2.
Dünyagörüsü
- mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli
sosıal-mənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri,
milli, sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır.
Dünyagörüşü - insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat
mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə
münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-
mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur.
Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. haqqında
fəlsəfə elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən
ziddiyyətli, mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və
cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında
ümumiləşmiş görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü
- fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və
fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə,
dünyagörüşü - obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır.
Bunlar elə baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və
fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir.
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və
hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist,
əxlaqi, estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur.
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa
düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Dünyagörüşün obyektini bütövlükdə dünya, varlıq təşkil edir.
Dünyagörüşün
predmetini isə təbiət aləmi ilə insan aləminin qarşılıqlı münasibəti və həmin
|