Professor, Şeyxülislam
Hacl Allahşükür PAŞAZADӘ,
Qafqaz Müsəlmanları İdarəsinin Sədri
33
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Çox qəribədir. Dünyanın ən nüfuzlu insan ‐
larının yüksək arzularından biri dünyanın ən
mötəbər mükafatına – Nobel mükafatına layiq
görülməkdir. Bu halda Sartrın imtina qərarı,
doğrudan da, qəribədir. Bu qəribəliyin izahını
tapmaq üçün Jan Pol Sartr şəxsiyyətinə bax‐
maq, onun baxışları, yaşam məntiqi, elmi dün ‐
ya görüşü, özünə yanaşma mədəniyyəti, əqi də sinə
sadiqliyi ilə tanış olmaq lazımdır.
2005‐ci ildə bütün ədəbiyyat dünyası eyni
vaxtda fransız yazıçısı və filosofu Jan Pol Sartrın
iki ildönümünü qeyd etdi: anadan olmasının
100 illiyi və ölümünün 25 illiyi.
Filosof, yazıçı və ictimai xadim kimi Sartr
müasir Qərb mədəniyyətinə böyük təsir gös ‐
tərmişdir və göstərməkdədir. Sağlığında ateist
ekzistensialistin yaradıcısına olduqca müxtəlif
baxışlardan yanaşılırdı. Düşmənləri onu «ya ‐
lançı peyğəmbər» ekzistensializmini «ruhun xəs ‐
təliyi» adlandırır, hesab edirdilər ki, yazıçı
«ədə biyyatın qəbir qazanıdır», «Fransanı ləkə ‐
ləyir və gəncliyi pozur», onun maşınka sını «gore şən»
kimi qiymətləndirirdilər. Jurnalist Per Brisson
deyirdi: «Sartrın ruhunu xilas etmək üçün onu
Parisin Müqəddəs Ana kilsəsinin girəcəyində
yandırmaq lazımdır. Fransa Әlcə zairdə müs ‐
təmləkəçilik mühari bəsi apardıqda (1956 – 1962‐ci
illər) Sartr Әlcə zair Milli Azadlıq Cəbhəsi tərəf ‐
dən çıxış etmişdi. O vaxt Parisdə millətçi nü ‐
ma yiş keçi ril mişdi: tələb Sartrı güllələmək idi.
Gizli hərbi təşkilat iki dəfə onun mənzilini
partlatmışdır.
Amma başqaları Sartrda «zəmanəmizin Vik‐
tor Hüqosunu görürdü». Müasir fransız filosofu
Bernar Anri Levinin «Sartr əsri» adlı iri həcmli
kitabı Sartrın şəxsiyyətinə və yara dıcılığına
bugünkü münasibətin bariz nümunəsidir. Onun
fikrincə, necə ki, XVIII əsr Volter əsri olmuşdu,
XX əsr də Sartr əsridir. Levinin təsəvvüründə
Sartr «dahi Avropa filosofla
rı
nın sonun‐
cusudur», «sonuncu humanistdir», total yazıçı
nümunəsidir, mütləq intellektual fiqurdur ki,
indi bizim zəmanəmizdə çatışmır.
Qeyd etmək lazımdır ki, Sartr özü ciddi
cəhdlə qeyd edir ki, o hər şeydən əvvəl, yazı ‐
çıdır və yalnız sonra filosof, publisist, siyasət ‐
çidir. O hesab edir ki, fəlsəfədən fərqli olaraq
ədəbiyyat «daha mütləq xarakterə malikdir».
Sartrın fikrincə, Servantesin «Don Kixot»u və
Hüqonun «Rədd edilmişlər»i «mütləqdirlər»,
fəlsəfi sistemlər isə tarixi inkişafın gedişində
təhriflərə və dəyişmələrə məruz qalır.
Sartrın düşüncəsində ədəbiyyatın mənası
və məqsədi dərindir, məzmunludur. O yazırdı:
«Mən ədəbiyyata azadlığın bir forması kimi
baxıram. Әdəbiyyatın vəzifəsi digərlərinə
dünyanın həqiqətlərini açmaqdır». Hə a o, «dün ‐
yanı ədəbiyyatla xilas etməyi» də bəyan edirdi.
Dünya haqqında Sartr «həqiqəti» onun
aşa ğıda sadaladığımız geniş bədii yaradıcılı ‐
ğında açılır: «Öyümə» «romanı (1938), «Novel ‐
lalar toplusu», «Divar» (1939), «Azadlığa
gedən yollar» tetralogiyası (1943–1949), «Milçəklər»
(1943), «Bağlı qapı arxasında» (1944), «Çirkli
əllər» (1948), «Şeytan və Allah» (1951), «Alton
rahibi» (1959) və digər pyesləri, avtobioqrafik
kitab olan «Sözlər» «(1964), «Flober haqqında»
böyük əsər (2300 səhifə) «Eybəcərlərsiz olmur»
(1971–1972). Bu «həqiqəti» Sartrın fəlsəfəsinə
müraciət etmədən başa düşmək olmur. O özü ‐
nün əsas fəlsəfi əsəri olan «Varlıq və heç nə».
Fenomenoloji ontologiyanın təcrübəsi» (1943)
əsərində ateist ekzistensializm doktri nasını
işləmişdir. Onun kütləvi dildə təsvirini filosof
34
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Nobel mükafatından imtina etmiş dünya şöhrətli fransız
yazıçısı, filosof publisisti və ictimai xadimi
«Ekzistensializm – humanizimdir» (1946) müha ‐
zirələrində verilmişdi.
Sartr özünün ekzistensializmin ateist versi ‐
yasını azadlıq və humanizim fəlsəfəsi kimi
təqdim edirdi. Sartr deyirdi: «Mən allahsız yaşa ‐
yıram, bununla fəxr edirəm».
Sartr Nobel mükafatından imtina etməsi ‐
nin səbəblərini belə izah etmişdir:
«Mən çox təəssüf edirəm ki, iş qalmaqal
formasını aldı, mükafat verilir, amma ondan
imtina olunur.
Bunun səbəbi – məni əvvəlcədən məlu mat ‐
landırmadılar ki, nə hazırlanır. Mən oktyabrın
15‐də «Fiqaro li erer»də onun Stokholmdakı
müxbirinin belə bir məlumatını oxuduqda ki,
İsveç Akademiyası mənim namizədliyimi
müdafiə etməyə meyillidir, amma hələ son
qərar qəbul olunmayıb, mən Akademiyaya
məktub yazdım və səhəri gün onu göndərdim
və hesab etdim ki, beləliklə, mən vəziyyəti
düzəldə bilərəm, bir də məsələyə heç vaxt
qayıdılmasın.
Mən o vaxt hələ bilmirdim ki, Nobel müka ‐
fatı gələcək laureatın fikirindən asılı olma‐
yaraq verilir və düşünürdüm ki, hələ ona mane
olmaq mümkündür. Amma əla bilirdim ki,
İsveç Akademiyası seçim etdikdən sonra bu
seçim dən imtina edə bilməz. Akademiyaya
gön dər diyim məktubda izah etdiyim kimi
müka fat dan imtina etməmin səbəbləri nə İsveç
Akademi yasına, nə də Nobel mükafatının özünə
aid deyil. Bu məktubda mən iki növ səbəb
göstərdim: şəxsi və ictimai.
Şəxsi səbəblər:
Mənim imtinam heç də düşünülməmiş
hərə
kət deyildi, çünki mən həmişə rəsmi
fərqlənmə nişanlarından imtina etmişəm.
1945‐ci ildə İkinci Dünya müharibəsindən
sonra mənə Fəxri legion ordeni təklif edil ‐
dikdə mən ondan imtina etdim, baxmayaraq
ki, hökumətdə dostlarım da var idi. Mən heç
vaxt, bəzi dostların təklif etdiyi kimi, Kollec de
Fransa daxil olmaq istəməmişdim.
Bu mövqeyin əsasında mənim yazıçı
mövqeyim durur. Siyasi, sosial və ya mədəni
sahədə müəyyən mövqedə olan yazıçı yalnız
o vasitələrin köməyi ilə hərəkət etməlidir ki,
bu yalnız onun özünə məxsusdur.
Bütün mümkün olan fərqləndirici nişanlar
onun oxucularını təzyiq altına salır ki, mən
bunu arzuolunmaz hesab edirəm. «Jan Pol
Sartr» və ya «Nobel mükafatı laureatı Jan Pol
Sartr» imzaları arasında fərq var.
Belə fərqlə razılaşan yazıçı bununla onu
qeyd edən assosiasiyanı və ya institutu əlaqə ‐
ləndirir. Mənim Venesuela partizanlarına rəğbə ‐
tim yalnız mənə aiddir. Lakin əgər «Nobel
mükafatı laureatı Jan Pol Sartr» Venesuela
müqavimətinin müdafiəsinə qalxırsa, onda o
bununla da Nobel institutunun özünü də bu
işə cəlb edir.
Yazıçı özünün instituta çevrilməsinə imkan
verməməlidir, hə a bu halda olduğu kimi ən
mötəbər forma olsa belə.
Aydındır ki, bu mənim olduqca şəxsi
mövqeyimdir və bu mövqedə artıq bu müka ‐
fata layiq görülənlərin tənqidi yoxdur. Mən
tanımaq şərəfinə layiq olduğum bir çox laure‐
atlara dərin hörmət edirəm və onlara heyranam.
Obyektiv səbəblər:
Hazırda mədəni cəbhədə bir mümkün
mübarizə forması iki mədəniyyətin – Şərq və
Qərb mədəniyyətlərinin sülh şəraitində mövcud ‐
luğu uğrunda mübarizədir. Bununla mən demək
istəmirəm ki, qardaşlaşmış mədəniyyətlər
35
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
lazımdır. Mən gözəl başa düşürəm ki, bu iki
mədəniyyətin müqayisəsinin özü qaçılmaz
olaraq münaqişə formasını almalıdır. Amma
bu müqayisə fərqli insanlar və mədəniyyətlər
ara sında, institutlar müdaxilə etmədən baş
ver məlidir.
Mən şəxsən bu iki mədəniyyət arasında
əks likləri dərindən hiss edirəm: mən özüm bu
əksliklərin məhsuluyam. Mənim rəğbətim qaçıl ‐
maz olaraq sosializmə və «şərq bloku» adlanan
tərəfə meyillidir, amma mən burjua ailəsində
doğulmuşam və tərbiyə almışam. Bu mənə
icazə verir ki, iki mədəniyyətin yaxınlaşmasını
istəyən hər kəslə əməkdaşlıq edim. Lakin mən
inanıram ki, təbiidir ki, «yaxşı qalib gələcək»,
başqa sözlə, sosializm.
Odur ki, mən nə Şərq, nə də Qərb ali mədə ‐
niyyət instansiyalarından heç bir təltifi qəbul
etmək istəmirəm, baxmayaraq ki, əla başa
düşürəm ki, onlar mövcuddur. Mənim bütün
rəğbətim sosializm tərəf dədir, mən eyni dərə ‐
cədə Lenin mükafatını da qəbul edə bilməz ‐
dim, əgər birdən mənə onu təklif etsəydilər.
Mən yaxşı anlayıram ki, özü‐özlüyündə Nobel
mükafatı Qərb blokunun ədəbiyyat mükafatı
deyil, amma onu belə etdilər və bu səbəbdən
də İsveç Akademiyasının nəzarətindən çıxan
hadisələr mümkün oldu.
Bu səbəbdən indiki vəziyyətdə Nobel müka ‐
fatı Qərb yazıçıları və ya Şərqdən olan «qi ‐
yamçılar» üçün verilən mükafatdır. Məsələn,
Cənubi Amerikanın ən dahi şairlərindən biri
Neruda təltif olunmamışdır. Heç vaxt Araqo‐
nun namizədliyi ciddi müzakirə olunma mış ‐
dı, baxmayaraq ki, o, tamamilə bu mükafata
layiqdir. Belə bir fakt təəssüf doğurur ki,
Nobel mükafatı Pasternaka verilib, Şoloxova
yox. Həm də nəyə görəsə xaricdə çap olunan
və SSRİ‐də yasaqlanan yeganə Sovet kitabını
Nobelə layiq görüblər. Anoloji jest ilə tarazlığı
bərpa etmək olardı, amma əks mənada. Әlcə ‐
zair müharibəsində mən və başqaları «121‐ci nin
Manifesti»ni imzalayanda mən bu mükafatı
böyük məmnuniyyətlə alardım, çünki bununla
təkcə mən qeyd olunmazdım, bizim mübarizə
apardığımız azadlıq işi dəyər ləndirilmiş olardı.
Amma bu baş ver mədi və mükafat müharibə
qurtardıqdan sonra mənə verildi.
Azadlıq və pul:
İsveç Akademiyasının əsaslandırmasında
azadlıq haqqında deyilir: bu sözün çox izahları
mövcuddur. Mənə gəldikdə mən azadlığı
daha konkret planda başa düşürəm: mənə
görə bu, bir cütdən artıq çəkmə sahibi olmaq
və sırf iştahı çəkən şeyləri yeməkdir. Mənə elə
gəlir ki, mükafatdan imtina onu almaqdan
daha az təhlükəlidir. Әgər mən onu qəbul
etsəydim, bu o demək olardı ki, mən ona «itki ‐
lərin obyektiv əvəzi» deyərdim. Mən «Fiqaro
li erer»də oxudum ki, «mənim müba hisəli siyasi
keçmişim mənə günah sayıl maya caq». Mən
bilirəm ki, bu məqalə Akade mi yanın fikri deyil,
amma o aydın göstərir ki, mənim razılığım
bəzi sağ dairələrdə hansı məqsəd lərlə yozula‐
caq. Mən hesab edirəm ki, bu «mübahisəli siyasi
keçmiş» hələ də qüvvə sində qalır, baxmaya ‐
raq ki, mən öz yoldaşları mın arasında keç mişdə
etdiyim bəzi səhvləri etiraf etməyə hazı ram.
Mən bununla demək istəmirəm ki, Nobel
mükafatı «burjuaziya mükafatıdır». Amma
mənə yaxşı məlum olan burjuaziya dairələri
mütləq belə burjuaziya şərhi verə bilərdilər.
Nəhayət, mən gəlirəm pul məsələsinə:
İsveç Akademiyası ümumi şərəfə külli miq‐
darda pulu birləşdirməklə laureatın çiyinlərinə
ağır yük qoyur. Bu problem mənə əziyyət
verirdi. Və ya mükafatı qəbul etmək və alınan
məbləği fəaliyyətləri əhəmiyyətli sayılan hərə ‐
katların və təşkilatların müdafiəsinə isti fadə
etmək.
Şəxsən mən aparteidə qarşı London müba ‐
rizə komitəsi haqqında düşündüm. Və ya
ümumi prinsiplərlə əlaqədar olaraq ondan
imtina etmək və bu hərəkatı ehtiyacı olan müda ‐
fiədən məhrum etmək.
36
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Amma mən düşünürəm ki, bu, yalançı
alter nativlərdir. Mənə aydındır ki, 250 min
krondan imtina edirəm, çünki istəmirəm ki, nə
Şərq, nə də Qərb blokuna rəsmi bağlanmış
olum. Bununla belə məndən tələb etmək olmaz
ki, təkcə mənim, şəxsi yox, həm də yoldaşla ‐
rımın hamısının razılaşdığı prinsipimdən 250
min krona görə imtina edim.
Bütün bunlar həm mükafatın verilməsini,
həm də onu imtina ilə qarşılamaq məcburiy ‐
yətimi mənim üçün əzablı etdi.
Mən bu bəyanatımı İsveç cəmiyyətinə öz
rəğbətimi ifadə etməklə bitirirəm».
Jan Pol Sartrın bütün həyatı şəxsi zəifliyini,
başqasının sarsaqlığını, dünyanın təsirini aradan
qaldırmaqda keçmişdir. O vəfat etdikdə 50
min adam onun cənazəsinin arxasınca getmişdi,
amma hələ də onun kitablarının arxasınca mil ‐
yonlarla adam gedir. «Le‐Monde» qəzetinin
nekroloqunda yazılmışdı: «XX əsrin heç bir
fransız intellektualı, heç bir Nobel mükafatçısı
Sartr qədər ictimai fikrə bu qədər dərin,
uzunmüddətli və hərtərəfli təsir etməmişdir».
Belə deyilir ki, kiməsə anadangəlmə dün ‐
yanı idarə etmək qismət olur, kimsə bu haqqı
özü qazanır.
O, 1905‐ci il iyunun 21‐də Parisdə doğul ‐
muş, təminatlı və yaxşı ailədə – dəniz zabiti
Jan‐Batist Sartr və onun həyat yoldaşı Ann‐
Mari Şveyserin ailəsində birinci və tək övlad
olmuşdu. Ann‐Mari Elzasda anadan olmuşdu:
o, məşhur alim ailəsindən idi, bu ailənin zəngin
intellektual ənənəsi var idi. Məşhur filosof,
həkim, musiqiçi, gələcəkdə Nobel mükafatı
laureatı olan Albert Şveyser onun əmisi oğlu
idi.
Uşaq cəmi 15 aylıq olduqda atası tropik
qızdırmadan ölür.
Pol ümumi pərəstişə keçən ümumi sevgi
atmosferində böyümüşdü. Gənc ana üçün o,
həqiqi uşaqdan çox, güman ki, oyuncaq idi,
hə a oğlunun çarpayısını öz otağında qoy ‐
muşdu (praktiki olaraq o, yeniyetmə olanda
da belə idi). Oğlan da ona eynilə həqiqi sevgi
ilə cavab verirdi.
Sonralar Sartr ailəni günahlandırırdı ki,
onlar onun həyatını şikəst ediblər: onlar onu
təkcə ailədə bir uşaq kimi qoymayıblar, həm
də onu ərköyün böyütməklə Sartr üçün iltifatlı
olmayan həyata həyat immunitetindən məhrum
ediblər. Lakin əksər tədqiqatçılar hesab edirlər
ki, gənc Jan Pola ən böyük zədəni ailəsi yox,
təbiət vurub. Jan Pol Sartr kiçik, cılız, gözəl ol‐
mayan sifətə və seyrək saçlara malik idi, bu ‐
nunla yanaşı bir gözü, demək olar ki, kor və
ikinci gözü də çəp idi. Onun bütün sonrakı
həyatı bütün dünyaya intellektinin cismindən
çox yüksəkdə olduğunu sübut etməyə cəhd
idi.
Qeyd edək ki, Fransanın keçmiş prezidenti
Şarl de Qoll Sartra çox böyük dəyər vermişdi.
Belə ki, Fransanın Әlcəzairi işğal etdiyi vaxt‐
larda Sartr küçələrdə Fransanın bu hüquqsuz
addımını qınayan yazılar paylayırdı. Buna
görə Fransanın dövlət başçısı Şarl de Qolla
Sartrın «qulağının çəkilməsi» üçün təzyiqlər
edilirdi. Şarl de Qoll isə haqqında tən qid lər
yağdırılan və düşüncələrini qəbul etmə diyi Sartrın
arxasında duraraq çox mənalı və lakonik bir
ifadə işlətmişdi: «Sartra toxunma la rına icazə
vermərəm! Çünki Sartr Fransa deməkdir!!!»
Doğrudan da, Sartr XX əsrin ən böyük
şəxsiyyətlərindəndir. Onun şəxsiyyətinin mahiy ‐
yətini açan ən gözəl sənəd 1974‐cü ildə həyat
yoldaşı ilə sual‐cavabın mətnidir. Onu da
qeyd edək ki, Sartrın həyat yoldaşı Simona de
Bovuar da yüksək intellekt sahibi, nüfuzlu
şəxsiyyət idi.
Jurnalın növbəti nömrəsində Sartrın həyat
yoldaşı ilə dialoqunun mətni veriləcəkdir.
V.M.ABBASOV,
AMEA‐nın müxbir üzvü,
k.e.d., professor
37
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Son illər elmdə fənlərarası tədqiqatlar
aktual lıq kəsb etməyə başlamışdır. «Kəşflər
elmlərin kəsişməsində baş verir» ifadəsi artıq
adiləşib. ( 1,2,3) Hə a demək olar ki, bu cür
tədqiqatlar trendə (təmayülə) çevrilərək vacib
yanaşma statusu qazanır. Lakin bu hələ o
demək deyildir ki, onlar ciddi fəlsəfi tədqi ‐
qat ların mövzusu olub. Təbii ki, fənlərarası
araşdırmaların aktuallığı daha çox funda‐
mental elmlərdə dərk olunur. Bununla əlaqə ‐
dar qeyd edək ki, fənlərarası qarşılıqlı əlaqə lə rin
elmi tədqiqi bu məqalənin mövzusunda olan
fəlsəfi dərkdən fərqlənir.
Fikrimizcə, filosoflar ictimai elmlərin əvvəlki
bölgüsü çərçivəsində təhlil oluna bilməyən və
müxtəlif sahələrə aid informasiyadan getdikcə
daha çox istifadə etməli olurlar (10). Bundan
əlavə, fəlsəfə, sosiologiya, biologiya və yəqin ki,
bütün fundamental elmlər arasında əlaqələrin
dərk edilməsinə zərurət duyulur. Beləliklə,
bir tərəfdən, fənlərarası problemləri anlama
fəlsə fəsi, onların keyfiy yəti və dərinliyi müəyyən
anlayış, məzmun, məna, obraz, məntiq və kom ‐
munikasiyaların olmasını tələb edir. Digər
tərəfdən isə elmin özünün onlara tələbatı
var.
Fəlsəfə fənlərarası tədqiqat dili ola bilər.
Lakin bunun üçün onun özü keçmişini,
özünü yeni bir tərzdə dərk etməlidir ki, özü ‐
nün indiki və gələcək təmayüllərini qabaqca ‐
dan sezə bilsin. Әlbə ə, müasir şəraitdə fən lər arası
tədqiqatlar probleminin fəlsəfi dərki, ilk növ ‐
bədə, bu problemin təşəkkülü tarixini onun
başqa elmlərin inkişafı ilə qarşı lıqlı əlaqələri
kontekstində təhlil etməyi nəzərdə tutur.
Fəndən fənlərarası qarşılıqlı
əlaqələrə doğru
İndi aydın olur ki, fənlərarası tədqiqatların
aparılması vacibdir, fəqət fənlərarası tədqi ‐
qatlar fəlsəfəsinin əhəmiyyətini dərk etmək,
fəlsəfənin müstəqil elmlərin inkişafını inkar
etmədiyini, əksinə müxtəlif elmlərin inkişafını
dəstəklədiyini anlamaq deməkdir. Bir tərəfdən
fənlərarası tədqiqatlarla əlaqədar qeyri‐klassik
yanaşmalar, digər tərəfdən isə müxtəlif fənlərə
ayrılan klassik elm bir‐biri ilə sıx bağlıdır.
Lakin bu zaman müəyyən etmək lazımdır ki,
fənlərarası tədqiqatlar fundamental və ictimai
elmlərdə, bu və ya digər konkret tədqiqatın
müxtəlif mərhələlərində necə olmalıdır. Nəzərə
alınmalıdır ki, hər bir konkret biofizik və ya
biokimyaçı özlərinin fənlərarası sahəsi ilə
məşğul ola bilər, fəqət müxtəlif səbəblərdən öz
obyekti ilə klassik fizika və ya kimya arasındakı
əlaqələri heç görməyə də bilər və s.
Lakin filosof bu əlaqələri görməlidir, çünki
fəlsəfənin xüsusiyyəti, onun fəlsəfənin inkişaf
tarixi ilə bağlılığı, metodologiya və episte‐
mologiyaya diqqəti ona həmin əlaqələri dərk
etməyə imkan verir. Xatırladaq ki, Orta əsrlər
fəlsəfəsində bir çox şeylər ilahiyyat və fəlsə ‐
fə nin qarşılıqlı əlaqələrindən asılı idi, Foma
Akvinat isə israr edirdi ki, «fəlsəfə – ilahiy ‐
yatın qulluqçusudur». Orta əsrlər deizmini də,
fəlsəfə və dinin ayrılmasını (müsəlman ənə ‐
nəsində əl‐Qəzzali və İbn Rüşd arasında müba ‐
hisə) yada salaq. Bu misallar bizə hələ Orta
əsrlər və İntibah dövründə iki ənənənin –
ilahiyyat və fəlsəfə, ilahiyyat, astronomiya və
fizika ( C.Bruno, Qaliley) arasında fənlərarası
əlaqələrin təşəkkülünü, həmçinin fəlsəfə və
elmlərin aşkar tabeliliyi və ikinci dərəcə lili ‐
yini, yəni elmlərin bölgüsündə iyerarxi yanın
mövcudluğunu təsəvvür etməyə imkan verir.
Fənni bölgü və elm bir‐birinin eyni olan
anla yışlar deyil. Elm fənn bölgüsündən əvvəl
yaranıb. Hər şeyi – fizikanı da, metafizikanı
da ehtiva edən Platon və Aristotel dövrü fəlsə ‐
fəsini xatırlayaq. Bununla belə, etiraf da etmək
olar ki, klassik elmdə həyata keçmiş nəzəri
bilik, buna baxmayaraq, xüsusi fənni bilik
formasında təşəkkül tapıb. Ona görə də elm
və fənn anlayışları çox vaxt fərqləndi rilmirdi
38
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Fənlərarası tədqiqatlar: problemi
dərketmə fəlsəfəsinə dair
və indiyə qədər fərqləndirilmir. Təbii ki, hər
bir fənnin bəzi mühüm komponentləri əmələ
gəlmişdir, yəni müəyyən bir konkret sahə ilə
məşğul olan alimlərin korporativ birliyi yara‐
naraq, onların keçmişdə bu sahə ilə məşğul
olanların fəaliyyətləri nəticəsində meydana
gələn biliklərə xüsusi diqqətləri yönəlmişdir.
Bu həmçinin onların tədqiqatla rının əhəmiy ‐
yət meyarları və dəyərini, eyni zamanda həmin
sahəni qoruyub saxlamaq və inkişaf etdirmək
məqsədilə gələcək üçün kadr hazır lığı mexa ‐
nizm lərini ehtiva edir. Bu proseslərə hakimiy ‐
yət orqanları, digər fənlə rin nümayən dələri ilə
münasibətlər, əlaqələr, onların arasında iyer‐
arxiya da müəyyən təsir göstərir. Belə ki, filo ‐
sof lar hələ indiyə qədər xatırla yırlar ki, bir
za manlar fəlsəfə elmlərin kraliçası idi, son‐
radan bu adı ilahiyyat, yeni dövrdə isə fizika,
sosiologiya, iqtisadiyyat və s. ələ keçirib.
Elmi fənlərin diferensiasiyası (fərqləndiril ‐
məsi) prosesi ayrılmaz surətdə XIX əsr ilə
bağlıdır, hərçənd fizikada onun bəzi tərəfləri
hələ XVII əsrdə, kimyada isə XVIII əsrdə yara ‐
nıb. Məhz o zaman müxtəlif elmlərin obyekt ‐
lərinin arasında fərqləri, fərqli reallıq növləri
haq qında anlayışlar meydana çıxmışdır. Müx ‐
təlif anlayışlar barəsində İ.Kantın yazıları var,
diferensiasiya ideyasını isə şəxsən O.Kont təd ‐
qiq etmişdir. Fənni bölgü, müxtəlif təsnifatl ar o
dövrdə elmin sürətli inkişafını təmin etmiş ‐
dir. Hazırda isə hər kəs fənlərarası tədqi qatla ‐
rın zəruriliyində israr edir. Bu zaman sual
yaranır ki, əvvəllər olduğu kimi, fənn yeni
bilik meydana gətirirmi? Bu, əlbə ə ki, insti‐
tutdur, onun çərçivəsində kadrlar hazır lanır.
O, büdcənin maliyyələşdirmə və bölüş
‐
dürülməsi şərtidir, onun hüdudlarında alim lər
və bürokratiyanın arasında əlaqələr təşəkkül
tapıb. Amma etiraf etməliyik ki, həqiqət, yeni
biliklərin kəşfi bu gün fənni fərqlər olmadan
baş verə bilməz, lakin özlüyündə onlar yeni
biliyin yaranmasını təmin etməyə qadir deyil.
Vaxtilə fənni bilik əvvəlki qeyri‐elmi biliyə
xor baxdığı kimi, indi də onun özü qeyri‐
kafi, yeni biliyin özü yox, yalnız onun şərti,
resursu olur.
Fənlərarası qarşılıqlı əlaqələrin növləri
Hazırda biz fənlərarası qarşılıqlı əlaqələrin
üç növünü göstərə bilərik. Birincisi, biologiya
və fizika, fəlsəfə və sosial kommunikasiya
nəzəriyyəsi, sosial linqvistika və s. fənlərarası
qarşılıqlı əlaqələr. Bu cür qarşılıqlı əlaqələr
çərçivəsində bir‐biri ilə təsirdə olan fənlərin
predmet (obyekt), metod və nəticələrinin fərqini
nəzərdə tutan sərhədlərinin dəqiqliyi qorunub
saxlanılır. İkincisi, fənlər arasında dəqiq sər ‐
hədlərin olmadığı fənlərarası sistemlərin yara ‐
dılması. Coğrafiya, iqtisadiyyat, beynəlxalq
əlaqələr, kulturologiya, siyasi elmlər, misal
üçün, vahid ölkəşünaslıq sistemində birləşir,
yaxud bir çox fənlərin kəsişməsində yaranmış
proqnozlaşdırma nəzəriyyəsi. Bu fənlər qarşı ‐
lıqlı təsirdə olaraq, bir‐birini tamamlayaraq
bu və ya digər ölkənin, regionun real lığını və
ya dünyanın yaxın gələcəyinin bütöv, tam
mən zərəsini yaradır. Burada ayrı‐ayrı elmlər
fənlərarası tədqiqat üçün resurs bazası yara ‐
dır. Üçüncüsü, elmin fənlərarası sistem lərində
ayrı‐ayrı elmlərdə istifadə edilə bilən univer‐
sal metodologiya (məsələn, marksizm və
A.Toynbinin nəzəriyyəsi kimi) təklif edilən,
əsaslandırılan zaman mövcud fənlərarası qarşı ‐
lıqlı əlaqələr, elmdə heç bir sərhəddi nəzərə al‐
mayan sistemlər nəzəriyyəsi və informasiya
nəzəriyyəsi, məhz bu cürdür.
Bizə görə, fənlərarası tədqiqatların mütə ‐
şəkkil şəkildə həyata keçirilməsi çətindir. Bun ‐
ların tətbiqi üçün üç şərtin yerinə yetirilməsi
vacibdir. Birincisi, metodoloji, yəni fənlərarası
tədqiqatlarda obyekti görmək və təsvir etmək.
Burada bir sual ortaya çıxır; hansı fənnin alimi
bunu görüb təsvir edəcəkdir? İkincisi, təşki ‐
lati, buraya, eyni zamanda maliyyə də daxil ‐
dir. Üçüncüsü, informasiya, yəni nəticələrin
qarşılıqlı olaraq fənlər arasında bölüşdürül ‐
məsini təmin etmək.
Dostları ilə paylaş: |