Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
İFİSEF
®
500mq, 1000mq inyeksiya məhlulu hazırlamaq ücün toz
IFICEF
®
Beynəlxalq patentləşdirilməmiş adi: Ceftriaxone
Tərkibi
İfisef 500mq
Təsiredici maddə: 500 mq seftriaksona ekvivalent miqdarda seftriaksonun natrium duzunun tozu;
İfisef 1000mq
Təsiredici maddə: 1000 mq seftriaksona ekvivalent miqdarda seftriaksonun natrium duzunun tozu.
Farmakoterapevtik qrupu
Sefalosporin qrupu antibiotiki
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Seftriakson geniş antimikrob təsir spektrinə malik olub, qrammüsbət və qrammənfi aerob və bəzi anaerob
bakteriyalara təsir göstərir. Seftriakson qrammüsbət və qrammənfi bakteriyaların betalaktamaza,
penisillinaza, sefalosporinaza fermentlərinə qarşı yüksək davamlılığa malikdir. Təcrübədə aşağıdakı
mikroorqanizmlərə qarşı yüksək həssaslıq göstərir:
Qrammənfi aeroblar:
Enterobacter aerogenes
Enterobacter cloacae
E. coli
H. influenzae (ampisillinə davamlı ştamlar da daxil olmaqla)
H. parainfluenzae
Klebsiella spp.
N. meningitidis
P. mirabilis
P. vulgaris
Morganella morganii
S. Marcescens
Ps. aeruginosa
Qrammüsbət aeroblar:
Staph. aureus
Staph. epidermidis
(Qeyd: metisillinə rezistent stafilokokklar bütün sefalosporinlərə, o cümlədən seftriaksona qarşı da davamlıdır)
Strep. pyogenes (A qrup beta-hemolitik)
Strep. agalactiae (B qrup streptokokklar)
Strep. pneumoniae
Anaeroblar:
Bacteroides spp., Clostridia (lakin
CI. difficile ştamlarının çoxu rezistentdir)
Həssaslığın yoxlanması üçün disklər
Diskin konsentrasiyası 30mkq seftriaksona bərabərdir.
Zonanın ölçüsü: Həssaslıq dərəcəsi:
18 mm və çox - mikroorqanizm yüksək dərəcədə həssasdır;
14-17 mm - məhdud dərəcədə həssasdır, yəni yüksək dozalar (gündə 4qr) tətbiq edildikdə və ya infeksiya
antibiotikin yüksək konsentrasiyası olan mayelərlə (məs. sidik) məhdudlaşırsa;
13 mm və az - mikroorqanizm rezistentdir.
Farmakokinetikası
Sorulması:
Əzələ daxilinə yeridildikdən sonra 100% sorulur. 500mq (ve ya 1000mq) seftriaksonu sağlam insanlara
yeritdikdən sonra plazmada aşağıdakı konsentrasiyalar müşahidə olunur:
30 dəq – 30 mq/l (40 mq/l)
1 saat – 41 mq/l (68 mq/l)
2 saat – 43 mq/l (76 mq/l)
4 saat – 39 mq/l (68 mq/l)
Paylanması:
Seftriakson plazma zülalları ilə qeyri-sabit birləşmələr əmələ gətirir. Əksər qrammüsbət bakteriyaların
fəaliyyətini ləngidən dozalarda beyin qabığında, irin mayesində, sinovial, prostat, plevra mayelərində təsadüf
edilir. Seftriakson həmçinin suluq və peritoneal mayeyə, sümük, əzələ, salpingeal toxumalara da nüfuz edir.
Seftriakson ana südü ilə xaric olunur. Öddə də böyük qatılıqda olur. Yarımparçalanma dövrü 6-9 saatdır.
Xaric olması:
Əsasən (40-60%) sidiklə, bir hissəsi isə (11-65%) ödlə xaric olur.
İstifadəsinə göstərişlər
Aşağı tənəffüs yollarının iltihabı:
Etiologiyası - Strep. pneumoniae və Enterococci, Staph. Aureus, H. İnfluenzae, H. parainfluenzae, Klebsiella
spp., (K. Pneumoniae daxil olmaqla
), E. coli, E. aerogenes, P. Mirabilis və
S. marcescens istisna olmaqla
digər Streptococc-lar.
Dəri və dəri strukturlarının infeksiyaları:
Etiologiyası - Staph. epidermidis, Streptococci (Enterococci-lar istisna olmaqla), E. cloacae, Klebsiella spp,
P. mirabilis və
Ps. aeruginosa.
Sidik yollarının infeksiyaları:
Etiologiyası - E. coli, P. mirabilis, P. vulgaris, M. morgani, Klebsiella spp., K. Pneumoniae, Ps. aeruginosa.
Ağırlaşmamış qonoreya - servikal / uretral / rektal:
Etiologiyası - penisillinaza istehsal edən ştammlar da daxil olmaqla N. gonorrhoeae
Çanaq üzvlərinin iltihabi xəstəlikləri:
Etiologiyası - N. gonorrhoeae
Bakterial septisemiya
Etiologiyası - S. aureus, Strep. pneumoniae, E. coli, H. influenzae və K. pneumoniae.
Sümük və oynaq infeksiyaları:
Etiologiyası - S. aureus, Strep. pneumoniae, Streptococci (Enterococci-lar istisna olmaqla), E. coli, P.
mirabilis, K. pneumoniae, Enterobacter spp.
Qarın boşluğu orqanlarının infeksiyaları:
Etiologiyası - E. coli, K. pneimoniae.
Meningit:
Etiologiyası - N. influenzae, N. meningitidis, Strep. pneumoniae, Staph. epidermidis və E. coli.
Əks göstərişlər
Sefalosporin qrupu antibiotiklərinə qarşı həssaslıq.
Qeyd:
Bu preparatı penisillinə qarşı həssaslığı olan xəstələrə ehtiyatla təyin etmək lazımdır.
Sefalosporin qrupu və ya digər geniş spektrli antibiotiklərin istifadəsi zamanı psevdomembranoz kolitin
meydana gəlmə təhlükəsi olduğu üçün, antibiotikin təsirindən diareya inkişaf edən xəstələrdə
psevdomembranoz kolitin olub-olmamasını öyrənmək lazımdır.
Geniş spektrli antibiotiklərlə müalicə bağırsaq mikroflorasını dəyişərək klostridiyaların artmasına səbəb ola
bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Siçanlar üzərində aparılan təcrübələr zamanı adi insan dozasından 20 dəfə çox miqdar yeridilsə də İfisefin
heç bir embrionotoksik, fetotoksik və ya teratogen təsiri aşkar edilməyib. Buna baxmayaraq, hamilə
qadınlarla kifayət qədər təcrübə aparılmadığı üçün yalnız vacib göstəriş olduqda istifadə etmək olar.
İstifadə qaydası və dozası
Yalnız əzələdaxili inyeksiyalar üçün!
Böyuklər üçün adi doza gündə 1 - 2 dəfə 1q və ya 2q-dır. Ümumi sutkalıq doza 4,0 q-dan çox olmamalıdır.
Seftriaksonun istifadəsi məqbul bakterioloji cavab alındıqdan və qızdırma normaya düşdükdən sonra 72 saat
davam etdirilməlidir.
Seftriaksonu 1% lidokain məhlulunda həll edib ağrı hissiyyatını maksimum azaltmaq üçün əzələ daxilinə
dərinə yeritmək lazımdır.
Qonoreyada:
250mq-lıq birdəfəlik inyeksiyalar məsləhət görülür.
Strep. pyogenes -in törətdiyi infeksiyalarda, müalicə 10 gün davam etdirilir.
Yenidoğulmuşlar və körpə uşaqlar üçün sutkalıq doza 20-80 mq/kq-dır.
Meningitdən başqa, uşaqlarda digər ağır infeksiyalar zamanı doza sutkada 50mq/kq-dır. Böyrək və ya
qaraciyər funksiyasının pozğunluğunda dozanın korreksiyasına ehtiyac yoxdur. Lakin, böyrək funksiyasının
ağır pozğunluğunda (məs.: dializ) və ya eyni zamanda böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə,
preparatın qan zərdabında miqdarına nəzarət etmək lazımdır.
Məhlulun hazırlanmasına dair göstərişlər
Əzələ daxilinə yeritmək üçün 500mq preparat 2ml, 1000mq preparat isə 3,5ml 1%-li lidokain məhlulunda həll
edilir.
Əlavə təsirləri
Ümumilikdə seftriakson ağırlaşmalar vermir. Kliniki təcrübələr zamanı seftriaksonla müalicə ilə əlaqəli olan və
ya bununla heç bir əlaqəsi olmayan aşağıdakı reaksiyalar müşahidə olunub:
1) Yerli reaksiyalar
ağrı, indurasiya, inyeksiya nahiyəsində ağrı (1%),
nadir hallarda flebit, qaşınma,
qızdırma, üşütmə (1%).
2) Hemotoloji reaksiyalar
eozinofiliya (6%), trombositoz (5,1%),
leykopeniya (2%), anemiya, neytropeniya,
limfopeniya, trombisitopeniya (1%).
3) Mədə bağırsaq traktı
diareya
(2,7%),
ürəkbulanma, qusma (1%).
4) Qaraciyər reaksiyaları AST-nin
artması (3,1%)
ALT-nin artması (3,3%)
qələvi fosfotaza göstəricisinin artması (1%).
5) Böyrək reaksiyaları
qanda
sidik
cövhəri azotu göstəricisinin artması (1,2%),
kreatinin göstəricisinin artması (1%).
6)
MSS
baş ağrısı, başgicəllənmə (1%).
7) Sidik-cinsiyyət sistemi
reaksiyaları
moniliaz (kandidoz), vaginit (1%).
Buraxılış forması
500mq-a ekvivalent seftriakson-Na tozu və 1%-li 2ml inyeksiya üçün lidokain hidroxlorid məhlulu içlik vərəqə
ilə birgə karton qutuya qoyulur;
1000mq-a ekvivalent seftriakson-Na tozu və 1%-li 4ml inyeksiya üçün lidokain hidroxlorid məhlulu içlik
vərəqə ilə birgə karton qutuya qoyulur.
Saxlanma şəraiti
Seftriaksonu steril toz halında 25ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Hazırlanmış İfisef məhlulu 25ºC temperaturda 24 saat, soyuducuda 4ºC-də 3 gün öz keyfiyyətini saxlayır.
Donmuş məhlulları otaq temperaturunda isitmək, məhlulun artıq qalmış hissəsini isə atmaq lazımdır. Təkrar
dondurmaq olmaz. Seftriakson məhlulunu digər mikrob əleyhinə vasitələrin məhlulları ilə qarışdırmaq olmaz.
Yararlılıq müddəti
2 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Həkim resepti əsasında buraxılır.
İstehsalçı
Yunik Farmasyutikal Laboratoriz
(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
– firması tərəfindən istehsal olunmuşdur.
Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com