də Nəcməddin Naxçıvanidir (?-1253).
Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani
haqqında Nəsrəddin Tusinin
şagirdi məşhur alim İbn-Əl-İbri (1226-1286) yazır: "O, böyük fəzilət sahibi,
dəqiq
elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri
səhayətə çıxdı, xeyli gəzib dolaşdı, axırda kiçik Asiyaya daxil oldu,
böyük
mənsəblər tutdu. Sonralar idarəçilik narahatçılığı və əzab əziyyətləri onu
bezikdirdi. Oradan Suriyaya yola düşdü. Filosof ömrünün son çağlarında guşənişin
olmuşdur. Deyilənə görə o, evdən heç yana çıxmır, ancaq dostları
ona baş
çəkirmiş".
Nəcməddin Naxçıvani bir filosof kimi Şərq peripatetizmini mükəmməl
öyrənmiş, lakin ardıcıl aristotelçi olmamışdır. O, İbn-Sina kitablarını tənqidi
planda araşdırmış, onun bəzi doktrinalarına qarşı etirazını bildirmişdir. Mübahisə
doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair idi. İnsan
cisminin məhvindən sonra
nəfsin yaşamasına inanan Nəcməddin Naxçıvani Şərq peripatetiklərinin əksinə
olaraq, İbn-Əl-İbrinin qeyd etdiyi kimi tənasüx tə'liminə güclü meyl göstərirdi.Bu
tə'limə görə insan nəfsi ölmur, guya bir bədəndən ayrıldıqdan sonra başqa bir
bədənə köçür. Aydın olur ki, Nəcməddin Naxçıvani İbn-Sinanın
əsərlərini
ortodoksal islam mevqeyindən təftiş etməmiş, əksinə, hakim dinin ehkamlarına heç
də uyğun gəlməyən ideyalar söyləmişdir. Nəcməddin Naxçıvaninin İbn-
Kəmmunə İsrailin xətti ilə köçürülmüş "məntiqin məğzi və fəlsəfənin xülasəsi"
əsərinin əlyazması Nəcəf şəhərində mühafizə edilir.
Dostları ilə paylaş: