FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə22/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   18   19   20   21   22   23   24   25   ...   132
Fəlsəfə mühazirə

Məzdəkilik 
sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. 
Manilikdəki dualizm məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də 
manil
ıkdə mövcud olan dualizmi, İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas 
götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik lə'limi hesab edirdi ki, İşıq (Xeyir) 
səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, Qaranlıq (Şər) 
səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər 
üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək 
tə'limində insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" 


çağıran sosial
-
etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi 
məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata 
keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar 
xürrəmilər tərəfindən davam etdirilmişdir.
Məzdəkilik 
Xürrəmilik 
təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda 
xürrəm sözünü üç cür izah edirlər.
1.
Xürrəm

Ərdəbil yaxmlığmda yer adıdır;
2.
Xürrəm

şad, kefcil deməkdir;
3.
Xürrəmə

Məzdəkin qadmı və təbliğatçısı.
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul 
sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün 
mənasını atəş sözünə istinadən izah etmək təklifıni irəli sürmüşdür. O, haqlı olaraq 
yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsıziıqla 
əlaqələndirmələri, şübhəsiz, onlann elmi və siyasi cəhətdən dar düşüncəli olmaları 
ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində 
qəhrəmancasma azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş 
həyatı keçirən adamlar kimi vermək olmaz.
Xürrəm sözü, heç şübhəsi, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı 
fılosoflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya 
prosesində İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz 
Xürrəmin sayəsində vücııda gəlmiş seıyılır. Bəlkə elə buna görədir ki, Xürrəmilər 
işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.
Atəşpərəstliyin (məcusiliyin) bir e
!
tiqad kimi Azərbaycanda tədricən 
sıxışdınlmasına baxmayaraq onun ayrı
-
ayrı prinsip və ünsürləri uzun zaman 
yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin