Orta Əsrlərdə qeyri-dini fəlsəfi təlimlərdən birincisi Şərq
peripatetizmidir.
Aristotelizm və başqa Antik ən'ənələr zəminmdə işlənib hazırlanmış bu tə'lim o dövrdə
fəlsəfı fikrin əsasını, nüvəsini təşkil etmişdir. Ərəbdilli alimlər Aristoteli Birinci
müəllim (əl-Müəllim əl-əvvəl) adlandırmışlar. XII əsrdə sufizmdə
panteizmə
meylin
gücləndiyi şərait yaranmışdır.
XII
əsrdə
işraqilik
adlı daha bir elmi-fəlsəfı tə'lim meydana çıxmışdır. Onun
banisi Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) idi. XIV əsrin mühüm ideoloji
cərəyanlarmdan biri
hürufilik
idi.
2.
Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub
inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm
arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda
meydana gəlib inkişaf etmişdir. XI-XII əsrlər dövründə,
Azərbaycanda fəlsəfə
sahəsində hakim yeri İslam dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları.
XI əsrdə Azərbaycanda fəlsəfənin
inkişafı
Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin
(993-1066) adı ilə bağlıdır.
Onun bir sıra qiymətli əsərləri («Təhsil kitabı», «Məntiqə dair zinət kitabı»,
«Gözəllik və səadət kitabı», «Metafizika elminin mövzusuna dair traktat»,
«Mövcudluğun mərtəbələri») olmuşdur. Bunların içərisində «Təhsil kitabı» xüsusi
yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün
mühüm mənbələrdən biri olmuşdur.
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq
problemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı
vacib və mümkün
olmaqla iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının
fərz edilməsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün
yerdə qalan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını
təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır.
Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə
arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə
nəticə bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə
vacib və zəruridir.
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi
kateqoriyaları qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar
orta əsrlər
peripatetizmində olduğu kimi materiya və formanın nisbətinə mürəkkəb
substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi
xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o,
materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu
materiyadan asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə
şərtlənmişdir.
Ə.Bəhmənyarın «Təhsil kitabı»nda dünyanın
vəhdəti məsələsinin
anlaşılmasına dair fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu
inkar edir, vahid materiya və forma daxilində xüsusiləşən aləmin dünyanın
vəhdətinin əsası hesab edir. Onun fikirincə, bu mövcudat isə ilkin
məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir. Dünyadakı
bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən
daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli)
idrak pillələləri
bir-birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün
fərqləndirilir və göstərilir ki, «hər dərk edilən şey dərk edəndə təzəhür edir»,
duyğular, qavrayışlar maddi varlıqların düzgün sürətləri, in'ikaslarıdır. Əqli və ya
rasional idrak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri
mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından
qiymətləndirmiş,
məntiqin predmetinə, vəzifələrinə, problemlərinə «Təhsil kitabında» geniş yer
vermişdir.
XIII əsrdə yaşamış
Dostları ilə paylaş: