FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


mövcuddursa da, onu dərk etmək imkan xaricindədir; üçüncü, əgər o şeyi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə34/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   30   31   32   33   34   35   36   37   ...   132
Fəlsəfə mühazirə

mövcuddursa da, onu dərk etmək imkan xaricindədir; üçüncü, əgər o şeyi 
dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə çatdırmaq və ya izah 
etmək mümkün deyildir. 
Georgi natiqlik mədəniyyətinə və onun
 
nəzəriyyəsinə diqqət yetirir sözün 
dinləyicilərə tə"sirinə xüsusi əhəmiyyət verirdi. O, nitqi
 
insanın ən yaxşı silahı və 
təkmil aləti hesab edirdi. 
Sofistlərin “yaşlı” nəslinin digər nümayəndəsi Protaqor idi. 
Protaqor 
(e.ə. 
481-411) Demokritin tələbəsi olmuş, onun əsərlərində sofistlərin materialist 
ən"ənələri öz əksini tapmışdır. Protaqor “Allahlar haqqında” traktatında yazırdı ki, 
“allahlar haqqında heç
 
bir şey deyə bilmərəm. Onların mövcud olub-olmamaları 
haqqında qət'i fikir söyləyə bilmərəm”. 
Deyilənlərə görə, o, allahsızlıqda 
günahlandırıldığına görə Afinanı tərk etməyə məcbur olmuşdur. O belə hesab 
edirdi ki, “insan hər şeyin ölçüsüdür”. 
Sofistlərin “cavan” nəslinin nümayəndələrindən 
Elkidam, Likafron və 
Polemonun 
adlarını çəkmək olar. Onların fəllsəfi görüşləri əksər hallarda 
materialist xarakter daşıyır, cəmiyyətin meydana gəlməsinə sadəlövh materializm 
mövqelərindən yanaşırdılar. 
Bu filosoflar təbiət qanunlarını sosial-norma hesab edərək yazırdılar ki, “biz 
hamımız anadan bərabər doğulmuşuq”. 
Sokratın fəlsəfi baxışları. 
Klassik dövr fəlsəfəsinin ən görkəmli 
nümayəndələrindən biri Sokrat idi. 
Sokrat 
(e.ə. 469-399) qədim dünyada 
hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, o, 
özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən 
filosofam, “
yalnız onu bilirəm ki, heç bir şey bilmirəm
”. Sokrat fəlsəfədə 
idealizm mövqelərindən çıxış edərək deyirdi ki, “dünyanı hər şeyə qadir, hər yerdə 
mövcud olan, ən böyük Allah yaratmışdır”. Onun fikrincə, dünyanın əsası, onun 
mahiyyəti "ruhi prinsip"dən ibarətdir. Maraqlıdır ki, Sokrat heç bir əsər 
yazmamışdır. 


Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə 
insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın 
fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun üçün, birinci 
növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk
insanın öz daxili dünyasını dərk etməsi deməkdir. İnsan başa düşməlidir ki, dərk 
olunmuş həyat, mə'nəvi sağlamlıq ən qiymətli ne"mətdir. Sokrat insana aid 
problemləri təbiətdə deyil, insanın özündə, onun, vicdanında, "daxili aləmində" 
axtarırdı. O
deyirdi ki, əsl həqiqətə nail olmanın zəmanət vericisi vicdan - 
"daymonion" olmalıdır (yunan dilində daymonion-ilahi qüvvə, Allah deməkdir). 
Sokratın "Daymonionu" Allahın insana bəxş etdiyi vicdanın səsi, sağlam ilahi 
fikrin təzahürü idi. 
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də 
xeyirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, 
xeyirxahlıq çox yüksəl əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbrli, qeyrətli və 
ədalətli olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın 
fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün 
xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail 
olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-
özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. 
Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və 
ədalətsizliklərinə qarşı həmişə öz kəskin e"tirazını bildirirdi. Onu düşündürən 
başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə olunması 
məsələsi idi. Sokrat belə hesab edirdi ki, 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin