48
2.3. Dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar
Müstəqillik əldə edildikdən sonra Azərbaycanın sosial-iqtisadi quruluşunda və
iqtisadiyyatın idarə edilməsi metodlarında baş verən köklü dəyişikliklər maliyyə-
təsərrüfat fəaliyyətinin idarə edilməsinin mühüm aləti olan maliyyə nəzarətinin əsaslı
olaraq yeniləşməsini zəruri etmişdi. Bunun da nəticəsi olaraq bir tərəfdən mövcud
nəzarət orqanları ləğv edilmiş, digər tərəfdən isə bazar iqtisadiyyatı tələblərini özündə
ehtiva edən yeni qurumlar yaradılmışdır.
Bu orqanlara misal olaraq parlament yanında Hesablama Palatasını, Auditorlar
Palatasını, müstəqil auditor şirkətlərini və sairəni göstərmək olar.
Azərbaycan Respublikasının Hesablama Palatası, respublika üçün əvvəllər
analoqu olmayan, prinsipial olaraq yeni orqandır. Bu orqanın hüquqi statusu
Azərbaycan Respublikasının Konstitutsiyasından irəli gəlir (92-ci maddə) və 1999-cu
ildə qəbul edilmiş «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası
Qanununda öz əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər
Ə
liyevin qanunvercilik təşəbbüsü ilə 2001-ci ildə «Hesablama Palatası haqqında»
Azərbaycan Respublikası Qanununa beynəlxalq standartlara uyğunlaşdırılma
istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmişdir.
Azərbaycan Respublikasının Hesablama Palatası qanunvericiliklə müəyyən
edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət
göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarı ilə
Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz
fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik
prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli
Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və
funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Hesablama Palatası dövlət büdcəsinin təsdiq
edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam
verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət
büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən
49
vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata
keçirir.
Azərbaycan Respublikasının dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına
nəzarət üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata
keçirilməsinə kömək etmək Hesablama Palatasınının fəaliyyətinin əsasını təşkil edir.
Bu məqsədlə hər il Hesablama Palatası dövlət büdcəsinə, dövlət büdcəsinin
icrasına dair hesabat və müvafiq qanun layihəsinə rəy verir, qanunla müəyyən edilmiş
dövlət büdcəsindən maliyyələşmələrin aparılmasını təhlil edir. O, həmçinin dövlət
büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş
göstəricilərə uyğunluğunu təhlil edir.
Hesablama Palatası dövlət mülkiyyəti və pul vəsaitləri üzərində nəzarət aparır.
Nəzarət bütün hüquqi şəxsləri, o cümlədən dövlət büdcədənkənar fondlarını,
Azərbaycan Respublikası Milli Bankını, yerli idarəetmə orqanlarını, kommersiya
banklarını, sığorta firmalarını və başqa kommersiya və qeyri-kommersiya təşkilatlarını
ə
hatə edir.
Hesablama
Palatasının
fəaliyyətinin
hüquqi
ə
saslarını
Azərbaycan
Respublikasının Konstitutsiyası, «Hesablama Palatası haqqında» Azərbaycan
Respublikası Qanunu, Azərbaycan Respublikasının digər qanunları və Palatanın daxili
nizamnaməsi təşkil edir.
Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas
istiqamətləri aşağıdakılardan ibarətdir:
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının)
büdcələrinin layihələrinə dair rəy verilməsi;
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının)
büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında
icrasına nəzarətin həyata keçirilməsi;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində
müəyyən edildiyi kimi aparılmasının təhlil edilməsi, aşkar edilmiş kənarlaşmaların
aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında
təkliflər hazırlanması;
50
- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə
dair rəy verilməsi;
- dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən
və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil
olmasına nəzarət;
- ekspert-analitik fəaliyyət;
- Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının
tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təşkilatları) ilə bağlı
qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;
- maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi;
- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə
aidiyyatı orqanlara məlumatların verilməsi;
- digər nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitndə fəaliyyət göstərilməsi.
Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə, milli audit
standartları əsasında həyata keçirir.
Palatanın apardığı nəzarət tədbirlərində əsas diqqət, dövlət büdcəsi və
büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində,
həmçinin, iri dövlət vergi ödəyicilərində gəlirlərin qanunvericiliyin tələblərinə uyğun
formalaşdırılması və icrası vəziyyətinin araşdırılmasına, gəlirlərin toplanılması ilə
məşğul olan orqanlarda vergi qanunvericiliyinə əməl olunmasına daxili nəzarətin
təşkilinin qiymətləndirilməsinə, xərcləri üzrə isə dövlət büdcəsi və büdcədənkənar
dövlət fondlarının xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə
səmərəli istifadəsi, investisiya, sosial infrastruktur, o cümlədən, elm, təhsil, səhiyyə,
mədəniyyət xərcləri üzrə Dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələlərin
təhlilinə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim edilən layihələrə
daha dolğun rəy və təkliflərin hazırlanmasına, müvafiq orqanların tərtib etdikləri
məqsədli proqramların əsaslılığının qiymətləndirilməsinə, Palatanın məlumat bazasının
daha da zənginləşdirilməsinə və s. məqsədlərə istiqamətləndirilmişdir.
Qeyd etdiyimiz kimi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının
(təşkilatlarının) layihələrinə dair rəy verilməsi, dövlət büdcəsinin və büdcədənkənar
51
dövlət fondlarının (təşkilatlarının) büdcələrinin icrasına nəzarət Hesablama Palatasının
fəaliyyətinin əsasını təşkil edir.
Cari ilin dövlət büdcəsi haqqında Hesablama Palatasının rəyində dövlət
büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şəraitin öyrənilməsinə, büdcə
layihəsində nəzərdə tutulan gəlir və xərclərin həcminin mövcud iqtisadi potensiala və
prioritet vəzifələrin icrasına uyğunluğunun təhlilinə, ayrı-ayrı dövlət proqramları,
habelə iqtisadi və sosial inkişaf konsepsiyası ilə müəyyən olunmuş məqsədlər və
vəzifələr nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin və gəlirlərinin strukturunun,
eləcədə büdcə kəsirinin maliyyələşdirmə mənbələrinin təhlilinə böyük diqqət
yetirilmiş, həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri nəzərə
alınmaqla müəyyən təklif və tövsiyyələr verilmişdir.
Palatanın rəyində 2014-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin daha çox
ehtiyatlı yanaşma əsasında proqnozlaşdırılması mövcud iqtisadi reallıqlar şəraitində
düzgün yanaşma kimi qiymətləndirilmişdir.
Həmçinin rəydə ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun
olaraq maliyyə siyasətinin həyata keçirilməsi üçün 2014-cü ildə büdcə-vergi
siyasətində gəlirlər üzrə büdcə daxilolmalarında qeyri-neft sektoru üzrə vergi
daxilolmalarının xüsusi çəkisinin artımına nail olunması, qeyri-neft kəsirinin tədricən
azaldılması, vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi inzibatçılığının
təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi
istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə
olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması
üzrə zəruri tədbirlərin görülməsi, dövlət rüsumu haqqında qanunvericiliyin
təkmilləşdirilməsi və sair istiqamətlər müsbət dəyərləndirilmişdir.
Rəydə həmçinin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi inkişafın ortamüddətli
(2011-2014-cü illər) prioritetləri üzrə büdcə siyasətinin əsas məqsədlərinə
yönəldilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatının
artırılması, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verilməklə, sosial
siyasətin ardıcıl həyata keçirilməsinin davam etdirilməsi və sosial öhdəliklərin yerinə
yetirilməsi, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında
tərtibi işinin davam etdirilməsi, xərclərin strukturunun təkmilləşdirilməsi və
52
şə
ffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi
məqsədəmüvafiq hesab edilmişdir.
Hesablama Palatasının büdcələrin icrası haqqında rəyi hazırlanarkən daha çox
xərcləmələr bölməsinə münasibətini bildirməsi və yoxlamalar zamanı ortaya çıxan
pozuntuların səbəblərini geniş şəkildə izah etməsi, bununla yanaşı pozuntulara şərait
yaradan şərtlərin aradan qaldırılması məqsədi ilə zəif bəndləri müəyyənləşdirməsi və
təkliflərlə çıxış etməsi də zəruridir.
Hesablama Palatasının dövlət maliyyəsinin idarə edilməsindəki rolu sadəcə
xərcləmələrin yeri və həcminin müəyyən edilməsi ilə məhdudlaşmamalı, həmçinin
xərcləmələrin ehtiyaclılıq dərəcəsini və onun səmərəliliyinin də aydınlaşdırmasını
ə
hatə etməlidir.
Dövlət büdcəsinin layihəsinə dair rəy verilməsi qaydaları Hesablama Palatası
tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə təsdiq olunmaq üçün təqdim
edilmiş büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verilməsi
qaydalarına da şamil olunur.
Dövlət büdcəsinin icrası barədə illik hesabatlar və müvafiq qanun layihələri
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən baxılmaq və rəy verilmək üçün
Hesablama Palatasına göndərilir.
Dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin,
Milli Məclis tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin layihələrinin maliyyə ekspertizasının keçirilməsi də ali
nəzarət orqanı olan Hesablama Palatasına tapşırıla bilər.
Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarəti ilə
ə
laqədar məlumatları, hesabatları və sənədləri dövlət orqanlarından, Azərbaycan
Respublikası Milli Bankından, müvəkkil banklardan və digər kredit təşkilatlarından və
bütün hüquqi şəxslərdən almaq hüququ vardır. Həmin təşkilatlar və onların vəzifəli
şə
xsləri Hesablama Palatasının üzvlərinin sorğusuna əsasən zəruri olan məlumatları
təqdim etməlidirlər.
Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası təsdiq edilmiş
proqram əsasında həyata keçirilir.
53
Maliyyə-büdcə ekspertizasının proqramı Hesablama Palatasının auditorları
tərəfindən tərtib edilir və Hesablama Palatasının iclasında baxılaraq təsdiq
olunur.
Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin proqramı
aşağıdakıları əhatə edir:
1.
Nəzarət tədbirinin keçirilməsinin əsası;
2.
Keçirilən tədbirin məqsədi və predmeti;
3.
Yoxlanılan qurumların siyahısı;
4.
Yoxlama qrupunun tərkibi;
5.
Nəzarət tədbirinin başlanması və başa çatdırılması müddətləri;
6.
Nəzarət tədbiri ilə əhatə olunan dövr;
7.
Rəylərin və hesabatların Hesablama Palatasının iclasına təqdim
edilməsinin müddətləri.
Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin və
xərclərinin maliyyə-büdcə ekspertizası çərçivəsində təhlili müvafiq maliyyə və
mühasibat sənədləri, habelə digər məlumatlar əsasında keçirilir.
Maliyyə-büdcə ekspertizasının keçirilməsi barədə sorğuda göstərildikdə, habelə
dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlirlərini və xərclərini təhlil
edərkən, maliyyə-büdcə qanunvericiliyinin pozulması hallarının və digər hüquq
pozuntularının mövcudluğu barədə qənaətə gəldikdə Hesablama Palatası müəssisə və
təşkilatlarda audit (nəzarət tədbirləri) apara bilər.
Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası çərçivəsində keçirilən
nəzarət tədbirlərinin keçirilməsinə dövlət hakimiyyəti orqanlarının nümayəndələri,
habelə müqavilələr əsasında müstəqil auditorlar və ayrı-ayrı mütəxəssislər cəlb oluna
bilərlər.
Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin keçirilməsi nəzarət
obyekti olan qurumlarda mühasibat uçotu hesabatlarının, ödəniş-hesablaşma və ilkin
uçot sənədlərinin Hesablama Palatasının funksiyalarına və fəaliyyət dairəsinə aid edilən
məsələlər baxımından yoxlanılmasını nəzərdə tutur.
54
Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirləri keçirilən qurumların
rəhbərləri Hesablama Palatasının nümayəndələrinə zəruri olan sənədləri təqdim etməli,
yoxlamaların keçirilməsi üçün şərait yaratmalıdırlar.
Maliyyə-büdcə ekspertizası ilə bağlı keçirilən nəzarət tədbirlərinin nəticələri
aktlar, hesabatlar və rəylər formasında rəsmiləşdirilir.
Keçirilən nəzarət tədbirlərinin nəticələrinə aid sənədlərdə əsasən aşağıdakılar
göstərilməlidir:
-
Nəzarət tədbirlərinin keçirilməsinin əsası, məqsədi, predmeti və
yoxlanılan qurumun adı;
-
Öyrənilmiş sənədlərin siyahısı;
-
Tərtib edilmiş aktların siyahısı;
-
Alınması barədə müraciət edilmiş və təqdim edilməsindən imtina
edilmiş sənədlərin siyahısı, yoxlamanın keçirilməsinə maneçilik
törədilməsi halları və onların baş verməsində təqsirkar olan vəzifəli
şə
xslər;
-
Yoxlanılan qurumun fəaliyyətində aşkar edilmiş maliyyə-büdcə
qanunvericiliyinin pozulması halları, dövlət büdcəsinə və ya
büdcədənkənar dövlət fondlarının büdcələrinə, habelə dövlət əmlakına
dəymiş zərərin məbləği;
-
Müvafiq qanunvericiliyin pozulmasına yol vermiş vəzifəli şəxslər.
Nəzarət tədbirlərinin nəticələri üzrə rəy həmin tədbirlərin keçirilməsində iştirak
edən auditorlar tərəfindən imzalanır və Hesablama Palatasına təqdim edilir.
Hesablama Palatasının keçirdiyi nəzarət tədbirlərinin nəticələrinə Hesablama
Palatasının iclasında rəyin və hesabatın təqdim edilməsindən sonra 10 iş günü
müddətində baxılır və müvafiq qərarlar qəbul edilir. Maliyyə-büdcə ekspertizası ilə
bağlı nəzarət tədbirlərinin nəticələri aidiyyatı üzrə nəzarət tədbiri keçirilmiş müvafiq
qurumların rəhbərliyinə də çatdırılır.
Hesablama Palatası dövlət əmlakının idarə edilməsindən, onun barəsində
sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən
vəsaitlərin (ödənişlərin) dövlət büdcəsinə qanunvericiliklə, müqavilələrdə müəyyən
edilmiş müddətlərdə daxil olmasının təmin edilməsinə nəzarəti də həyata keçirir.
55
Respublikada dövlət maliyyə nəzarətinin həyata keçirilməsində Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 09 fevral 2009-cu il tarixli 48
nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin tərkibində yaradılmış Dövlət Xəzinədarlığı
Agentliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Borcunun darə Edilməsi
Agentliyinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin də böyük rolu vardır.
Qeyd olunan nəzarət strukturlarının yaradılmasında əsas məqsəd ildən-ilə artan
dövlət büdcəsi vəsaitlərinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı,
dövlət maliyyə, əyar, sığorta fəaliyyəti, mühasibat uçotunun təşkili və aparılması
sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin müasir tələblərə uyğun təşkilinin
təmin edilməsidir.
Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin kassa icrasını həyata keçirən
və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin
adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan
Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi,
bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata
keçirən icra hakimiyyəti orqanıdır.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: büdcə təşkilatlarının satın
aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri
götürür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borclarının
ödənilməsini həyata keçirir; dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə
gəlirlərinin büdcəyə daxil olmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq
ünvanlı istifadəsini təmin edir; dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə
hesabının idarə edilməsini və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini
təmin edir və qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət
göstərir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının
büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və
səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən bir
qurumdur.
56
Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin xərclənməsi,
habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə
edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; dövlət
zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin
xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; Azərbaycan
Respublikasında dövlət maliyyə nəzarətininin həyata keçirilməsi işinə metodiki
rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin
aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirir; qanunvericiliklə
müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Maliyyə Nəzarəti Xidməti müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
-Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi
və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət
tədbirləri yerinə yetirmək;
- büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və
xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət
tədbirləri yerinə yetirmək;
-dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə
rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin
ə
razilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər
üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;
-qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə
orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq;
-həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan
maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə
orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim etmək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun darə Edilməsi
Agentliyi isə qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini
təmin edən, vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı) və dövlət
57
büdcəsinin Təminat Fondunun vəsaitlərini idarəetməyə verən və ya idarə edən, dövlət
qiymətli kağızlarının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət
zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun
reyestrini aparmaq üçün yaradılmışdır.
Dövlət Borcunun darə Edilməsi Agentliyinin əsas vəzifələri kimi aşağıdakılar
müəyyən olunmuşdur:
- hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və
sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən Azərbaycan
Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət
borcunun, o cümlədən dövlət istiqrazlarının emissiyası hesabına cəlb ediləcək
vəsaitlərin məbləği) və büdcə ili ərzində veriləcək dövlət zəmanətləri üzrə məbləğin
yuxarı həddinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikası Maliyyə
Nazirliyinə təqdim etmək;
- dövlət borcu üzrə əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclərin müvafiq
ilin dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması üçün təkliflər vermək;
- borc öhdəliklərinin şərtlərini və maliyyə bazarından maliyyə vəsaitlərinin cəlb
edilməsi imkanlarını qiymətləndirmək;
- müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qiymətli
kağızlarının emissiyası, tədavülü və ödənilməsi şərtləri və onların çapı ilə bağlı xərclər
barədə təkliflər vermək və onun həyata keçirilməsini təmin etmək;
- dövlət borcunun idarə olunması məqsədilə qanunvericilikdə müəyyən edilmiş
tədbirləri görmək;
- dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini
və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirləri görmək;
- dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun təyinatı üzrə
məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək;
- borc öhdəliyi ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılması barədə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təkliflər vermək;
- müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün
təkliflərin hazırlanmasında iştirak etmək;
58
- dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığını (sərbəst qalığı) və
Təminat Fondunun vəsaitini müəyyən edilmiş qaydada idarə etmək və ya valyuta
vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan yüksək reytinqli qurumlara
idarəyə vermək;
- dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, pul və fiskal siyasətin
koordinasiyasının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Maliyyə
Nazirliyinə təkliflər vermək və bu siyasətin həyata keçirilməsində iştirak etmək və
s.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidməti Azərbaycan Respublikasında
sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini və nəzarətini, sığortalıların,
sığortaçıların və sığorta bazarının digər peşəkar iştirakçılarının, habelə bu sahədə
dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən bir strukturdur.
Dövlət Sığorta Xidməti öz fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən
vəzifələri həyata keçirir ki, onlar da aşağıdakılardan ibarətdir:
- respublika ərazisində fəaliyyət göstərən sığorta bazarının bütün peşəkar
iştirakçılarının fəaliyyəti üzərində qanunvericiliyə uyğun olaraq nəzarəti həyata
keçirmək;
-sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə lisenziya
verilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi qarşısında vəsatət
qaldırmaq;
- sığorta növlərinin aparılmasına icazə və könüllü sığortaların aparılması üzrə
sığortaçılar
tərəfindən
hazırlanmış
sığorta
qaydalarının
tətbiqinə
razılıq
vermək;
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış iş
planına əsasən və qanunvericiliklə nəzərdə tutlmuş hallarda və qaydada sığortaçılarda,
təkrarsığortaçılarda
və
sığorta
vasitəçilərində
səyyar
yoxlamalar
aparmaq;
- qanunvericiliklə müəyyən olunmuş qaydada və hüquq-mühafizə orqanlarının
müraciətlərinə əsasən sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin
fəaliyyətini yoxlamaq;
59
- xidmətin işçiləri tərəfindən aparılan yoxlamalar zamanı cinayət xarakterli
faktlar aşkar edildikdə sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsini təmin
etmək;
- yoxlamaların nəticələrinin müzakirə edilməsini və rəsmiləşdirilməsini
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada
həyata keçirmək;
- sığortaçılar və sığorta vasitəçiləri tərəfindən təqdim olunan müvafiq
hesabatların
siyahısını,
formalarını
və
təqdim
olunması
müddətlərini
müəyyənləşdirmək, belə hesabatları almaq və təhlil etmək;
- sığortaçıların və təkrarsığortaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə,
o cümlədən onların qanunvericiliklə müəyyən edilmiş normativlərə əməl etmələrinə
nəzarət etmək;
- sığortaçıların və müvafiq sığorta vasitəçilərinin rəhbər işçilərinin
qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət etmək və sair.
|