FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Magistr 5. KLASSİK ALMAN FƏLSƏFƏSİ



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə56/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   52   53   54   55   56   57   58   59   ...   132
Fəlsəfə mühazirə

Magistr 5. KLASSİK ALMAN FƏLSƏFƏSİ
P L A N 
1.
 
Klassik alman fəlsəfəsi, onun mahiyyəti və əsas nümayəndələr 
 
2.
 
İmmanuil Kantın fəlsəfəsi baxışları
 
3.
 
İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi 
 


4.
 
G. Hegelin fəlsəfi sistemi
 
5.
 
L. Feyerbaxın antropoloji materializmi
 
1.
 
Klassik alman fəlsəfəsi, onun mahiyyəti və əsas nümayəndələr
 
Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 
80-
ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872
-
ci ildə Feyerbaxın 
ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni Dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir. 
Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. 
Bu fəlsəfə XVII
-
XVIII əsrlər fəlsəfəsində hakim 
mövqe tutan metafizik metodu 
tənqidi surətdə təhlil edərək onun
elm sahəsindən kənarlaşdırılmasına nail oldu.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır:
İohann 
Herder; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq 
Feyerbax. 
Klassik fəlsəfənin ideal nümunəsi olan al
m
an fəlsəfəsi çox ziddiyyətli, 
mürəkkəb ictimai
-
siyasi və nəzəri şəraitdə
meydana gəlib formalaşmışdır. Bu 
fəlsəfə Q. Lessinq, İ, Göte, F. Şiller, H. Heyne, İ. Herder kimi zəka nəhənglərinin 
"Maarifçilik" ictimai hərəkatındakı tə
'
sirlərindən formalaşmışdır. Əgər maarifçilik 
Fransada Volter, Monteskye, Russo, Lametri, Didro, Helv
etsi, Holbax və digərləri 
tərəfindən 
gen
iş və əhatəli şəkildə ifadə olunaraq burjua demokratik 
xarakter 
daşıyırdısa, Almaniyada 
yeni dövrün ideoloji
 
inqilabı
 
onun iqtisadi inkişafına uyğun 
şəkildə gedirdi. Almaniyada danışılan dövrdə feodal monarxiyasından ibarət olan 
dövlət quruluşu hökmran idi, o, feodalizm ən'ənələri əsasında inkişaf edən bir 
ölkə olaraq qalmaqda davam edirdi, feodalizm zülmündən xilas ola b
ilmir, onunla 
sazişə girmək isə o dövrdə yenicə formalaşmağa başlayan alman burjuaziyasının ən 
böyük 
arzusuna çevrilmişdi.
Bu dövrdə Almaniyada 360 kiçik d
ö
vlət var idi və onlar 38 makrodövlətin 
tabeçiliyində idi. "Alman millətinin müqəddəs Roma imperiyası" adlandırılan 
Almaniyada dağınıq
 
dövlətlər şəraitində özbaşınalıq, zorakılıq, cəzasızlıq və 
ədalətsizlik şəraiti hökm sürürdü. Ölkə bataqlıq içərisində ağır mürgüyə dalmışdı. 
Qızıl
-
gümüş hərisi olan meşşan burjuaziya özlərinin sıxışdırılması, təhqir edilməsi 
ilə razılaşırdılar. Onlar bulanlıq suda ba
l
ıq tutmağın asan olması, sosial 
hərcmərclikdə çoxlu sərvət toplamaq yolunu seçmişdilər. Alman burjuaziyası 


yaxşı bilirdi ki, Almaniya peyin yağınından ibarətdir. Lakin bu cür zir
-
zibil və peyin 
onlar üçün məqbul idi, çünki onların özləri də peyin və zir
-
zibil idi və 
ətraflarındakı peyin onları isindirirdi.
Almannyada ağır sənayenin zəif inkişaf etməsinə
uzun sürən 
"Otuz illik 
müharibə" də ciddi tə
'
sir göstərmiş, kapitalist münasibətlərinin inkişafının qarşısını 
kəsmişdi. Bütün bunlar sənətkarlıq və manufakturaya əsaslanan alman 
bürgerli
yinin (burjuaziyasının) zəif və qorxaqlığına ictimai əsas yaratmışdı. K. 
Marksın dediyi kimi alman burjuaziyası öz təbiətinə görə alman gerçəkliyinə 
uyğun idi, o, mühafizəkarlara qarşı inqilabçı
,
 
inqilabçılara qarşı muhafizəkar
 
idi. 
Yə'ni köhnə quruluşa inqilab
 
e'lan edirdi, cəmiyyətin dəyişdirilməsində
marağı 
olan gənc burjuaziya və onunla köhnə quruluşun əleyhinə olanlara qarşı əksinqilabi 
hərəkət
 
edirdi. 
Antifeodal və antimonarxiyaya qarşı yalnız fəlsəfə maarifçiliyi yolu ilə nail 
olmaq istəyən klassik alman fəlsəfəsi İngiltərə və Fransada baş verən böyük 
inqilabi dəyişikliklərin müsbət tə'sirinin ardınca gedirdi. Maarifçilik inqilabından 
sonra bütün dünyanı lərzəyə salan Böyük Fransa inqilabı (1789
-
1794) baş verdi. 
Bu butün qonşu feodal ölkələri
silkələdi. H. Heynenin "öküz ətalətinin 
hökmran
ölkə" adlandırdığı Almaniya birdən
-
birə silkələnməyə başladı, liberal 
burjuaziya "Marselyoza" oxumağa başladı, Fransa Milli məclisinə təbriklər 
göndərdi. Hegel və Şellinq azadlıq ağacının basdırılmasında iştirak etdilər, Göte 
ümumdünya tarixində yeni dövrün başlandığını söylədi.
İnqalabi dəyişikliklər təbiətşünaslıqda da baş
 
verdi, 
mexanikanın aparıcı rolu 
ilə yanaşı, 
XVIII 
əsrin sonuna doğru kimya, fizikakın qeyri
-
mexaniki sahələri 
maqnetizm, elekqrik 
nəzəriyyəsi yarandı, biologiya elmləri də tərəqqi etməyə 
başladı. 1749
-
cu ilda Buffon "Təbiətin tarixi" əsərində 
göstərdi ki, Yer, bitki və 
heyvan aləmi və insan vahid təkamüllü hadisələrdir. 1755
-
ci ildə İ. Kantın 
"Ümumi təbii tarix və səma nəzəriyyəsi" əsəri meydana çıxdı. O, Yer və bütün
 
günəş sisteminin zamanda meydana gəldiyini, ilkin qaz
-
toz dumanlıqlarından 

rədiyini elmi şəkildə asaslandırdı. 1759
-
cu ildə K. Volf növlərin sabitliyinə, 
preformizmə ilk hücum çəkərək takamül nəzəriyyəsinin əsaslarını yaratdı. 
Lavuazye 1777-
ci ildə yanma nəzəriyyəsini yaratdı va suyu sintez etdi. 1784
-
cü ildə C. 
Uatt buxar maşınını kəşf etdi. Eyni vaxtda elektrik yüklərinin qarşılıqlı tə'siri 
haqqında Kulon qanunu kəşf edildi.
Biologiya, fiziologiya, paleontologiya, müqayisəli fiziki coğrafiya sahəsində 
üzvi aləm haqqında donub qalmış təsəvvürlərə partlayıcı qüvvə kimi tə
'sir 


göstərən böyük material toplamışdı. Bu sahədə klassik alman fəlsəfəsinin 
müasirləri K. Linney ("Botanika fəlsəfəsi"), Erazm Darvin ("Zoonomiya"), 
J. 
Lamark ("Zoologiya fəlsəfəsi"
), Sent-
İlerin təkamül tə'limi, Küvyenin 
müqayisəli anatomiyası və palentologiyası və s. mühüm rol oynadı.
Bütün bunların nəticəsində dünya binasının manzərəsi hərəkət etməyə 
başladı. Lakin təbiətşünaslıqdakı elmi kəşflər yeni dialektik anlaşılma halına 
salınmamışdı. Buna elmin öz
daxilində baş verən proseslər də maneçilik törədirdi. 
Elmdə əməyin diferensiasiyasının küclənməsi alimlərdə öz məhdud ixtisasının 
hudu
dlarından kənarda baş verənlərə diqqət
 
yetirməiəkdən ibarət olan sex 
məhdudluğu yaratmışdı. Sxolastik söz güləşdirmələri hələ yaddaşlardan 
silinməmişdi və ona reaksiya şəklində məhdud empirizmi, hər cür ümumiləşdirici 
zəkaya, nəzəri təfəkkürə qarşı şarlatan xofunu yaratmışdı. Bir sözlə, təbiətin 
ümumi mənzərəsi sındırılmış güzgüyə bənzəyirdi, alimlər həmin parçalanmış 
hissələri
 
ayrı
-
ayrılıqda tədqiq edərək bir
-
birinə qarşı qoyurdular, Materiya və 
ruh, 
təbiət və insan, uzvi və qeyri
-
üzvi aləm, subyekt və obyekt, bitki və heyvanlar, 
fiziki və kimyavi proseslər, istilik və enerji, hərəkət va sükunət bir
-birini istisna
 
edən əksliklər 
kimi 
öyrənilirdi. Feodal Almaniyasında olduğu kimi elmdə də hər 
yerdə maneçiliklər və sərhədlər, sərhad dirəkləri və gömruk məntəqələri mövcud 
idi. Elmin vəziyyəti
 
Almaniyadakı "suveren mikromonarxları" olan və öz qonşuları ilə 
duşmənçilik edən suveren "mikrodövlətlərə" banzəyirdi.
Bununla yadaşı, elmi tədqiqatların rəngərəngliyi və parçalanması eyni 
zamanda yüksək səviyyəli ümumiləşdirmələrin edilməsinə tələbat da yaratmışdı. Bu 
cur ümum
iləşdirmələri isə
 
hər bir elm öz daxilində yerinə yetirə bilmədiyindən, 
Almaniyada elmin dialektik sintezi özünün imperator ə'la həzrətliyi ilə fəlsəfə 
elmləri tərifindən yerinə yetirildi.
Nəzərdən
 
keçirilən ziddiyyətli elmi və sosial inkişaf şəraitində, ilk növbədə isə 
Almaniya və Avropanın sosial varlığının təzadlı bir dövründə klassik alman 
fəlsəfəsi 
özünün 
dialektik təfəkkür tərzini

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin