FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Konfutsi və  Lao-tszı, Mo-tszı, Çjuan-



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə12/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   8   9   10   11   12   13   14   15   ...   132
Fəlsəfə mühazirə

Konfutsi
və 
Lao-tszı, Mo-tszı, Çjuan-
tszı, Le-tszı
, Hindistanda 
Upanişadlar
meydana çıxmış, 
Budda
yaşamışdır. Hər 
iki ölkədəki mütəfəkkirlərin hamısı gerçəkliyin fəlsəfi cəhətdən dərk edilməsi 
imkanlarını nəzərdən keçirmiş, ona dair öz dünyavi fikirlərini irəli sürmüşlər. 
İranda
Zərdüşt,
Fələstində 
İliya, İsayya, İeremiya
kimi peyğəmbərlər, 
Yunanıstanda 
Homer, Parmenid, Heraklit, Platon, Aristotel, Evripid
və 
Sofokl,
tarixçi 
Fukidid
və mexanikanın banisi 
Arximed
yaşamışdır. Adları çəkilən 
mədəniyyətlərin hər üçündə yenilik varlığın, insanın bütövlükdə anlaşılmasıdır. 
Həm də insanların uçurum qarşısında duranda da özünü təbiətdən fərqləndirərək öz 
qarşısına ali məqsədlər qoymasındadır. 
Fəlsəfənin mənşəyinin ümumiliyi qədim sivilizasiyaların müxtəlif 
mərkəzlərində fəlsəfi fikrin inkişafındakı spesifik cəhətlərin olmasını istisna etmir. 
Bu, hər şeydən əvvəl qədim Şərq ölkələrində fəlsəfi fikrin inkişafına bilavasitə 
aiddir. Qədim Şərqin Misir, Babilistan, Hindistan və Çin kimi sivilizasiyalarında 
ilkin fəlsəfi fikrin inkişafındakı spesifiklik həmin ölkələrdə quldarlıq quruluşunun 
özünəməxsusluğundan, Qərb sivilizasiyaları ilə müqayisədə nisbətən zəif inkişafa 
malik olmalarından irəli gəlmişdir. K.Marks quldarlıqdan danışarkən onun iki 
sistemini bir-birindən fərqləndirmişdir. Onlardan biri mövcudluq vasitələrinin 
istehsalından ibarət olan patriarxal quldarlıq sistemi, digəri isə izafi dəyər 
istehsalına yönəldilən quldarlıq sistemi olmuşdur. 
Onlar da «birinci» və «ikinci» formasiyalar şəklində bir-birindən fərqlənmiş, 
birinci formasiya özündə yalnız icma cəmiyyətini deyil, habelə quldarlıq 
cəmiyyətinin bir hissəsini də birləşdirmiş, ikinci formasiya isə antik (Yunanıstan) 
istehsal üsulundan ibarət olmuşdur. Şərq ölkələri başlıca olaraq birinci formasiyaya 
aid olduqlarından, orada quldarlıq qeyri-klassik formada özünü göstərmiş, Misirdə, 
Çində, Hindistanda aydın şəkildə təzahür etmişdir. Məsələn, Hindistanda quldarlıq 
münasibətlərinin inkişafı kənd icmalarını kökündən poza bilməmiş, ibtidai icma 
quruluşunun bütün əsas elementlərini saxlamışdı. Çin, Misir və Babilistan da 
həmin vəziyyətdə idi. 
Bu ictimai-iqtisadi şəraitə, habelə qədim şərq xarqlarının psixoloji cəhətdən 
fərqlərinə görə qədim Misirdə, Çində, Hindistanda, İranda, İudeya və İslaildə 
fəlsəfi fikir qədim Yunanıstanda olduğu klassik formada inkişaf edə bilməmişdi. 
Qədim Şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə 
fərqlənmirdi, çox hallarda adi əxlaqi şüurdan (Çində) və dini-mifoloji şüurun 
qarılışığından (Hindistan) ibarət olurdu. Lakin deyilənlərə baxmayaraq həmin 
ölkələrdə dünyaya bu və ya digər münasibətdə az və ya çox dərəcədə fəlsəfi şüur 
elementləri mövcud olmuşdur.
Beləliklə, biz fəlsəfənin mənşəyi və ilkin inkişaf mərhələsi haqqında müəyyən 
məlumat əldə etdik. Fəlsəfi fikir ictimai tərəqqinin sonrakı mərhələlərində, 


dünyanın elmi və dini mənzərəsində, sosial
-
siyasi şəraitdə baş verən dəyişiklik və 
inkişafa uyğun olaraq dəyişmiş, təkmilləşmiş və inkişaf etmişdir. Fəlsəfənin keçdiyi 
tarixi inkişaf yolunun mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin