FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə19/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   15   16   17   18   19   20   21   22   ...   132
Fəlsəfə mühazirə

məzdəilik
dini-
təriqəti meydana çıxır. 
Xeyrin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ edən məzdəilik Odu 
Hürmüzün yerdə təzahürü hesab edir, oda sitayişi geniş yayırdı. Zərdüştilikdən 
fərqli olaraq, məzdəilik ölünün dəfn edilməsinə icazə verir, Zərdüştün 
bir 
peyğəmbər kimi Hörmüzlə hölcmdar
-
lar arasında vasitəçi olması ideyasına qarşı 
çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəılik bütpərəstliə də yol 
verirdi. 
Avesta
(Qanun) - 
Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. 
Vendidad (Vid
evdat "Divlər əleyhinə qanun") 

şər qüvvələrin dəf edilməsinə 
yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etnıə") ibadət və qurban vermə 
mərasimi zamanı oxunan ayrı
-
ayrı qanunlar və Vispered (və ya Visprat 
-
"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli mahnıları tərənnüm edən 
qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks etdirən mətnlər 


(yaştlar 

himnlər) Aveslanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif 
vaxtlarda yaranmış, irili
-
xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu 
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı
-
ayn hissələrinə 
əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir
-
birinə zidd olan 
qüvvələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu 
mübarizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə 
şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı 
Hörmüz (Ahura-
Mazda) əvvəl
-
axır şər Allahı Əhrimən (Anhra
-
Manyuya) üzərində 
qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və 
monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında 
çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda 
isə, təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI
-
IV əsrlərdə) 
zərdüştilik rəsmi dövlət dini e'lan edildikdən sonra onun dualist və politeist 
cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura
-Mazda 
(Hikmət Ağa) bütün mövcudatm yeganə yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn) Ahura
-
Mazdaya (Hörmüzə) həsr olunmuşdur. 
Burada Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının 
əsas triadası ön plana çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, 
xeyirxah 
sözlə və xeyirxah əməllə xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli 
tə'rif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd 
fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır".Avestada başqa 
himnlər də mə'nəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, 
məcusilikdə bütün söhbət işığın qaranlığa çulğalaşması səbəbini və işığm 
qaranlıqdan xilasolma səbəbini izah etmək qaydaları ətrafında gedir, 
çünki bir-
birinə zidd iki əsas 

işıq ilə qaranlıq dünyadakı mövcud şeylərin mənbəyidir.Din və 
fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər o ikisinin (işiq və 
qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydan

çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklık və xəbislik işıq və qaranlığın 
qatılığından törənmişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir
-
birinə müqavimət göstərir, mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib 
gəlir".



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin