FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Beləliklə, müdriklik üzərində



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə2/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə

Beləliklə, müdriklik üzərində 
yüksələn fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə 
çevrilmişdir.
Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və 
onlara dair cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin 
insanlar üçün həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə 
baş verən hadisələrin fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə 
bu həmişəkindən daha böyük əhəmiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın 
elmi-texniki, sosial və siyasi tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu 
məsələlərin birdəfəlik həllini təklif etmir. Onun əsl mahiyyəti həqiqəti dərk 
etməyin əbədi axtarışında olmasındadır. Təbiət elmləri – fizika, riyaziyyat, kimya 
və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar. Lakin varlığa, təfəkkürə, 
həyata, mə'nəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və həmişəlik həllini 
vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr obyekti 
olmuş və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də 
«əbədi məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu 
cəhətdən müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.


Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? 
Mənəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın 
dünyadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə 
qadirdimi? Həqiqət nədir? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan 
zəkasını həmişə düşündürən bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini 
müəyyən etmək zərurətindən irəli gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu 
cür başlıca dünyagörüşü mahiyyətli suallara cavab verməyə çalışıb. Bu baxımdan, 
istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin 
müxtəlif tə'rifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə 
fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya 
münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tə'rif verilmişdir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin