FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Dünyagörüşdə hər üç ünsür -



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə7/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   10   ...   132
Fəlsəfə mühazirə

Dünyagörüşdə hər üç ünsür - 
dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir.
Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər («təbiət-insan 
münasibətləri», «cəmiyyət-insan münasibətləri», «subyekt-obyekt münasibətləri» 
və s.) əsasında, xüsusilə aşağıdakı struktur komponentlərini üzvi vəhdətdə 
birləşdirir. 
1)
Həmin münasibətlərin doğurduğu və gerçəklikdə sınanıb 
ümumiləşdirilmiş biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli
ümumiləşmiş biliklər sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında, 
sosial-fəlsəfi elmlərlə (fəlsəfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın 
həqiqi təbii-elmi mənzərəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki, 
insanşünaslıq elmləri və s.) iştirak edir. 
2)
Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə 
(dəyərlərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla 
şərtlənməsidir. 
Bəşəri 
mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, vətənpərvərlik və s.) 
uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və prinsıp 
dünyagörüşü 
amilinə 
çevrilə 
bilməz. 
3) Dünyagörüşün digər mühüm struktur komponenti olan əqidə
formalaşdırlmasında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki 
nailiyyətlərin 
həyata, 
istehsalata 
tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol oynayır. Əqidə isə əhval-
ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan şəxsiyyətin mənəvi aləminə 
daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa sövq edir. Əqidə üçün 
meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun dünyagörüşə çevrilməsi 
üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın həyat fəaliyyətində
rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə, doğruluğuna dərindən
və əsaslandırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili inamdır. Bu isə o 
deməkdir ki, şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç bir tərəddüd 


göstərmədən inanmalıdır. Möhkəm əqidə formalaşmasında isə insana düzgün 
ideallar, sosial-sinfi məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar 
əsasında dünya haqqında baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir, 
dünyagörüşü xarakteri alır. 
4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) 
də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və 
ideyalarını maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün 
bəşəri sərvətlərə (dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur. 
Şəxsiyyət hadisələri öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun 
fəaliyyət göstərir. 
5.
Bir halda ki, fəlsəfi dünyagörüşü sistemində «dünya-insan 
münasibətləri» aparıcıdır, onda fəlsəfənin də əsas məsələsini «insanın dünyaya 
münasibəti» təşkil edir demək daha düzgün olardı. Daha konkret şəkildə, 
fəlsəfənin əsas məsələsi nədır? Sualına «insan»-deyə qəti cavab vermək olar. 
Fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa, şüuran materiyaya 
münasibətindən» ibarət olduğunu təsdıqləyən filosoflar da insana, onun mənəvi 
dünyasına istinad edir, mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə 
münasibətini əsas tuturdular. Filosofların böyük qismi fəlsəfənin əsas 
məsələsindən bəhs edərkən qeyd edirdilər ki, dünyagörüşü üçün «təfəkkür» və 
«varlıq», «mənəvi olan və maddi olanın» qarşılıqlı münasibətindən başqa daha 
ümumi anlayışlar tapmaq qeyri-mümkündür: mənəvinin maddiyə münasibəti (və 
ya insanın gerçəkliyə münasibəti) və onların müqayisəsi fəlsəfi dünyagörüşün 
başlıca məsələsidir. Digər bütün məsələlər məhz əsas məsələyə münasibət 
baxımından həll olunur, elmi-fəlsəfi qiymətini alır. 
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün 
fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, təfəkkürün varlığa 
münasibəti məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki 
tərəfi olduğunu qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyəti belə bir 
alternativ məzmun daşıyan suala cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir? 
Nə ilkindir, əsasdır, müəyyənedicidir, nə törəmədir, ikincidir? Ruhmu təbiəti, 
yoxsa təbiətmi ruhu, varlıqını təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? 
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti 
necədir? Dünya və onun qanunları dərk edilə bilərmi? Sualına cavab verməkdən 
ibarətdir. Birinci tərəf əsas məsələnin ontoloji aspektini, ikinci tərəf isə qnoseoloji 
aspektini ifadə edir. 


Düzdür, hazırda həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin 
«təfəkkürün varlığa münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar 
olunur, ya da ziddiyyətli təhlil edilir. 
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək 
olmaz. Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa 
tərzdə «insanın dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa 
arasında tənqid xatirinə, ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin 
«təfəkkürün varlığa münasibəti» müddəası daha mücərrədir, əslində müəyyən «söz 
güləşdirməsidir». İkinci müddəa isə daha real, konkret və ağlabatandır. Odur ki, 
fəlsəfi dünyagörüşün əsas məsələsi nədir? - sualına 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin