FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə42/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   38   39   40   41   42   43   44   45   ...   132
Fəlsəfə mühazirə

Məhəmməd peyğəmbər
tərəfindən hazırlanmış monoteist din olan 
İslam
VII əsrdə meydana gəlib sürətlə yayılmağa başlamışdır. Bu dini təlimin 
müqəddəs kitabı 
Quran
(mənası: qiraət) yalnız dinin deyil, hüququn, şəriətin 
və bütünlükdə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta 
əsrlərdəki fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. görüşlərin çoxunu Qurandan 
təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan və təlimlər az və ya 
çox dərəcədə onunla bağlıdır. Bu əzəmətli abidənin təfsirinə və şərhinə həsr
edilmiş yüzlərlə dəyərli əsərlər yazılmışdır. Quranın təfsiri, şərhi, hədis, fiqh 
(hüquqşünaslıq), 
kəlam
(sxolastika) kimi dini elmlər 
"şəriət"
adlanırdılar. 
Dünyəvi elmlərə 
"əqli elmlər
" deyilirdi. Buraya fəlsəfə, məntiq, təbiət elmləri, 
riyaziyyat və kosmoqoniya
daxil edilirdi.
İslam fəlsəfəsi əvvəldən dini təməl üzərində formalaşmışdır. Erkən Orta 
Əsrlərdə Yaxın Şərqdə fəlsəfi fikir bütpərəstlik, atəşpərəstlik və xristianlıqla 


bağlı olmuş, sonralar ideoloji tə'limlər islam zəminində və antik mənbələr 
əsasında təşəkkül taparaq yüksək tərəqqi etmişdir. Xristianlığın özünəməxsus 
ilkin fəlsəfi müqəddiməsi olduğu halda, yə'ni ellinizm dövrü fəlsəfəsində bu dinin 
bə"zi ehkam və əxlaqi-etik problemləri içəridən şərh və təhlil olunduğu halda, 
islamın bu cür fəlsəfi sələfı olmamışdır. Doğrudur, islamaqədərki dövrdə ərəb 
ədəbiyyatı nümunələri Kə'bə mə'bədində nümayiş etdirilirdi Ayrı-ayrı ədilələrin 
yazıları yayılırdı. Lakin fəlsəfi məzmunlu yazıların ərəblər arasında yayıldığı 
mə'lum deyildir. İslamın İbrahim peyğəmbərin 
hənifilik
dinindən bəhrələndiyi, 
təkallahlıq ideyasının oradan götürdüyü qəbul edilir. İslam özündən əvvəlki 
dinlərdən (

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin