Şərq və Qərb məhəbbət
konsepsiyalarının
müqayisəli təhlili
99
Əlbəttə, aşiq olmaq adamın özündən asılı
deyil. Amma onu tənzimləmək, digər ali hisslərlə
tamamlamaq insanın öz işidir; insanlıq borcudur.
İnsanlıq aşiqliyə qurban verilə bilməz. İfrata
vardırılan eşq istənilən halda faciə ilə sonuclanır.
Vüsal olmayanda bu hissin faciəyə gətirəcəyi
aydındır. Bəs vüsal olanda necə?
Yeri gəlmişkən, şairlər belə böyük eşqləri
nəyə görə vüsalla tamamlamırlar? Çünki vüsal
ideallaşdırılmış eşqin qənimidir. Həsrət isə,
əksinə, eşqi daha da alovlandırır.
Nəsimi deyir:
Səndən irağ, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Məndən irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər, yanaram.
1
Bu misralar Şərq poeziyası üçün çox sə-
ciyyəvidir. Məhəbbətdən ancaq vüsalaqədərki
mərhələdə, əlçatmazlıqdan doğan yanğı, həsrət
hissi, qəm-kədər vəsf olunur. Bu məhəbbət real
həyat müstəvisinə, insanlararası münasibətə tətbiq
olunmaq üçün deyil. Çünki qarşı tərəfə adekvat
olmayan münasibət bəslənir və reallıqla
üzləşdikdə heç də hər şeyin fərz edildiyi kimi
olmadığı üzə çıxır. Yəni evlənmək üçün, ailə
1
Nəsimi. Seçilmiş əsərləri. B., «Azərnəşr»,
1973, səh. 127.
100
qurmaq üçün sevgi əsas şərt olsa da, kafi şərt
deyil. Ailə qurarkən insan istər-istəməz həyatın
nasiranə reallıqları ilə də üzləşməli olur. Sevdiyi
insanla da sonrakı münasibətlər istər-istəməz bu
reallıqlarla vasitələnir. Əlbəttə, bütün bunlar
qabaqcadan nəzərə alınsa, bütün hisslər bir hissə
müncər edilməsə, sevənin qəlbində sevgilidən
başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə
sevginin ömrü uzun ola bilər. İfrata varmış
hissiyyat
isə
reallığa
sığmadığı
üçün
parçalanmağa məhkumdur.
Bəli, aşiq olmaq adamın özündən, yəni ira-
dəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
İfrata varılması, hansı isə hissin mütləqləşməsi
mənəvi aləm ahəngdar inkişaf etmədikdə,
intellektual-mənəvi səviyyənin hələ aşağı olduğu
çağlarda mümkündür. Təsadüfi deyildir ki, adətən
ilk məhəbbət ifrata varır. Və bu da təsadüfi
deyildir ki, müdriklərimiz «ilk məhəbbətin gözü
kor olar», – demişlər. İlk məhəbbət – dərk
olunmamış, insanın özü üçün aşkarlanmamış mə-
həbbətdir. Yəni burada şüur yox, qeyri-şüuri
başlanğıc (aşkarlanmayan şüur) həlledici rol
oynayır. Bundan başqa, bu yaş həddində insanın
digər böyük duyğuları – valideyn qarşısında borc,
millət və vətən sevgisi, insanlıq məsuliyyəti hələ
formalaşmamış olduğundan, tez baş qaldıran bir
hiss mənəvi aləmdəki bütün boşluğu dolduraraq
öz monopoliyasını yaradır. Bu hiss Səmərqəndi,
101
Buxaranı bir gözəlin qara gözlərinə qurban ver-
məkdən daha güclü bir hissdir. Çünki öz həyatını
vermək əzmindədir. Hətta daha çox; dünyada
böyük, gözəl, möhtəşəm nə varsa, – hamısı bir
fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya
C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur:
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…
1
Hisslər necə də möhtəşəmdir! Heç şübhə-
siz, Şərq poetik təfəkkürünün ən gözəl nü-
munələrindəndir.
Lakin vəcd məqamında hissin kükrəyib
coşması, zirvəyə yüksəlməsi poeziya üçün nə
dərəcədə məqbuldursa, bir anın yox, daha böyük
zaman intervalınının, insan ömrünün, bəşər
tarixinin məntiqindən çıxış edən sağlam düşüncə
üçün o dərəcədə yolverilməzdir. Çünki bu şerdə
də bütün klsassik Şərq poeziyasına uyğun olaraq
məhəbbət eqoist səciyyə daşıyır. Günəş olmasa –
həyat da olmaz, sevənlər də! Biz şairi müstəqim
1
Cəfər Cabbarlı. Seçilmiş əsərləri. B., «Çaşı-
oğlu», 2004, səh. 317.
102
mənada, nasiranə anlamaq mövqeyindən çox
uzağıq. Amma, bununla belə, gülün və günəşin
daha universal sevgi rəmzləri olduğunu da unuda
bilmərik. Yəni ən gözəl hissin də ifrata varılması
onun öz əksliyinə çevrilir.
Əlbəttə, poeziyada önəmli olan hissdir. Bir
hiss tərənnüm olunurkən, yerdə qalan hər şey
yaddan çıxarılır. Ona görə də, poetik təfəkkürlə
çox da uzağa getmək mümkün deyil. Real
həyatda isə sevgi hisslə əqlin vəhdəti şəklində
təzahür edir. Sadəcə, insanın öz hisslərini
anlamaq və onu reallıq müstəvisinə keçirə bilmək
səriştəsi olmalıdır. Özünü hisslərin ixtiyarına
buraxmaq fərdi azadlığın yüksək dərəcəsi olsa da,
hissləri cilovlamaq, ictimai reallığı, başqalarının
varlığını və hisslərini də nəzərə almaq sosial
yetkinliyin,
şəxsiyyət
azadlığının
yüksək
təzahürüdür. Məhz sosial müstəvidə məhəbbətin
duyğusal komponenti ilə yanaşı, əqli komponenti
də inkişaf edir.
Şərqdə isə hiss əqlə yer qoymur. Görünür,
belə bir disbalansın nəticəsidir ki, fərdi mə-
həbbətinin əsiri olanlar, nəinki başqa insanların,
heç sevgilisinin də duyğularına sayğı ilə
yanaşmırlar. Sevgili üçün dünyaları verməyə
hazır olanlar onu duymaq və bu duyğuya hörmət
bəsləmək «əziyyətinə» qatlaşa bilmirlər. Bunun
nəticəsidir ki, «qız qaçırmaq» ənənəsi kimi vəhşi
bir hala haqq qazandıranlar da tapılır. Və bəzən
103
bunu böyük məhəbbətin sosial maneələrə qarşı
mübarizəsi kimi dəyərləndirirlər. Bəs qız özü razı
olmayanda belə bir addım atanlar hansı mənəvi
mühitin yetirmləridir? Qərbdə bu ancaq cinayət
kimi qiymətləndirilir. Bizim hüquq normalarına
görə də belədir. Amma bəs bunu adət kimi
qələmə verməyə çalışanların nəzərində necə?
Belə halların baş verməsi hissin bö-
yüklüyündən yox, intellektin zəifyindən, digər
hisslərin və həyatın mənası haqqında, insanın
sosial və mənəvi məsuliyyəti haqqında bilgilərin
azlığındandır.
Hissin böyüklüyü bəzən onun hələ dife-
rensiallaşmamış olmasının nəticəsidir. Hisslərin
tərbiyə olunması, insanın öz hisslərini dərk et-
məyə çalışması və onları fərqləndirməsi, təsnif
etməsi, səbəblərini anlaması mənəvi-intellektual
inkişafın məqamlarıdır. Yəni məhəbbət ancaq
hiss müstəvisində deyil, tntellekt müstəvisində də
nəzərdən keçirilməlidir. Güclü hissin idarə
olunması üçün dərin düşüncə və böyük iradə tələb
olunur. Horatsi demişkən, əqllə idarə oluna
bilməyən böyük qüvvə öz məxsusi ağırlığı altında
əzilməyə məhkumdur. Mənəviyyatsız adamın
ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da
hissiyatının güclü olması ziyanlıdır.
Amma məhəbbətə bu cür baxışın əleyh-
darları da vardır. Xüsusən də Şərqdə. Bu möv-
qeyin konseptual ifadəsini mən hələ təqribən 30 il
104
bundan əvvəl tanınmış filosoflarımızdan birinin
münasibətində görmüşəm. O vaxt mən hələ BDU-
nun aspirantı olarkən «Məhəbbət və intellekt»
kitabı üzərində işləyirdim. Şərq poeziyasının
fəlsəfəsi ilə məşğul olan və bu problemin
mütəxəssisi
saydığım
professor
Camal
Mustafayev mənim bu təşəbbüsümdən xəbər
tutunca çox hiddətləndi: – «Ah, siz fiziklər, bircə
məhəbbət qalıb saf, təmiz, buna da intellektmi
qatmaq istəyirsiniz?». «Məsləhət bilmirəm», –
dedi. Əlim işdən soyudu, neçə illər ərzində bu
mövzuda vaxtaşırı qeydlər etsəm də, kitabımı
yazmadım.
«Hər pis şeyin yaxşı tərəfi də var», – de-
yirlər. Bu vaxt ərzində mən məhəbbətin
intellektual-fəlsəfi aspektləri ilə əlaqədar daha
çox mənbələrlə tanış ola bildim. Ona görə də, üs-
tündən 30 il keçdikdən sonra mən öz möv-
qeyimdə daha israrlıyam. Əqllə sərinləşdirilmə-
yən yanar məhəbbət uçub gedəcək. Bu yerdə Əbu
Turxanın bir bəndi yadıma düşdü:
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Belə düşünmək ki, Şərq həmişə duyğusal
olmuş və əqlin rolunu dəyərləndirməmişdir, –
105
səhv olardı. Əksinə, rassionalizm ilk dəfə Şərqdə
təşəkkül tapmışdır. Elm, bilik də məhəbbətdən az
vəsf olunmamışdır. Hətta sevgilərin ən böyüyü
əqlə, kamala ünvanlanmışdır.
Yuxarıda Əbu Turxandan misal gətirdi-
yimiz rübaidə diqqət tarixən «gül» və «bülbül»
təşbehlərinin mənasının dəyişməsinə yönəldil-
mişdi. Başqa bir şerində Əbu Turxan bülbülün
gülə sevgisini vətən hissi ilə əlaqələndirir:
Elə ki, bülbül ahu-zar edir,
Gülə sevgisini bil, izhar edir,
Gül ona vətəndir, burda sevənlər
Vətəni özünə nazlı yar edir.
Lakin təəssüf ki, sonralar İslam şərqində
renessans dövrü keçdikdən, hisslər öz əvvəlki
yüksək məzmununu itirdikdən, hikmət mərtəbə-
sindən zövq-səfa mərtəbəsinə endikdən sonra
eşqin hüdudları da məhdudlaşmış, gül-bülbül
münasibəti də ancaq oğlanla qız arasında
münasibət çərçivəsinə salınmışdır.
Şərq ölkələrində ancaq kapitalist ictimai-
iqtisadi münasibətlərinin formalaşmağa başladığı
dövrdə milli hiss, dövlətçilik şüuru, vətən sevgisi
yenidən güclənmişdir. Bu baxımdan, XX əsrin
əvvəlləri Azərbaycanda bütün mənalarda mənəvi
yüksəliş illəri olmuş, insanlar azadlıq və səadətin
ancaq milli istiqlal sayəsində əldə edilə biləcəyini
106
dərk etmiş, vətən sevgisi güclənmiş, yeni
məzmun və mündəricə kəsb etmişdir. Məhz bu
dövrün ab-havası Abbas Səhhətə Vətən haqqında
«sevgili canan», «könlümün sevgili məhbubu», –
deməyə imkan vermişdir.
Yaxud Əhməd Cavad Azərbaycan De-
mokratik Cumhuriyyətinin yaranması ilə əlaqədar
öz sevinc və məhəbbətini belə ifadə edir:
Sən qüdrətin aşıb-daşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
Səhər dilli bir fincanın əli ilə
Ahuların duruşundan yarandın.
Ay işığı, gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın.
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandım .
1
Bu şer parçasını öz kitabında iqtibas gə-
tirən professor Şamil Qurbanov yazır: «Azər-
baycan Demokratik Respublikası xalqımız üçün
onun taleyinə doğan dan ulduzu, «qaranlıqda
boğularkən» ümidsizliyə qapıldığı bir vaxtda
göydən enmiş ilahi bir qüvvənin ərməğanı idi.
Şairi və onun oxucularını belə bir yüksək poetik
1
Ş.Qurbanov. Məmməd Əmin Rəsulzadə.
«Nurlan», 2001, səh. 80.
107
pafosa sövq edən də, gözünə işıq, qəlbinə sevinc
verən də məhz bu möcüzəli bir varlıq idi».
1
Milli
istiqlalın yaratdığı fərəh duyğusu həm də vətən
sevgisinin təzahür formasıdır.
Abbas Səhhət və Əhməd Cavad kimi
müqtədir şairlərin vətən sevgisini tərənnüm et-
məsi müəyyən mənada ənənəvi Şərq poeziyasının
hüdudlarını keçmək anlamını versə də, bu
sevginin ifadə formaları yenə də Şərq poetik
təfəkkürünə uyğun gəlir. İlk baxışdan belə dü-
şünmək olar ki, əsas forma yox, mövzudur; yəni
sevginin ünvanı dəyişilmişdir. Lakin burada
forma özü də bilavasitə mentaliteti ifadə edir.
Belə ki, şairlərimizin yenə də sevgili qızlara,
gözəllərə ünvanlanmışdır ənənəvi ifadələrdən,
metaforalardan, bənzətmələrdən istifadə etməsi
sevgi hissinin hələ də diferensiallaşmaması, daha
çox abstrak səciyyə daşımasının nəticəsidir.
Qərbdə isə hətta poetik obrazlar da konkretləşmiş,
vətənin, azadlığın, istiqlalın yaratdığı sevgi
duyğuları spesifik bədii ifadə forması kəsb
etmişdir. Burada hər şey məhəbbətdə əqli
komponentin iştirak dərəcəsindən ibarətdir.
Bəli, Qərb sevgisi rasionallaşdırılmış və
görünür məhz bunun sayəsində diferensiallaşmış
sevgidir. Yəni ancaq sevginin obyekti dəyişmir,
onun xarakteri də, məzmunu da dəyişir. Məsələn,
vətən sevgisi daha «ay işığından» deyil,
1
Yenə orada.
108
dövlətçilik şüurundan, vətəndaşlıq qürurundan
qidalanır.
Qərbdə dövlətçilik şüuru, milli təəssüb-
keşlik və vətən hissi də intellekt süzgəcindən
keçərək formalaşmışdır. İntellekt isə hər şeyi öz
yerinə qoyduğundan, hissləri tənzim etdiyindən
Qərbdə insanın əməli də, hissi də ictimai nor-
malar çərçivəsində inkişaf etmişdir. Məhəbbət
daha çox intellektual təsirə məruz qalmış və
sosiallaşmışdır.
Şərqdə də ictimai şüur, mövcud əxlaq
normaları, adət-ənənə məhəbbət hissinə təsir edən
amillər sırasındadır. Lakin burada məhəbbətin
fərdilik dərəcəsi, məhrəmliyi yüksək olduğundan
daha
çox
iç
dünyasına
aid
olmuş,
sosiallaşmamışdır. Digər tərəfdən, ictimai amil
çox vaxt vüsala maneə kimi ortaya çıxdığından,
məhəbbət reallığın baryerlərini aşmaq üçün daha
yüksək emosional potensial kəsb etməli olur.
Lope de Veqa məhz bu cəhəti nəzərə alaraq
demişdir: «Məhəbbəti heç nə keçilməz maneələr
qədər artırmır».
1
Məhəbbət hissinin artıqlığı isə, Qərbdə çox
vaxt pis əlamət hesab olunmuşdur. Ailənin
maraqları ön plana çəkildiyindən sevgi amili
imkan daxilində istisna olunur. L.Stonenin «1500-
1800-cü illərdə İngiltərədə ailə, seks və evlənmə»
əsərində yazdığı kimi yeni dövrün ilk əsrlərində
1
Энциклопедия ума, стр. 209.
109
bü ölkədə romantik məhəbbət və etirasın nigah
üçün əsas kimi götürülməsi ittiham olunurdu.
1
Fransada isə sevgi və etiras ancaq məşuqə
saxlamaq üçün əsas ola bilərdi; ailə qurmağın
şərtləri isə daha çox ölçülüb-biçilmiş planlar
əsasında qurulurdu.
2
Həmin planlar ki, biz ona
həmişə
rişxəndlə
yanaşmışıq. «Əhməd
haradadır?» filmində «məgər evlənmək də
planladır?», – sualı hətta bizim çağdaş düşüncə
üçün də çox səciyyəvidir. Ürək hökm edən yerdə
ağıl nə haqla plan qurur? Burada biz ifrat Qərb
düşüncəsi simvolizə etmək üçün Əbu Turxandan
misal gətirdiyimiz bir şeri yada salmaq istərdik:
Çox uzun sürən hiss, həyəcanlar,
Qərinələr, illər, lap qısa anlar,
Hamısı zamanın hissələridir,
Böyük bir planın hissələridir.
Bizdə belə bir fikir var ki, guya ailənin
planlaşdırılması ideyası məhəbbətin ülviyyətinə
qəsddir. Qərbdə isə, göründüyü kimi, məhəbbət
özü az qala ailə planlarına qəsd kimi dəyər-
ləndirilir. Qərdə gənclərin evlənməsi, ailə qur-
1
L.Stone. The Family, Sex and Marriage in
England, 1500-1800. N.Y. Harper & Row, 1977, p. 86.
2
Le Roy Ladurie E. Montaillou / Trans. B.
Bray. N. Y.: George Braziller, 1978, p. 186-187.
110
ması ilə bağlı bir sıra tədqiqatlara nəzər saldıqda
təəccüblənməmək olmur. Məsələn, son vaxtlarda
Nobel mükafatına layiq görülmüş tədqiqatlardan
birində «nigah bazarı»ndan bəhs edilir, Şərq
poeziyasında ənənəvi olan aşiq-məşuq münasibət-
ləri bazar iqtisadiyyatı konteksinə salınır.
Amerika iqtisadçısı Q.S.Bekker «İnsan davranışı;
iqtisadi yanaşma» əsərində yazır: «İnsan nigah
bazarına daxil olarkən ümid edir ki, onun nigahda
qazancı subaylıq zamanındakına nisbətən çox
olacaq».
1
Qərbdə evlilik məhəbbət və ya cinsi
münasibət mənasında yox, daha çox dərəcədə
birgə mülkiyyət və birgə təsərrüfat mənasında
başa düşülür. Hüquq müstəvisində evlənmək və
boşanmaq prosedurları da müvafiq olaraq
mülkiyyətin birləşməsi və bölgüsü məsələsi kimi
ortaya çıxır. Kiminlə isə «dostluq» etmək,
müntəzəm cinsi münasibətlərdə olmaq evlilik
üçün əsas sayılmır. Q.S.Bekker yazır: «Məsələn,
kişi və qadın uşaqların tərbiyəsində, ev tə-
sərrüfatında və digər faydalı məsələlərdə ailə
qurmağın əhəmiyyətli olduğuna əmin olana qədər
nigaha girməyi təxirə salırlar».
2
1
Гэри С.Беккер. Человеческое поведение;
экономический подход. М., ГУ ВШЭ, 2003. стр.
396.
2
Yenə orada. səh. 397.
111
Əlbəttə, kapitalizm dünyasında bütün mə-
sələlərdə olduğu kimi, ailə qurulmasında da
kapitalın ən önəmli fakt kimi ortaya çıxması
təəccüblü olmamalıdır. Həm də belə düşünmək
ki, qərblilər məhəbbəti ümumiyyətlə nəzərə
almırlar, – düzgün olmazdı: «Oxucular soruşa
bilərlər ki, mənim tədqiqatlarımda romantik
bağlılıq üçün də yer vardırmı, yoxsa məhəbbət
iqtisadi yanaşma çərçivəsində öyrənilmək üçün
həddindən artıq emosional və irrasionaldırmı?».
1
Bu konteksdə Qeri Bekker müasir Qərb
ölkələrində bəzi cəmiyyətlərdən fərqli olaraq,
nigah zamanı məhəbbətin hər halda nəzərə
alındığını da qeyd edir.
2
Bu «bəzi cəmiyyətlər»
görəsən hansılardır? Nə qədər paradoksal görünsə
də, Bekker yəqin bizi, islam ölkələrini nəzərdə
tutur. (Kor kora lağ etməsə, bağrı çatlayar).
Görünür, burada çadra amili əsas rol oynayır.
Sifətini görmədiyin, toxunmadığın adamı sevmək
Qərb təfəkkürü üçün anlaşılmazdır. Digər
tərəfdən, Qərbdə belə təsəvvür var ki, müsəlman
ölkələrində qızı ərə «başlıq» müqabilində verirlər.
Doğrudan da, Qərbdə başlıq yoxdur, lakin
əvəzində plan var. Başlıq isə Şərqdə heç də
universal xarakter daşımır və həm də bəzən
rasional motivlərə əsaslanır. Məsələn, qərblilər
başlıq alsaydılar, onun məbləği ali təhsilli, çox
1
Yenə orada. səh. 402.
2
Yenə orada.
112
görmüş, çox gəzmiş qızlar üçün daha böyük
olardı. Türkmənistanda isə orta təhsilli qız üçün
başlıq ali təhsillidən artıqdır. Ən yüksək məzənnə
isə heç təhsil görməmiş, evdən-eşiyə çıxmamış
qızlar üçündür. Deməli, əsas məsələ hansı
meyarlardan çıxış etməkdə, nəyə üstünlük
verməkdədir. Meyar haradasa təcrübə, bilik və
sərbəstlik, haradasa məsumluq, itaətkarlıq və
bakirəlik dərəcəsidir.
Başlıq almayan Qərb ölkələrində qızın ailə
büdcəsinə nə qədər gəlir gətirəcəyi haqqında
mülahizə əsas yer tutur. Təzahürlər fərqli,
mahiyyət isə eynidir. Lakin Qərblilər öz iqtisadi
maraqlarını daha ustalıqla maskalaya bildiyindən
sadəlövh şərqlilərə lağ etməkdən çəkinmirlər.
Qərb tərbiyə sistemində, o cümlədən, bizim
pedaqoqların indi də istifadə etdiyi sovet pedaqoji
sistemində məhəbbət hissi yüksək mənəvi dəyər
kimi geniş şərh olunmamış və bir çox hallarda
sadəcə cinsi ehtiyacla və ya evliliklə, ailə ilə bir
səviyyədə təqdim olunmuşdur. Məsələn, L.V.
Vorobyovun orta məktəblər üçün dərs vəsaitinə
daxil edilmiş məqaləsində deyilir: «Məhhəbbətin
sirri heç də ülvi-səmavi yox, cismani-çağdaş
mənşəyə malikdir. Cinsi münasibətsiz məhəbbət
mümkün deyil».
1
Yəqin ona görə də, kimsə kimi
1
Хрестоматия по этике и психологии
семейной жизни: Учеб. пособие для учащихся ст.
классов. М., Просвещение, 1987, стр. 44.
113
isə sevib-sevməyəcəyini bilmək üçün əvvəlcə
yaxın münasibətlərdə olmalı imiş. Qərbdə bu cür
yanaşmanın əsas səbəbi məhəbbətin cinsi həyatla
həqiqətdə
olduğundan
daha
artıq
əlaqələndirilməsidir.
Əlbəttə, Qərb fəlsəfəsində də, rus ədəbi-
bədii və fəlsəfəi fikrində də məhəbbətdən yüksək
mənəvi-estetik hiss kimi bəhs olunan məqamlar
az deyil. Zadəganlıq dövründə Rusiya daha çox
dərəcədə Şərq ölkəsi idi. Əks təqdirdə, Puşkin
poeziyası, «Yevgeni Onegin» kimi şərəf və mə-
həbbət dastanları yaranmazdı. Lakin zaman
keçdikcə məhəbbət ideyasının tənəzzülünü görü-
rük. Dünya ədəbiyyatının şedevri olan «Anna
Korenina» artıq geriyə doğru bir addımdır. Ona
görə yox ki, L.N.Tolstoy bir sənətkar kimi
Puşkinə nəzərən geriləmədir; ona görə ki, ictimai
reallığın, mənəvi mühitin özündə tənəzzül vardır.
Qərbi Avropada isə bu geriləmə daha əvvəl
başlanmışdı. «Tristan və İzoldası», «Romeo və
Cülyettası» olan xalqların ədəbiyyatı, görünür,
kapitalizm cəmiyyətinin yaratdığı yeni mənəvi
mühitin təsirindədir ki, böyük məhəbbətdən
erotikaya doğru eniş yolu keçmişdir. Bəli, bunu
reallığın özü tələb edirdi. Düzdür, Azərbaycan
ədəbiyyatında məhəbbətə münasibətdə romantik
ənənələr zəifləsə də, hələ davam edir. Amma
təəssüf ki, gerçək ictimai reallığımız heç bu
zəifləmiş ədəbiyyatımıza da uyğun gəlmir. Bu-
114
nunla belə, bizcə, bu məqamda ədəbiyyat
realistik, təsviredici olmaqdan daha çox, roman-
tik və xilaskar missiyanın daşıyıcısı olmalı, ideala
səsləməlidir. Halbuki, reallığı da qabaqlamağa
çalışanlar, Avropa ədəbi mühitində gedən müasir
prosesləri ədəbiyyatımıza gətirməyi az qala
qəhrəmanlıq hesab edənlər də var.
Şərq məhəbbət poeziyasında eşqin etalonu
kimi təqdim olunan məcnunluq fenomeni Qərbdə
psevdoməhəbbətin formalarından biri hesab
olunur. Maraqlıdır ki, bu mövzuda Şərq poeziyası
kontekstində yox, psixi xəstələri müayinə
kontekstində söhbət açılır. XX əsrin böyük
psixiatrı və filosofu Erix Fromm yazır:
«Psevdoməhəbbətin geniş yayılmış və çox vaxt
(bədii filmlərdə və romanlarda) «böyük mə-
həbbət» kimi təqdim olunan forması – bütpərəst
məhəbbət əgər insan özünü, öz fərdiyyətini dərk
etmək səviyyəsinə yüksəlməyibsə, onda o, öz
sevgilisini ilahiləşdirməyə, onu özü üçün pirə,
qibləgaha çevirməyə meyllidir. O, öz şəxsi
qüvvələrindən ayrılaraq bu qüvvələri sevgilisinə
yönəldir və ona summum bonum (lat. – ali fəzilət)
kimi, ümumiyyətlə, bütün məhəbbətin, bütün
işığın, hər cür fərəhin daşıyıcısı kimi pərəstiş
edir».
1
1
Э. Фромм. Искусство любить. // Душа
человека. М., 1992, стр. 161
115
Qərbdə məhəbbət real cismani həyatdan
ayrılmır. E.From yazır: «Məhəbbət ancaq o
zaman mümkündür ki, iki nəfər bir-biri ilə
mövcudluğun ən dərin qatında ünsiyyət saxlayır
və ona görə də onların hər biri özünü bu dərin
qatda
yaşaya
bilir.
İnsan
gerçəkliyinin,
həyatiliyin, məhəbbətin əsası, təməli ancaq bu-
rada, bu «dərin» yaşantıda qoyulmuşdur. Bu cür
yaşanan məhəbbət – müntəzəm çağırışdır; bu, –
istirahət
yox,
hərəkət,
inkişaf,
birgə
fəaliyyətdir…
1
Qərbdə bu cür yanaşma tərzi
ədəbiyyat və kinoda da təbliğ olunr. Lakin təəssüf
ki, bir çox hallarda müasir Qərb dünyası daha çox
bayağılaşmış, heyvani səviyyəyə enmiş hissləri
önə çəkir. Reallıq örnək olmaq səlahiyyətini itirir.
Ona görə də, biz gənclərə öz ideallarını
bugünkü reallıqdan deyil, klassik milli ədəbiy-
yatdan seçmələrini tövsiyə edərdik. Ən azı tədris
proqramlarında ali duyğularımızın daşıyıcısı olan
klassik ədəbi-bədii irsə daha çox yer verməliyik.
Lakin bir şərtlə ki, böyük ideallara səsləyən
ədəbiyyat da ictimaiyyət tərəfindən dəstəklənsin
və cəmiyyətdə ədəbiyyatımıza, milli-mənəvi
dəyərlərimizə qayıdış istiqamətində real proseslər
getsin. Ancaq bu yolla gələcəyə alnı açıq getmək
olar.
Cəmiyyət insana öz ürəyinin hökmü ilə
yaşamaq imkanı verməlidir. H.Cavidin, C.Cab-
1
Yenə orada, səh. 163.
116
barlının keçən əsrin əvvəllərində qoyduğu bu
tələb Qərbdə hələ indi-indi gah «insanın hüquq və
azadlıqları», gah «gender» problemləri adı altında
gündəmə çıxarılır və bizə müasir Qərb dəyərləri
kimi təqdim olunur. Lakin Qərb bu dəyərlərin
milli-mənəvi invariantlarla uyğunlaşdırılması
problemini hələ də həll edə bilməmişdir. Böyük
ədiblərimiz isə hələ o vaxt bir addım qabağa get-
miş və cəmiyyətin yaratdığı çəpərləri uçurmaq
tələbi ilə kifayətlənməyərək istəklərin özünü
yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları kö-
nüllülüklə, könlün ucalığı ilə əvəz etmək
mövqeyindən çıxış etmişlər.
Bakirəlik də, mənəvi saflıq, təmizlik də
gözübağlı saxlanmaqla yox, hissləri şüurlu surət-
də idarə edəcək bir səviyyəyə yüksəliş SAyəsində
qorunub saxlanmalıdır. Lakin yüksəliş üzünü aç-
maqla,
açıq-saçıq
olmaqla
qarışıq
SA-
lınmamalıdır. Çadranın atılması müstəqim mə-
nada başa düşülməməli, üzlərin yox, gözlərin
açılması ön plana çəkilməlidir. Biz bir dəfə bu
səhvi etmişik. Hətta, çadraya qarşı çıxmağın sim-
volunu yaratmış C.Cabbarlı da sonrakı illərdə ha-
disələrin başqa istiqamətdə gedişindən narahat
olaraq «Hürriyyəti-nisvan» şerini yazmış, «mən
belə azadlığa səsləmirdim», – demişdir.
Bu gün biz gözəlliyin, ülvi hisslərin, mə-
həbbətin tərbiyəvi funksiyasından danışarkən, ey-
ni zamanda əqllə hissin optimal nisbətinin də nə
117
dərəcədə zəruri olduğunu nəzərdən qaçırma-
malıyıq.
Hər hansı bir həyat tərzi, hər hansı bir
əqidə, hətta hər hansı bir geyim insana kənardan,
icbari yolla qəbul etdirilməməlidir. Namus, ismət
də kişi diktatının və ya çadranın sayəsində deyil,
mənəvi bütövlüyün ayrılmaz tərkib hissəsi kimi,
daxildən gələn tələbat kimi mövcud olmalıdır.
İnsanın bütün həyatı, əməli fəaliyyəti onun
şəxsi arzu və istəklərinə uyğun gəlməli, istək və
əməl bir harmoniya təşkil etməlidir.
118
Əlavə:
Dostları ilə paylaş: |