FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə49/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   45   46   47   48   49   50   51   52   ...   132
Fəlsəfə mühazirə

Nizami 
Gəncəvinin 
dünyagörüşü. 
XII-XIII 
əsrin 
ən 
böyük 
mütəfəkkirlərindən biri 
Nizami Gəncəvidir
(1141-1209). Dünya şöhrəti qazanmış
böyük şair həm də zəmanəsinin görkəmli filosofu olmuşdur. Bədii əsərlərində 
irəli sürülmüş fəlsəfi ideyalar göstərir ki, o, dünyanın Allah tərəfindən 
yaradıldığını qəbul etsə də, ortodoksal dini görüşlərlə barışmamış, varlıq və idrak 
məsələlərinə düzkün elmi cavab verməyə çalışmışdır. Bu cəhətdən onun fəlsəfi 
görüşləri təkamül yolu ilə keçmişdir. Bə'zən o, allahla təbiəti birləşdirən 
panteizmə, allahı təbiətin canlı ruhu kimi başa düşən hilozoizmə, bə'zən isə 
"eşmimişəm ki, hər bir ulduz dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır." - 
deyə dünyanın çoxluğunu və sonsuzluğunu qəbul edən materialist baxışa meyl 
göstərmişdir. N.Gəncəvi yerin kürə şəklində olduğunu dönə-dönə söyləmiş, yer 
səthinin dəyişilməsində təbii amillərin - zəlzələnin, suyun, küləyin tə'sirindən 
danışmışdır. Onun dini xurafata zidd azadfikirlilik meylləri öz əksini ruhla bədənin 
münasibəti məsələsinin həllində də tapmışdır. "Xosrov və Şirin" poemasında 
N.Gəncəvi ruhla bədənin üzvü vəhdət təşkil etdiyini, bunları bir-birindən ayrılıqda 
təsəvvürə gətirmək mümkün olmadığını qeyd etmişdir. O, yuxu görməni ruhun 
ölməzliyinə sübut kimi qələmə verməyə cəhd göstərən dini ehkamları təkzib edir, 
röyanın rasionalist izahını verməyə çalışır. Hələ Pifaqor və Platonun irəli 
sürdükləri "anemiezis", yəni bədən öləndən sonra ruhun yaşaması və keçmişi 
xatırlamaq qabiliyyətinin saxlanması haqqında dini-mistik təliminin puçluğunu 
göstərirdi. O, axirət dünyası barədə ehkamlara əks çıxaraq onları əfsanə adlandırır 
və ölmüş insanı suya qərq olmuş közə bənzədir: Suda közün alışması mümkün 
olmadığı kimi, öləndən sonra da heç bir gələcək, axirət həyatı ola bilməz. 
N.Gəncəvinin idrak məsələsinə baxışlarından müəyyən dərəcədə skeptisizm 
(şəkkaklıq) və aqnostsizmin təsiri duyulsa da, o, əsasən rasionalist olmuş, maddi 
olan bütöv varlığın dərk edilməsinin mümkünlüyünü qəbul etmiş, ağlın, fikrin, 
elmin qüdrətinə inanmışdır. Onun rasionalizminin bir cəhəti də kainatın 


qanunauyğunluğunun öyrənilməsində nöqtə, xətt, müstəvi, cisim kimi bəzi riyazi 
anlayışlarının tətbiqindən bəhs etməsidir. (İdrak qabiliyyəti baxımından fəlsəfəyə 
daha çox üstünlük vermiş, müasirlərində qədim hind və yunan fəlsəfəsinə maraq 
oyatmağa çalışmışdır. İnsan zəkasının qüdrətinə dərin inam bəsləyən N.Gəncəvi 
əsərlərində elmin fəzilətindən dönə-dönə bəhs etmişdir. Onun yaradıcılığında 
filosof obrazları mühüm yer tutur. Onlar hökmdarları və cəmiyyəti düzkün 
istiqamətləndirən qüvvə kimi təsvir edilirlər. Aristotel, Platon, Sokrat və b. Yunan 
alim-filosoflarının adlarının şərq ölkələrində şöhrətlənməsində N.Gəncəvinin 
poemalarının da rolu böyük olmuşdur. Şair onların dili ilə özünün həyat 
haqqındakı fikirlərini ifadə etmiş, Ptolomey və Evklid kimi görkəmli alimlərin 
əsərlərinin Ərəbcəyə tərçümələrindən faydalanmışdır. 
N.Gəncəvinin yaradıçılığında bu zəngin biliyə əsaslanan elmi əhəmiyyətli 
beytlər və parçalar yoxdur. O, eyni zamanda elmin dar çərçivədə inkişaf 
etməyəcəyini söyləyir, tərcümə vasitəsilə bütün xalqların mədəni irsini öyrənməyin 
zəruriliyini göstərirdi. Təsadüfi deyildir ki, onun qəhrəmanı İsgəndər bütün 
ölkələrdə ələ keçirdiyi kitabları Yunan dilinə tərcümə etdirirdi. N.Gəncəvi insanın 
əxlaqi gözəlliyinə xüsusi qiymət vermiş, kamil insanın ancaq zahiri əlamətləri 
deyil, mənəvi gözəllikləri ilə də seçildiyini qeyd etmişdir. O, ançaq yüksək əxlaq 
prinsiplərinə riayət yolu ilə xoşbəxt cəmiyyət qurulacağına inanırdı. N.Gəncəvi 
həm də böyük vətənpərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri 
Azərbaycanla əlaqələndirməyə, vətənin qüdrətli günlərini tərənnüm etməyə 
çalışmışdır. N.Gəncəvinin yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda 
qəhrəmanlıq ideyası ilə birləşir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin