FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


əksliklərin mübarizəsi bütün



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə26/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   22   23   24   25   26   27   28   29   ...   132
Fəlsəfə mühazirə

əksliklərin mübarizəsi bütün 
mövcudatın, hərəkətin və inkişafin mənbəyidir. 
O yazırdı: "Hər şey mübarizə 
vasitəsi ilə, zəruratdən baş verir". Heraklit öz sələflərindən irəliyə gedərək 
hərəkətin mənbəyini
müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin 
doğurduğu qanunauyğun proses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın 
banilərindən biri hesab etməyə tam əsas verir. Heraklit öyrədirdi ki, "təbiət əbədi 
dəyişmə prosesindədir, hər şey axır, hər şey dəyişir, 
Kainatda hərəkətsiz heç bir 


şey yoxdur".
Filosofun fikrincə, "eyni bir çaya iki dəfə girmək olmaz". O, 
təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa düşürdü. 
Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, hissə bütövsüz, düz 
əyrisiz, qara ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, 
mövcud ola bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsi ilə baş verir. 
Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr 
yürütmüşdür. Onun fikrincə, 
dünya dərk olunandır
. Dünyanın dərk olunması hiss 
üzvlərinin və təfəkkürün vasitəsilə həyata keçirilir. 
Heraklit qeyd edirdi ki, idrak 
hissi qavrayışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında mə'lumat 
verir. O, ilrakda təfəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -
təbiət ən ümumi qanunauyğunluğu kimi insanın təfəkkür fəaliyyətilə həyata 
keçirilir
. O yazırdı: "Təfəkkür böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir 
ki, həqiqəti söyləyəsən və təbiətə qulaq asaraq, onunla düzgün rəftar edəsən". 
Heraklitin fikrincə, idrakda əsas məqsəd "Loqosu" dərk etməkdir. Loqos obyektiv 
xarakterə malikdir. Bunlarla birlikdə Heraklit dialektikasının və materializminin 
bir sıra məhdud cəhətləri lə var idi. Onun dialektikası kortəbii, materializmi isə 
sadəlövh xarakter daşıyırdı. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin