dövlətin meydana gəlməsi haqqındakı fikirləri
də xüsusi maraq doğurur. Onun fikrincə,
insanlar öz ehtiyaclarını ödəyə
bilmədikləri üçün dövləti yaradırlar. O, belə hesab edirdi ki, “ideal dövlət” 3
sosial qrupun birliyindən meydana gəlir:
1.
İdarə edənlər - filosoflar;
2.
Ölkəni qoruyanlar, onun təhlükəsizliyini tə"min edənbr - əskərlər;
3.
İstehsalçılar - əkinçilər və sənətkarlar;
Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür
:
1.
Münasib dövlət forması. Burada Platon aristokratik respublikanı nəzərdə
tutur. O
, monarxiyanın əleyhinə
olmuşdur.
2.
Reqressiv – tənəzzülə uğrayan
dövlət forması. Bu hərbi qüvvəyə
əsaslanan bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya
adlanır. Qədim Yunanıstanda demokratiya idarə forması eramızdan əvvəl V və VI
əsrbrdə Sparta dövlətində olmuşdur.
Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya
adlandırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik
dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən
zalımların hakimiyyəti hesab edirdi.
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı
tarixində az rol oynamamışdır.
Aristotelin fəlsəfi baxışları.
Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin
ən görkəmli nümayəndəsi Aristoteldir.
Aristotel
(e.ə.384-322) bəşəriyyətin fəlsəfi
fikrinin inkişafı tarixində xüsusi rol oynamışdır. Aristotelin xidmətləri əvəzsizdir.
O, dünya şöhrətli fllosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan
bir şəxsiyyət kimi tanınmışdı.
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur.
O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun
akademiyasına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun
ideyalar haqqında tə"limi Aristotelə böyük tə"sir göstərmişdir. Lakin Akademiyaya
daxil olduqdan on il sonra, o, müstəqil fikirlər söyləməyə, öz müəlliminin
tə"liminə qarşı çıxmağa başladı. Son nəticədə o, Akademiyanı tərk etdi, II Filippin
də'vəti ilə Makedoniyaya qayıtdı və çar sarayında onun oğlu Aleksandrın tərbiyəsi
ilə məşğul olmağa başladı. Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə
onun arasında münaqişələr, ziddiyyətlər başlandı. Aristotel Aleksandrın qəsbkarlıq
siyasətini tənqid edir, onunla yola getmirdi, ona görə də çar sarayını tərk edib
Afinaya qayıtdı. 337-ci ildə o burada özünün "Likey" adlanan xüsüsi fəlsəfi
məktəbini yaratdı.
Aristotel 150-yə qədər elmi əsərin və fəlsəfi traktatın müəllifidir. Ellinizm
dövründə bu əsərlər Aristotelin davamçıları tərəfindən toplanaraq nəşr
etdirilmişdir.
Aristotelin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, varlıq
haqqında xüsusi bir təlim yaratmış, onu “birinci fəlsəfə”-“metafizika”
adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa
daxil olan Aristotelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca - ontos -
varlıq və -loqos-təlim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu
qəbildən olan əsərləri bir traktatda birləşdirərək onu "Metafizika" adlandırdı
(fizikadan - təbiət elmlərindən sonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət
elmlərinin fəlsəfi məsələlərinə həsr olımmuş "Fizika", "Səma haqqında",
"Meydana
gəlmə və məhv olma haqqında", "Meteorologiya", "Heyvanlarun
meydana gəlməsi" haqqında və eləcə də ictimaiyyətşünaslıq problemlərinə dair
"Siyasət", "Ritorika", "Etika", "Poetika" adlı əsərlər yazmışdır. Daha sonra o,
məntiqə, metodologiyaya aid "Kateqoriyalar", "Anlayış haqqında", "Birinci
analitiklər", "Ikinci analitiklər", "Ümumi dəlillər" adlı traktatlar işləyib hazırlamış
və onları "Orqanon" adlanan ümumi bir başlıq altında birləşdirmişdir.
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi
diqqət yetirmiş və hər cür varlığın əsasını “birinci materiyada” görmüşdü. Lakin o
bu materiyanı varlıqla qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret
varlığın sadə, tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə, bu "birinci
materiyanın" ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: od, hava, su və
torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən “birinci materiya” ilə, hiss
üzvləri ilə qavranılan və real surətdə mövcud olan aləm arasında müəyyən keçid
pilləsidir. Aristotel yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki
mahiyyəti fərqləndirmək lazımdır. Bunlar istidən və soyuqdan, yaşdan və qurudan
ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin dörd əsas üzrə birləşməsi, dörd əsas
elementin meydana gəlməsini təmin edir:
1). Od istinin və qurunun,
2). Hava istinin və rütubətin,
3). Su soyuğun və rütubətin,
4).Torpaq isə soyuğun və qurunun birbşməsi nəticəsində yaranmışdır.
Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin
əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin
kombinasiyalarının, qarşılıqlı tə"sirinin nəticəsidir.
Aristotelin nöqteyi-nəzərincə, "birinci materiyadan" fərqli olaraq, hiss ilə
qavranılan varlıq dərk ediləndir. Bu varlığı isə əsas kateqoriyalar vasitəsilə
müəyyən etmək olar. Aristotel belə hesab edirdi ki, konkret şeylər - hiss ilə
qavranılan varlıq materiya ilə formanın birləşməsi nəticəsiadə yaranmışdır. Forma
bu əsas elementdən gerçək real varlığı yaradır. Onun fikrincə, həqiqi varliq
materiya və formanın vəhdətindən ibarətdir. Formalar forması isə Allahdir.
Aristotelin əsarlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O, "Metafizika"
və "Fizika" əsərlərində hərəkət haqqında xüsusi təlim yaratmışdı. O, "Fizika"
əsərində yazırdı ki, "Hərəkət şeydən asılı olmayaraq mövcud deyildir". O,
"Metafizika"da sübut etməyə çalışırdı ki, hərəkətin mənbəyi ilk hərəkətverici
qüvvədir. Bu qüvvə isə Allahdır. Aristotel “Kateqoriyalar” əsərində
hərəkətin
meydana gəlmə, məhv olma, artma, azalma, dəyişmə və yerdəyişmə kimi növlərini
göstərmişdir.
O həm də zaman və məkan kateqoriyalarının şərhini vermiş, konkret varlıq və
zaman arasında sıx əlaqə görmüş, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına
xüsusi diqqət yetirmişdir.
Aristotelin əsərlərində səbəbiyyət haqqında tə"lim də xüsusi əhəmiyyət kəsb
edir. O, 4 əsas səbəbi bir-birindən fərqləndirir: maddi səbəb, formal səbəb, fəal
səbəb, sonlu səbəb.
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci
səviyyəsi hesab edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-
ayrı şeyləri hiss üzvləri vasitəsi ilə, konkret gerçəkliyin ümumi
qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı inkişafda olan bir
proses kimi xarakterizə edir, onun aşağı pillədən yüksək pilləyə doğru
yüksəlməsini göslərirdi. Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri
aşağıdakılardan ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu
inkişafın ən yüksək zirvəsidir.
Aristotel hissi idrakla mətıtiqi idrak arasındakı dialektik vəhdəti görürdü. O
deyirdi ki, ümumini yalnız müşahidə və ya "xatırlama" vasitəsilə dərk etmək
olrnaz. Bunun üçün təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq, müqayisə etmək
lazımdır. Aristotel hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə
edilən anlayışlara əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi.
Aristotelin xidmətlərindən biri də Platonun ideyalar konsepsiyalarını tənqid
etməsindən ibarətdir. Aristotel belə hesab edirdi ki, ideyalar aləmi haqqında
Platonun tə"limi real varlığın anlaşılmasma nəinki kömək etmir, əksinə onu bir
qədər də çətinləşdirir. Platonun ideyalar haqqında nəzəriyyəsi, məntiq nöqteyi-
nəzərindən də mübahisəlidir. "Metafizika" əsərində Platonun ziddiyyətlərini təhlil
edərək belə qərara gəlir ki, nazəriyyəsi mahiyyət e"tibarilə qeyri-elmidir, o,
həqiqətin edilməsinə mane olur.
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi
idrakın silahı hesab edirdi. Məhz buna görə də
özünün məntiqə dair ən böyük
əsərini "Orqanon" (silah) adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri
əsaslarını işləyib hazırlamışdır.
Aristotelin kosmoloji baxışları da çox maraqlıdır. O deyirdi ki, kosmos da
dünyanın mərkəzi olan Yer kürəsi kimi şara bənzərdir. Burada ayrı-ayrı ulduzlar
hərəkət edirlər. Yerə daha çox yaxın olan Aydır, ondan sonra gələn Günəşdir və
başqa planetlərdir. Yerdən ən çox uzaqda olan bərəkətsiz ulduzlardır. Aristotelin
fikrincə, Aydan Yerə qədər məkanda nə varsa, hamısı materiya və efirlə
doldurulmuşdur. Bütün Kainat 5 elementdən -od, su, hava, torpaq və efirdən
ibarətdir. Aristotel belə hesab edirdi ki, göy cisimləri dəyişməzdir, lakin daimi
dairəvi hərəkətdədir. Yer dəyişir, amma hərəkət etmir. Aristotelin ilk təkan ideyası,
sonralar göy cisimlərmin hərəkəti haqqında teoloji konsepsiyaların meydana
gəlməsinə səbəb oldu.
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun
"Siyasət" adlı
traktatında şərh olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən
məsələlərdən biri də insanın ictimai varlıq kimi xarakterizə edilməsidir. O,
quldarlıq quruluşunun ardıcıl müdafıəçilərindən biri idi. Aristotel quldarlığı
cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə olması,
digərinin isə hökmranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə
qul olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa
düşürdü ki, getdikcə bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən
artıq varlanmanın əlehyinə çıxır və belə hesab edirdi ki, bu, cəmiyyətdə stabilliyi
pozur.
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır.
1.
Ən çox varlılar.
2.
Orta sinif.
3. Son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər.
Onun fikrincə, dövlətin əmin-amanlığı üçün ən sərfəli orta sinifdir. Aristotel
dövlətin 3 münasib idarə formasından danışır, onları monarxiya, aristokratiya və
politeya adlandınrdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət hesab
edirdi:
1. Vətəndaşların həddindən artıq varlanmasının qarşısmı almaq.
2. Şəxsiyyətin siyasi hakitniyyətinin həddindən artıq güclənməsinə imkan
verməmək.
3. Qulları itaətdə saxlamaq.
Aristotel nə həddindən artıq dərəcədə varlı olmağın, nə də kasıblığın tərəfdarı
deyildi. O,orla vəziyyətdə yaşamağa üstünlük verir, insanın maddi və mənəvi
rifahını yaxşılaşdıran hər bir fəaliyyətə rəğbətlə yanaşırdı.
Aristotelin yaradıcılığı Antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün
yüksək zirvəsi idi. O, Qədim dünyanın ən böyük alimi, görkəmii filosofu idi.
Fəlsəfə tarixində etika, estetika və məntiq haqqındakı təlimlər Şərq filosoflarından
sonra özünün ən geniş şərhini Aristotelin əsərlərində tapmışdı. Aristotel öz
dövrünün elmi nailiyyətlərini sistemləşdirməklə yanaşı, həm də onları fəlsəfi
cəhətdən ümumiləşdirmişdir. Aristotel təlimi, sonrakı dövlərdə meydana gələn bir
sıra fəlsəfi sistemlərin başlanğıcı oldu. O, Şərqdən bəhrələnməklə, həm də Şərq
xalqlarının, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikrinin inkişafına böyük təsir
göstərmişdir.
Dostları ilə paylaş: |