münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir. «Onunla»
(dünya binası) «bız» (insanlar) arasındakı qarşılıqlı münasibət dünyagörüşün
predmetini və ya əsas məsələsini təşkil edir.
Dünyagörüşün məzmunundan aydın olur ki, onun iki əsas sahəsi və ya aspekti
vardır: təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii-elmi ideyalar və
sosial-ictimai gerçəkliyə insan münasibətini əks etdirən siyasi, iqtisadi, mənəvi və
s. baxışlar. Bu cəhətlərə dünyagörüşün təbii-inlellektual və sosial-qnoseoloji
aspektləri də göstərmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, çox vaxt
dünyagörüşü problemləri öyrənilərkən əsas diqqət birinci aspektə verilmiş, ikinci
istiqamət isə əsasən diqqətdən kənarda qalmışdır. Dünyagörüşünü özünün inkişaf
ardıcıllığı, inikas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi
şəkildə dörd mühüm tarixi növə ayırmaq olar:
mifoloji, dini, elmi, fəlsəfi .
Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» -
əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir)
ibtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana
gəlmişdir.
Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə
universal ictimai şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında
olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların
fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar
durur. Miflər çox müxtəlif olsalar da, onlarda bır sıra motivlər təkrar olunur.
Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Bu
miflərlə ibtidai insan dünyanın mənşəyi və quruluşu, bir çox təbiət hadisələri,
məqsədəuyğunluq və s. haqqında özünü düşündürən suallara cavab verməyə
çalışmışdır. Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən
dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır.
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun
həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi
öyrənməsi və s. mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə
əlaqədar və uyğundur, vahid sistem təşkil edirlər.
Mif - sinkretik, vahid, universal dünyagörüşü və şüur forması olmuşdur.
Mifoloji dünyagörüşü özündə dövrünün dünyaduyumunu, dünyanı qavramanı,
dünyanı anlamanı əks etdirmiş, bədiilik və müdriklik baxımından çox zəngin
olmuşdur. Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və
hadisələr canlaşdırılmış, insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir.
Reallıq və fantaziya, hiss və fikirlər, bilik və bədii obraz obyektiv və subyektiv
olan miflərdə vəhdət halında birləşmişdir, bütöv dünya mənzərəsi yaradılmışdır,
Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, bilik və
inam çulğaşmışdır. Mifık obrazlar əsasında bir sıra bədii əsərlər, incəsənət, musiqi,
heykəltəraşlıq nümunələri yaradılmışdır. Xristianlıq, islam, buddizm və b. dinlər
mifoloji nümunələrlə zəngindir.