dövlətə təcrübəli, səriştəli adamlar
rəhbərlik etməlidir. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək
deyirdi ki, gəmini müəyyən biliyə, tecrübəyə və vərdişlərə malik olan adamlar
idarə edə bildiyi kimi, dövləti də o qəbildən olan adamlar idarə etməlidirlər
.
Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi. Sokrat
gənclərin tərbiyəsini pozmaqda, allahsızhqda, naturfəlsəfə ilə məşğul olmaqda
ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir. O, həbsxanada
zəhər içərək özünü öldürmüşdür.
2.
Platonun fəlsəfi baxışları.
Antik yunan fəlsəfəsinin klassik dövründə
şöhrət tapmış filosoflardan biri də Platon olmuşdur.
Platonun
(e.ə. 427-347)
fəlsəfi yaradıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü
təsiri olmuşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu
Akademiya adlandırdı. Son nəticədə bu fəlsəfi məktəb antik idealizmin mərkəzinə
çevrildi. Platon çox böyük fəlsəfi irs qoyub getmişdir. O, “Sokratın apologiyası”
(təriflənməsi), “Qanunlar” adlı traktatlarla yanaşı, dialoq formasında 34 əsər
yazmışdır. Platon “Pir”, “Teetet”, “Fedon”, “Parmenid”, “Fedr”, “Menon”,
“Alkiviad”, “Meneksen”, “Laxet”, “Yevtifron” və s. bu kimi dialoqların
müəllifidir.
Platon fəlsəfədə obyektiv idealizm mövqələrindən çıxış etmişdir. Onun
obyektiv idealizm tə"limində demək olar ki, keçmiş idealist tə"limlərin bütün
elementləri öz əksini tapmışdı.
Platon fəlsəfəsi idealizmin inkişafının yüksək
pilləsi kimi qiymətləndirilməlidir. O, fəlsəfənin əsas məsələsini bir mənalı-
idealistcəsinə həll edir. Onun fikrincə, bizi əhatə edən və hiss üzvlərimiz vasitəsilə
dərk etdiyimiz maddi aləm ancaq “kölgədir”, o, ideyalar aləmindən yaranmışdır.
İdeya birincidir, maddi aləm ikinci. Maddi aləmin bütün predmetləri, təzahürləri
keçicidir, meydana gəlir, məhv olur və dəyişir. Buna görə də onlar əsl mə"nada
varlıq adlana bilməzlər. Platonun fıkrincə, ideya dəyişməzdir, hərəkətsizdir və
əbədidir. Platon bu ideyaları gerçək varlıq hesab edir və onları həqiqi idrakın vahid
predmeti səviyyəsinə qaldırır. O belə hesab edirdi ki, maddi dünyada mövcud olan
cisimlər, əşyalar kimi ideyalar aləmində də onların ideyası mövcuddur.
Onun fikrincə, ideyalar əsl mahiyyətdir, onlar maddi dünyadan asılı deyillər,
obyektiv xaraklerə malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan
aləm, hisslərdən yüksəklikdə duran ideyaların solğun izləridir, gölkələridir.
Platonun əsərlərində zəngin dialektik fikirlərə rast gəlmək olar.
Onun dialektikası predmetləri, şeyləri ikiyə bölmək və bir-birinə qarşı
qoymaq metoduna əsaslanırdı. Bu metodun mahiyyəti belədir: hər hansı bir fəlsəfi
problemi həll edirkən bir-
birinə zidd olan fikirləri qarşı-qarşıya qoymaq lazımdır.
Məsələn
hərəkət var və hərəkət yoxdur. Beləliklə, Platonun fikrincə, həqiqəti o
zaman dərk etmək olar ki, dialektikcəsinə düşünəsən yə"ni nəyinsə eyni zamanda
həm mövcudluğunu, həm də mövcud olmadığını qəbul edəsən.
Platonun əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət
yetirilir. O, "Fedr" və “Menon” dialoqlarında bu məsələni ardıcıl idealizm
mövqelərindən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli,
rasionalın isə ikinci, ondan törəmə olduğunu sübüt etməyə çalışır. Platonun
fikrincə, hissi idrakın predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl
varlıq olan ruh haqqında mə"lumatı isə rasional idrak vasitəsi ilə əldə etmək
mümkündür.
Platonun fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O
deyirdi ki, kosmos “birdir”. O, əbədi deyil, ona görə də, yaradılmışdır. Kosmos
sonludur və şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz ulduzlarla
əhatə olunmuş yerdir. Göy cisimlərini Platon, canlı varlıqlar, allahlar adlandırırdı.
O yazırdı ki, "kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən
yaradılmışdır".
Platonun sosioloji baxışları,
Dostları ilə paylaş: |