fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin
ifadəsidir. Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Predmel və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə
ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin fəlsəfə tarixində
bu ümumi qanunauyğun müddəaya münasibət müxtəlif cür olmuşdur. Heç də
bütün fəlsəfi cərəyanlar ziddiyyətin obyektivliyini və hadisələrə daxilən xas
olduğunu qəbul etməmişlər. Hələ Aristotel qeyd edirdi ki, ola bilməz ki, bir
hadisəyə həm “hə”, həm də “yox” deyəsən. Müsbət və mənfi cəhətlər eyni
hadisəyə daxilən əks ola bilməz, “hə
-
hədir, yox
-
yoxdur”, başqa cür ola bilməz.
Aristotel “Metafizika” əsərində qeyd edirdi ki, “əgər bir şeyi eyni zamanda təsdiq
və
inkar etməklə düz danışmaq mümkün olmazsa, eynilə o da mümkün deyildir ki,
bir-
birinə əks olan tərəflər birlikdə
Dostları ilə paylaş: