xoşbəxt həyat yaratmaqdan ibarətdir. O, Demokritə nisbətən irəli gedərək
təbiətdəki zərurəti, səbəbiyyəti daha mükəmməl
anlamış, atomların hərəkətində
təsadüfi halları qabul edərək detirminizmin fatalistcəsinə izah edilməsi əleyhinə
çıxmışdır.
Fəlsəfə tarixində Epikürün böyük xidməti bir də ondadır ki, o, Demokritdən
fərqli olaraq rəng, iy, dad kimi keyfiyyətlərin obyektivliyini qəbul etmişdir.
Epikürün idrak nəzəriyyəsi. Epikür duyulan maddi şeyləri insan biliyinin
mənbəyi hesab etmiş, idrakın mexanizmi və yolları haqqında sadəlövh materialist
müddəalar söyləmişdir. Epikürün təliminə görə, idrak müşahidə, hissi qavrayışlar
əsasında baş verir. Onun fikrincə, cisimlərin surətləri hiss üzvlərində əks olunaraq
insanda duyğu yaradır, bu da öz növbəsində insan beynində xarici cisim və
hadisələrin uyğun surətlərini əmələ gətirir. İnsan özünün yaddaşı sayəsində xarici
aləmdə mövcud olan cisimlərin surətlərini toplayaraq saxlayır, təfəkkürün vasitəsi
ilə onları təhlil edir, ümumləşdirir və nəhayət, anlayışlar yaradır. Epikürə görə,
idrak prosesində əldə edilən təsəvvürlər cisimlərə, hadisələrə uyğun gəlmirsə, onlar
həqiqi deyil.
Epikür duyğuların obyektiv məzmununu açıb göstərməklə yanaşı, ruhu maddi
varlıq hesab edir və bu fikrini əsaslandırmağa çalışırdı. Onun fikrincə ruh da
atomlardan təşkil olunmuşdur, lakin şeylərin atomlarına nisbətən o daha incə və
sürətlə hərəkət edən atomlardan ibarətdir. Epikür fəlsəfəsinə görə, Kainat
sonsuzdur, qeyri-məhduddur, maddi aləmdən başqa və ondan kənarda heç bir şey
yoxdur. O öyrədirdi ki, insanlar nə təbiətin dəhşətli hadisələrindən, nə də
allahlardan qorxmamalıdır. İnsanlar üçün ölüm qorxulu görünməməlidir. Epikür
axirət dünyasının mövcudluğunu rədd edirdi. O, deyirdi ki, insan öləndən sonra
onun atomlardan ibarət olan ruhu da məhv olur, odur ki
həyat zövqü yalnız bu
dünyaya məxsusdur.
Epikürün görkəmli tələbəsi Filodemin e.ə. I əsrdə təlimini Romaya gətirdi,
qısa bir müddətdə o, Romada yayıldı.
Ellinizın dövründə əvvəllər Yunanıstanda, sonralar isə Romada stoisizm,
skeptisizm, eklektisizm kimi digər fəlsəfi təlimlər də geniş yayılmışdır.
Dostları ilə paylaş: