Məhəbbət haqqında
seçmə fikirlər
119
120
O (Allah), yaratdığı hər şeyi gözəl yaratdı.
Qurani-Kərim
***
Hər bir cifti erkək və dişi yaradan odur.
Qurani-Kərim
***
Məhəbbət – ölməzlik cəhdidir.
Sokrat
***
Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın
təzahürüdür.
Platon
***
Dəniz dalğasız olmaz, ürək – sevdasız.
Atalar sözü
***
121
Könül sevən gözəl olar.
Atalar sözü
Fəqət hər gözəl olanı könül sevməz.
C.Rumi
***
Məhəbbət ehtiraslıdır,
dostluq isə ruhun keyfiyyətidir.
Aristotel
***
Ehtirasını idarə et,
yoxsa ehtiras səni idarə edər.
Epiktet
***
Dünyada heç bir böyük iş ehtirassız görülə
bilməz.
Q.Hegel
***
122
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Nizami
Mən aşiq, o da giryan,
Mən giryan, o da giryan,
Dedim könlün odun al,
Demədim oda gir, yan.
Bayatı
***
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Əbu Turxan
***
Eşqsiz olsaydı, xilqətin canı,
Dirilik sarımazdı, böyük cahanı.
Nizami
***
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
123
Nizami
***
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Füzuli
Məhəbbət ləzzətindən bixəbərdir
zahidi-qafil.
Füzuli, eşq zövqün zövqi-eşqi var
olandan sor.
Füzuli
***
Qəlbin pünhanları ancaq eşq işığında
görünür.
Əbu Turxan
***
Məhəbbət ruhun canlanmasıdır.
Əbu Turxan
***
Aşiq sevgilisinin sevincinə sevinir.
Əbu Turxan
***
124
Məhəbbətdir işıq saçan,
onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin,
sanma ki, bir həqiqətdir.
Əbu Turxan
Sevənlər hamısı şairdirlər.
Platon
***
Ağıl ürəyin kölgəsidir.
E.Miyanəci
***
Allahı sevmək – onun yaratdıqlarını
sevməkdir.
Əbu Turxan
***
Məhəbbət və nifrət artmayanda ölürlər.
Can Pol Sartr
***
125
Məhəbbət böyük hisslərdən başlayır, xırda
qalmaqalla bitir.
A.Morua
***
Məhəbbət – hisslərin poeziyasıdır.
O.Balzak
Məhəbbətin çiçəklənməsi üçün münbit mühit
lazımdır.
Əbu Turxan
***
Məhəbbət – arzunun zirvəsidir.
İ.Göte
***
Məhəbbət arzu dünyası ilə gerçəkliyin
qarışmasıdır.
Əbu Turxan
***
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal
dünyasına köç edir.
Əbu Turxan
126
***
Vüsal romantik məhəbbəti yerə endirir. Eniş
uğursuz olanda məhəbbət ölür. Eniş tədrici
olanda məhəbbət yeni formaya – ailə
məhəbbətinə keçir.
Əbu Turxan
Günəş çıxanda Yer hansı hissi keçirirsə,
sevgilisini görən aşiq də həmin hissi keçirir.
Əbu Turxan
***
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi
ilə işıqlanır.
Əbu Turxan
***
Milli ruh məhəbbətlə ağlın ittifaqından
yaranır.
Əbu Turxan
***
127
Arzular dünyaya məna verir.
A.Frans
***
Ürək məhəbbət arzularından zövq-səfa
şərbəti içir.
C.Bayron
Qadın ümidləri günəş şüalarından qidalanır; kölgə
onları yox edir.
D.Elyot
***
Kim isə demişdir: «Ağılla idarə olunan
məhəbbətdən yaxşılıq gözləmək olmaz».
İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub
gizli yollarla Allaha aparar.
C.Rumi
***
128
Sənsiz idi onda hələ yer səma,
Sən yox idin var idi qəmim daima.
Nizami
***
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
Nizami
Sevgili aşiqin qəlbindədir.
Fəqət aşiq sevgilinin özündə
olduğunu bilməz, onu yenə kənardakı
sevgili vasitəsi ilə tanıyar.
İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.
Pərvazlanıb uçmaq üçün isə qanadların
qoşalaşması lazımdır.
Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
129
Tayını tapa bilməyənlərin məhəbbəti
göydən asılı qalar.
Atıcı atar, tayını tapar.
Atalar sözü
***
Ərlə arvadın torpağı
bir yerdən götürülür.
Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı
kişilər yaxşı qadınlar üçündür.
Qurani-Kərim
***
(Allah) sizin özünüzdən sizlər üçün taylar
yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə
mərhəmət bərqərar eləmiş aranızda.
Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı
yenidən həyata qaytarır.
Əbu Turxan
***
130
İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar
Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə
bölüşmək istəyir.
Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey vəd
edir, amma bacardıqlarını da etmirlər.
V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü
tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?
Əbu Turxan
***
İlk məhəbbət kor olur.
Atalar sözü
131
***
Eşqin gözü kordur.
Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da
sevə bilməzsən.
Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.
F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən
daha ağırdır.
(Naməlum)
***
Məhəbbət – sevilmək arzusudur.
Platon
***
132
Sahiblənmək anlayışı məhəbbətin
izahında istifadə olunsa da, ilkin sayıla
bilməz. Mən nəyə görə başqasını mənimsəmək
və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman
lazım olur ki, mənim varlığım başqasının
funksiyasına çevrilir. Amma bununla
mənimsəmənin ancaq müəyyən üsulu
nəzərdə tutulur; biz başqalarının
azadlığına yiyələnmək istəyirik.
Sartr
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.
Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü sevmək
var.
F.Laroşfuko
***
133
Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif
növləridir.
Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.
İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.
O.Balzak
Məhəbbət insanların bir-birinə
bağışladığı xoşbəxtlikdir.
C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini
istəməkdir.
D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.
Hilmi Ziya Ülkən
134
***
Eşq – ruha təslim olmaqdır.
Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.
Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır.
Hilmi Ziya Ülkən
Məhəbbət xoşbəxtlik xəzinəsidir: nə
qədər çox verir, o qədər də götürür.
V.Muller
***
Ancaq sevərkən yaşayırlar.
Helvetsi
***
Yaşayan ancaq məhəbbətlə yaşayır.
Hafiz Xarəzmi
135
***
Qadın kişiyə müxtəlif, bəzən hətta bir-
birinə zidd olan cəhətlərinə görə xoş gələ bilər;
kimsə onu ağlına, başqası xeyirxahlığına görə
sevər, üçüncüyə isə məsələn onun çatışmazlıqları
xoş gələ bilər.
L.de Vovenarq
.
***
Vüsal məhəbbəti yerə endirmiş, onu əbədi
şeriyyətdən məhrum etmişdir.
Asif Əfəndiyev
Bir-birinizin badələrinizi doldurun, amma bir
badədən içməyin.
C.Cübran
***
Məhəbbət həyatın duzudur.
İngilis atalar sözü
***
Bir-birinizi sevin, amma məhəbbəti
buxova çevirməyin.
136
Qoy o, könüllərinizin sahilləri arasında axan
dəniz olsun.
C.Cübran
***
Qoy sizin mövcudluğunuzda genişlik, vüsət
olsun.
İmkan verin ki, aranızda səma küləkləri əssin.
C.Cübran
***
Məhəbbət incəsənətdir, onu
mənimsəmək lazımdır.
E.Fromm
Kişi üçün hər şeyin əslində necə olduğu
önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin
necə təqdim olunması və zahiri
əminamanlıqdır.
Folkner
***
Məhəbbət lətiflik və gözəllikdir.
İbn Sina
***
137
Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki
o eyni zamanda başa, ürəyə və
bədənə sahib olur.
Volter
***
Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək
kimidir, hərdən gəmini batıra da bilər, amma
onsuz üzmək mümkün deyil.
Volter
***
Məhəbbət melodiyadır.
Puşkin
Başqa sahələrdə sevgi vərdişi olmayanların
məhəbbət dərdinə mübtəla olması, immuniteti
olmayan adamların xəstəliyə yoluxması kimi ağır
nəticələrə gətirə bilər.
Əbu Turxan
***
Məhəbbət insanın bütün həyat və fəaliyyətinin
mənasını sevgilinin gözünə necə
görünməkdən ibarətdir.
Əbu Turxan
138
***
Məhəbbət nəinki yaradıcılığın mənbəyidir, o
özü yaradıcılıqdır, yaradıcı
enercinin şüalanmasıdır…
(Naməlum)
***
Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında
Yaradan özü bu poemanı,
Həkk etmiş tale kitabında.
Henrix Heyne
Məhəbbət çiçək üçün günəş kimidir:
güclüləri gücləndirir, zəifləri qurudur.
İrland atalar sözü
***
Həyatın böyük sirri bunda gizlənib ki, istəyən,
alan yox, ancaq verən, bağışlayan həzz alır.
N.Berdyayev
***
139
Könüllər bir-biri ilə baxış sayəsində
təmasda olur.
Balmond
***
Məhəbbət ruh və bədənin
ittifaqından yaranır.
Əbu Turxan
***
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini
işıqlandıra bilməyibsə, deməli «ilk məhəbbətlər»
hələ çox olacaq.
Əbu Turxan
Məhəbbət qəlbin əql üzərində
qələbə himnidir.
Əbu Turxan
***
Qəlb köksə sığışmayanda insanın öz qəlbini
bölüşmək ehtiyacı yaranır.
Əbu Turxan
***
140
Könüllərin birləşmək əzmi insani yüksəlişin,
bədənlərin birləşmək istəyi heyvani
başlanğıcın əlamətidir.
Əbu Turxan
***
Məhəbbət bir insan qəlbinin
başqa bədəni istila etməsi və ya onda
sığınacaq tapmasıdır.
Əbu Turxan
***
Hər bir nurun daxilində
özündən ali nura eşq var.
Ş. Şührəvərdi
Onun bütün varlığı məhəbbət və qəhrdən
nizamlanmışdır.
Ş. Şührəvərdi
***
Hər bir aşağı nurun məhəbbəti ali nurun
məhəbbətində qəhr olunur..
Ş. Şührəvərdi
***
141
Aşiq eşqinin hökmü altına
əqlinin ölçüsündə girməlidir
İbn Ərəbi
***
Ruhu bir nurdur aşiqin,
təbiəti bir qaranlıq!
İbn Ərəbi
***
Aşiq vüsalla ayrılıq arasında
bir fərq görməməlidir
İbn Ərəbi
Eşq özünü tələf etməlidir.
İbn Ərəbi
***
Sevgilinin gördüyü hər iş gözəldir.
İbn Ərəbi
***
142
Sevgi daha çox qeyri-müəyyənliklə,
müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində
bir möcüzə axtarışıdır.
Əbu Turxan
***
Aşiq özünün aşiq olduğunu bilməməlidir.
İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası,
ürəklərin bir-birini anlamasıdır.
Bayron
Qəlbdə məhəbbət işığı yananda
qaranlıqlar əriyir.
Əbu Turxan
***
Sevən mənəm; sevdiyim də mən.
İbn Ərəbi
***
143
Uyğunluq olmazsa, məhəbbət ola bilməz.
A.Bakıxanov
***
Eşq ağlabatan və məqbul olarsa,
əsl xoşbəxtlikdir.
A.Bakıxanov
***
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.
A.Bakıxanov
***
Əgər kim isə sevgilidən başqa da nə haqda isə
düşünə bilirsə, onun sevgisi səmimi deyil.
İbn Ərəbi
Dərindən sevmək – özünü unutmaq deməkdir!
C.C.Russo
***
İlahi bir eşq ver mənə,
Hardayamsa heç bilməyim.
Elə itirim özümü
İstəsəm də qoy bulmayım.
144
Yunus İmrə
***
Sevmək başqasının xoşbəxtliyində öz
xoşbəxtliyini tapmaqdır.
Q.Leybnis
***
Məhəbbətə böyük ehtiyac, əgər onu
yönəltmək üçün predmet tapılarsa, çox vaxt
məhəbbətin özü kimi qəbul olunur; maneələr onu
ehtirasa çevirir, vüsal isə yox edir.
V.Q.Belinski
***
Məhəbbət elə güclüdür ki, bizim özümüzü də
yenidən yaradır.
F.Dostoyevski
Ailə məhəbbəti insan nəslini artırır, dostluq
məhəbbəti onu təkmilləşdirir, qeyri-əxlaqi
məhəbbət isə – alçaldır.
F.Bekon
***
145
Nifrət böyüyü də məhv edir, məhəbbət
kiçiyi də yüksəldir.
Latın atalar sözü
***
Külək ocaq üçün nədirsə, hicran da
məhəbbət üçün odur; kiçik məhəbbəti söndürür,
böyüyü isə daha da alovlandırır.
A.Kuprin
***
O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən
yaxşıdır: mən belə deyiləm, amma sən sev və
mən çalışaram ki, özümdən yaxşı olum.
M.Prişvin
***
Mənə biganə zövqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani…
H.Cavid
Mən gözəllərdə gözəl ruh anaram,
ruhu düşkünləri çirkin sanaram.
H.Cavid
***
146
Ehtiras «Mən»imi məhv edir,
amma mən səni tapıram.
İbn Ərəbi
***
Gördüyüm gözəllik idraka sığmır.
İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası,
ürəklərin bir-birini anlamasıdır.
Bayron
***
Şərqdə məhəbbət işığı idrak işığını söndürür,
Qərbdə – əksinə.
Əbu Turxan
Heç nəyi sevməyən – özü heç nədir.
L.Feyrbax
***
147
Məhəbbətin alçaldılması nifrət hissi yaradır.
Amma nifrət onu tamamilə silə bilmədiyindən
onlar qoşa yaşayırlar.
Əbu Turxan
***
Qısqanclıq sevgi ilə bərabər yaranır, amma
onunla birgə ölmür.
F.Laroşfuko
***
Eşqin daxili hərəkətverici qüvvəsi tü-
kəndikdən sonra da, məhəbbət qatarı hələ
uzun müddət yoluna davam edir.
Bu, – məhəbbətdə ətalət prinsipidir.
Əbu Turxan
***
Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil,
onlara bütün ruh lazımdır.
A.İ.Gertsen
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə
qığılcımları onu hər dəfə yenidən alovlandırır.
Əbu Turxan
148
***
Daxili gözəllik zahiri gözəlliyə
bürünəndə daha tez üzə çıxır.
Əbu Turxan
***
Zahiri və daxili gözəllik eyni vaxda parlaya
bilməz. Əvvəlcə birincinin parıltısından
ikinci gözə görünmür, amma elə ki göründü, onda
birincini kölgədə qoyur.
Əbu Turxan
***
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı
gözləri açır.
Əbu Turxan
***
Ürək ağlı artıra bilsə də, ağıl ürəyə təsir
edə bilməz.
A.Frans
Sevmək – fəzilət, sevilmək xoşbəxtlikdir.
L.N.Tolstoy
149
***
Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü
ola bilər.
V.Q.Belinski
***
Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül
üçün də əlçatmazdır.
F.Şiller
***
Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi,
müqəddəs bir duyğu baş qaldırır.
Q.Mopassan
***
Məhəbbət – həyat yaradır.
L.N.Tolstoy.
***
Qarşılığı olmasa da, sevmək gözəldir.
O.Balzak
150
Məhəbbət ölümdən və ölüm qorxusundan
güclüdür. Həyat ancaq məhəbbət üzərində
dayanır və onunla hərəkətə gəlir.
İ.S.Turgenyev
***
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də
cələcəyi tanıyır.
O.Balzak
***
Həm sevmək, həm də müdrik olmaq qeyri-
mümkündür.
F.Bekon
***
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və
ağlı olmayanlara ağıl verir.
D.Didro
***
Sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri
görməyə mane olur.
A.Düma
151
Hörmət hissindən məhrum olan məhəbbət çox
davam edə bilməz.
A.Düma
***
Məhəbbət istəklə yaşayır və yalanla qidalanır.
A.Frans
***
Yalnız bilmədiyin şeyi dəlicəsinə sevə bilərsən.
A.Frans
***
Ayrılıq böyük məhəbbətləri daha da artırır,
yarımçıq olanları isə məhv edir.
R.N.Güntəkin
***
Eşqini ifadə etməyi bacaran muradına tez
çatar.
C.London
***
Eşq meydana girəndə ağıl oranı tərk edir.
M.Meterlinq
152
Eşq məntiqə qulaq asarsa, məhv olar.
F.Saqan
***
Böyük məhəbbətlər kiçik qığılcımlardan doğur.
A.Stendal
***
Yoxsulluq qapıdan girəndə, məhəbbət pəncərədən
qaçır.
V.Şekspir
***
Eşq namusla birləşəndə ən qiymətli
cəvahirat alınır.
L.Tolstoy
***
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o,
hər an nifrətə çevrilə bilər.
H.Toro
***
Eşqi başlamaq asan, bitirmək çətindir.
153
M.Tven
Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən
yaradılması prosesində kiçik variasiyalardan
ibarətdir.
V.Taqor
***
Sevməyən sevgili aşiqin qəlb işığını özünə
qaytaran güzgü kimidir; özü biganə olsa da,
aşiqin qəlbini daha da alovlandırır.
Əbu Turxan
***
Məhəbbət başqa insanın fəzilətindən,
kamilliyindən, xoşbəxtliyindən həzz almağa
meyldir.
Leybnis
***
Məhəbbət bütövlük yanğısı və ona
cəhd etməkdir.
Aristofan
***
154
Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin
fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq –
məhəbbətdir.
Hegel
Dərindən sevmək özünü unutmaqdır.
Russo
***
Həqiqi insani məhəbbət ancaq hisslərin
şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin
insani ləyaqətinə qarşılıqlı hörmətə
əsaslana bilər.
Belinski
***
Məhəbbət başqasının sevinc və
iztirablarını yaşamaqdır.
Əbu Turxan
***
Məhəbbət başqası ilə birgə qocalmağa hazır
olmaqdır.
A.Kamyu
***
155
Qadın qəlbinə aparan cığırların ən kəsəsi
yazıqlıqdır.
Bayron
«Məhəbbət» sözü iki fərqli məna ifadə edir:
sadəcə məhəbbət, yaxud ehtiras və – şəvqət.
S.Moem
***
Məhəbbət bir-birinə baxmaq yox, birlikdə eyni
tərəfə baxmaqdır
.
Sent – Ekzyuperi
***
Məşuq əslində güzgüdür; aşiqə öz içində
yaratdığı idealı göstərir.
Əbu Turxan
***
Məhəbbət zəriflik və gənclikdir.
İbn Sina
***
Məhəbbət qəlbin şeriyyətidir.
156
Əbu Turxan
***
Məhəbbət birdir, amma iki ürəkdə yaşayır.
Assir
Məhəbbət göz yaşı kimidir: gözdən başlayır,
ürəyə düşür.
P.Sirr
***
Sevməyi balıqdan öyrənin; o sudan çıxan kimi
ölür.
Fars atalar sözü
***
Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma
evləndikdən sonra yumun.
B.Franklin
***
Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayır.
D.Karnegi
***
157
Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə
üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə,
dalğalar qayığı aşırar. Evlilik də
qayıq kimidir.
E.Levi
Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla
əvəz etməyə çalışır.
Monten
***
Yaxşı nigahın özülü istedad və dostluqdur.
F.Nitsşe
***
Kişi evin beyni, qadın isə ürəyidir.
F.Volter
***
Sən evlənməyində ol, məhəbbət sonra gələcək.
İngilis atalar sözü
***
158
Əsl məhəbbətin nə olduğunu
yalnız analar bilir.
O.Balzak
***
Bəşəri məhəbbətdən kənarda vətən
sevgisi yoxdur.
A.Frans
Öz vətəninə mənsub olmayan bəşəriyyətə
də mənsub deyil.
V.Q.Belinski
***
Həqiqi şərəfli insan ailəni özündən,
vətəni ailədən, bəşəriyyəti vətəndən üstün
tutmalıdır.
C.Dalanber
***
Ən böyük şücaətlər vətənə məhbbətdən
yaranır.
Russo
***
159
Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz
gözəllik ürək üçün yox, ancaq göz üçündür.
Belinski
***
Qadının ləyaqət meyarı – sevdiyi kişidir.
Belinski
Həqiqi insani məhəbbət heç də hissiyatın hər
hansı şıltaqlığı və ya ürəyin kefi üzərində deyil,
insani ləyaqətlərə qarşılıqlı hörmət üzərində qərar
tuta bilər.
Belinski
***
Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük
düşməni də qısqanclıqdır.
C.Bruno
***
Nikahın qarşısına qoyduğu ideal, – cismani
yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır.
M.Qandi
***
160
Məhəbbət gənclikdə daha coşqun olsa da,
sonralar daha güclü və möhtəşəm olur.
H.Heyne
***
Heç kimi sevməyəni sevməzlər.
Demokrit
Ancaq böyük məhəbbət ailə həyatındakı
anlaşılmazlıqları aradan qaldıra bilər.
Drayzer
***
Hörmətlə tamamlanmayan məhəbbət yüksəyə
qalxa bilməz; o tək qanadlı mələk kimidir.
A.Düma
***
Hörmətin həmişə müəyyən hüdudu olur,
məhəbbətin isə hüdudu yoxdur.
M.Y.Lermontov
***
161
Hər kəs öz zövqünə görə görür.
Sührəvərdi
***
İnsan sifətini güzgüdə gördüyü kimi, öz qəlbini
də ancaq güzgüdə görə bilər. Bu zaman güzgü
başqasının parlaq qəlbidir.
Əbu Turxan
Heç vaxt həqiqi ehtirasla sevməmiş insan
həyatının yarısını , həm də gözəl yarısını
yaşamamışdır.
Stendal
***
Dostluq da məhəbbət kimi qızıl gülə bənzəyir,
gözəlliyi və məstedici qoxusundan başqa,
tikanları da vardır.
V.Q.Belinski
***
Dostluq elə münasibətdir ki, bu
zaman bir kişi başqası ilə bilavasitə yox, nə isə
162
üçüncü bir hadisəyə münasibətdə, prinsiplərdə,
fəaliyyətdə, elmdə ittifaq kimi üzə çıxır; qısası,
bu ittifaq kişinin qadına münasibəti kimi təbii
meyl olmayıb, müəyyən obyektiv məzmuna
malikdir.
Hegel
***
Dostluq iki bədəndə yaşayan bir nəfsdir.
Aristotel
Hər kəs ancaq özünü sevir. Dost da ona görə
sevilir ki, o bizim ikinci Mənimizdir.
Siseron
***
Nifrət məhəbbətə keçə bilər, dostluğa yox.
Labruyer
***
Sizi sevdiyim kimi, bir-birinizi sevin.
İncil
***
Qarşılıqlı olmayan məhəbbət var, qarşılıqlı
163
olmayan dostluq yoxdur.
Əbu Turxan
***
Zaman dostluğu möhkəmləndirir,
məhəbbəti zəiflədir.
Labruyer
***
Məhəbbətin ömrünü dostluq uzadır.
Əbu Turxan
Dostluq qanadsız məhəbbətdir.
Bayron
***
Məhəbbət və dostluq bir-birindən hasil olur.
Fransız atalar sözü
***
Dostluq eyniyyətdən, məhəbbət fərqdən
yaranır.
Əbu Turxan
***
164
Məhəbbət fərqlənən tərəflərin dostluğudur. Fərq
itdikcə məhəbbət keçir, dostluq qalır.
Əbu Turxan
***
İnsanın mənəvi varlığı yalnız gözəllik duyğusu
sayəsində bütövləşir.
Əbu Turxan
***
İnsanlar bir-biri üçündürlər.
Mark Avreli
Dostluq etməyi bacaran evlənəndə də uğurlu
evlənər; belə ki, nigah da dostluq
istedadına əsaslanır.
F.Nitsşe
***
Dostların məhəbbəti həm də müalicə edir.
Seneka
***
İnsan öz fərdiliyini nə qədər çox biruzə
verirsə, o qədər də bütün mövcudatla
birləşməyə can atır.
165
R.Taqor
***
Fəzilət sahibi olmaq istəyən adamı əvvəlcə
«şəhvət qüvvəsi», sonra «qəzəb qüvvəsi»
baxımından tədqiq etmək lazımdır.
Nəsrəddin Tusi
***
…Cismani ləzzət almaq həvəsi, kef çəkmək
ehtirası ilk fitri nöqsan olaraq insanın bədənində
özünə yer tapmışdır.
Nəsrəddin Tusi
Həqiqət və fayda doğma tellərlə ancaq
gözəllikdə birləşir.
Hegel
***
Estetik hissə malik olmadan mənəvi cəhətdən
inkişaf etmək mümkün deyil.
Hegel
***
166
Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı
kimidir. Biri hərəkətə gətirir, o
biri istiqamətləndirir.
C.X.Cübran
***
Milli ruh məqamına sədəcə sevgi qanadında
yüksəlmək mümkün deyil. Bunun üçün sevginin
ağılla birləşməsi lazımdır.
Əbu Turxan
***
Fərdi mahiyyət ailə məhəbbtində,
ictimi mahiyyət vətən sevgisində üzə çıxır.
Əbu Turxan
Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə
yüksəliş yolunda bir məqam kimi ortaya çıxır.
Əbu Turxan
***
İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və
onun yerini fərdi məhəbbət tutmuşdur.
Əbu Turxan
***
167
Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün
müstəqim mənasında məcnunluqdur.
Əbu Turxan
***
Allahı sevməyin yolu insanları və təbiəti
sevməkdən keçir.
Əbu Turxan
***
İnsan ömrü boyu instinktiv və intuitiv şəkildə ta-
mamlanmağa, bütövləşməyə, Vahidə
can atır.
Əbu Turxan
İnsanın təbiətdəki gözəlliyə meyli, məf-
tunluğu, aludəçiliyi də tamamlama hissinin, har-
moniya duyğusunun təzahürüdür.
Əbu Turxan
***
Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük
yaradana ünvanlananda onun həddi-hüdudu
olmaya bilər.
Əbu Turxan
168
***
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə
birləşməsindən doğur.
Sevginin ali mərtəbəsi – vəhdəti-vücud
məqamı!
Əbu Turxan
***
Əqllə sərinləşdirilməyən yanar məhəbbət uçub
gedəcək.
Əbu Turxan
Sanki bütün dünya sevgililərin sevincinə
şərik olur.
Əbu Turxan
***
Şəhvət məhəbbət kontekstində, məhəbbət isə
həyat kontekstində dəyərlidir.
Əbu Turxan
***
169
Daha çox bədənlə, insanın cismani enerc-
isi ilə bağlı olan diskret bir hissi-bioloji vəziyyət
müntəzəm və daimi hiss olan məhəbbət duyğusu
ilə eyni tərtibli deyil.
Əbu Turxan
***
Məhəbbət ehtirasının şövqü cismani ləzzət
hissini kölgədə qoyur.
Stendal
***
Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov,
sonra tüstü.
N.de Şamfor
Sevgisiz insan cilalanmamış almaz kimidir.
Çin atalar sözü
***
Həqiqət eşqdə nazil olsa da,
Hərf və məna libasına büründü.
Ənvar Qasimi
***
170
Ailəni dayanıqlı edən qadın ilə kişi arasında
eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu
fərqin sayəsində mümkün olur.
Əbu Turxan
***
Hərə özünün qiymətli nəyi varsa, sevəcəyi
adam üçün saxlayır.
Əbu Turxan
***
Eşqdə susmaq danışmaqdan faydalıdır.
Yapon atalar sözü
171
MÜNDƏRİCAT
Oxucular təklif və rəylərini aşağıdakı
ünvana göndərə bilərlər:
E-mail:
ssx
@azun.baku.az
abuturxan@hotmail.com
172
Dostları ilə paylaş: |