FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə18/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   14   15   16   17   18   19   20   21   ...   132
Fəlsəfə mühazirə

 
4. 
Qədim Azərbaycanda dini
-
fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə 
zərdüştilikdə mövcud olmuşdur. 
Zərdüştliyin 
formalaşması b.e.ə. IX
-
VII əsrlərə 
aid edilir. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla 
tanışlıq Zərdüştün azərbaycanlı olmasında şübhə yeri qoymur. 
Zərdüştün 
(Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən Orta
Əsr 
müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu
-
reyhan Biruni (XI əsr) onun 
"Azərbaycandan çıxdığını" söyləmişlər. Yaqut Həməvi (1179
-1229)
Zərdüştün Şizdən olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya 
haqqmda danışarkən oranı "məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" 
adlandırmışdır. Qütbəddin Şirazi (1236
-
1311) onu “Görkəmli fılosof, kamil imam 
Zərdüşt Azərbaycani” 
deyə yad etmişdir.
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə 
yarandığını
təsdiqləyirlər. 
Zərdüştliyin 
ideyalarını, 
qısa 
şəkildə 
belə 
qruplaşdırmaq olar:
l.Kainatın nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi 
mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı 
Hürmüz (Ahura-
Məzda) 
və şər, qaranlıq 
allahı isə 
Əhrim
an (Ahura-Manyu) 
hesab olunur. Onlarm arasında əbədi 
mübarizə gedir, insanlar onlar arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi 
mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, «Əksliklərin vəhdəti və 
mübarizəsinin inkişafin mənbəyi olması haqqında dialektik qanunauyğunluq hələ 
«Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur.


2. Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərinclə 
qələbəsinə inam və etiqaddır. Gec
-
tez xeyir qələbə çalacaqdır, lakin insanlar 
fəaliyyətsiz halda durub bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə
qoşulub bu qələbəni daha da yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan 
insanlar, şəxsiyyətlər öz fəallıqları ilə dünyada ədalətin, xeyrin qələbəsinin təmin 
edilməsinə kömək göstərməlidirlər.
3. «Avesta»da köçəri həyat tərzi pislənir, ona dünyada şərin təzahürü kimi 
baxılır, oturaq həyat əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kımi
baxılır. Bununla da köçəri tayfaların hücumlarma etiraz bildirilir.
4.
Zərdüştliyin ictimai
-
tarixi görüşləri ziddiyyətli, mifık səciyyə daşıyır. 
Zərdüştə görə dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir yə şər 
qüvvələrin hökmranlığı bir
-
birini əvəz edəcəkdir. 3 min il Hürmüz ardıcıllıqlarının 
«qızıl əsri» olacaq, sonra isə onu Əhriman və şər qüvvələvin hökmrarılığı əvəz 
edəcəkdir. Lakin şər müvəqqətıdir, onun ardıcılhqları axirətdə hər cür əzab
-
əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır cəza alacaqlar. Xeyrin 

Hürmüzün təratdarları isə axirət xoşbəxtliyinə
yetışəcəkdir.
5. 
Zərdüştliyin dünyagörüşü dualist səciyyə daşıyırdı. Həm maddi, həm də 
ideal olan başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla iki hissəni 
vəhdətdə ifadə edirlər. Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai 
dini ənənələrini də ifadə edən, kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət 
olmasına inadla bağlı ritual və mərasimlər geniş yer tutmuşdur. «Avesta»nın 
animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana və 
heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh 
həmin cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili 
qüvvədir ki, onun vasitəsilə hər şey 

insan, bitki, günəş, ay, ulduz, bütün dünya 
hərəkət edir, mövcud olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da 
«Avesta»da öz əksini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini 

duyğu, təfəkkür, 
nitq, iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt 
mənbələrində maşəl yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban 
kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də 
deyilmışdir.
7. Zərdüştliyin manəvi
-
əxlaqi idealı da xeyiriə, ədalətlə sıx bağlı olmuşdur. 
«Avesta»da zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün 


fəaliyyətini «xeyir fıkir, xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli, 
o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyrli danışmalı və faydalı, gözəl işlər 
görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin əxlagi, saflaşdırıcı 
prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah olmalıdır. O, 
qəddar paxıl, yalançı olmamalıdır. Zərdüşütlikdə yalançı ilə düşmən, şər eyni 
mənalı anlayışlar kimi işlədilir.
8.«Avesta»n
ın
cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə
-tayfa 
münasibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, 
«Avesta»n
ın
sonrakı tərtibatlarında monarxiya üsul
-
idarəsi başlıca dövlət 
idarəçiliyi forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan
-
şöhrətin insana 
Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: «Mən o şəxsəm ki 
pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura
-
Məzdanın 
(Hürmüzün
) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc 
və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm», «Doğruluq atası 
Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl 
ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı sözlərlə, istərsə də qolların 
görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən», 
«Aləmi
-
təsəvvürdə ilk özünü göstərən o iki ekiz cövhərin birisi: düşüncədə, danışıq 
və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və 
dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə» və i.a.
Daha sonrakı dövrlərdə (e.ə. VII 
-
VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə 
(Ahura-
Məzdaya) pərəstişə əsaslanan 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin