idrak və məntiq nəzəriyyəsinə istinad etmişdir. Onun idrak və məntiq sahəsindəki
baxışları "xanəgah haşiyələri", "Təhzibin şərhinə dair haşiyə" və qismən "Həft
behişt" əsər və traktatlarında şərh edilmişdir.
Yusif Qarabağinin dünyanın dərk edilməsində hissi idrakın
rolunu müsbət
qiymətləndirdiyi və xüsusi olaraq dönə-dönə qeyd etdiyi üçün o, dövrünün
sensualist filosofu kimi çıxış etmişdir. Filosof xarici və daxili hissləri biliyimizin
ilk mənbələri və insanı ətraf mühitlə bağlayan amillər kimi səciyyələndirməyə sə'y
göstərmişdir.
Yusif Qarabağinin əqidəsinə görə əsl insan nəfsin ən yüksək qüvvəsidir.
Filosof əqli bir çox hallarda insanı nəfsi mücərrəd təfəkkürə və ümumi idraka
aparan, fəhmi (intellekti) isə insani nəfsin bir qüvvəsi kimi bilikləri kəsb edən
vasitə hesab etmişdir. Yusif Qarabaği idrak tə'limində bir sıra ərəb dilli filosofların,
o cümlədən, Fərabi, İbn Sina, Bəhmənyar və başqalarının arxasınca
gedərək bu
fikirdə olmuşdur ki, əqil anlayışların, kateqoriyaların və universalın əldə
edilməsi üçün nəfsin orqanıdır. Göründüyü kimi Qarabağinin idrak nəzəriyyəsində
sensualizm ilə rasionalizmin əlaqələndirilməsi müşahidə olunur.
Filosofun fikirlərindən tamamilə aydın olur ki, hissi mə'lumatlar olmadan,
ruhi, məntiqi, iradi fəaliyyət, məfrumların yaranması, əqli nəticələrin
çıxarılması və s. mümkün deyildir.
Yusif Qarabağinin mühüm əsərlərinin öyrənilməsi göstərir ki, o, öz
yaradıcılığında sistemləşdirilmiş şəkildə olmasa da, ayrı-ayrılıqda
etik və əxlaq
məsələlərinə toxunmuşdur. Yusif Qarabağinin əxlaqa dair mühakimələri onun
ümumfəlsəfi mühakimələri ilə bağlı idi. Qarabaği öz səlnamələri kimi əsas
e'tibarilə insanların bütün yaxşı əxlaqi keyfiyyətlərinə malik olmasını, səadət və
xoşbəxtliyə çıxmasını, həyatdan zövq almasını və s. həqiqətin öyrənilməsində və
dərk edilməsində görürdü. Məhz buna görə də onun etik baxışlarında azad fikirlilik
və s. kimi mühüm xüsusiyyətlər öz əksini tapmışdı.
Filosof insana hörmət
bəsləməyi, mehriban münasibəti, rəhmdil olmağı, hətta o zaman ən müqəddəs,
savab iş sayılan Kə'6ə ziyarəti kimi dini adətdən üstün tuturdu. O, "Həft behişt"
əsərində yazmışdı: "İnsanların ürəyini ələ gətir ki, bu ən böyük ibadətdir. Bir ürəyi
ələ gətirmək min dəfələrlə Kə'bə ziyarətindən yaxşıdır" ("Həft behişt", səhifə 250).
Mütəfəkkirin bu sözləri onun sələflərinin, xüsusən məşhur Şərq panteistləri
Mənsur Həllacın və Mahmud Şəbüstərinin buna oxşar fikirləri ilə yaxından
səsləşirdi.
Yusif Qarabağidə nikbinliyə, həyatda sevincə və şadlığa qovuşmağa çağırış
motivləri də vardır. Məsələn, "Ürək yumurtasının keşiyində duran bir quş ol, çünki
ürək yumurtasından sevinc və şadlıq doğulur" ("Kəft behişt", səhifə 250a).
Deyildiyi kimi Yusif Qarabaği öz etik görüşlərində insan əqlinə və zəkasına
böyük
qiymət vermiş, əqli insanların tərbiyəsi üçün əsas vasitələrdən biri hesab
etmişdir. Filosof Şərqin böyük mütəfəkkiri Sə'di Şirazinin "İnsanın böyüklüyünü
göstərən yaş deyil əqildir" kəlamını təkrarlayaraq ağıllı və zəkalı insanları yüksək
qiymətləndirmişdir. Məhz buna görə də Yusif Qarabaği biliyi və elmi insanların
mə'nəvi zinəti adlandırmışdır. Yusif Qarabağinin etik baxışlarında diqqəti cəlb
edən məsələlərdən biri də ədalətli olmaqdır. Mütəfəkkir bu barədə əsas e'tibarilə
sufi-panteistlərin, o cümlədən, Mahmud Şəbüstərinin mövqeyində durmuşdu.
Yusif Qarabağinin etik baxışlarında adamların öz mənliyini saxlaması və
şərafətli yaşaması kimi gözəl əxlaqi sifətlər "diqqətə layiq yer tutur. O, şərəfliyə
qarşı duran mənfi əxlaqi keyfiyyətləri alçaqlıq və rəzalət adlandıraraq onları
pisləyirdi. Mütəfəkkir həyatda vəfalı və sədaqətli olmağı da insanın ən yaxşı
mənəvi xüsusiyyəti kimi qiymətləndirmişdi: "hər kəsdən,
hətta itdən belə vəfa
görünərsə, xoşdur" ("Kəft behişt", səhifə 254). Mütəfəkkir belə bir ideyanı təqdim
etməyə çalışırdı ki, insan gərək dostluqda sədaqətli, möhkəm və dönməz olsun, heç
kəs və heç bir şey bu dostluğu sarsıda bilməz.
XVII əsr Azərbaycan xalqının mütərəqqi fikirli görkəmi filosoflarından biri də
Dostları ilə paylaş: