2. Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın
zülmət üzərinclə
qələbəsinə inam və etiqaddır. Gec
-
tez xeyir qələbə çalacaqdır, lakin insanlar
fəaliyyətsiz halda durub bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə
qoşulub bu qələbəni daha da yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan
insanlar, şəxsiyyətlər öz fəallıqları ilə dünyada ədalətin, xeyrin qələbəsinin təmin
edilməsinə kömək göstərməlidirlər.
3. «Avesta»da köçəri həyat tərzi pislənir, ona
dünyada şərin təzahürü kimi
baxılır, oturaq həyat əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kımi
baxılır. Bununla da köçəri tayfaların hücumlarma etiraz bildirilir.
4.
Zərdüştliyin ictimai
-
tarixi görüşləri ziddiyyətli, mifık səciyyə daşıyır.
Zərdüştə görə dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir yə şər
qüvvələrin hökmranlığı bir
-
birini əvəz edəcəkdir. 3 min il Hürmüz ardıcıllıqlarının
«qızıl əsri» olacaq, sonra isə onu Əhriman və şər qüvvələvin hökmrarılığı əvəz
edəcəkdir. Lakin şər müvəqqətıdir, onun ardıcılhqları axirətdə hər cür əzab
-
əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır cəza alacaqlar. Xeyrin
-
Hürmüzün təratdarları isə axirət xoşbəxtliyinə
yetışəcəkdir.
5.
Zərdüştliyin dünyagörüşü dualist səciyyə daşıyırdı.
Həm maddi, həm də
ideal olan başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla iki hissəni
vəhdətdə ifadə edirlər. Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai
dini ənənələrini də ifadə edən, kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət
olmasına inadla bağlı ritual və mərasimlər geniş yer tutmuşdur. «Avesta»nın
animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana və
heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh
həmin cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili
qüvvədir ki, onun
vasitəsilə hər şey
-
insan, bitki, günəş, ay, ulduz, bütün dünya
hərəkət edir, mövcud olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da
«Avesta»da öz əksini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini
-
duyğu, təfəkkür,
nitq, iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt
mənbələrində maşəl yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban
kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də
deyilmışdir.
7. Zərdüştliyin manəvi
-
əxlaqi idealı da xeyiriə, ədalətlə sıx bağlı olmuşdur.
«Avesta»da zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün
fəaliyyətini «xeyir fıkir, xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli,
o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyrli danışmalı və faydalı, gözəl işlər
görməli, həmişə şəri rədd etməlidir. Bu
üç tələb Zərdüştliyin əxlagi, saflaşdırıcı
prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah olmalıdır. O,
qəddar paxıl, yalançı olmamalıdır. Zərdüşütlikdə yalançı ilə düşmən, şər eyni
mənalı anlayışlar kimi işlədilir.
8.«Avesta»n
ın
cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə
-tayfa
münasibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da,
«Avesta»n
ın
sonrakı tərtibatlarında monarxiya üsul
-
idarəsi başlıca
dövlət
idarəçiliyi forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan
-
şöhrətin insana
Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: «Mən o şəxsəm ki
pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura
-
Məzdanın
(Hürmüzün
) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc
və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm», «Doğruluq atası
Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl
ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı sözlərlə, istərsə də qolların
görəcəyi iş və təmizkarlıq
səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən»,
«Aləmi
-
təsəvvürdə ilk özünü göstərən o iki ekiz cövhərin birisi: düşüncədə, danışıq
və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və
dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə» və i.a.
Daha sonrakı dövrlərdə (e.ə. VII
-
VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə
(Ahura-
Məzdaya) pərəstişə əsaslanan
Dostları ilə paylaş: