panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni təzahürlər saymışdır. Qədim
yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə
birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır ki,
dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra
hallarda ortodoksal ehkamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə
tənqid etmişdir. Dünyanın daxili və xarici hissədən ibarət olduğunu irəli sürən
Şəbüstəri xarici hissəni planet və elementlərlə, minerallar, bitkilər və heyvanlarla
əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və əqllər aləmindən ibarət hesab
etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. İnsan dünyanın
mövcudluğu nümunələrindən biridir. Ümumiyyətlə, Mahmud Şəbüstəri
Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur.
XIV əsrdə Azərbaycanda
Dostları ilə paylaş: