FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə41/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   37   38   39   40   41   42   43   44   ...   132
Fəlsəfə mühazirə

Mark Tuli Siseron
(e.ə. 106-45) olmuşdur. Eklektiklər
ensiklopedik zəkaya malik olan adamlar idilər. 
Təbiətin və cəmiyyətin dərk edilməsi problemləri ilə məşğul olurdular. Üç dövlət 
formasının-monarxiyanın, aristokratiyanın və demokratiyanın kombinasiyasından, 
birləşməsindən ibarət olan dövləti ən
yaxşı ictimai quruluş hesab edirdilər. Onların 
fikrincə, insanların təhlükəsizliyini təmin etmək, mülkiyyətdən sərbəst istifadə 
olunmasına təminat vermək dövlətin əsas məqsədi olmalıdır. Antik fəlsəfə 
bəşəriyyətin fəlsəfi fikir tarixində xüsusi rol oynamışdır. Şərq fəlsəfəsi ilə onun 
arasında varislik əlaqələri olmuşdur. Antik fəlsəfənin səciyyəvi xüsusiyyəli 
təbiətin, kosmosun, bütünlükdə Kaintatın mahiyyətini dərk etməyə meyl 
göstərməsindən ibarət olaraq, burada dünya fəlsəfəsinin əsas problemləri özünün 
geniş əksini tapmışdır.


ORTA ƏSR ŞƏRQ VƏ AZƏRBAYCAN FƏLSƏFƏSİ 
P L A N 
1.
Orta əsrlər İslam Şərqində fəlsəfə
2.
Azərbaycanda İslam peripatetizmi (Ə.Bəhmənyar, Siracəddin Ürməvi, 
Nəsrəddin Tusi) 
3.
Azərbaycanda İslam panteizmi (Eynəlqüzat Miyanəçi, Nizami Gəncəvi)
4.
Azərbaycanda işraqilik fəlsəfəsi (Şihabəddin Sührəvərdi)
5.
Azərbaycanda sufilik və hürufilik fəlsəfəsi (Mahmud Şəbustəri, 
Fəzlullah Nəimini, 
İmaddəddin Nəsimi) 
6.
XV – XVII əsrlərdə Azərbaycanda fəlsəfi fikir (M.Füzuli, 
Qarabagi,S.Təbrizi) 
1.
Orta Əsrlərdə Şərq fəlsəfəsi öz xüsusiyyətlərinə və mündəricəsinə görə 
iki qola ayrılır. Hindistan, Çin, sonralar isə Yaponiya və b. ölkələrdə yayılmış 
qədim ideoloji təlimlər mövcud şəraitə uyğun olaraq inkişaf etmişlər. Bu ölkələrin 
fəlsəfi, dini və ictimai-siyasi fikri arasında yaxınlıq, bir-birindən təsirlənmə 
halları Orta Əsrlərdə daha artıq dərəcədə özünü göstərir. 
Şərq fəlsəfəsinin digər qolu İslam dininin yayıldığı ölkələrə məxsusdur. Hər 
iki qolun müstəqil inkişaf yolu keçməsinə baxmayaraq, onlar arasında müəyyən 
yaxınlıq və ümumilik də mövcuddur. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin