ÖVLƏt qt sad un vers tet mag stratura məRKƏZ Əlyazmas ı



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix05.05.2017
ölçüsü0,59 Mb.
#16599
1   2   3   4   5   6

Azərbaycan Dövlət  qtisad Universitetinin magistri Mitəlov Rəvan Əzizxan 

oğlunun magistr ixtisas və elmi dərəcəsi almaq üçün təqdim olunmuş 

dissertasiyasına 

 

R E F E R A T 

Mövzunun  aktuallığı.  qtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə 

bilməz.  Bu  proseslər  daim  müxtəlif  və  ciddi  təsirlərə  məruz  qalır,  nəticədə  sosial-

iqtisadi  həyatda  dövlətin  iqtisadiyyatı  tənzimləmə  mexanizminin  fəaliyyətini 

çətinləşdirən çoxlu problem yaranır. Həmin problemləri önləmək, aradan qaldırmaq və 

mümkün  olan  hər  hansı  yeni  neqativ  amilin  qarşısını  almaq  üçün  hökmən  iqtisadi 

nəzarət  sistemi  olmalıdır.  qtisadi  nəzarət  sisteminin  vacib  komponentlərindən  biri 

maliyyə nəzarətidir. 

Maliyyə  nəzarəti  –bütün  iqtisadi  subyektlər:  dövlət,  müəssisə  və  təşkilatların 

maliyyə  fəaliyyəti  üzərində  qanunverici  və  icraedici  hakimiyyət  orqanlarının 

nəzarətidir.  Onun  məqsədi  dövlətin  iqtisadi  siyasətinin  uğurla  yerinə  yetirilməsini 

təmin etmək, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarının formalaşması 

və  onlardan  səmərəli  istifadə  prosesini  gerçəkləşdirməkdir.  Əslində,  bütün  bunlar 

maliyyənin  ümumi  vəzifələridir.  Bazar  iqtisadiyyatı  şəraitində  maliyyənin  rolu  son 

dərəcə artdığından maliyyə nəzarətinin əhəmiyyəti də hiss ediləcək dərəcədə yüksəlir. 

  nzibati  amirlik  sistemindən  fərqli  olaraq  demokratik  idarəetmə  prinsiplərinə 

söykənən  bazar  iqtisadiyyatı  sistemində  dövlətin  iqtisadi  funksiyaları  xeyli 

məhdudlaşdırılır  və  bu,  iqtisadi  azadlığı  stimullaşdırır,  lakin  belə  bir  azadlığın  əldə 

edilməsi heç bir vəchlə özbaşınalığa və zərərli nəticələrə gətirib çı xarmamalıdır. Buna 

görə  də  yeni  iqtisadi  münasibətlər  şəraitində  iqtisadiyyata  dövlət  nəzarəti 

mexanizminin önəmi artır.  

Maliyyə  nəzarətinin  əsas  formalarından  olan    dövlət  maliyyə  nəzarəti 

konstitusiya  və  müvafiq  qanunvericilik  aktları  əsasında  aparılmaqla,  onun  məqsədi 

bilavasitə dövlətin  maliyyə  siyasətinin həyata  keçirilməsi,  ölkədə  maliyyə  sabitliyinin 

təmin edilməsi, dövlət büdcəsinin və büdcədənkənar fondların vəsaitlərinin yaradılması 

və istifadə olunması üzərində nəzarətdən ibarətdir. 


 

78

Hazırda  dövlət  maliyyə  nəzarəti  respublikanın  qanunverici  və  icra  orqanları, 



maliyyə  və  vergi  orqanları,  xəzinə  sistemi  və  digər  dövlət  idarəetmə  orqanları 

tərəfindən həyata keçirilir. Bu subyektlərdən xəzinə və vergi qurumları çox mühüm rol 

oynayırlar.  

Dövlət maliyyə nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş 

idarələri, baş mühasibatlığı və maliyyə idarələri vasitəsilə də həyata keçirilir.  

ndiki  halda  iqtisadi  inkişafın  müasir  mərhələsində    köhnə    nəzarət  sisteminin 

yenidən  qurulması,  təzələnməsi,  təkmilləşdirilməsinə  də  ehtiyac  duyulur.  Maliyyə 

nəzarətinin təkmilləşdirilməsi, hər şeydən əvvəl, nəzarətin ən müasir mexanizmlərinin 

təşkilini  və  fəaliyyət  göstərməsini,  nəzarət  sisteminin  əlaqələndirilməsini  və  təsir 

gücünün artırılmasını və s. nəzərdə tutmalıdır. 



Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetini Azərbaycanda  

dövlət  maliyyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsinin  nəzəri  aspektləri,  obyektini 

isə  maliyyə  ehtiyatlarının  formalaşdırılması  və  istifadəsi  zamanı  meydana  çıxan  pul-

bölgü prosesi təşkil etmişdir. 



Tədqiqatın əsas məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi yeni iqtisadi 

şə

raitdə  dövlət maliyyə nəzarətinin zəruriliyinin, məqsəd və vəzifələrinin öyrənilməsi,  



bu  sahə  ilə  bağlı  müxtəlif  nəzəri  yanaşmaların  sistemləşdirilməsi,    dövlət  maliyyə 

nəzarəti  sistemində  mövcud  problemlərin  araşdırılması  və  onun    effektivliyinin 

artırılması yollarını müəyyənləşdirməkdir. 

Dissertasiya  işinin  məqsədinə uyğun  olaraq tədqiqatda  aşağıdakı  vəzifələrin həlli 

nəzərdə tututlmuşdur: 

- müasir iqtisadi şəraitdə nəzarət mexanizminin və onun vacib tərkib hissəsi olan 

maliyyə  nəzarətinin  formalaşması  prinsipləri,  şərtləri  və  rolunun  nəzəri-metodoloji 

məsələlərinin elmi araşdırılması və bu istiqamətdə təklif və tövsiyyələr hazırlamaq; 

-  müasir  şəraitdə  dövlət  maliyyə  nəzarəti  sisteminin  fəaliyyətinin   

qiymətləndirilməsini  aparmaq  və  son  dövrlərdə  baş  verən  meyllərin  analitik  təhlilini 

vermək; 

- maliyyə nəzarətinin əsasən də dövlət maliyyə nəzarəti sisteminin qabaqcıl dünya 

təcrübəsi  və  Azərbaycan  reallığı  əsasında  təkmilləşdirilməsi  və  effektivliyinin 

artırılması istiqamətində elmi təkliflər və tövsiyyələr hazırlamaq. 



 

79

Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını Azərbaycanın və digər ölkələrin 

bu sahə, dövlət maliyyə nəzarəti  haqqında elmi əsərləri, Azərbaycan Respublikasının 

qanunları, normativ-hüquqi aktları və s. təşkil edir. 

 Tədqiqatın  elmi  yeniliyi.  Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun 

səmərəliliyi  xeyli  dərəcədə  dövlətin  qanunvericilik  bazasının  zamanın  tələbinə  uyğun 

təkmilləşdirilməsindən      bilavasitə  asılıdır.  Maliyyə  nəzarətini  tənzimləyən  normativ-

hüquqi  baza  bu  nəzarəti  demokratik  dövlətə  xas  olan  keyfiyyətcə  yeni  səviyyəyə 

keçirməyi təmin  etməlidir.  

Bununla  bərabər,  maliyyə  nəzarəti  sistemində  aşağıdakı  istiqamətlərdə  müəyyən 

digər tədbirlərin görülməsi də məqsədəuyğun olardı:  

-  maliyyə  nəzarətinin  normativ-hüquqi  bazasının  mövcud  reallıqlara  uyğun 

təkmilləşdirilməsi; 

-  maliyyə  nəzarəti  sahəsində  informasiya  texnologiyalarının  tətbiqinin 

genişləndirilməsi; 

-  müxtəlif  nəzarət  orqanları  tərəfindən  aparılan  yoxlamaların  təkrarlanmasının 

qarşısının alınması;  

-  yoxlamaların  keyfiyyət  göstəricilərinin  artırılması  və  yoxlamaların  sayının 

azaldılması; 

- aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi və mənfi 

hallara qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi və s.  

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Tədqiqatın  elmi-nəzəri  və  praktiki  nəticələri  

dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi və yenidən qurulması prosesində 

istifadə oluna bilər. 

Dissertasiya  işinin  həcmi  və  strukturu.  Dissertasiya  işi  kompüter  yazısı            

ilə müvafiq standartlara uyğun yazılmış və 76 səhifədən ibarətdir. Dissertasiya işi giriş, 

üç  fəsil,  nəticə  və  təkliflər  hissələrindən    ibarətdir.  Burada  həmçinin  çoxlu             

sayda 


diaqramlardan, 

sxemlərdən, 

qrafiklər 

və 


cədvəllərdən 

istifadə                     

olunmuşdur. 

Dissertasiya  işinin  birinci  fəsli    “Maliyyə  nəzarətinin  formalaşmasının  nəzəri-

metodoloji  əsasları”  adlanır.  Fəslin  adından  da  göründüyü  kimi  bu  fəsildə  əsasən  

maliyyə nəzarətinin  təşkilinin  nəzəri əsaslarına toxunulmuşdur.  



 

80

Dissertasiya  işinin  ikinci  fəsli  “Azərbaycan  Respublikasında  dövlət  maliyyə 



nəzarətinin  müasir  vəziyyəti”  adlanır.  Bu  fəsildə  respublikada  büdcə,  vergi,  sığorta 

nəzarətinin  müasir  vəziyyəti  və  təşkili  xüsusiyyətlərindən,  eləcə    də  onları  həyata 

keçirən orqanlardan geniş bəhs edilir. 

 Dissertasiya  işinin  üçüncü  fəsli  isə  “Respublikada  dövlət  maliyyə  nəzarətinin 

təkmilləşdirilməsi  və    effektivliyinin    artırılması  yolları”  adlanır  və  burada  əsasən 

dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi  мясяляляриня эениш йер верилир. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

81

 



 

 

 



 

 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin