliyyə intizamının pozulması hallarının aradan qaldırılması, maliyyə
intizamının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi maliyyə və təsərrüfat fəaliyyətində
qanunçuluğun təmin olunmasının, büdcə, şəxsi və cəlb olunmuş vəsaitlərdən səmərəli
və qənaətlə istifadə olunmasının əsas şərti olub, maliyyə intizamının
möhkəmləndirilməsinə də şərait yaradır.
Maliyyə intizamına əməl edilməsinə aid məsələlərdə maliyyə nəzarəti
müəssisələrin, təşkilatların, dövlət-maliyyə-bank strukturlarının məsuliyyəti ilə sıx
bağlıdır. Bu məsuliyyət maliyyə intizamını pozanlara qarşı inzibati və iqtisadi
tədbirlərdə özünü göstərir. qtisadi təsir tədbirləri maliyyə sanksiyaları və yasaqları
yolu ilə reallaşdırılır. Bazar iqtisadiyyatı şəraitində maliyyə intizamı tez-tez pozulsa da,
maliyyə yasaqlarına tez-tez ehtiyac duyulsa da, maliyyə nəzarəti belə halların tezliklə
10
aradan qaldırılmasına, istehsalın səmərəsini azaldan yasaqların mümkün qədər az
olmasına yönəldilməlidir.
Maliyyə nəzarətinin obyekti xalq təsərrüfatının bütün sahələri və həlqələrində
maliyyə resurslarının formalaşdırılması və istifadəsində yaranan pul-bölgü
prosesidir.
Maliyyə nəzarətinin obyektinin müəyyən edilməsi mübahisəli məsələlərdən
biridir. Iqtisadi-elmi ədəbiyyatlarda müxtəlif müəlliflər maliyyə nəzarətinin obyektini
fərqli şəkildə müəyyən edirlər.
Məsələn, S.P.Opyonişev və V.A.Jukov qeyd edirlər ki, maliyyə nəzarətinin
mahiyəti və yeri haqqında danışarkən onun həyata keçirilməsində müəssisə, təşkilat,
bank, səhmdar cəmiyyətləri və s. yəni sahibkarlıq edən subyektlərin rolunun
araşdırılmasına ehtiyac duyulur.Və bu səviyyədə maliyyə nəzarəti maliyyə-təsərrüfat
nəzarətini də həyata keçirir, yəni o, təkcə sırf maliyyə deyil, hətta bəzi hallarda vergi
hesablanmasının düzgünlüyünü, istehsalatın səmərəliliyini və büdcə vəsaitlərinin
istifadə səmərəliliyini müəyyən etmək üçün təsərrüfat fəaliyyətini də əhatə edir
Bununla bağlı maliyyə nəzarətinin obyekti təsərrüfat prosesləri kompleksi, maddi
istehsal və qeyri istehsal sahələrinin pul münasibətləri olur.
Maliyyə nəzarətinin, qeyd olunan anlamda həyata keçirilməsinin iki aspekti ön
plana çəkilir - birincisi, pul vəsaitlərinin və maddi dəyərlilərin qorunmasının, qeydiyyat
və hesabat məlumatlarının etibarlılığının təmin olunması, dövlət maliyyə
qanunvericiliyinə riayət edilməsi, ikincisi, müəssisələrin fəaliyyətinin düzgün
qiymətləndirilməsi, istehsalın fasiləsizliyinin və təsərrüfatçılığın səmərəliliyinin
yüksəldilməsi imkanlarının aşkar edilməsi.
Başqa sözlə desək, maliyyə nəzarətinin obyekti büdcə vəsaitlərinin tam səfərbər
edilməsi ilə əlaqədar ərazi, sosial və sahə baxımından, milli gəlirin bir hissəsinin
yenidən bölüşdürülməsi və dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun
səmərəli istifadə olunması üçün, hüquqi və fiziki şəxslər arasında yaranan pul
münasibətləridir.
S.V.Stepaşin “Dövlət maliyyə nəzarəti” əsərində maliyyə nəzarətinin obyekti
kimi milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir
tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri
11
müəyyən edir. Deməli, maliyyə nəzarətinin obyekti həyata keçirilməsi pulla
qiymətləndirilən nəzarət altında olan subyektiv fəaliyyətdir. Nəticə etibarilə pulla
dəyərləndirilməsi mümkün olmayan fəaliyyət maliyyə nəzarəti obyekti ola bilməz.
Maliyyə nəzarətinin predmeti də iqtisadçılar arasında müzakirə obyektidir.
Y.A.Danilevski və T.M.Mezenseva maliyyə nəzarətinin predmetini nəzarət olunan
obyektlərin iqtisadi münasibətləri kimi müəyyən edirlər.
R.Q.Somoyev “Maliyyə, pul tədavülü və kredit” kitabında maliyyə nəzarətinin
bilavasitə predmetinə büdcə prosesinin bütün mərhələlərindəki büdcə göstəricilərini,
təsərrüfat subyektlərinin fəaliyyətlərinin maliyyə göstəricilərini (mənfəət, gəlirlər,
maya dəyəri, rentabellik, əsas və dövriyyə fondları və s.), büdcə və büdcədənkənar
fondlara vergi ödənişlərini, pul-kredit münasibətlərini xarakterizə edən göstəriciləri,
eləcə də dəyər formasındakı bütün göstəriciləri aid edir.
Bizim fikrimizcə maliyyə nəzarətinin predmetinin müəyyən edilməsinə müxtəlif
yanaşmalar içərisində V.M. Rodionovanın və V. .Şleynikovanın yanaşması daha
doğrudur. Onlara görə maliyyə nəzarətinin predmetinə ayrı-ayrı təsərrüfat subyektləri,
eləcə də sahələr, ərazi vahidləri, regionlar və bütövlükdə ölkə səviyyəsində maliyyə
resurslarının formalaşdırılması və istifadəsindəki pul-bölgü prosesi aid edilə bilər.
Beləliklə, maliyyə nəzarətinin predmetinə - maliyyə göstəriciləri, mənfəət, əlavə
dəyər vergisi, bütün növ gəlirlər, maya dəyəri, rentabellik, fondlar və sairə
aiddir. Bütün bu göstəricilər sintetik xarakterə malik olduğundan müəssisə və
təşkilatların təsərrüfat fəaliyyətinin bütün istehsal sahələrinə hərtərəfli nəzarət etməyə
və eyni zamanda maliyyə-kredit mexanizmi ilə qarşılıqlı əlaqəsinə nəzarətin həyata
keçirilməsinə şərait yaradır.
Maliyyə nəzarətinin subyektləri isə maliyyə nəzarətini həyata keçirən hüquqi və
fiziki şəxslərdir.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə nəzarəti sistemi eyni tipli olub,
aşağıdakı elementləri özündə birləşdirir:
• cra hakimiyyəti orqanlarından asılı olmayan, qanunverici orqana tabe olan
Hesablama Palatası;
• Büdcəyə vergi daxilomalarına nəzarət edən vergi qurumları;
• Qeyri-dövlət nəzarət xidmətləri;
12
• Daxili nəzarət xidmətləri və sair.
Totalitar tipli dövlətlərdə maliyyə nəzarəti qlobal və müntəzəm xarakter
daşımaqla, fiskal məqsədlərə xidmət edir.
Keçid iqtisadiyyatlı ölkələrdə (məsələn postsosialist, postsovet respublikalarında)
isə maliyyə nəzarəti sistemi spesifik xüsusiyyətlərə malik olur və daim
təkmilləşdirilir.
Beynəlxalq səviyyədə çoxillik təcrübələr əsasında maliyyə nəzarətinin təşkilinin
ə
sas prinsipləri müəyyən olunmuşdur ki, hər bir dövlət praktikada onların reallaşmasına
çalışmalıdır. Bu prinsiplər INTOSAI-nin (Ali nəzarət orqanlarının beynəlxalq təşkilatı)
Lima deklarasiyasında öz əksini tapmışdır. Göstərilən deklarasiyada maliyyə
nəzarətinin aparılması zamanı aşağıdakı prinsiplərin nəzərə alınması vacib hesab
olunur:
-
Müstəqillik və obyektivlik;
-
Səriştəlilik və aşkarlıq.
Qeyd etdiyimiz baza prinsiplərindən bir sıra törəmə pinsiplər də yaranır ki, bu
prinsiplərə də aşağıdakılar aid edilə bilər:
-nəticəlilik;
-dəqiqlik;
- professional davranış;
-effektivlik;
-müxtəlif nəzarət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və s.
13
1.2. Maliyyə nəzarətinin formaları, növləri və metodları.
Ма
liyyə nəzarəti müxtəlif əlamətlərə əsasən təsnifləşdirilir və formalar seçilir.
Onu da qeyd etmək yerinə düşər ki, maliyyə nəzarətinin forma, metod və növlərinin
müəyyən edilməsində də iqtisadçılar arasında fikir ayrılıqları mövcuddur.
Iqtisadçı alimlərdən T.A.Başkatova, E.Y,Qraçeva, A.S.Narinskiy, N.Q.Hacıyev,
V.M.Rodionova, V. .Şleynikov, N. .Silaev, V.A.Piven, S.O.Şoxin həyata keçirilmə
zamanından asılı olaraq maliyyə nəzarətini ilkin, cari və sonradan nəzarətə ayırırlar.
Digəriləri isə maliyyə nəzarətinin həyata keçirilmə zamanı ilə yanaşı, digər
kriteriyalar üzrə də formalarını müəyyən edirlər. Məsələn, V.M.Rodionova və
V. .Şleynikov nəzarətin həyata keçirildiyi materialların xarakterindən asılı olaraq
maliyyə nəzarətinin iki formasını: sənədli və faktiki nəzarəti qeyd edirlər.
A.S.Narinskiy və N.Q.Hacıyev yoxlamaların əhatə dairəsinin həcmindən asılı
olaraq maliyyə nəzarətini tam və qismən maliyyə nəzarətinə ayırırlar.
T.A.Başkatova nəzarətin obyektindən asılı olaraq onun aşağıdakı formalarını
fərqləndirir:
- büdcə nəzarəti;
- vergi nəzarəti;
- valyuta nəzarəti;
- kredit nəzarəti;
- sığorta nəzarəti və s.
Qeyd etdiyimiz bəzi fikirlərlə razılaşmaq bir qədər çətindir, çünki alimlərin bir
qismi maliyyə nəzarətinin formaları qismində onun növlərini də qeyd edirlər.
Dostları ilə paylaş: |