Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
#16935
1   2   3   4   5   6   7   8   9   ...   12

39

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Fənlərarası tədqiqatda qeyri‐formal 

məntiq haqqında

Fənlərarası tədqiqatlar bizi belə bir vəziy ‐

yətlə rastlaşdırır: bizim  adi,  doğru, yeni hesab

etdiklərimizin heç də yeni olmadığı, çox vaxt

isə yanlış olduğu meydana çıxır. Bu vəziyyətə

fənni araşdırmalarda  nadir hallarda rast gəli ‐

nir. Fikrimizcə, fənlərarası araşdır 

maların


inkişafı bizi  belə bir şeylə üzləşdirir: sanki qeyri‐

formal məntiqin paraziddiy yət sizlik (yunanca

pará «yanında», «yanından», «kənarda, xaricdə,

xaricində, kənar, xaric» deməkdir)  prinsipi

formal məntiqin fundamental prinsipi  olan

ziddiyyət qanununa  üstün gəlir. Amma əslində,

bu heç də belə deyil. Hələ Aristotel «Meqara

getmək və getmə məyin» eyni zamanda müm ‐

kün olduğu  haqda düşünərkən, yazırdı ki,

bunlar bir‐birinin əksi olsa da, elə bir sahə var

ki, həm bu, həm də o birisi   eyni zamanda «möv ‐

cud dur». Və orada ziddiyyət prinsipi işlə mir.

O, «Metafizika»da  yazırdı  ki, həqiqətən, po ‐

ten siyada (mümkün lükdə)  eyni bir şey bir ‐

likdə (hər iki) ziddiy yətli şəkildə ola bilər,

lakin gerçəklikdə – yox. Aristotel qeyd etməyi

lazım bilirdi ki, zid diyyət prinsipini məhdud ‐

laşdır maq lazım dır. O, hesab edirdi ki,  vaxt

gələcək bu prinsipin etik təyinatı və ədalət

sərhəd lərinin müəy yən olunmasında bunu

anlayacaq insan tapıla caq dır. 

Eyni vaxtda həm yalan danışmaq, həm də

düzünü demək mümkün deyil, ancaq bunu

eyni bir zamanda arzulamaq olar. Və burada

bu və ya digər imkanı seçməkdə insan azaddır.

Lakin bütün potensialın reallaşdı rılması – bu,

artıq başqa fizikadır,  onun deyil, qeyri‐Aris‐

totel  fizikasıdır (4). XX əsrin əvvəllərində for‐

mal və çoxmənalı məntiq arasında əlaqələrin

dərkinə çoxları – ilk dəfə olaraq çoxmənalı

məntiq  ideyasını əsaslandırmış Polşa məntiqçisi

Y.Lukaseviçdən tutmuş lap qeyri‐səlis mənti ‐

qin yaradıcısı  Lütfi Zadəyə qədər – müraciət

edirdi. Bu məntiqin tarixi barəsində çoxları

yazıb, misal üçün, təkcə  rus dilində yazılmış

əsərlərdən İşmuratov A.T., Karpenko A.S.,

Popov V.M. və bir çox başqalarının işlərini

xatır lamağa  dəyər.  Fəqət burada başlıcası ondan

ibarətdir ki, fənlərarası tədqiqatlar aristotelçi

formal məntiqini nə inkar, nə də ləğv edir,

əksinə, onu genişləndirir. Klassik məntiqi

geniş ləndirərək çoxmənalı məntiq yalnız fən ‐

lər arası axtarışlara, müxtəlif elm nümayən ‐

dələri mövqelərinin toqquşmasına, eyni zamanda

onların araşdırmalarda iştirakı və dialo quna

imkan yaradır. Bunun üçün əhəmiyyətli olan

odur ki, bir məntiqi sistem daxilində klassik

məntiqi  saxlamaq və eyni zamanda onda zid ‐

diyyətin təsirini məhdud laş dırmaq mümkündür. 

Fəlsəfə və tarix: fənlərarası 

tədqiqat təcrübəsi

Fəlsəfə və tarix böyük fənlərarası qarşılıqlı

əlaqələr təcrübəsinə malikdir. Belə ki məsələn,

Fukydid irsinə malik olmağa həm fəlsəfə, həm

tarix, həm  də siyasi elm iddia edə bilər. Eynilə

N.Makiavelli ilə bağlı vəziyyət bu  cürdür  və

bu sıranı davam  etdirmək olar (9). Fəlsəfəni,

hə a təfəkkür haqqında fikir tarixi kimi müəyyən

etmək olar, hərçənd R.Rorti bu  fikirlə razı

olmazdı. Bu qarşılıqlı əlaqələrin  bir neçə for ‐

ması var: fəlsəfə tarixi, tarixin fəlsəfəsi, nəzəri

tarix və s. Әgər bu problemə məqalə mizin

kontekstində yanaşsaq, onda, fikri mizcə, iki

fundamental yanaşmanı göstərmək olar: keç ‐

mişdə fənlərarası qarşılıqlı əlaqələrin necə

olduğunun  təhlilini fəlsəfənin ehtiva etdi yinə

əsaslanan tarixi‐fəlsəfi və sözün həqiqi məna ‐

sında, fəlsəfi yanaşmanın özü. Әlbə ə ki, gələ ‐

cəkdə  başqa bir tədqiqatda onları  inkişaf

etdi rəcəyimizi nəzərdə tutaraq məqalədə biz

bu böyük problemin yalnız ümumi  cizgilərini

göstərəcəyik.

Tarixi‐fəlsəfi yanaşma Platon və Aristotelin

irsinə müraciət etməyi nəzərdə tutur, hərçənd

bu, əlbə ə, F.Bekon, R.Dekart  və ya məsələn,

onların «Təbiətin dialektikası» və s. əsərlərini

xatırlayaraq,  K.Marks və F.Engels fəlsəfəsinin

fənlərarası qarşılıqlı əlaqəsi kontekstində nəzər ‐

dən keçirilə bilər. Әlbə ə ki, müxtəlif bilik

növlərinə öz sahəsini göstərərək, elmlərin Pla‐

ton və Aristotel  təsnifatı, mahiyyət etibarilə,

onlar arasındakı fərqləri  hələlik görə bilmir.



40

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Fizika və metafizika, fəlsəfə və ruh haqqında

təlim – bunlar eyni bir şeydir, bütün bunlar

fəlsəfədir. Әgər N.Makiavelli və İntibah döv ‐

rünə, siyasi elmin  institusionalizasi yasının

(təşkilatlanmasının) başlandığı dövrə müraciət

etsək,  bu, hələ də sona çatmamış uzun sürən bir

prosesdir. Әlbə ə, müasirlə rimizin əksəriyyəti

siyasi elmin yaranmasını XIX əsrlə bağlayır,

onun elementlərinin forma laşmasını isə Platon

və Aristotelə aid edir. Bu halda, başlı cası budur

ki, fəlsəfə tarixinə bu baxımdan müraciət,

fikrimizcə, səmərəlidir, sualların meydana

çıxmasına təkan verir.

İndi isə ikinci, sözün həqiqi mənasında,

müasir‐fəlsəfi yanaşma haqqında. XX əsrin

fəlsəfəsi, əsasən, dilin fəlsəfəsi idi. Və bu təkcə

ingilisdilli analitik fəlsəfəyə aid deyil. Dil

problemi elmin fəlsəfəsi,  fenomenologiya, ekzis ‐

tensializm fəlsəfəsi üçün mühüm problem

olub və olaraq qalır. Aydın olur ki, bu fəlsəfə

üçün fənlərarası qarşılıqlı əlaqənin (təsirin)

əsasında, ilk növbədə, dilçilik yerləşir. İndi,

fik 

rimizcə, dillə yanaşı şüur və təcrübə



fəlsəfəsi aktuallıq kəsb edir. Problemin bu cür

qoyuluşu çoxistiqamətli fənlərarası tədqiqatla ‐

rın yeni bir anlamını doğurur. Bu tədqiqatların

ən təbii daxili qarşılıqlı əlaqələr üsulunu

bunda görürük: təcrübəmiz bizə şüurlu təsəv ‐

vür etməyə, dil isə bizə onu ifadə etməyə

imkan verir. Bu kontekstdə amerikalı filosof

C.Sörlün əsərlərini, Karl Popperin  intellektual

təcrübə ideyasını  xatırlamaq olar. Sörl, məsə ‐

lən, «Zehnin yenidən kəşfi» ( The rediscovery

of the mind)  kitabında qeyd edir ki, şüur

beyindəki  fiziki proseslərin doğurduğu real

subyektiv təcrübədir. Diqqəti buna cəlb etmək

istərdim ki,  şüur və təcrübə fəlsəfəsi yalnız

sosial və humanitar elmlərin deyil, həm də

fizika, kimya və biologiyanın  qarşılıqlı əlaqə ‐

lərini (təsirini) nəzərdə tutur. Әbəs yerə deyil ‐

dir ki,  Sörl öz mövqeyini  bioloji naturalizm

adlandırır.

Bu iki yanaşma ilə bərabər,  tarixin fəlsəfəsi

və ya nəzəri  tarix adlandırılan elm  barəsində

də  bir neçə söz demək istərdim. Tarixin məna ‐

sının olub‐olmaması haqqındakı məsələ  yalnız

tarixçi və filosofları deyil, çoxlarını maraqlan ‐

dırır.  Aydındır ki,  tarixçilər, arxeoloqlar çox

vaxt tarixi ayrı‐ayrı faktlara müncər etməyə və

ya onu bir rəvayət kimi təqdim etməyə

çalışırlar. Әlbə ə ki, tarix  fundamental elm ‐

lər dən  fərqlənir, onun, ilk növbədə, təkrar ‐

lana bilməyən bir fakt  ilə əlaqəsi  var. Fəqət

bu, tarixdə faktlar, məlumatlar  və nəzəriyyə

arasında əlaqələri görməməyə heç bir əsas

vermir. Aşkar edilmiş hər hansı bir faktın

əsasında nəzəriyyə, müəyyən yanaşmalar və

nəticələr yerləşir. Onlar bir‐biri ilə o qədər sıx

bağlıdır ki, onları bir‐birindən dəqiq surətdə

ayırmaq təşəbbüsü nəticə verməzdi. Amma,

buna baxmayaraq, biz yenə də tarixə əsasla ‐

naraq, onunla hesablaşaraq düşünürük və baş ‐

lıcası,  biz  nə üçün bu cür düşündüyü müzü

anlamağa çalışırıq. Bu işdə bizə  dil, şüur və

təcrübə kömək edir. Buradan bu nəticə çıxır ki,

tarixin fəlsəfəsi  və nəzəri tarix yalnız  çoxisti ‐

qa  mətli  fənlərarası  tədqiqatlar  kimi    müm ‐

kündür. Bu,  insan zəkasının imkan ları xari cində

olduğundan tarixin mənasını, mahiyyətini

dərk etməyin (gələcəyi qabaqcadan görməyin

və keçmişi adekvat surətdə anlamağın) prak‐

tiki surətdə mümkün olmadığına baxma‐

yaraq, alimlər buna nail olmağa  çalışacaqlar.

Bizim fikrimizcə, bu sahədə davamlı axtarış ‐

ların səbəbi ondadır ki, insan daim daha səmə ‐

rəli və ədalətli cəmiyyət qurmağa,  mərhə mətli,

şəfqətli olmağa  çalışır  və daha yaxşı gələcəyə

can atır. 

Metafizika və fizika

Adətən, fizika və metafizikadan söz düşəndə

filosoflar Aristoteli  xatırlayırlar. Bizə ən yaxın

tarixdə isə M.Haydiggeri xatırlamaq olar.

M.Hay digger qeyd edir ki, «varlıq haq qında

sualı yenidən qoymaq lazımdır». Haydigger

əlavə edir ki, qeyd olunan sual hal‐hazırda unu ‐

dulur, bu isə yenidən metafizikaya yönəl 

məmizə səbəb olur.  Bəs fizikləri metafizika hansı



cəhətlərinə görə maraqlandırır və ümumiy ‐

yətlə, bu onlar üçün maraqlıdırmı?

Lakin əvvəlcə onu qeyd edək ki,  Meqa ‐

radan olan  böyük filosofun əlyazma larının

sistemləşdiricisi və onların naşiri, ondan  iki

əsr sonra yaşamış Rodoslu  Andronik, əsərləri



41

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



nəşr edərkən, görünür, bu prinsipdən çıxış

edib: Aristotelin özü tərəfindən adları  verilən

əlyazmalar «Fizika», bütün qalan  başqa əsərlər

isə  «Metafizika» adlandırılsın. Sonradan meta ‐

fi zika müxtəlif  cür təfsir edilib. Bəzi alimlər

indi də belə hesab edir ki, metafizika fizikadan

sonra gələnlərdəndir. A.N.Çanışev bunda  tari xin

ironiyasını  görür. Aristoteldə fizikadan əvvəl

gələnlər metafizika, yəni «fizikadan sonra gələn»

adlandırılıb (6). Lakin tədqiqatçıların əksəriy ‐

yəti «meta»nı  kainat, təbiət və fizikanın təmə ‐

lində dayanan  bir şey kimi şərh‐təfsir edir.

Metafizika (əvvəlinci fəlsəfə) bütün mövcu ‐

datın əsas  prinsip  və səbəblərini  öyrənir.

XX əsrdə Martin Haydiggerin metafizikası

(onto logiya)  ən əhəmiyyətli hesab edilir, lakin

C.P.Sartr, A.Kojev  və başqalarının da metafi ‐

zik  fikirləri maraqlıdır. Absolyut  (Mütləq)

ideyasının eyni olan əsas ideyalar məcmusu

kimi bir teoloji metafizika da var idi. Amma

bu, ayrıca bir tədqiqatın mövzusudur. Bizim

üçün  tədqiqatımızın kontekstində fəlsəfi, dini

və elmi metafizikanın dialoqu, onların  çoxsahəli

qarşılıqlı əlaqələri ideyası maraqlıdır. İlk növbədə,

qeyd etmək istərdim ki, məşhur fiziklər belə

bir  nəticəyə gəliblər ki,  müasir kosmologiya

fizika və metafizika arasında klassik anlamdakı

sərhədlərin yerini dəyişdirir, bu isə kosmoloji

diskursda fiziki və metafiziki olanların mənaca

bir‐birinə qarışdığına dəlalət edir (8). Rusiyalı

alim A.İ.Pançenko, məsələn, «transsendental

fizika» və «eksperimental metafizika» kimi

anlayışların dərk edilməsi barəsində məsələ

qaldırır (7). Lakin məsələ heç də onlar üçün

birdən‐birə elə həmin  C.Berklinin  ideyala rı ‐

nın maraqlı olduğunda deyil. İndi R.Penrouz,

S.Hokinq səviyyəsində dayanan fiziklər obyek ‐

tiv gerçəkliyi özlüyündə deyil, onun müvafiq

fundamental nəzəriyyələrin eksperimental‐

müşahidə əsasında idraki situasiyalarda təzahür

forması kimi  qəbul etməyin qanunauyğun

olduğu haqda yazılar dərc edirlər.

Sonda  vurğulamaq istərdim ki, fənlərarası

tədqiqat problemi  və ya problemləri, onların

fəlsəfi komponenti  həll olunmaqdan  hələlik

uzaqdır. Biz  burada onları  yalnız ümumi

şəkildə təsvir edərək fəlsəfə və metodoloji

refleksiyanın  inkişaf  perspektivlərinin onlarla

bağlı olduğu konseptə bir qədər işarə etməyə

cəhd etdik. Fənlərarası tədqiqatlar, əlbə ə,

qeyri‐klassik rasionallıq  növü deyil, lakin o,

biliklərin inkişafının çoxəsrlik  ənənələrinin

varisidir və onların dərk edilməsi hələ də

səmərəli ola bilər.



İlham MӘMMӘDZADӘ,

AMEA Fəlsəfə və Hüquq 

İnstitutunun direktoru, fəlsəfə elmləri dok‐

toru, professor

Әdəbiyyat      

1. Копейкин К. Богословский и есте‐

ственнонаучный взгляд на онтологическую

природу мироздания// Метафизика. № 1.

2011. С. 131.

2. Петров М.К. Язык. Знак. Культура.

М., «Наука», 1991.

3. Степин В.С. Теоретическое знание.

М., «Прогресс‐Традиция», 1999.

4. Аристотель.  Сочинения в 4‐х томах. М.,

«Мысль», 1976‐1984.

5. Ишмуратов А.Т., Карпенко А.С., Попов

В.М. О паранепротиворечивой логике//

Синтаксические и семантические исследо‐

вания неэкстенсиональных логик. М.,

«Наука», 1989.

6. Чанышев А.Н.  Курс лекций по древней

философии. М., «Высшая школа», 1981, с. 285.

7. Панченко А.И.  Физическая реаль‐

ность: трансцендентальная физика или экс‐

периментальная метафизика? //  Фило соф ский

журнал. № 1, 2008. С. 68‐76.

8. Жаров С.Н., Мещерякова Н.А. Совре‐

менная космология: философские гори‐

зонты/ Под редакцией В.В.Казютинского.

М., «Канон+» РООИ «Реабилитация», 2011. 

9. Анкерсмит Ф.Р. Возвышенный исто‐

рический опыт. М., «Европа», 2007.

10. Мамедзаде И.Р. О философии. Со‐

временные подходы, тенденции и перспек‐

тивы. Баку, «Текнур», 2011.

42

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Genom – genetik məlumat komplektidir,

hər bir insan hüceyrəsi DNT‐də saxlanılır.

Orqanizmin işini təmin edən sağlam genlər ‐

dən əlavə, DNT xəstəliklərə səbəb olan mu‐

tasiyalar da keçirə bilər. 

İnsan orqanizminin hər bir hüceyrəsi di‐

ametri 5 mikrometrdən çox olmayan nüvədə

yerləşmiş 2.5 m‐ə kimi ölçüdə olan DNT‐dən

ibarətdir. Xromosomlarda DNT çox kompakt

şəkildə yerləşib, lakin hüceyrə siklinin xeyli

müddəti ərzində DNT açıq və gözəgörün məz ‐

dir, yalnız hüceyrənin bölünməsindən öncə

xromosomlar ikilənir, kondensasiya olunur və

işıq mikroskopunda gözəgörünən olur. 1950‐ci

illərdə DNT‐nin strukturu aşkar edilmişdir,

1960‐cı illərdə isə genetik kod müəyyən edil ‐

mişdir ki, bu da genetikada yeni dövr demək

idi. Alimlər xromosomları molekulyar səviy ‐

yədə öyrənə bilirdi.  

Bu elmin daha bir dönüş mərhələsi – bir

virus genin nukleotid cütlərinin ardıcıllığını

müəyyən etmək 1972‐ci ilə aiddir  1977‐ci ildə

Fi‐X174 bakteriofaq  virusu genomunun struk‐

turu tam şəkildə müəyyən edilir.  Bundan sonra

alimlər daha mürəkkəb orqanizm genomla ‐

rının hərtərəfli tədqiqinə keçid alırlar. 



İnsan genomunun yozulması

Bununla bakteriyaların (1995‐ci il), daha

sonra heyvanların da genomunun «oxun ması»na

başlanılır: Caenorhabditis elegans nematod

növlü qurdu (1998‐ci il). İnsan genomunun

öyrənilməsi layihəsi bu eksperimentlərin bit ‐

məsindən öncə başlamışdır. 

İnsan genomu təbiətdə ən böyüyü deyil,

lakin onun anlaşılması üzərində dünyanın

müxtəlif yerlərindən bir neçə alim komandası

çalışmışdır. 

Hər komandaya əsaslar cütündən təqribən

150 000 seqment həvalə edilmişdi. Seq ment ‐

lərin surəti çıxarılırdı, daha sonra sekvenləşdirmə

metodu ilə şərh edilirdi. Bunun üçün DNT

seqmentləri ayrı‐ayrı hissələrə bölünür, adətən,

uzunluğu 1000 əsas cüt. Hissələr sekvenləş ‐

dirilirdi, daha sonra ucları üst‐üstə gətirilərək

onların ardıcıllığı müəyyən edilirdi. Sonra isə

xromosom «xəritə»sindən istifadə edilərək

seqmentlər toplanırdı. 

Bu layihə 1990‐cı ildə başlamış, ilk xromo‐

somun ardıcıllığı isə 1999‐cu ildə müəyyən

edilmişdir. Layihə 2003‐cü ildə, DNT struktu‐

runun kəşf edilməsindən 50 il sonra başa

çatmışdır.



DNT‐nin istifadə olunması

İnsan genomunun anlaşılması orqanizmi ‐

mizin fəaliyyəti və insanın əmələ gəlməsi məsə ‐

ləsinə aydınlıq gətirir, həmçinin tibb üçün

yeni imkanlar açır. Layihə üzrə iş gös tərmişdir

ki, 90%‐ə kimi genetik variasiyalar birnuk‐

leotidli polimorfizmlər (BNP) ilə müəyyən edi ‐

lir. Onların çoxu orqanizmə heç bir ziyan

vermir, lakin digərləri xəstəliklərin inkişafına

və orqanizmin dərmanı qəbul etmə xüsusiy ‐

yətinə cavabdehdir. İnsanlar dərman lara fərqli

şəkildə reaksiya göstərirlər: bəzilə rin də güclü

immun reaksiyaları baş verir, digər lərində isə

bu baş vermir.  Hazırda belə reaksiyalar təcrübə

olaraq öyrənilir, gələcəkdə isə BNP çevrəsindən

kənara çıxaraq dərmanlar təyin etmək müm ‐

kün olacaq.  


Yozulmuş genom

Orqanizmin hər bir hüceyrəsində orqa niz ‐

min formalaşması, həmçinin bio kimyəvi pro ‐

seslərinin tənzimlənməsi (maddələr müba  diləsi)

üçün vacib olan bütün informasiyanı saxlayan

bütöv genom vardır.  



Genom

İnsanda 46 xromosom vardır: 22 cüt auto‐

som və bir cüt cinsi xromosom. Onlar bütün

vacib genetik informasiyanı daşıyırlar. 



DNT spiralı

Spiral bükülmüş və azotlu əsas cütlərinin

meydana gətirdiyi  «tirlərlə» əlaqələnən iki

zəncirdən formalaşır, bununla belə, quanin

yalnız sitozin ilə, adenin isə yalnız timin ilə

cütləşir.



Genetik ardıcıllıq

Burada DNT əsaslar cütünün ardıcıllığı

göstərilmişdir. 

Hüceyrə

DNT‐nin çox hissəsini təşkil edən xromo‐

somlar nüvədə yerləşir. 

Mitoxondri DNT

Hər mitoxondriyada 37 genin olduğu kiçik

halqaşəkilli DNT vardır. 

Xromosom

Hüceyrənin bölünməsindən bilavasitə əvvəl

hər xromosom ikilənir – iki ayrı DNT mole ‐

kulu meydana gəlir.  Onlar sentromer hissədə

X hərfinə bənzər strukturu əmələ gətirərək

əlaqəli qalır. 



Әsaslar cütü

Gen – müəyyən zülalın şifrlənməsinə cavab ‐

deh olan DNT sahəsidir. Bir amin turşusu üç

nukleotidlə şifrlənir. Belə nukleotid üçlüyü

triplet və ya kodon adlanır. İnsanda təqribən

3 milyard nukleotid cütü vardır. 



Xromosom variasiyaları

Mütəxəssis insanın kariotipini tədqiq edir.

İnsanda xromosom dəsti stabildir; gen muta ‐

siyalarından fərqli olaraq, əhəmiyyətli xromo‐

som mutasiyaları kifayət qədər nadirdir. 

İnsan genomunun öyrənilməsi uzun və

dəyərli prosesdir, lakin son on beş ildə ayrı‐

ayrı hissələrin öyrənilməsi olduqca əlverişli

olmuşdur. Şirkətlər indi yarım milyondan çox

BNP‐nin yozulmasına əsaslanan genetik testlər

təklif edirlər. Bu testlər, xüsusilə əgər onların

köməyilə tibbi müdaxilənin cavabdeh olma ‐

dığı bir neçə müəyyən edilməmiş  xəstə liklər

müəyyən edilə bilərsə, geniş tətbiqini tapa

bilər. 

Sıx əlaqə

İnsan genomu bir çox çözülə bilən genom‐

lardan biridir. Digər növlərin də çoxunu labo‐

ratoriya şəraitində asanlıqla ayırmaq olar,

çünki onların qısa həyat sikli vardır. Onların

sırasında genomu 2000‐ci ildə çözülmüş tez

çoxalan milçəkləri (Drosophila melanogaster)

göstərmək olar. Bu həşəratdan erkən genetik

araşdırmalarda istifadə olunurdu, belə ki o

vaxt hələ genlərin kimyəvi təbiəti öyrənil mə ‐

mişdi.  Həmçinin müxtəlif növ göbələk lərin,

bitkilərin, birhüceyrəli heyvanların və bizim

yaxın qohumumuz – şimpanzenin genomu

çözülmüşdür. 

Şimpanzenin genomu, əsasən, 2005‐ci ildə

araşdırılmışdır. Onun tərkibində 24 cüt xro‐

mosom cütü vardır – insanda  təkamül prose ‐

sində ikisi birləşdi və onlar 23 oldu. Bundan

başqa,  insan və şimpanze genomu ara sında 30

mil yona yaxın xırda fərqlərə rast gəlinir. Xüsu ‐

silə nitq və eşitmə ilə əlaqəli gen lərdə də fərqlər

vardır. Bu fərqlər toplusunu təhlil edərək,

alimlər şimpanze və insana aparan təkamül

xətlərinin ayrılma nöqtəsini tapmaq imkanını

əldə etmişlər. Hesab olunur ki, bu, 5 – 7 mil yon

il əvvəl baş vermişdir. 



44

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



45

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Xromosomlar v  onlarla  laq li x st likl r 

Xromosomlar Genl rin 

t qribi 

sayı X st likl rin 

nümun l ri 

1 3000 


R ngli 

görm nin 

pozulması, 

dö  


x rç ngi, 

 

qlaukoma 



2 1400 

Qalxanvari 

v zinin 

hipofunksiyası, 

a ciy r hipertoniyası 

3 1300 


Katarakta, 

diabet, 


niktalopiya 

(“toyuq 


korlu u”), yumurtalıqların x rç ngi 

1300 



Hemofiliya, Hantinqton x st liyi  

5 900 


Parkinson 

x st liyi, 

spinal 

z l  


atrofiyası (z ifliyi)  

1200 



Ankilozla dırıcı spondiloartrit,  seliakiya  

7 1150 


Mukovissidoz, 

 

hemoxromatoz  



8 800 

“Qurd a ız”, qalxanvari v zinin 

hipofunksiyası 

9 900 


Fridreyx 

ataksiyası, 

 

qalaktozemiya 



10 

800 


Dö  x rç ngi, Kron x st liyi, ür k 

qüsuru, leykemiya 

11 

1500 


Beta-talassemiya,  dö  x rç ngi, sidik 

kis si x rç ngi, oraq hüceyr li anemiya 

12 1100 

Parkinson 

x st liyi, 

 

Fenilketonuriya 



13 

600 


Dö  x rç ngi, sidik kis si x rç ngi,

 

retinoblastoma  



14 800 

Altsheymer 

x st liyi, 

 

çoxsaylı miyelom, 



karlıq  

15 750 


Dö  

x rç ngi, 

 

Marfan sindromu, 



 

Tey-


Saks x st liyi

16 


850 

Kron x st liyi, xoralı kolit,  leykemiya 

17 

1200 


Karlıq,  dö  x rç ngi, sidik kis si 

x rç ngi,  leykemiya 

18 

300 


Porfiriya, trisomiya 18, skelet 

anomaliyaları 

19 

1300 


Dö  x rç ngi, Altsheymer x st liyi 

20 600 


Seliakiya, 

anadang lm  

immun 

çatı mazlı ı 



21 

300 


Karlıq,   Daun sindromu, 

 

 leykemiya  



22 500 

Metqemoqlobinemiya, 

 

Neyrofibromatoz 



1100 


Klaynfelter sindromu,   ere evski-Törner 

sindromu, Trisomiya X 

Y 100 



xromosomu 



il  

laq li 


sonsuzluq 

 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin