FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


daimi, əbədi fırlanma hərəkətinə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə25/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   21   22   23   24   25   26   27   28   ...   132
Fəlsəfə mühazirə

daimi, əbədi fırlanma hərəkətinə
malikdir. İstinin, soyuğun mənbəyini bu 
hərəkətdə axtarmaq lazımdır. 
Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması 
olmayan "Apeyron" adlandırılan substansiyada görür, onu əbədi, sonsuz 
varlıq hesab edirdi. O, Milet məktəbinin sadəlövh materialist ənənələrini 
davam etdirmiş
və bə"zi dialektik fikirlər də söyləmişdir. 
Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi 
Anaksimen 
(e.ə. 585-524) 
Falesin və Anaksimandrın tələbəsi olmuş, onların təlimlərini əsaslandırmış və 
inkişaf etdirmişdir. Anaksimen 
havanı hər şeyin başlanğıcı
hesab edirdi. O 
deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir. 
Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol 
oynamış və bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük təsir göstərmişdir. 
Dünyanın maddiliyini qəbul etməklə yanaşı, 
gerçəkliyin hadisələrinə 
dialektikcəsinə yanaşmaq Antik Dövrün bə"zi müdriklərinə xas olan səciyyəvi 
xüsusiyyət idi. Bu cəhətdən Heraklitin fəlsəfəsi diqqətə layiqdir

Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit 
(e.ə. 
540-480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit təliminin 
tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin
hərəkəti və dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya 
haqqındakı fikirləri onun "Təbiət haqqında" əsərində şərh olunmuşdur. Bu kitabda 
bir sıra təbiət hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri 
izah edilir, dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında 
diqqətəlayiq fikirlər söylənilir. 
Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, 
maddi əsası oddur. Bu od daimi hərəkətdədir
. Bütün predmetlər, cisimlər oddan 
yaranır və "öldükdə" yenidən oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi 
hərəkətinin - sönməsinin və alovlanmasının məhsuludur. 
Gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşan Heraklit "
Loqos
" (söz, fikir, 
əql, qanun) haqqında tə"lim yaratmışdır. O deyirdi ki, təbiətdə hər şey "Loqos" 
vasitəsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin 
mübarizəsidir. Heraklit sübut etməyə çalışırdı ki,

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin