FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə14/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   10   11   12   13   14   15   16   17   ...   132
Fəlsəfə mühazirə

Misirdə və Babilistanda 
dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxışlar 
həmin ölkələrdə bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, 
astronomiya, triqonometriya və astrologiyaya əsaslanırdı. 
Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq 
göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin ( nut ) 
gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından 
törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm 
həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil 


çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən 
hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin 
dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır. 
Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh 
bədən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin 
fikirdən irəli gəlmişdi. 
Lakin qədim Misirdə 
«Arfist nəğməsi»
adlı əsərdə dünyanın dini-mifoloji 
şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət 
gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş 
verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç 
biri hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz ürəyinin 
arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, 
xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, 
mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin 365 gün 
və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə 
riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın 
inkişafını isə hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı 
sübut edir. 
Qədim sivilizasiya həmçinin Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-
akkad mədəniyyəti bizim e.ə. IY minillikdə Dəclə və Fərat çaylarının arasında 
yerləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca 
Mesopotamiya) deyilir. Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, 
əmmariləri, elariləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti 
yarandı. Babilistan bu dövlətin paytaxtı e'lan edildi. Hammurapinin hökmranlığı 
dövründə (b.e.ə.1792-1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. 
Babilistanın ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə 
(b.e.ə.612-538) təsadüf edir. Bu zaman onun ərazisi Misirdən İrana qədər olan 
ərazini əhatə edirdi. Bu dövlət tarixdə Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək 
gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus 
kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə 
lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin 
çıxarılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, 
sonralar «Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı 
onluq sistemini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 
1saat=60dəq., 1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin 
öyrənmək cəhdi Babilistanda astronomiyanın yaranmasına və inkişafına səbəb 
oldu. Dünyada birinci olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan 
astronomu Selevveka b.e.ə.II əsr dünyanın Heleosentrik quruluşu haqqında 
mə'lumat vermişdir. Qədim Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil 
həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, 
sınığın, dəri şişinin müalicəsini bilirdilər. Onlar həmçinin ciyar, mədə
-
bağırsaq 


xəstəliklərini müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və 
göstərişləri mə'lumdur. «Nippur həkiminin arayış kitabçası''nda 15 müalicə 
qaydası verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək kəlib 
çıxmışdır. Şumer və akkad dillərindә bir sıra hүquq qaydaları (Hammurapi 
qanunları, Assur qanunları, јeni babil natamam qanunları) külliyyatı yaradılmışdır.
Şumer dastan və hekayələrində bir sıra fikirlərə rast kəlmək olar. Bu 
əsərlərdə siyasət, cəmiyyət, əxlaq normaları və s. haqqında fikirlər söylənilir. 
Məsələn, «Enmerka və Aratta (o zaman Çənubi Azərbaycan ərazisində gölünün
Y
axınlığındakı dövlətdir) hökmdarı» dastanında tarixdə ilk dəfə olaraq siyasi 
konsensus təklifi verilir: yəni 1
Uruk sülaləsindən olan hökmdar Arattanı özünə
tabe etmәk tələbinə qarşı Aratta hökmdarı münaqişəni sülh yolu
ilə həll etmək 
təklifini verir və bu Aratt hökmüdarının hazırcavablığı və dönməzliyi nəticəsində 
baş tutur. Başqa bir hekayətdə "Müdrik Axikar haqqında" etik normalara aid 
yüzdәn çox nəsihət verilir. Məsələn, "Sirr açma. Sarayda eşitdiyin hər bir söz qoy 
sənin qəlbində çürüsün". "Həddindən artıq şirin olma, yoxsa sәni udarlar. 
Həddindən artıq acı da olma, yoxsa səni atarlar". "Sakit danış, sәsini ucaldıb səs
-
küylə danışma. Әgər səs
-
küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə ev 
tikərdi. Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna minə bilər" və s

Nippurlu yoxsulun nağılında isə cәmiyyətin sosial quruluşundan, onun 
təbəqələşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır.
"Ağanın qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası 
ətrafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə 
həјatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə 
ümid
dә, qadına məhəbbət də, kef məclisi də, alıcənablıqda və nəhayət ölümdən
sonra həyat özü də boş, mənasız bir şeydir.
Qədim Şərqin incilərindən sayılan və dünјa qızıl fonduna daxil olan "Bilqamis 
haqqında dastan" və јaxud hər şeyi bilәn adamın dastanı Yaxın Şәrqin dörd 
dilindә: yəni şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr 
üzərində yazılmış və dövrümüzə qədər gәlib çatmışdır.
 
Bir sıra mənbələrə görə 
dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27
-
ci əsrin 
sonu, 26-
cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edәn sülalənin 
beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və 
ölməzlikdən gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi 
həyat yoxdur. Ölməzliyə insan yalnız öz fəaliyyəti, əməlləri ilə çata bilər.


Ü
mumiyyətlə, belə bir nәticəyə gəlmək olar ki, dastanda ölüm və həyat
mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, 
allahların və dünyanın ədiliyəbini dərk edir.
3.
E.a. I miniiliyin VI-
V əsrlərindən Hindistanda fəlsəfə artıq sistemləşdirilmiş 
şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi 
anlayışlar: 
varliq, 
materiya, insan, həyat, kainat və s.
haqqında əsasən dini
-
mifoloji, idealist s
əciyyə daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr 
meydana çıxmışdı. Qədim hind fəlsəfi fikri hakim 
brahmanizm 
dini təlimi və ona 
müxalif şəkildə formalaşmış «
Vedlər
»də («ved» 

«bilik» deməkdir) ifadə 
olunmuşdur. «Vedlər» 

allahların şərəfinə oxunan dini himnlərin və mahnıların 
məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, 
insan haqqında və s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən 
ibarət olan «vedlər»in sonuncu hissəsini upanişadlar təşkil edirdi («Upanişad» 
sozünün lüğəti mənası «müəllimin ayaqları yanında oturanlar» deməkdir. 
Görünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas biliciləri və
təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab 
olunurdular. 
Lakin qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə 
əlaqədar «Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, 
inamlarına etiraz edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə 
tənqidi yanaşan şramanları, acivikləri 
(naturalist-
fəlsəfi təlim), çaynizm və 
buddizmi 
qeyd etmək olar. Bu tənqidi dini
-
fəlsəfi cərəyanlar əsasında qədım dövr 
hind fəlsəfi sistemi olan sutrılar meydana çıxmışdi. 
Sutrılar

fəlsəfi fikirlərin yığcam zərb
-
məsəllər, aforizmlər, atalar sözləri 
şəklində ifadəsı idi. E.ə.VI
-
V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər 

lokayat və çarvak baxışları formalaşmışdır. 
Lokayat təlimi
(ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» 
deməkdir) dini
-mi
stik axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada 
yaradılması zərurətini təbliğ edirdi. 
Çarvak təliminə
görə («çarvak» 

qədim hind dilində «dörd söz», «dörd 
mahiyyət» mənasını verir) bütün mövcudatın əsasında dörd ünsür 
- od, su, hava, 
torpaq 
dur
ur. 
Varlıq 
bu 
ünsürlərin 
birləşməsindən 
meydana 
çıxır, 
parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı vəhdəti ideyasını 


təbliğ edir, materiya və şüurun bir
-
birindən asılı olmayan ilkin başlanğıc olmasıni 
qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
Çində də fəlsəfi fikrin meydana çıxması və
inkişafı, Babilistan, Misir, Hindistan 
və başqa Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa 
keçilməsi, əqli əməklə məşğul olan xüsusi insanların 

müdriklərin əmələ gəlməsi, 
astronomiya, riyaziyyat, tibb və s. elmlərin meydana
çıxması fəlsəfənin də 
yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən ölkəni dolaşan müdrik 
kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «1 
tszin» 
(Təbəddülatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunmuş fəlsəfi 
ideyaları
yayırdılar.
E.ə. VI əsrdə ilk Çin fəlsəfi məktəbləri, 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin