baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir
hadisə səbəbsiz baş verə bilməz.
Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun
fikrincə, cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə
çalışmaları ilə əlaqədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı
idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət
forması hesab edirdi.
Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət vetirilir. Onun
fikrincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.
Bütün bunlarla yanaşı, Demokrit quldarhq cəmiyyətini ideallaşdırır. O,
qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun
hesab edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət
yetirirdi. O bu barədə yazırdı:"Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə
dövlət hər cür tə"rifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-
amanlıqdır. Belə dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar".
Dostları ilə paylaş: