ÖVLƏt qt sad un vers tet mag stratura məRKƏZ Əlyazmas ı



Yüklə 0.59 Mb.
Pdf просмотр
səhifə2/6
tarix05.05.2017
ölçüsü0.59 Mb.
1   2   3   4   5   6

Maliyyə nəzarətinin müxtəlif kriteriyalar üzrə təsnifatı 

 



Ə

lamətlər 

üzrə 

təsnifat 



Maliyyə  nəzarəti 

Müəllif 


Həyata keçirilmə 

reqlamentinə 

Məcburi 


Könüllü 

Т

.А. Başkatova, A.S.Narinskiy, 



N.Q.Hacıyev 

Nəzarət subyektləri 



Prezident nəzarəti, Qanunverici və 

yerli özünü idarəetmə orqanlarının 

Т

.А. Başkatova  



 

14

 



 

 nəzarəti, 

cra 

hakimiyyəti 



orqanlarının    nəzarəti,  Maliyyə-

kredit    təşkilatlarının    nəzarəti, 

Müəssisə  daxili  nəzarət,  Аuditor 

nəzarəti 

 



Nəzarət obyekti 



Büdcə nəzarəti, Vergi nəzarəti 

Valyuta nəzarəti, Кredit nəzarəti 

Sığorta 

nəzarəti, nvestisiya 

nəzarəti 

Т

.А. Başkatova 



Fəaliyyət həcmi 

Tam nəzarət 

Qismən nəzarət 

 A.S.Narinskiy, N.Q.Hacıyev 

 



 

 

 



Nəzarət metodları 

Təsərrüfat fəaliyyətinin analizi 

Təftiş 

Т

ematik yoxlama 



Müayinə 

  

N. .Silayev, S.A. Artemyev, 



V.A.Piven 

nformasiya 



mənbələri

 

Sənədli nəzarət 



Faktiki nəzarət

 

  



V.M.Rodionova, V. .Şleynikov, 

V.A.Piven, L.M.Kramarovskiy

 



Həyata keçirilmə 



zamanı 

lkin nəzarət, Cari nəzarət 

Sonradan nəzarət 

  

 



T.A.Başkatova, E.Y,Qraçeva, 

A.S.Narinskiy, N.Q.Hacıyev, 

V.M.Rodionova, V. .Şleynikov, 

N. .Silaev 

 

Beləliklə,  maliyyə  nəzarətinin  həyata  keçirilmə  zamanından  asılı  olaraq  üç 



formasını qeyd edirlər: ilkin, cari, sonradan nəzarət. 

Ilkin maliyyə nəzarəti müəssisələrin, həmçinin dövlətin maliyyə planlaşdırılması 

fəaliyyətində  çox  mühüm  əhəmiyyətə  malikdir.    Ilkin  maliyyə  nəzarəti  müəssisələrin 

maliyyə  planlarının,  idarə  və  təşkilatların  gəlir  və  xərc  smetalarının,  büdcə 

layihələrinin,  müqavilə  şərtlərinin  və  s.  sənədlərin  tərtib  edilməsi  və  təsdiqi  zamanı 

həyata  keçirilir.  Belə  olan  halda  ilkin  maliyyə  nəzarəti  maddi,  əmək  və  maliyyə 

ehtiyatlarının  qeyri-səmərəli  istifadəsinin  qarşısını  almağa  kömək  edir  və  həmçinin 

təsərrüfat  orqanlarının  fəaliyyətlərinin  mənfi  nəticələrini  aradan  qaldırmağa  imkan 

verir. 


 

15

Bundan başqa, ilkin maliyyə nəzarətinin köməyi ilə maliyyə planlarının, gəlir və 



xərc  layihələrinin  tərtib  olunması  mərhələsində  müəssisələrin  əlavə  ehtiyatları    aşkar 

edilə  bilər  ki,  bu  da  maliyyə  ehtiyatlarının  artırılması  və  maliyyə  vəziyyətlərinə  görə 

müəssisələrin məsuliyyətinin gücləndirilməsi  üçün xüsusilə vacibdir. 

Maliyyə  nəzarətinin  bu  forması  qanunların  və  digər  normativ  sənədlərin 

pozulmasını qabaqcadan aydınlaşdırmağa kömək edir.  

Cari  maliyyə  nəzarəti  təsərrüfat  –maliyyə  əməliyyatlarının  həyata  keçirilməsi 

gedişində  maliyyə  planlarının  icrası  zamanı  yerinə  yetirilir.  Bu  zaman  əmtəə 

dəyərlilərinin  və  pul  vəsaitlərinin  xərclənməsinin  normalarını  nəzarətdə  saxlamaq 

mümkün olur. 

Maliyyə  nəzarətinin  bu  forması  büdcə  ilə  hesablaşmaların  tam,  vaxtında  və 

bütünlüklə  həyata  keçirilməsi  üçün  müəssisə  və  təşkilatların  fəaliyyətinin  ardıcıl 

surətdə  faktiki  materiallar  əsasında  təhlil  edilməsini  nəzərdə  tutur.  Cari  maliyyə 

nəzarətinin təsərrüfatdaxili yığım ehtiyatlarının artmasının araşdırılmasında əhəmiyyəti 

böyükdür.  

Sonradan maliyyə nəzarəti hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa 

çatmasından  sonra  həyata  keçirilir.  Bu  nəzarətdə  büdcənin  icrası,  müəssisə  və 

təşkilatların  maliyyə  planlarının  yerinə  yetirilməsi  zamanı  pul  vəsaitlərinin  səmərəli 

xərclənməsi  yoxlanılır.  Sonradan  maliyyə  nəzarəti  ilkin  maliyyə  nəzarəti  ilə  qarşılıqlı 

ə

laqədardır  və  daha  doğrusu  ilkin  maliyyə  nəzarətinə  əsaslanır.  Belə  ki,  sonradan 



nəzarət,  maliyyə  əməliyyatları  haqqında  verilmiş  ilkin  nəzarət  göstəriciləri  əsasında 

aparılır. 

Ümumiyyətlə,  maliyyə  nəzarətini  daha  dəqiq  reallaşdırmaq  üçün  adı  çəkilən 

formaların hamısından bəhrələnmək lazımdır. 

Mülkiyyət  forması  və  ya  həyata  keçirildiyi  obyektdən  asılı  olaraq  maliyyə 

nəzarətinin aşağıdakı növləri vardır:  

•  Dövlət maliyyə nəzarəti;  

•  Qeyri-dövlət maliyyə nəzarəti. 

Ümumdövlət  maliyyə  nəzarəti  maliyyə  nəzarətinin  əsas  forması olmaqla  dövlət 

hakimiyyət  orqanları  və  idarələri  tərəfindən  həyata  keçirilir.  O  nəzarət  edilməli 

obyektlərə idarəçilik tabeçiliyindən asılı olmayaraq yönəldilir. 


 

16

Prof.  A.N.  Kozırin  "maliyyə  nəzarətini  həyata  keçirən  orqanların  təbiətindən" 



asılı olaraq nəzarətin üç növünü fərqləndirir: 

-dövlət nəzarəti; 

-təsərrüfatdaxili nəzarət; 

- müstəqil nəzarət. 

Müəllif dövlətin maliyyə nəzarətinin də, öz növbəsində, iki növünü  ayırd edir: 

a)  ümumdövlət  nəzarəti,  yəni  ümumi  səlahiyyətli  dövlət  hakimiyyəti  və 

idarəçilik orqanları, habelə xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilən maliyyə 

nəzarəti; 

b)  idarə  nəzarəti,  yəni  nazirliklər  və  idarələr,  yerli  özünüidarə  orqanlarının 

nəzarət-təftiş  şöbələri  tərəfindən  onlara  tabe  olan  müəssisə  və  idarələrə  münasibətdə 

həyata keçirilən maliyyə nəzarəti. 

Ümumiyyətlə  isə,  maliyyə  nəzarətini  həyata  keçirən  orqanların  dairəsinə  görə 

nəzarətin aşağıdakı növləri vardır: 

1. Parlament nəzarəti; 

2. Prezident nəzarəti; 

3. Ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti; 

4. Maliyyə-kredit orqanlarının nəzarəti; 

5.  darədaxiili nəzarət; 

6. Təsərrüfatdaxili nəzarət; 

7. Auditor nəzarəti. 

Xüsusi  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  həyata  keçirilən  maliyyə 

fəaliyyətinin  məzmunundan  asılı  olaraq  maliyyə  nəzarətinin  növlərini  bu  şəkildə  də 

qruplaşdırmaq olar: 

a) büdcə nəzarəti; 

b) vergi nəzarəti; 

c) bank nəzarəti; 

d) sığorta nəzarəti; 

e) valyuta nəzarəti; 

f) gömrük nəzarəti. 


 

17

Maliyyə nəzarətinin bütün bu növlərini: a) məcburi nəzarət; b) könüllü (təşəbbüs 



ə

sasında) maliyyə nəzarəti olmaqla qruplaşdırmaq olar.  

Prof.  N. .  Ximiçeva  hesab  edir  ki,  məcburi  maliyyə  nəzarəti  iki  halda  həyata 

keçirilir: 

1.

 

qanunvericiliyin bilavasitə tələbi üzrə; 



2.

 

səlahiyyətli dövlət orqanlarının qərarı ilə. 



Təşəbbüs  əsasında  maliyyə  nəzarəti  təsərrüfat  subyektlərinin  özlərinin  müstəqil 

qərarı ilə həyata keçirilir.  

Maliyyə  nəzarətinin  metodları  dedikdə  isə  qarşıya  qoyulmuş  məsələlərin  həlli 

üçün müəyyən ardıcıllıqla icra edilən fəaliyyətlərin toplusu başa düşülür.   

Bir çox iqtisadçılar (A.L.Apel, E.Y.Qraçeva, N. .Ximiçeva, S.O.Şoxin) maliyyə 

nəzarətinin  metodları  olaraq  nəzarətin  həyata  keçirilmə  üsulları  və  qaydalarını  qəbul 

edirlər. 

V.M.Rodionova  və  V. .Şleynikov  maliyyə  nəzarətinin  metodlarını  nəzarətin 

ə

saslandırılmış  və  təcrübədən  keçirilmiş  üsullarının,  eləcə  də  nəzarət  obyektinin 



konkret  elementlərinin  analizi  və  dəyərləndirmələrinin  məcmusu  kimi  xarakterizə 

edirlər. 

V.V.Bursevin  fikrincə  maliyyə  nəzarətinin  metodları  dedikdə  nəzarətin 

məqsədlərinə nail olunma yolları və ya qaydaları nəzərdə tutulur. 

Beləliklə,  müasir  dövrdə  formalaşmış  ümumi  rəyə  əsasən  maliyyə  nəzarəti 

metodları  nəzarətin  məqsədlərinə  çatmaq  üçün  istifadə  olunan  üsul  və  qaydaların 

məcmusudur.  

E.A.Voznesenskiy  maliyyə  nəzarətinin  metodlarına  balans  yoxlamalarını, 

maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini, sənədli təftişi və sairəni aid edir. Qeyd olunan 

metodlardan  hər  birini  o,  nəzarətin  vəzifələrini  həll  etməyə  imkan  verən  tərkib 

hissələrinə  ayırır.  Bu  baxımdan  E.A.Voznesenskiy    çoxsəviyyəli  nəzarət    sistemi 

konsepsiyasının yaradıcılarından hesab olunur.  

Bu  günkü  gün  çoxsəviyyəli  nəzarət    sistemi  konsepsiyası  bir  çox  müasir 

müəlliflər  (N.T.Beluxa,  V.V.Bursev,  O.A.Noqina,  A.A.Terexov,  M.A.Terexov) 

tərəfindən  də    qəbul  edilir.  V.V.Bursev  maliyyə  nəzarəti  metodlarının  tərkibinə 


 

18

ümumelmi, empirik və spesifik nəzarət metodlarını aid edir. O.A.Noqina isə nəzarətin 



metodlarını aşağıdakı kimi qruplaşdırır: ümumelmi və  xüsusi nəzarət metodları. 

 

 



 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



 

 

Ма



liyyə  nəzarəti  metodlarının  nisbətən  tanınmış  təsnifləşdirilməsi  isə 

aşağıdakılardır:  

-

  sənədli nəzarət metodları; 



-

  faktiki nəzarət metodları. 

Sənədli  nəzarət  metodları  sənədlərdən  istifadəni  nəzərdə  tutur  və  ilkin  uçot 

sənədlərinin, mühasibat qeydlərinin, müqavilələrin və sairənin əsasında aparılır.  

Мə

sələn,  yoxlama  maliyyə-təsərrüfat  fəaliyyətinə  aid  ayrı-ayrı  sənədlər,  balans 



hesabatları,  məxaric  məlumatları  və  s.  əsasında  aparılır.    Yoxlama  zamanı  maliyyə 

Nəzarə

metodları 

Xüsusi 

metodlar  

 

Ümumelm



i metodlar 

 

Yoxlanıla



şəxslərə 

təsir 

metodları 

sintez, 

induksiya, 

deduksiya, 

təhlil, 

ekspertiza, 

analogiya 

 

 



nandırma, 

Məcbur 


etmə, 

Cərimə. 


Spesifik 

metodlar 

qtisadi-


riyazi 

metodlar, 

iqtisadi 

təhlil 


üsulları və 

s.

 



Emprik 

metodlar 

nventar-


laşma, 

Ekspertiza,  

Qarşılıqlı 

yoxlama, 

Ekperiment 

 


 

19

intizamının  pozulması  halları  üzə  çıxarılarsa,  bu  neqativ  halların  aradan  qaldırılması 



üçün tədbirlər də nəzərdə tutulur. 

Müayinə müəssisə, idarə və təşkilatların ayrıca bir fəaliyyət sahəsini əhatə edir.  

Yoxlamadan fərqli olaraq bu zaman daha geniş dairəli göstəricilərdən istifadə olunur. 

Təsərrüfat  orqanlarının  maliyyə  vəziyyəti,  onların  gələcəkdə  inkişaf  perspektivləri, 

istehsalın  yenidən  qurulması  və  dəyişdirilməsi  kimi  məsələlər  məhz  müayinə  zamanı 

müəyyən olunur. 

Sənədli  nəzarət  metodlarından  biri  olan  təhlil  metodu  ən  düzgün  informasiya 

ə

ldə etməyə imkan verərək illik hesabatların faktiki məlumatları əsasında aparılır. Bu 



zaman  proqnoz  və  tapşırıqların  yerinə  yetirilmə  səviyyəsi,  maliyyə  intizamına  və 

vəsaitlərin xərc normalarına  riayət olunması aşkar edilir. 

 Sonuncu  metod  (təftiş)  maliyyə  nəzarətində  ən  mühüm  metodlardan  biridir  və 

təşkilatların  müəyyən  hesabat  dövründəki  maliyyə-təsərrüfat  fəaliyyətini  əhatə  edir. 

Bazar iqtisadiyyatı şəraitində təftiş (yaxud auditor yoxlanışı) nəzarətin ən geniş tətbiq 

olunan metodudur. Təftiş dövlət tərəfindən məcburi qaydada, maliyyə intizamını pozan 

firmaların fəaliyyətini tam yoxlamaq hüququ ilə təşkil edilə bilər. 

Təftiş  prosesində  məlumatların  əhatə  dərəcəsindən  asılı  olaraq  yoxlama  tam 

başdan-başa  aparılır  və  bu  zaman  bütüb  sənədlər  və  material  qiymətliləri  nəzarətdən 

keçirilir.  Əgər    sənədlərin  bir  qismi  nəzarətdən  keçərsə,  yoxlama  qismən  aparılmış 

hesab edilir. 

Təftişin  məqsədlərindən  asılı  olaraq  müxtəlif  yoxlama  üsullarından  istifadə 

olunur: hesabat məlumatlarının tutuşdurulması, xəzinədə olan nağd pulun yoxlanılması, 

sənədlər  əsasında  qarşılıqlı  yoxlama,  əmtəə-material  qiymətlilərinin  inventarizasiyası, 

ekpertiza və s. 

Keçirilən təftişin yekununda isə akt tərtib olunur və onun əsasında müəssisə və 

təşkilatların  təsərrüfat  fəaliyyətlərində  üzə  çıxarılmış  nöqsanların  aradan  qaldırılması 

və daxili ehtiyatların səfərbər edilməsi üçün tədbirlər işlənib hazırlanır. 

Faktiki nəzarət metodları sənədlərlə deyil, bilavasitə mühasibat uçotu obyektləri 

ilə  işə  əsaslanır:  əsas  vəsaitlərlə,  xammalla  və  s.  Metodların  verilmiş  qrupuna 

inventarizasiya,  nəzarət  ölçmə,  nəzarət  məqsədilə  alqı,  müşahidə,  baxış  və  sairə  aid 

edilir.  



 

20

Faktiki nəzarətin ən geniş yayılmış metodu – inventarizasiyadır. Onun köməyilə 



nəinki təşkilatın əmlakının qorunmasına nəzarət həyata keçirilir, həmçinin mülkiyyətin 

mövcudluğu haqqında faktiki məlumatların etibarlılığı təmin edilir.  



nventarizasiya -  müəssisənin,  idarənin,  təşkilatın  və  başqa  təsərrüfat 

subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin 

faktiki 

vəziyyətinin 

yoxlanılması, 

qiymətləndirilməsi 

və 

sənədlərlə 



rəsmiləşdirilməsidir. 

Azərbaycan  Rеspublikasında  invеntarlaşmanın  aparılması  prinsiplərini  Maliyyə 

Nazirliyinin  3  iyul  2000-ci  il "Əmlakın  və  öhdəliklərin  invеntarizasiyasına  dair 

Qaydalar" əsasında icra оlunur. 

Təcrübədə bir neçə növ inventarizasiya mövcuddur. 



Qismən  inventarizasiya hər  bir  obyekt  üçün  ildə  bir  dəfə  aparilir;  bu  cür 

inventarizasiya  (yoxlama)  yüksək  daxili  təşkilati  səviyyə  tələb  etməyən  və  bir  qayda 

olaraq istehsal prosesinə maneçilik törətməyən ən etibarli üsuldur. 

Dövri inventarizasiya əmlakin növ və xarakterindən asili olaraq konkret vaxtda 

aparilir. 



Tam  inventarizasiya təşkilatın  bütün  əmlakının  yoxlanması  deməkdir.  Onlar 

illik  hesabat  tərtib  etməzdən  əvvəl  ilin  axırında  həmçinin  maliyyə  və  istintaq 

orqanlarının tələbi ilə tam sənədli təftiş zamanı aparılır. 

Seçmə  inventarizasiya ayrı-ayrı  istehsal  sahələrində  yaxud  maddi  məsul 

şə

xslərin  yoxlanması,  məsələn,  kassada  olan  nağd  pul  vəsaitinin  mövcudluğunun 



yoxlanması, müxtəlif növ materialların qalığının çıxarılması və i.a. zamanı aparılır. 

Faktiki  nəzarət  metodlarından  biri  də  nəzarət  məqsədilə  alqı  hesab  olunur. 

Səlahiyyətli dövlət nəzarət orqanları, eləcə də daxili müfəttişlər yoxlama alqıları keçirə 

bilərlər. 

 Yoxlama alqısının nəticələrinə görə əsasən protokol və ya akt tərtib olunur. 

Ekspertiza  faktiki  nəzarət  metodlarından  olmaqla,  nəzarət  tədbirlərinin  həyata 

keçirilməsi  dövründə  lazım  olduqda  ayrı-ayrı  sahələrdə  xüsusi  biliklərə  malik 

mütəxəsizlərin dəvət edilməsini ifadə edir. 

Tez-tez  hazır  məmulatların,  xammalın,  göstərilən  xidmətlərin  keyfiyyətinin 

ekspertizası  aparılır.  Yoxlama  zamanı  təsdiq  edilmiş  keyfiyyət  normalarından  və 



 

21

göstəricilərindən yayınmaların açıqlanması halında yoxlama aparanlar bunun yaranma 



səbəblərini,  gələcəkdə  onu  yarada  biləcək  amilləri  müəyyən  etməyə  borcludurlar. 

Ekspertizanın nəticələrinə görə müfəttiş tərəfindən qoyulmuş məsələləri tam və konkret 

cavablarla  əhatə  edən  əsaslı  qərar  tərtib  edilməlidir.  Ekspertin  son  nəticələrinin 

etibarlılığı ona təqdim edilmiş materiallardan asılıdır. 

Ekspert  tərəfindən  təqdim  olunan  faktların  qiymətləndirmələri  obyektiv 

olmalıdır. Ekspertizanın keyfiyyətini müəyyənləşdirən əsas şərtlərdən biri məsələlərin 

ekspertə düzgün xülasə edilməsidir. 

Müşahidə  nəzarət  üsulu  kimi  kifayət  qədər  əvvəldən  məlumdur.  Müşahidə 

metodu yoxlayıcıya işlərin real vəziyyətini açıqlamaqda kömək edir. 

Müşahidə metodu növbəti yoxlamalar zamanı məqsədəuyğundur: 

•  maddi  dəyərlilərin  saxlanılması,  qəbulu  və  göndərilməsi  qaydalarına 

riayət, 


•  yoxlama  haqqında  aktın  hazırlanması  və  məlumatların  kontragentlərlə 

yoxlanılması qaydası, 

•  istehsalın və texnoloji proseslərin təşkili və s. 

Faktiki  nəzarət  metodlarından  olan  sorğu  yazılı  və  şifahi  şəkildə  keçirilə  bilər. 

Müfəttiş tərəfindən qoyulmuş suallara cavabların alınması nəzarətçi tərəfindən hansısa 

təzyiq və təhlükə olmadan razılıq əsasında olmalıdır.  

Sorğu  keçirməzdən  əvvəl  yoxlanılan  şəxsə  müfəttişin  hüquqlarının  və 

səlahiyyətli  şəxslərin  öhdəliklərinin  hansı  qanunvericilik  və  normativ  sənədlərlə 

tənzimləndiyini  izah  etmək  lazımdır.  Sualların  siyahısı  və  qoyuluşu  nəzarət 

tədbirlərinin  məqsədləri  və  məsələləri  ilə  üst-üstə  düşməli,  yoxlanılan  müəssisənin 

fəaliyyət çərçivəsini keçməməlidir. 

Yoxlanılan 

təşkilatın 

ə

məkdaşının 



yazılı 

izahatı 


nəzarət 

idarəsinə 

ünvanlanmalıdır, hansı ki, nəzarət tədbiri məhz onun sərəncamı ilə keçirilir. 

Yoxlama aparan şəxs cavabı və izahı alınmalı sualların siyahısını yazılı şəkildə 

hazırlamağa  borcludur.  Sənədləşdirmədə  həmsöhbətin  hansısa  səbəblərə  görə  cavab 

verməkdən imtina etdiyi suallar da öz əksini tapmalıdır. 

Maliyyə  nəzarəti  metodlarından  biri  olan  baxış  metodu  yoxlama  praktikasında 

təftiş  olunan  obyektin  vəziyyətinin  qiymətləndirilməsi  məqsədilə  tətbiq  edilir. 



 

22

Yoxlayıcı  natamam  tikinti  obyektinin,  ayrı-ayrı  dəzgahların,  anbarın  və  sairənin 



vəziyyətini nəzərdən keçirə bilər. 

Bu  prosedur  inventarlaşmadan  sənədli  rəsmiləşdirmənin  (inventarlaşmanın 

təyinatı haqqında  əmr,  komissiyanın  yaradılması,  siyahının  tərtibi  və  s.) olmaması ilə 

fərqlənir. 

Prosedur müşahidəyə daha yaxındır, lakin ondan fərqli olaraq, burada müfəttişin 

konkret  obyektə  baxış  keçirmək  haqqında  qəti  bildiriş niyyəti  olur,  halbuki  müşahidə 

zamanı əvvəlcədən bildirmə olmadan daha yaxşı nəticələr əldə edilir. 

Tələb-sorğu maliyyə nəzarətinin getdikcə daha çox yayılan üsuluna çevrilir. Belə 

demək  olar  ki,  bu  metod  nəzarətin  faktiki  və  sənədli  metodları  arasında  aralıq 

vəziyyətini tutur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

23

1.3. Maliyyə nəzarəti sistemində audit nəzarətinin yeri və rolu 

 

Respublikamızda  dövlət  nəzarətinə  alternativ  olan,    bazar  iqtisadiyyatı  struktu-



runun  ayrılmaz  ünsürlərindən  biri  olan  audit  nəzarətinin  təşkili  və  inkişafının  çox 

böyük əhəmiyyəti vardır.  

Ümumiyyətlə  audit  nəzarəti   dedikdə  əmtəə  istehsalı  və  satışı,  xidmət 

göstərilməsi  və  iş  görülməsi  ilə  məşğul  olan  təsərrüfat  subyektlərində  mühasibat 

uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil 

yoxlanılması başa düşülür. 

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, 

bütöv  və  dəqiq  əks  etdirilməsini  müəyyənləşdirmək  məqsədi  ilə  qüvvədə  olan 

qanunvericiliyə  uyğun  surətdə  iqtisadi  subyektlərin  tərtib  etdikləri  illik  maliyyə 

hesabatlarının  müstəqil  yoxlanmasını  nəzərdə  tutur.  Auditin  əsasını  dövlətin, 

müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı 

marağı təşkil edir. 

Bir  sıra  ölkələrdə  audit  dedikdə,  müəssisələrin  yoxlanılması  və  onun  maliyyə 

hesabatı haqqında fikir söylənilməsi başa düşülür. 

Britaniya  Audit  Praktikasi  Komitəsinin 1989-cu  ildə  verdiyi  tərifə  görə, Böyük 

Britaniyada audit  “qüvvədə  olan qanunvericiliklə  müəyyənləşdirilmiş bütün qaydalara 

riayət  olunmaqla,  müəssisənin  mühasibat  hesabatı  barədə  peşəkar  fikir  ifadə  etmək 

məqsədi  ilə  həmin  hesabatın  xüsusi  təyin  edilmiş  auditor  tərəfindən  müstəqil 

öyrənilməsi deməkdir.” 

Yuxarıda  qeyd  edilənlərə  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,“audit”-

müəssisələrin 

(iqtisadı 

subyektlərin) 

maliyyə 


(mühasibat) 

hesabatlarındakı 

məlumatların  qüvvədə  olan  qanunçuluğa,  təlimatlara  və  müvafiq  normativ  aktlara 

uyğunluq  vəziyyətinin  neytral,  səlahiyyətli,  yüksək  ixtisaslı  mütəxəsislər  tərəfindən 

müstəqil qaydada yoxlanılması və bu yoxlamanın nəticəsinə əsasən auditor təşkilatının 

(auditorun)  maliyyə  (mühasibat)  hesabatlarının  düzgünlük  səviyyəsi  haqqında 

ə

saslandırılmış fikir ifadə etməsidir (yoxlanılması prosesidir). 



Bazar iqtisadiyyatı ölkələrinin hamısında auditor xidmətləri fəaliyyət göstərir. Bu 

xidmət sahəsinin ən mühüm işgörmə amili müvafiq hüquqi bazanın olmasıdır.

 


 

24

Azərbaycan  Respublikasında  da  dünya  ölkələri  təcrübəsinə  və  sərbəst  bazar 



iqtisadiyyatı tələblərinə uyğun müstəqil auditor xidmətinin təşkilinə dair normativ sə-

nədlər  1994-1996-cı  illərdə  qəbul  olunmuşdur.  Belə  ki,  1994-cü  ilin  sentyabrında 

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu, 1995-ci ilin iyunun-

da  Respublika  Auditorlar  Palatasının  yaranmasına  dair  qərar  və  1995-ci  ilin 

sentyabrında  «Auditorlar  Palatasının  fəaliyyətinə  dair  əsasnamə»  qəbul  olunmuşdur. 

1996-cı ilin aprel ayından Azərbaycan Respublikası Auditorlar Palatası öz fəaliyyətinə 

başlamışdır. 

«Auditor  xidməti  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  respublikada  

auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların 

funksiyalarını,  hüquqlarını  və  vəzifələrini  müəyyən  edir,  mülkiyyətçinin  əmlak 

hüquqlarını  müdafiə  edən  müstəqil  maliyyə  nəzarəti sisteminin  yaradılmasını nəzərdə 

tutur. 


Auditorlar  Palatası  isə    auditor xidmətinin  dövlət tənzimlənməsini və inkişafını 

təmin  edən,  mülkiyyətçilərin  əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və 

auditorların  mənafeyini  müdafiə  edən,  öz  fəaliyyətində  respublikanın  qanunvericilik 

aktlarından  irəli  gələn  tələblərə  sərbəst  auditorlar  və  auditor  təşkilatları  tərəfindən 

riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. 

Auditorlar  Palatasının  məlumatlarına  əsasən  2010-cu  il  tarixə  respublikada  44 

sərbəst  auditor  və  50  auditor  təşkilatı  (48  yerli,  2  xarici  auditor  təşkilatının  filialı) 

fəaliyyət  göstərmişdir.    Qeyd  olunan  dövrdə  təsərrüfat  subyektləri  ilə  48.052.611,5 

manat  məbləğində  4572  müqavilə  bağlanmışdır.  Həmin  müqavilələrin  12.979.984,7 

manat  məbləğində  630-u  ilin  əvvəlinə  qalıq  kimi,  35.072.626,8  manat  məbləğində 

3942-si  isə  hesabat  dövründə  bağlanılmışdır  ki,  bunun  da  xüsusi  çəkisi  xarici       

auditor  təşkilatlarının  filial  və  nümayəndəlikləri  üzrə  sayına  görə  5,1%  və  məbləğinə 

görə  64,8%,  yerli  auditor  təşkilatları  üzrə  sayına  görə  46,5%  və  məbləğinə  görə    

19,6%,  sərbəst  auditorlar  üzrə  sayına  görə  41,3%  və  məbləğinə  görə  3,5%  təşkil 

etmişdir. 

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə auditor nəzarəti 

məcburi və təşəbbüslə (könüllü) auditə, eləcə də kənar və daxili auditə ayrılır.   


 

25

“Audit  xidməti  haqqında”  Az.Resp-nın  Qanununda  göstərilir  ki,audit 



yoxlaması  məcburi  və  könüllü  (təsərrüfat  subyektinin  öz  təşəbbüsü  ilə)  ola 

bilər.Qanunvericiliyə  görə  öz  maliyyə  heasbatlarını  dərc  etdirməli  olan  təsərrüfat 

subyektlər üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda 

və  ya  səlahiyyətli  dövlət  orqanlarının  müvafiq  qərarına  əsasən  (onların  sifarişi  ilə) 

həyata keçirilən audit məcburi,digər hallarda isə könüllüdlür. 

Məcburi  audit  yoxlaması  bilavasitə  qanunvericiliklə  müəyyənləşdirilmiş 

hallarda  və  ya  dövlət  orqanlarının  tapşırığı  ilə  keçirilir.  Məcburi  auditin  həcmi  və 

keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir. 

Mövcud  qanunvericiliyə  görə  səhmdar  cəmiyyətləri,xarici  investisiyalı 

müəssisələr,banklar  və  digər  kredit  təşkilatları,  sığorta  təşkilatları,  məhdud 

məsuliyyətli  müəssisələr,  investisiya  fondları,  maliyyə-sənaye  qurumları  üzrə  audit 

məcburidir. 

Kənar  audit  müstəqil,  sərbəst  auditorlar  və  ya  auditor  firmaları  tərəfindən 

qarşılıqlı  bağlanmış  müqavilə  əsasında  icra  olunur.  Kənar  audit  əsasən  dövlət  vergi 

orqanları,  digər  orqanlar,  həmçinin  müəssisə  ilə  maraqlı  olan  banklar,  xarici 

partnyorlar, səhmdarlar və sığorta birlikləri ilə müqaviləyə uyğun olaraq xüsusi auditor 

firmaları tərəfindən həyata keçirilir. Kənar auditin əsas vəzifələrinə: 

• yoxlanılan  müəssisələrdə  maliyyə  hesabatlarının  düzgünlüyünü  təyin 

etmək,  

• təsərrüfat  fəaliyyəti  və  kommersiya  nəticələrinin  yaxşılaşdırılması  üçün 

tövsiyyələr işləyib hazırlamaq və s. aiddir. 

Daxili  audit  müəssisə  tərkibində  müştərək  struktur  bölməsi  və  ştat  vahidi  kimi 

fəaliyyət  göstərir  və  daxili  iqtisadi  nəzarət  orqanı  olmaqla,  yalnız  müəssisənin 

rəhbərinə  və  ya  direktorlar  şurasına  tabe  olmaqla,  onların  müəyyən  etdiyi  məsələləri 

araşdıraraq nəticələri haqqında yalnız onlara hesabat və informasiya verir. 

Daxili  audit-təsərrüfat  subyektinin  fəaliyyətinin  inkişafına  və  səmərəliliyinin 

yüksəldilməsinə  yönəldilmiş  risklərin  idarə  olunması,  nəzarət  və  idarəetmənin 

səmərəliliyinin  qiymətləndirilməsi  və  inkişafına  sistemli  yanaşmaqla  təsərrüfat 

subyektinə  öz  məqsədlərinə  nail  olmaqda  köməklik  edən  obyektiv,  təminatverici  və 

məsləhətverici fəaliyyətdir.  



 

26

Daxili audit xidmətinin vəzifələri aşağıdakılardır:  



1.

  təsərrüfat  subyektində  müntəzəm  və  səmərəli  fəaliyyətin  təmin  edilməsi, 

məqsədlərə  nail  olmaq  üçün  risklərin  idarə  edilməsi,  istənilən  dəyişikliyə  qısa 

müddət  ərzində  münasibət  bildirilməsi  məqsədi  ilə  yaradılan  daxili  nəzarət 

sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək;  

2.

   mühasibat  uçotu  və  maliyyə  hesabatlarının  düzgünlüyünü  və  etibarlılığını 



yoxlamaq;  

3.

   təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək; 



4.

  təsərrüfat  subyektinin,  ona  tabe  olan  müəssisə  və  təşkilatların  (onun  törəmə 

təsərrüfat  cəmiyyətlərinin)  struktur  bölmələrinin  fəaliyyətinin  normativ  hüquqi 

aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;  

5.

   ehtiyatlardan  istifadənin  səmərəliliyi,  düzgünlüyü,  onlardan  istifadəyə  nəzarəti 



və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək. 

Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  nəzarətinin    mühüm  formalarından  olan 

audit  nəzarətinin  müasir  mexanizmlərinin  təşkili  və  fəaliyyət  göstərməsi,  onun    təsir 

gücünün  artırılması  və sair məsələlər vacib bir vəzifə kimi qarşıda durmaqdadır.   

 Təəssüflə  qeyd  olunmalıdır  ki,  respublikada  auditin  təşkili  və  aparılması 

sahəsində  əsaslı  işlər  aparılmasına  və  bir  sıra  problemlərin  həll  olunmasına  ehtiyac 

vardır.  

Yüksək səviyyədə inkişaf etmiş dünya ölkələrinin təcrübəsi də göstərir ki, burada  

icra olunan bütün layihələr auditor nəzarətindən keçməklə həyata vəsiqə alır. Bir qayda 

olaraq qeyd olunan ölkələrdə icrası nəzərdə tutulan dövlət proqramları üzrə layihələrdə 

bu  məqsədlə  ayrılmış  vəsaitin  1-2  faizi  nəzarət  tədbirlərinin  icra  olunmasına  sərf 

olunur. 


Respublikamızın idarə və müəssisələrində icra olunan təsərrüfat əməliyyatlarının 

qanunvericilik tələblərinə uyğun olmasını, onların şəffaflığını və dəqiqliyini təmin edən 

müstəqil nəzarət forması olan auditin geniş tətbiq olunması vacib şərtdir. Ümumiyyətlə 

bunu normal hal hesab etmək olmaz ki, Azərbaycan Respublikasının «Audit xidmətinin 

təşkili»  haqqında  qanununda  belə  respublikada  fəaliyyət  göstərən  şirkət  və  birliklərin 

illik  auditor  yoxlamasından  keçməsinə    dair  qayda  müəyyən  olunmamışdır.  Eləcə  də 



 

27

həmin qanunda daxili auditin təşkili prinsipləri və onun mühüm müəssisədaxili iqtisadi 



nəzarət forması olduğu müəyyən olunmamışdır. 

Göstərilənləri nəzərə alaraq hesab edirik ki, respublikamızda bazar iqtisadiyyatı 

münasibətlərinin  əsaslı  şəkildə  genişlənməsi  və  iqtisadi  islahatların  həyata  keçirildiyi 

şə

raitdə  iqtisadi  nəzarətin  və  bu  əsasda  audit  nəzarətinin  hərtərəfli  inkişafı  və 



genişlənməsi çox vacib amildir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

28

FƏS L 2. Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin müasir vəziyyəti 



2.1. Respublikada büdcə-vergi nəzarəti və onun müasir vəziyyəti 

 

Maliyyə-büdcə  nəzarəti,  əsasən,  bilavasitə  büdcə  prosesi  çərçivəsində  müxtəlif 



cür  nəzarət  tədbirlərindən - büdcə  təsnifatının  gəlir  və  xərc  maddələrinin  əsaslılığının 

qiymətləndirilməsi, 

bütün 

səviyyələrdən 



olan 

büdcələrin 

icrasının vaxtamüvafiqliyinin və  tamlığının  yoxlanılması,  büdcədənkənar  dövlət 

fondlarının xərclənməsinə nəzarət və sairədən ibarət olur.  

 Büdcə  nəzarəti  iqtisadiyyatın  inkişafına  və  dövlət  büdcəsinə  daxil  olan 

vəsaitlərin  maksimum  artırılmasına  və  optimal  maliyyə-büdcə  siyasətinin  işlənib 

hazırlanmasına şərait yaradır. 

Büdcə nəzarəti – hüquqi normalarda müəyyən edilmiş ictimai orqanlar tərəfindən 

həyata keçirilən nəzarət tədbirləri sistemidir. Bu tədbirlər Azərbaycan Respublikasında 

həyata  keçirilən  büdcə  fəaliyyətinin  qanuniliyini  və  məqsədəuyğunluğunu  yoxlamağa 

istiqamətlənir. 

Büdcə nəzarətinin başlıca məqsədi kimi büdcə fəaliyyətinin qanuniliyinin təmin 

edilməsi,  daha  doğrusu  büdcə  münasibətlərinin  bütün  iştirakçıları  tərəfindən  büdcə 

qanunvericiliyinə riayət olunmasına nəzarət edilməsi çıxış edir. Bu məqsədə  aşağıdakı 

vəzifələrin həlli ilə nail olmaq mümkündür: 

a)

  Maliyyə qanunvericiliyinə riayət olunması, 



b)

  Dövlət  gəlirlərinin formalaşdırılması  və  məqsədəmüvafiq istifadəsi üzərində 

effektiv nəzarətin təmin olunması, 

c)

  Büdcə prosesinin gözlənilməsi, 



d)

  Büdcələrarası münasibətlər sistemi üzərində nəzarət, 

e)

  Büdcə sferasında hüquqpozuntularının qarşısının alınması, 



f)

  Nəzarət orqanlarının fəaliyyətlərinin koordinasiyası və s. 

Büdcə 

nəzarətinin 



subyektləri 

qismində 

aşağıdakı 

orqanlar 

çıxış                 

edirlər: 

•  Azərbaycan Respublikasının Nazirlər Kabineti,  

•  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 

•  Azərbaycan Respublikasının  Hesablama Palatası, 


 

29

•  Baş cərəncamçı və büdcə vəsaitlərinin sərəncamçıları və s. 



Müasir  dövrdə  aparılan  büdcə  nəzarəti  iqtisadiyyatın  inkişafına  və  dövlət 

büdcəsinə  daxil  olan  vəsaitlərin  maksimum  artırılmasına  və  optimal  maliyyə-büdcə 

siyasətinin işlənib hazırlanmasına yönəldilir. 

Azərbaycan  Respublikasının  Konstitutsiyasına  əsasən  AR-nın  hökuməti  dövlət 

büdcəsinin tərtibi və icrasına nəzarət edir, pul və kredit sahəsində vahid siyasət həyata 

keçirir.  O,  nazirlik  və  komitələrin,  idarələrin  maliyyə  fəaliyyətinə  nəzarət  edir,  onu 

tənzimləyir,  onlara  tabe  olan  maliyyə  nəzarətinin  xüsusi  orqanlarıının  fəaliyyətini 

istiqamətləndirir. 

Icra  orqanları  tərəfindən  maliyyə  nəzarəti  sahəsində  əsas  yeri    Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi tutur. Maliyyə Nazirliyinin struktur bölmələri bu və 

ya  digər  formada  maliyyə  münasibətlərinə  nəzarət  edir.  Hər  şeydən  əvvəl  Maliyyə 

Nazirliyi dövlət büdcəsinin tərtibi prosesində maliyyə nəzarətini həyata keçirir, büdcə 

vəsaitlərinin  daxil  olması  və  xərclənməsinə,  büdcədənkənar  fondların  vəsaitlərinə 

nəzarət  edir,  valyuta  əməliyyatlarının  həyata  keçirilməsində  nəzarətdə  də  iştirak      

edir. 

Maliyyə  Nazirliyi  həmçinin  Azərbaycan  Respublikası  hökumətinin  qərarı  ilə 



ayrılmış  dövlət  investisiyalarının  istiqamətinə  və  istifadəsinə  nəzarəti  də  həyata    

keçirir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  çərçivəsində  operativ  maliyyə 

nəzarətini Dövlət Maliyyə Nəzarəti Xidməti və Dövlət Xəzinədarlığı Agentliyi həyata 

keçirir. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 

Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında”  09  fevral  2009-cu  il 

tarixli 48 nömrəli Fərmanı ilə yaradılmışdır. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 

ə

sasən  dövlət  büdcəsindən  ayrılmış  vəsaitlərin  təyinatı  üzrə  səmərəli  xərclənməsi 



üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 

Büdcə  vəsaitlərinin  düzgün  və  səmərəli  istifadəsi  məqsədilə  Dövlət  Maliyyə 

Nəzarəti  Xidməti  dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının 


 

30

vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə 



vəsaitlərinin  əldə  edilməsi  və  xərclənməsi,  dövlət  zəmanəti  ilə  alınmış  və  dövlət 

büdcəsinin  vəsaitləri  hesabına    verilmiş  kreditlərin  xərclənməsi  üzərində  dövlət 

maliyyə nəzarətini həyata keçirir. 

Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə 

metodiki  rəhbərlik  edilməsi,  bu  sahədə  mövcud  olan  nöqsanları  və  neqativ  halları 

doğuran səbəblərin aradan qaldırılması, habelə qanunvericiliklə müəyyən edilmiş digər 

istiqamətlərdə  fəaliyyət  göstərilməsi  də  bu  xidmətin  əsas  fəaliyyət  istiqamətlərinə 

aiddir. 


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 

həmçinin  dövlət  büdcəsindən  maliyyələşən  və  dövlət  büdcəsindən  dotasiya  alan 

təşkilatlarda, Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda 

fəaliyyət  göstərən  diplomatik  xidmət  orqanlarında  dövlət  maliyyə  nəzarətini  təmin 

etmək məqsədilə nəzarəti həyata keçirir, dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli 

gəlir  və  xərclərinin  tərtibi  və  icrası  üzrə  rayon  və  şəhər  maliyyə  idarələrinin 

(şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə 

təşkilatlarının  büdcə  və  büdcədənkənar  vəsaitlər  üzrə  gəlir  və  xərc  smetalarının 

icralarını  və  maliyyə  intizamına  əməl  edilməsini  yoxlayır.  Bundan  başqa  Dövlət 

Maliyyə Nəzarəti Xidməti hüquq-mühafizə orqanlarının tapşırığı ilə yoxlamalar aparır. 

Maliyyə  Nazirliyinin  Dövlət  Maliyyə  Nəzarəti  Xidməti  maliyyə  nəzarətini  təftiş 

və  yoxlamalar  aparmaq  yolu  ilə  həyata  keçirir.    Dövlət  Maliyyə  Nəzarəti  Xidməti 

dövlət  büdcəsi  vəsaitlərinin  düzgün,  səmərəli  və  təyinatına  uyğun  xərclənməsini 

müəyyən  etmək  üçün  respublikada  büdcədən  maliyyələşən  bütün  nazirlik,  idarə  və 

təşkilatlarda  təftiş işinin təşkilinə cavabdehdir. 

Büdcə təşkilatlarında təftiş aparılarkən aşağıdakılar yoxlanılmalıdır: 



1.

  Smeta  təyinatlarının  düzgünlüyü,  mühasibat  uçotunun  düzgün  aparılması, 

hesabatların  tərtibi  və  uçot  məlumatları  ilə  hesabat  məlumatlarının  uyğunluğu, 

şə

bəkə,  ştat  və  kontingent  planlarının  yerinə  yetirilməsi  və  xərclərin  həmin 



göstəricilərə  uyğunluğu,  pul  vəsaitləri  və  mal-material  qiymətlilərin  qorunub 

saxlanması və onlardan qənaətlə istifadə olunması, əsaslı təmirə çəkilən xərclərin 

səmərəliliyi, avadanlıq və inventar alınması, mal-material qiymətlilərin silinməsi 


 

31

normalarına  riayət  olunması,  uşaqlı  ailələrin  və  işləyən  pensiyaçıların  sosial 



müdafiəsi  üçün  komissiyalar  tərəfindən  az  təminatlı  ailələrə  təyin  edilən 

müavinətlərin, həmçinin işləyən pensiyaçılara ödənilən pensiyaların düzgünlüyü, 

ə

mək  haqqı  fondunun  düzgün  xərclənməsi,  büdcədənkənar  (xüsusi  vəsait) 



fondların  yaradılması  və  onların  xərclənməsi,  debitor  və  kreditor  borcların 

vəziyyəti,  onların  reallığı  və  yaranma  səbəbləri,  təhtəl-hesab  şəxslərlə 

hesablaşmalar,  pul  vəsaitləri  və  mal-material  qiymətlilərin  inventarizasiyasının 

aparılması  barədə  qüvvədə  olan  qaydalara  riayət  olunması,  əsas  vəsaitlərin 

yenidən qiymətləndirilməsinin vəziyyəti, əvvəlki təftişlə aşkar olunmuş faktların 

aradan qaldırılması vəziyyəti və bu məqsədlə görülmüş tədbirlər. 



2.

  Büdcə təşkilatlarında büdcə vəsaitinin xərclənməsinin düzgünlüyü yoxlanılarkən 

təsərrüfat  xərclərinə  ayrılan  vəsaitlər  hesabına  dövlət  və  qeyri-dövlət 

müəssisələrində nağd qaydada və köçürülmə ilə mal alışı, habelə dərman və sarğı 

materiallarının,  ərzaq  məhsulları  alınarkən  onların  qiymətlərinin  təsdiq  edilmiş 

qiymətlər  səviyyəsinə  uyğunluğu,  alışa  dair  təsdiqedici  sənədlərin  olması  və 

mühasibatlıqda  mədaxil  edilməsi  vəziyyəti  araşdırılmalı,  xəzinədarlığın  bu 

sahədəki nəzarət funksiyalarının yerinə yetirilib-yetirilməməsi yoxlanılmalıdır. 

3.

  Büdcə  təşkilatlarında  cari  büdcə  ili  üçün  nəzərdə  tutulmuş  vəsaitlərin  təyinatı 

üzrə xərclənməsini yoxlamaqla bərabər, həmin vəsaitlər hesabına keçmiş illərdən 

qalmış  kreditor  borcların  ödənilməsi  hallarına  yol  verilməsi  müəyyən  edilməli, 

dövlət öhdəçiliyi olmayan və müəyyən edilmiş limitlərdən artıq kreditor  



4.

  Təftiş olunan büdcə idarələrində (təhsil, səhiyyə, mədəniyyət şöbələrində, ərazi 

nümayəndəliklərində) Respublika Prezidentinin Fərmanları ilə əmək haqlarının, 

digər yardımların artırılmasının tətbiq edilməsinin düzgünlüyünü yoxlamaq. 

Yoxlama  gedişində  proqramda  göstərilən  suallarla  kifayətlənilməməli,  büdcə 

vəsaitlərindən səmərəli istifadə, maliyyələşmənin düzgün icra olunması və xəzinədarlıq 

sisteminin həyata keçirilməsində müəyyənləşdirilmiş bütün prinsiplərin gözlənilməsinə 

xüsusi  fikir  verilməli,  habelə  lazım  gəldikdə  ortaya  çıxan  digər  məsələlər  də 

araşdırılmalıdır. 

Təftiş  üçün  müəyyən  edilmiş  vaxtdan  səmərəli  istifadə  etmək  məqsədilə  əsas 

istiqaməti yoxlanılan təşkilatın daha vacib sahələrinə yönəltmək lazımdır. 



 

32

Aparılan  təftişin  nəticələri  üzrə  akt  tərtib  olunmalıdır.  Aktda  müəyyən  olunmuş 



nöqsan  və  çatışmamazlıqlar  öz  əksini  tapmalı,  onların  aradan  qaldırılması  məqsədilə 

təkliflər verilməlidir. 

Təftişin  nəticələri  təftiş  olunan  büdcə  təşkilatlarında  müzakirə  edilməli,  yerli 

büdcənin  tərtibi  və  icrası  üzrə  aparılmış  təftişlərin  ümumi  nəticələrinin  müzakirə 

olunması üçün qərar layihəsi təqdim edilməlidir. 

Təftiş  və  yoxlamalarda  cinayət  xarakterli  faktlar  aşkar  edildikdə,  bu  barədə 

rəhbərliyə  məlumat  verilməli,  dövlətə  dəymiş  zərərin  bərpa  olunması  məqsədilə 

materiallar hüquq-mühafizə orqanlarına göndərilməlidir. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  yanında  Baş  Dövlət  Xəzinədarlığı 

“Azərbaycan  Respublikasında  Dövlət  Xəzinədarlığının  yaradılması  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 dekabr tarixli 398 saylı Fərmanına 

ə

sasən təşkil edilmişdir. 



Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında”  09  fevral  2009-cu  il 

tarixli  48  nömrəli  Fərmanı  ilə  isə  qeyd  olunan  orqanın  əsasında  Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradılmışdır. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi 

dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin  maliyyə  əməliyyatlarının 

uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin  adından  büdcə  təşkilatları  qarşısında 

öhdəlikləri  qəbul  edən,  Azərbaycan  Respublikasında  dövlətə  məxsus  maliyyə 

vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsi,  bu  vəsaitlərin  daxil  olması  və 

məqsədyönlü  xərclənməsi  sahəsində  cari  nəzarəti  həyata  keçirən  icra  hakimiyyəti 

orqanıdır. 

Dövlət  Xəzinədarlığı  Agentliyi  öz  fəaliyyətində  AR  Konstitusiyasını,  AR-nın 

qanunlarını,  AR  Prezidentinin  fərman  və  sərəncamlarını,  AR-nın  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini 

və digər aktları rəhbər tutur. 

Dövlət  Xəzinədarlığına  -  Dövlət  Xəzinədarlığı  Agentliyinin  mərkəzi  aparatı  və 

ona  tabe  olan  xəzinədarlıq  srukturları  daxildir.  Xəzinədarlığa  rəhbərliyi  Azərbaycan 

Respublikası Maliyyə Nazirinin müavinlərindən biri icra edir. 



 

33

Büdcə  təşkilatlarının  satın  aldığı  mallara,  qəbul  etdiyi  iş  və  xidmətlərə  görə 



qabaqcadan  dövlət  (büdcə)  öhdəlikləri  götürülməsi  və  bu  öhdəliklər  çərçivəsində 

satınalmalardan  yaranan  kreditor  borclarının  ödənilməsinin  həyata  keçirilməsi,  dövlət 

büdcəsinin  icrasını  yerinə  yetirməklə  büdcə  gəlirlərinin  büdcəyə  daxil  olmasını  və 

xərclərinin  vahid büdcə  təsnifatına  uyğun  olaraq  ünvanlı  istifadəsinin təmin  edilməsi, 

dövlət  xəzinədarlığının  inkişafını,  vahid  xəzinə  hesabının  idarə  edilməsini  və  bu 

hesabdan  vəasitlərin  silinməsinə  sərəncam  verilməsinin  təmin  edilməsi  və  sairə 

agentliyin əsas fəaliyyət istiqamətlərini təşkil edir. 

Xəzinədarlıq Agentliyi əsasən aşağıdakılara nəzarət edir: 

1.

  Dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün 



ayrılan  vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına,  habelə 

büdcədənkənar vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə, 

2.

  Rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 



strukturunda və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin 

müvafiq  qaydalara  uyğun  qurulmasına,  büdcə  vəsaitlərinin  hərəkətinin 

xəzinə  hesablarında  düzgün  əks  etdirilməsinə,  mövcud  kredit  resursu  və 

büdcə  limiti  həddinin  gözlənilməsi  prinsipinə  əməl  edilməsinə,  ödəniş 

üçün  əsas  olan  təsdiqedici  sənədlərin  mövcud  qanunvericiliyə 

uyğunluğuna, 

3.

  Xəzinə  işlərinin  normativ  sənədlərin  tələblərinə  uyğun  təşkilinin  və 



aparılmasının icra vəziyyətinə, 

4.

  Büdcə  təşkilatları  tərəfindən  alınan  mal,  iş  və  xidmətlərin  xəzinə  hesab 



kitablarında uçota alınmasına, 

5.

  Dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə 



dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə 

maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun aparılmasına, 

6.

  Dövlət  büdcəsində  büdcə  kəsirinin  örtülməsi  üçün  nəzərdə  tutlmuş 



maliyyələşmə mənbələrindən istifadəyə, 

7.

  Dövlət  büdcəsi  vəsaitlərinin  idarə  edilməsinin,  o  cümlədən 



mərkəzləşdirilmiş  xərclər  üzrə  nəzərdə  tutlmuş  resurslardan  istifadənin 

səmərəliliyinin təmin edilməsinə, 



 

34

8.



  Dövlət  büdcəsinə  bütün  daxilolmalar,  büdcədənkənar  haqlar  (ödənişlər),  

büdcədənkənar  dövlət  fondları  (Azərbaycan  Respublikası  Dövlət  Neft 

Fondunun  gəlirləri,  əməliyyat  xərcləri  və  beynəlxalq  banklarda  və  digər 

maliyyə  institutlarında  vəsaitlərin  yerləşdirilməsi  ilə  bağlı  xərclər  istisna 

olmaqla), məqsədli büdcə fondları, dövlət büdcəsinin kəsirinin bağlanması 

üçün dövlət təminatı ilə alınmış kreditlər üzrə maliyyə əməliyyatlarına və 

digər dövlət maliyyə əməliyyatlarına. 

Büdcə  nəzarətinin  subyektlərindən  biri  olan  Hesablama  Palatası  haqqında 

aşağıda  bəhs ediləcəyi üçün onun üzərində geniş durmağa ehtiyac görmürük. Qısaca 

onu  qeyd  etmək  istərdik  ki,  Hesablama  Palatası  dövlət  büdcəsinin  icrasına  nəzarəti 

həyata  keçirir,  hər  il  dövlət  büdcəsinə,  dövlət  büdcəsinin  icrasına  dair  hesabat  və 

müvafiq  qanun  layihələrinə  rəy  verir,  qanunla  müəyyən  edilmiş  dövlət  büdcəsindən 

maliyyələşmələrin  aparılmasını  təhlil  edir.  O,  həmçinin  dövlət  büdcə  vəsaitlərinin 

xəzinə  hesabına  daxil  olmasının  və  istifadəsinin  təsdiq  olunmuş  göstəricilərə 

uyğunluğunu müəyyən edir. 

Maliyyə  nəzarəti  çərçivəsində vergi nəzarəti xüsusi  əhəmiyyətə  malikdir.  Onun 

fəaliyyəti  maliyyə  münasibətlərinin  bir  hissəsi  olan  vergi  münasitbətləri  və  vergi 

kateqoriyasının obyektiv mövcudluğu ilə müşayiət olunur.  

Vergi  nəzarətinin  iqtisadi  mahiyyəti  ilə  əlaqədar  elmi  ədəbiyyatlarda  müxtəlif 

anlayışlar  mövcuddur.  Müqayisə  üçün  vergi  nəzarətinin  iqtisadi  mahiyyətinə  elmi 

ə

dəbiyyatlarda rast gəlinən təriflərə diqqət yetirək. 



 Rus  iqtisadçısı  E.V.  Prollonun  vergi  nəzarətinin  iqtisadi  xarakteristikasına  iki 

baxışı  mövcuddur:  “Vergi  nəzarətinin  mahiyyətinə  iki  mövqedən  yanaşmaq  olar: 

birincisi,  funksiya  və  ya  iqtisadiyyatın  dövlət  idarə  edilməsi  elementi  kimi,  ikincisi, 

vergi qanunvericiliyinin icrası üzrə xüsusi fəaliyyət kimi. Vergi nəzarətinin bu tərəfləri 

ayrılmaz  vahid  sistem  təşkil  edir  ki,  bu  da  vergi  nəzarətini  özündə  müxtəlif  statistik 

elementləri  və  onların  dinamik  qarşılıqlı  təsirini,  fasiləsiz  inkişafını  və 

təkmilləşdirilməsini  əks  etdirən  klassik  kibernetik  sistem  kimi  təqdim  etməyə  imkan 

verir” 


Rus  iqtisadçısı  A.V.  Brızqalin  hesab  edir  ki,  “vergi  nəzarəti  -  bu, 

xüsusiləşdirilmiş (təkcə vergi və yığımlara münasibətdə) dövlət nəzarətidir…” . 



 

35

 “Vergi  nəzarəti  –  vergi  subyektləri  tərəfindən  vergi  qanunvericiliyinə  əməl 



edilməsini  və  büdcəyə  və  büdcədənkənar  fondlara  vergilərin  düzgün  hesablanmasını, 

vaxtında  və  tam  ödənilməsini  təmin  edən  mövcud  səlahiyyətli  təşkilatların  fəaliyyə- 

tinin qanunverciliklə nəzərdə tutulmuş vasitə və üsullarının məcmusudur”. 

Rus iqtisadçıları E.Y. Qraçova və E.D. Sokolova səlahiyyətli orqanların fəaliyyə- 

tini bu cür ifadə edirlər: “Vergi nəzarəti ümumdövlət maliyyə nəzarətinə aiddir və vergi 

qanunvericiliyinə  əməl  edilməsini,  büdcəyə  və  büdcədənkənar  fondlara  vergilərin  və 

yığımların  düzgün  hesablanmasını,  vaxtında  və  tam  ödənilməsini  təmin  edən 

səlahiyyətli  təşkilatların  fəaliyyətinin  vergi  hüququ  normaları  çərçivəsində 

tənzimlənməsini müəyyən edir”. 

 Bu cür fikri rus iqtisadçısı O.A. Makarova da dəstəkləyir. Onun fikrincə, “Vergi 

nəzarəti vergilərin və yığımların düzgün hesablanmasının yoxlanılması, həmçinin vergi 

qanunverciliyinin  pozulması  və  onları  yaradan  halların  aşkar  edilməsi  və  aradan 

qaldırılması,  vergi  qanunvericiliyinə  əməl  edilməsi  məqsədilə  vergi  orqanlarının 

vəzifəli  şəxslərinin  Vergi  Məcəlləsində  nəzərdə  tutulmuş  səlahiyyətləri  və  forması 

çərçivəsində fəaliyyətidir”.  

Professor  Damət  Bağırovun  fikrincə,  “vergi  nəzarəti  vergi  ödəyicilərinin  və 

vergitutma  obyektlərinin  uçotuna,  habelə  vergi  qanunvericiliyinə  riayət  olunmasına 

vahid  nəzarət  sistemi  olub,  vergi  orqanları  tərəfindən  vergilərin  tam  və  vaxtında 

yığılmasının  təmin  edilməsində  mühüm  rol  oynayır.  Vergi  nəzarətinin  əsas  məqsədi 

dövlətin iqtisadi təhlükəsizliyini təmin etməkdən ibarətdir”. 

Azərbaycan  Respublikasında  vergi  nəzarətinin  forma  və  üsulları  Azərbaycan 

Respublikasının “Vergi Məcəlləsi” ilə müəyyən edilir.  

Vergilərin  bütün  səviyyəli  büdcələrə  tam  və  vaxtında  yığılması,  vergitutma 

obyektlərinin  uçotu,  habelə  vergi  qanunvericiliyinə  riayət  olunması    üzərində  nəzarət 

Azərbaycan Respublikasının Verglər Nazirliyinə həvalə edilmişdir. 

Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin 

uçotunu  aparmaqla,  uçot  və  hesabat  məlumatlarını  yoxlamaqla,  vergi  ödəyiciləri  və 

digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara 

baxış  keçirməklə  və  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  digər  formalarda  həyata 

keçirirlər. 



 

36

Vergi  nəzarətinin  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə  vergi  ödəyicisi 



olan hüquqi şəxslər – olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş 

hüquqi  ünvan),  vergiyə  cəlb  olunan  gəlirləri  Azərbaycan  mənbəyindən  olan  və  bu 

gəlirlərdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən  

gəlirin  alındığı  yer  üzrə,  fərdi sahibkarlar  və  Vergi Məcəlləsinin  müddəalarına uyğun 

olaraq  bəyannamə  verməli  olan  rezident  fiziki  şəxslər  yaşadıqları  yer  üzrə  vergi 

orqanlarında uçota alınırlar. 

Kommersiya  hüquqi  şəxslərinə,  habelə  xarici  kommersiya  hüquqi  şəxsin 

nümayəndəlik  və  filiallarına  qanunvericiliyə  müvafiq  qaydada  dövlət  qeydiyyatına 

alındığı  zaman  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsi  verilir  və  həmin  andan  onlar 

vergi  uçotuna  alınmış  hesab  olunurlar.  Bu  zaman  verilən  dövlət  qeydiyyatı  haqqında 

şə

hadətnamə Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını 



təsdiq edən şəhadətnamə hesab olunur. 

Vergi  ödəyicilərində  vergi  yoxlamaları  onların  fəaliyyətinə  dövlət  nəzarətinin 

ə

sas üsuludur. Vergi yoxlamaları vergi ödəyicilərinin ilkin mühasibat və digər sənədləri 



ə

sasında  vergilərin  düzgün  və  vaxtında  hesablanması  və  büdcəyə  ödənilməsini 

müəyyən etmək üçün həyata keçirilir. 

Vergi  yoxlamalarının  əsas  məqsədi  vergi  ödəyicilərinin  vergi  hesabatlarının 

məlumatları ilə vergi orqanlarının aldığı məlumatların tutuşdurulmasıdır. 

Vergi  yoxlamalarının  obyektlərinə  aşağıdakıları  aid  etmək  mümkündür: 

mühasibat  kitabları,  pul  sənədləri,  hesabatlar,  planlar,  smetalar,  bəyannamələr, 

müqavilə  və  kontraktlar,  əmrlər  və  işgüzar  yazışmalar,  vergi  və  digər  məcburi 

ödənişlərin ödənilməsi ilə bağlı olan digər sənədlər. 

Vergi yoxlamalarının subyektləri isə aşağıdakılardır: 

-

  Mülkiyyət  formasından  asılı  olmayaraq  kommersiya  təşkilatları  və 



müəssisələri; 

-

  Yerli  və  xarici  hüquqi  şəxslərin  iştirakı  ilə  yaradılmış  birgə 



müəssisələr; 

-

  Qeyri-dövlət və qeyri-kommersiya idarə və təşkilatları; 



-

  Azərbaycan  Respublikasının  vətəndaşları,  xarici  vətəndaşlar  və 

vətəndaşlığı olmayan şəxslər. 


 

37

Vergi  yoxlaması  zamanı  vergi  ödəyicisinin  digər  şəxslərlə  bağlı  fəaliyyəti 



haqqında  məlumat  alınması  zərurəti  yaranarsa,  vergi  orqanı  həmin  şəxslərdən 

yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədləri tələb edə bilər. Bu hərəkət 

üçün  vergi  orqanının  qərarı  olmalıdır.  Vergi  praktikasında  bu  qarşılıqlı  yoxlama 

adlanır. 

Vergi  yoxlamaları  zamanı  vergi  orqanları  və  onların  vəzifəli  şəxsləri  düzgün 

qərarların  qəbul  edilməsi  üçün  əhəmiyyətli  olan  bütün  halları,  o  cümlədən  vergi 

ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 

Vergi  yoxlamaları  aparılma  yerinə  əsasən,  yoxlanılan  məsələlərin  həcminə, 

yoxlamaların  təşkili  üsuluna  və  aparılma  üsuluna  görə  aşağıdakı  kimi        

təsnifləşdirilir:  



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə